Məhkəmə qərarları › İş №2(104)-2221/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2221/2024

25.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2221/2024 25.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: İddia tələbinin qanuni əsasının tapılması, əqdin etibarsızlığı, müqaviləyə xitam verilməsi, sübutların qiymətləndirilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X3 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2) alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-2225/2023 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi (vəkil) X10 tərəfindən verilmiş apellyasiya şikayətinə 25 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" X6 Hüquqi şəxslərin dövlət qeydiyatı idarəsində xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır, təsisçisi və qanuni təmsilçisi Cavabdeh3 olmuşdur.

2. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 589 nömrəli sərəncamının surətindən görünür ki, xx.xx.2017-ci il tarixli 58 saylı müraciəti nəzərə alınaraq Xətai rayonu, M.Hadi küçəsi 91 və 111 saylı binaların yaxınlığında yerləşən torpaq sahəsində (icarə əssında) yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" X5 icazə verilmişdir.

3. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2, 3, 4, 5 və 6 saylı alqı-satqı müqavilələrinin surətlərindən görünür ki, Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 91 və 111 saylı Binaların yaxınlığında, "xxxx" MMC tərəfindən tikiləcək, müvafiq olaraq 16 mərtəbəli Yaşayış Binasının 12-ci mərtəbəsində 115.4 kv.metr olan 3 otaqlı, 51 saylı mənzili hər kvadrat metrinin dəyəri 850 manat olmaqla 98.090 manata, 117.5 kv.metr olan 3 otaqlı, 52 saylı mənzili hər kvadrat metrinin dəyəri 850 manat olmaqla 99.875 manata, 131.7 kv.metr olan 3 otaqlı 53 saylı mənzili hər kvadrat metrinin dəyəri 850 manat olmaqla 111.945 manata, 84.2 kv.metr olan 2 otaqlı 54 saylı mənzili hər kvadrat metrinin dəyəri 850 manat olmaqla 71.570 manata və 112.3 kv.metr olan 3 otaqlı 55 saylı mənzili hər kvadrat metrinin dəyəri 850 manat olmaqla 95.455 manata Cavabdeh1 tam təmirsiz halda verməyi üzərinə götürmüş, Cavabdeh1 göstərilən 5 mənzilə görə ümumilikdə 476.935 manat məbləği ödəməyi öz üzərinə götürmüşdür.

4. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 "xxxx" X2 nizamnamə kapitalındakı 100 faiz payını X1.

5. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyatı idarəsinin xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, "xxxx" X2 əvvəlki təsisçisi və qanuni təmsilçisi Cavabdeh3, hazırkı təsisçisi X18, hazırkı qanuni təmsilçisi X13r.

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi Cövdət İsgəndərovun 28 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, Cavabdeh1 pulunun X23 tərəfindən ələ keçirilməsinə dair müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

7. "xxxx" MMC-nin rəhbəri Cavabdeh3 tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 91 və 111 saylı binaların yaxınlığında yerləşən kooperativ yaşayış binası "xxxx" MMC-yə məxsus binanın 12-ci mərtəbəsində ümumi sahəsi 131.7 kv.metr olan 53 saylı mənzilin pay dəyəri 111.945 manat təşkil edir. Payçı Cavabdeh1 Firmaya 111.945 manat məbləği tam ödəmiş, payçının Firmaya borcu yoxdur.

8. "xxxx" MMC-nin rəhbəri Cavabdeh3 tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 91 və 111 saylı binaların yaxınlığında yerləşən kooperativ yaşayış binası "xxxx" MMC-yə məxsusdur, binanın 12-ci mərtəbəsində ümumi sahəsi 84.2 kv.metr olan 54 saylı mənzilin pay dəyəri 71.570 manat təşkil edir. Payçı Nəbiyev X9 71.570 manat məbləği tam ödəmiş, payçının Firmaya borcu yoxdur.

9. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 39 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 208 kv.metr qeyri yaşayış sahəsi hər kvadrat metrinin dəyəri 480,77 manat olmaqla 100.000 manata Cavabdeh2 satılmışdır.

10. "xxxx" MMC ilə X14 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 30 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 120 kv.metr tam təmirli qeyri yaşayış sahəsi hər kvadrat metrinin dəyəri 458,33 manat olmaqla 55000 manata A.T.Nəbiyevaya satılmışdır.

11. "xxxx" MMC ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 55 kv.metr tam təmirli qeyri yaşayış sahəsi hər kvadrat metrinin dəyəri 1007,27 manat olmaqla 55400 manata E.H.Şahverdiyevə satılmışdır.

12. Gəncə Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(104)-369/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X15 Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(013)-1804/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin həmin qətnaməsi ləğv edilmişdir ona görə ki, iş üzrə Cavabdeh3 Cavabdeh1 qarşı iddia qaldırmaq hüququ olmamışdır, çünki iddiaçı Cavabdeh3 mübahisələndirilən müqavilələr üzrə tərəf olmamış, yəni onun subyektiv hüququ olmamışdır, iddia MMC tərəfindən qaldırılmalıdır.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyul 2023-cü il tarixli, 2(102)-2716/2023 saylı Qərarı ilə Gəncə Apellyasiya Məhkəməsini Mülki Kollegiyasının yuxarıda qeyd edilən 31 yanvar 2023-cü il tarixli Qətnaməsi dəyişdirilməmişdir.

14. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 2, 3, 4, 5 və 6 saylı alqı-satqı müqavilələrinin surətlərindən görünür ki, Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 91 və 111 saylı Binaların yaxınlığında, "xxxx" MMC tərəfindən tikiləcək, müvafiq olaraq 16 mərtəbəli Yaşayış Binasının 12-ci mərtəbəsində 115.4 kv.metr olan 3 otaqlı, 51 saylı mənzili hər kvadrat metrinin dəyəri 850 manat olmaqla 98.090 manata, 117.5 kv.metr olan 3 otaqlı, 52 saylı mənzili hər kvadrat metrinin dəyəri 850 manat olmaqla 99.875 manata, 131.7 kv.metr olan 3 otaqlı 53 saylı mənzili hər kvadrat metrinin dəyəri 850 manat olmaqla 111.945 manata, 84.2 kv.metr olan 2 otaqlı 54 saylı mənzili hər kvadrat metrinin dəyəri 850 manat olmaqla 71.570 manata və 112.3 kv.metr olan 3 otaqlı 55 saylı mənzili hər kvadrat metrinin dəyəri 850 manat olmaqla 95.455 manata Cavabdeh1 tam təmirsiz halda verməyi üzərinə götürmüş, Cavabdeh1 göstərilən 5 mənzilə görə ümumilikdə 476.935 manat məbləği ödəməyi öz üzərinə götürmüşdür.

15. "xxxx" MMC ilə X16 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 120 saylı alqısatqı müqaviləsinin surətindən görünür ki, ünvan 3 ünvanda yeni tikilən binanın 8-ci mərtəbəsində sahəsi 74,5m, № 76 mənzilin hər kv.metrinin dəyəri 300 ABŞ dolları olmaqla, 22350 ABŞ dolları təşkil edir.

16. "xxxx" MMC ilə X16 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 03 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 4 ünvanda yeni tikilən binanın 16 mərtəbəli binanın 1-ci mərtəbəsində sahəsi 500 m2 qeyri-yaşayış sahəsini payçıya verməyini öz öhdəsinə götürür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2) alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin əvvəlki təsisçisi və qanuni təmsilçisi Cavabdeh3 tərəfindən 04 avqust 2021-ci il tarixdə Cavabdeh1 adına rəsmiləşdirilmiş, Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 91 və 111 saylı Binanın yaxınlığında tikiləcək Yaşayış Binasında 12-ci mərtəbədə yerləşən 131.7 kvadrat metr olan mənzilin 4 saylı alqı-satqı müqaviləsinin, həmin mərtəbədə yerləşən 115.4 kvadrat metr sahəsi olan mənzilin 2 saylı alqı-satqı müqaviləsinin, həmin mərtəbədə yerləşən 117.5 kvadrat metr olan mənzilin 03 saylı alqısatqı müqaviləsinin, həmin mərtəbədə yerləşən 84.2 kvadrat metr olan mənzilin 05 saylı alqı-satqı müqaviləsinin və həmin mərtəbədə yerləşən 112.3 kvadrat metr sahəsi olan mənzilin 06 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh3 uzun illər sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq Bakı şəhəri Xətai rayonu ərazisində hündürmərtəbəli, coxmənzilli binaların tikintisini həyata keçirmişdir. Bu məqsədlə Cavabdeh3 "xxxx" MMC-ni təsis etmiş, ********** saylı VÖEN almış və qanuni təmsilçi olmuş, hüquqları xx.xx.2005-ci il tarixdə qeydə alınmış hüquqi şəxsin qeydiyyatı Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2018-ci il tarixli, **********978800 saylı Şəhadətnaməsi ilə tanınmış, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2021-ci il tarixli, **********071900 saylı Qeydiyyat Şəhadətnaməsi ilə yenidən rəsmiləşdirilmişdir. Cavabdeh3 Bakı şəhəri Xətai rayonu ərazisində bir çox binaların tikintisini həyata keçirmiş, konkret olaraq Xətai rayonu İ.Zülfüqarov küçəsində hündürmərtəbəli, çoxmənzilli binalardan ibarət şəhərcik salmışdır. Son illərdə Cavabdeh3 sahibkarlıq fəaliyyətini dayandırdığından "xxxx" MMC-nin təsisçilik hüququnu özgəninkiləşdirmiş və qanuni təmsilçilikdən çıxmışdır. Aralarında 12 fevral 2022-ci il tarixli, 3 M-122 saylı müqavilə tərtib olunmuş, Bakı şəhəri 21 saylı Notariat Kontoru tərəfindən bu müqavilə təsdiq edilmişdir. Təsisçilik hüququnu Cavabdeh3 almaqla məqsədi "xxxx" MMC-nin inşası üçün razılıq əldə etdiyi, Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 91 və 111 saylı Binanın yaxınlığında tikiləcək yaşayış binasında inşa işlərinə başlamaqla tikinti aparmaq olmuşdur. İşlərə sıfırdan başlamışlar, iddia ərizəsi verilərkən inşaat işləri aparılmaqda idi. Alqı-satqıdan sonrakı zamanlarda Cavabdeh3 özünün dediklərindən onlara məlum olmuşdur ki, o, tikinti işlərinin görülməsi üçün şəxsi pul resurslarından, bank kreditlərindən və ayrı-ayrı şəxslərdən götürdüyü pul vəsaitlərindən istifadə etmişdir. Götürülmüş pulların qarşılığında o, inşa etdiyi binalardan etibarlılıq üçün formal olaraq müəyyən mənzillər yazaraq pul götürdüyü şəxslərə vermişdir. İllərdir ki, belə borc pullar götürərək qarşılıqlı anlaşma şəraitində işlədiyi fiziki şəxslərdən biri də Ağdam rayonunun qeydiyyatında olan, faktiki olaraq isə Bakı şəhərində yaşayan və maşın alış-verişi ilə məşğul olan Cavabdeh2 olmuşdur. Bu yaxınlarda müəyyən etmişlər ki, Cavabdeh3 "xxxx" MMC-ni onlara satmamışdan əvvəl özünün işləri ilə əlaqədar olaraq Cavabdeh2 borca pul götürmüş və həmin borcun təminatı olaraq hazırda inşa etdirdikləri binanın mənzillərindən bir neçəsinə dair formal müqavilə tərtib edərək İsmayılın oğlu Cavabdeh1 adına müqavilələr vermişdir. Müəyyən olunmuşdur ki, Cavabdeh3 hələ 2014-cü ildə Cavabdeh2 400.000 manat borca pul götürmüş, müəyyən müddət ərzində 150.000 manat qaytarmış, yerdə qalan 250.000 manat məbləğ üçün yeni inşa olunan binanın 12-ci mərtəbəsində yerləşən bütün mənzilləri onun oğlu Yaşarın adına rəsmiləşdirmiş, 04 avqust 2021-ci il tarixdə isə "xxxx" MMC ilə Cavabdeh1 aralarında formal müqavilələr bağlanmışdır. Bağlanmış müqavilələrə əsasən MMC tərəfindən Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 91 və 111 saylı Binanın yaxınlığında tikiləcək yaşayış binasında 12-ci mərtəbədə yerləşən 131.7 kv.metr olan mənzil 119.945 manata, həmin mərtəbədə yerləşən 115.4 kv.metr sahəsi olan mənzil 98.090 manata, həmin mərtəbədə yerləşən 117.5 kv.metr olan mənzil 99.875 manata, həmin mərtəbədə yerləşən 84.2 kv.metr olan mənzil 71.570 manata və həmin mərtəbədə yerləşən 112.3 kv.metr sahəsi olan mənzil 95.455 manata Cavabdeh1 satılması rəsmiləşdirilmişdir. Halbuki oğul Cavabdeh1 və atası Cavabdeh2 bilirdilər ki, onlar MMCdən mənzil almamışlar, formal alqı-satqılar isə pulun qaytarılmasına təminat qismində aparılmışdır. Bu işlə əlaqədar olaraq Cavabdeh2 Cavabdeh3 qarşı şikayəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılmış, müəyyən edilmişdir ki, onların aralarında olan borc öhdəliyi icra edilmiş, aralarında öhdəlik münasibəti qalmamışdır. Lakin qarşı tərəf cığallıq edərək sənədləri geri qaytarmamış, tamahlanaraq Əbildən əlavə pullar tələb etmişlər. Araşdırmalar ilə Cavabdeh3 haqlı olması müəyyən edilmiş, Baş İstintaq və Təhqiqat İdarəsinin 28 mart 2022-ci il tarixli Qərarı ilə Cavabdeh3 əməlində cinayət tərkibinin olmaması müəyyən edilmişdir. Həmin Qərardan da görünür ki, Cavabdeh3 Cavabdeh2lə aralarında borc münasibətləri olduğundan İsmayılın oğlu Yaşarın adına müqavilələr formal olaraq yazılmışdır. Cavabdeh3 tərəfindən borc alınan pullar qaytarılmış, lakin, Cavabdeh1 və atası Cavabdeh2 razılaşmanın şərtlərinə əməl etməyərək sənədləri geri qaytarmamışlar. Mülki qanunvericiliyə görə müqavilənin bağlanması üçün 2 tərəfin iradə ifadəsi zəruridir. Bağlanmış müqavilələrin tarixlərinə nəzər saldıqda faktiki tikilməmiş, hətta tikintisinə başlanmamış binada mənzilə dair sənəd üzərində olan müqavilə verməklə olmayan əmlaka bağlanan müqavilənin heç bir əhəmiyyəti olmamışdır. Araşdırmalardan görünür ki, bağlanmış müqavilələr alqı-satqı üçün yox, borc pullarla bağlı bağlanmışdır. Cavabdeh3 ona məxsus MMC-nin tikməyə hazırlaşdığı binadakı mənzilləri satmaqla əlaqədar heç bir iradə və istəyi olmamış, yalnız yuxarıda qeyd edildiyi kimi borcverən şəxslə aralarında olan borc öhdəliyini qarant etmişlər. Həmin vaxt alqı-satqı müqaviləsi barədə başqa niyyət nəzərdə tutulduğundan bir əqdi digər əqdlə pərdələmə məqsədi ilə tərtib olunan əqd əhəmiyyətsiz və etibarsız əqddir. Mövcud mübahisəli işdə borc öhdəliyinin təminatı olaraq faktiki tikilməyən, mövcud olmayan və hələ tikintisi başlamamış əmlaka dair sənəd tərtib edilmişdir. Ona görə də MMC ilə bağlı özü ilə Cavabdeh3 arasında notariat qaydada aparılmış alqı-satqı müqavilələrinin tarixinə qədər, yəni xx.xx.2022-ci il tarixə qədər "xxxx" MMC-nin təsisçi və qanuni təmsilçisi Cavabdeh3 tərəfindən Cavabdeh1 adına xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 91 və 111 saylı binanın yaxınlığında tikiləcək yaşayış binasında 12-ci mərtəbədə yerləşən 131,7 kv.m, 115,4 kv.m, 117,5 kv.m, 84.2 kv.m və 112.3 kv.m sahəsi olan mənzillərlə bağlı 02, 03, 04, 05 və 06 saylı alqı-satqı müqavilələri etibarsız hesab olunmalıdır.

19. Məhkəmə iclasında cavabdeh ƏbilTağıyev iddia tələblərini qəbul edərək izahatında göstərmişdir ki, tikinti işləri ilə məşğul olduğu müddətdə dəfələrlə faizlə Cavabdeh2 pul götürmüş, pulunu vaxtında qaytarmış, əlavə olaraq həmin məbləğlərə görə ona çoxlu məbləğdə xeyir vermişdir. Həmin pulların təminatı kimi oğlu Yaşarın, arvadının, yaxud da İsmayılın göstərdiyi sair şəxslərin adlarına tikdiyi binalarda olan evlərin formal olaraq alğı-satqı müqavilələrini yazmış, borc aldığı pulları qaytardıqda isə bağlanmış müqavilələr həmin şəxslər tərəfindən ona geri qaytarılmışdır, yaxud da pul əvəzinə həmin şəxslərin özləri onlara verilən evləri satıb pullarını götürmüşlər. Bu minvalla 2012-ci ilədək İsmayılla əməkdaşlıq etmişlər, 2012-ci ildən 2014-cü ilə kimi birgə heç bir iş görməmişlər. 2014-cü ildə İsmayıl bir neçə dəfə ona təklif etmişdir ki, avtomobil alverində işi getmir, faizə pul verərək dolanmaq istəyir, pulu var, tikinti işlərini bərpa etsin. İsmayılın dəfələrlə etdiyi təkidindən sonra tikinti işlərini təzələmək qərarına gəlmişdir. İlkin razılaşmaları belə olmuşdur ki, İsmayıl ona 1.000.000 manat verəcək, lakin İsmayıl ona 400.000 manat pul vermişdir. İsmayıl 400.000 verəndən sonra və 56.000 manat ondan borc alıb Türkiyə Respublikasına gedəndə ona demişdir ki, 600.000 manat pul da Elçin adlı şərikindədir, pulu Elçindən götürər. İsmayılın deməyi ilə Elçinin yanına gəlmiş, 600.000 manatın İsmayılın dediyinə görə Elçində olduğunu ona demiş, pulu istəmiş, lakin Elçin həmin pulları maşın alınması üçün Almaniyaya göndərdiyini ona demiş, buna görə də Elçinə etirazını bildirmişdir. Elçin isə həmin pulları Almaniyaya İsmayılın tapşırığı ilə göndərdiyini demişdir. Beləliklə də İsmayıl bir söz, Elçin isə başqa söz danışmış, onu aldatmışlar. Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə əlaqələrini yeniləmiş, İsmayıldan 400.000 manat pulu götürərək işə başlamışdır. İsmayıl şəxsən özü həmin məbləği ona hissə-hissə, 160.000 manat bir dəfə, 100.000 manat bir dəfə, 40.000 manat bir dəfə və 100.000 bir dəfə 2014-cü ilin aprel ayında vermişdir. İsmayıl bundan sonra Almaniyaya getmiş, 56.700 manat da ondan borc alıb getmişdir. İsmayılla bəri başdan razılaşmışlar ki, ondan götürülən pulu, məsələn 100.000 manat pul 150.000 manat kimi hesablanacaq. Həmin vaxtlar İsmayıl bir dəfə də ona 85.000 ABŞ dolları pul vermiş, həmin pula görə İsmayıla 2000, 2500, 3000 manat və s. məbləğlərdə, təxminən 30.000 manat pul vermişdir. İcra Hakimiyyətində ondan 400.000 manat pul istəmişlər, həmin pulun 300.000 manatını icra başçısının Xeyrulla adlı müavininə vermiş, 100.000 manatla isə tikinti aparılacaq torpaq sahəsindəki ayrı-ayrı işləri gördürmüşdür. Nəhayət, 2018-ci ildə İsmayıl onun yanına gələrək ona verdiyi 400.000 manat pulun 240.000 manat hissəsinin Elçin adlı şərikinə aid olmasını bildirmiş, həmin pulun Elçinə qaytarılmasını istəmişdir. İsmayıla pulunun olmadığını bildirmiş, İsmayıl isə ona demişdir ki, özü heç nə istəmir, Elçinin pullarını versin, təki Elçin onlardan əl çəksin. İsmayılın təkidindən sonra yenə də çətinliklə pul taparaq və obyektlərini sataraq Elçinin pulunu vermişdir. Elçin 240.000 manatı alandan sonra ondan əlavə yenə də 260.000 manat pul tələb etmiş, dolların məznnəsinin 78-dən 170-ə qalxmasını əsas gətirmişdir. Yenə də İsmayıla zəng edib vəziyyəti danışmış, ondan dollarla pul almadığını bildirib etiraz etmiş, İsmayıl isə ona bildirmişdir ki, “mənim səndə olan pullarımı da ver Elçinə ki, Elçin bizdən əl çəksin, eybi yoxdur, iş görmüşük, bu dəfə də elə bilərik qazanc olmayıb, qoy canımız Elçindən qurtarsın”. Bundan sonra, Elçinə 101.000 manatlıq 3 otaqlı ev, həm də nağd pullar, yəni özünün obyektlərini satıb pullarını vermişdir. Yəni öz hesabı ilə Elçinə ümumilikdə 240.000 manatın əvəzinə 517.000 manat pul vermişdir. Elçin özü də Daxili İşlər Nazirliyində araşdırma zamanı qismən etiraf edib ki, Əbildən 498.000, yəni dolların məzənnəsi ilə 293.000 ABŞ dolları pul alıb. Bu pulları Elçinə versə də, İsmayılda olan borc kağızını ondan almamış, həmin kağızı almağı belə ağlına gətirməmişdir, çünki aralarında inam, etibar olmuşdur. Elçinin pulunu verəndən 1 həftə keçmiş İsmayılın anası onun yanına gəlmiş, İsmayılın səhhətinin pis olduğunu, onun pullarının qaytarılmasını tələb etmişdir. Anasına İsmayıla borcunun olmadığını, İsmayılın pullarını onun sözü ilə Elçinə verdiyini demişdir. Lakin anasının və İsmayılın ondan əl çəkməyəcəklərini, şikayət edə biləcəklərini görüb məcburiyyət qarşısında qalıb özünə və s. şəxslərə məxsus obyektləri razılıqla sataraq pullarını İsmayıla verməyi qərara almışdır. İsmayılın təklifini nəzərə alıb avto-yuma məntəqəsini 55.000 manat əvəzi olaraq İsmayılın oğlu Anara vermişdir. Bu arada Elçin yenə də gəlib ondan 55.000 manat pul tələb etməyə başlamışdır ki, “həmin pulu İsmayıl məndən götürüb, sən verməlisən”. Elçinə “İsmayılla öz problemlərinizi özünüz həll edin, məndən əl çəkin demişdir”. İsmayıl da Elçinə qoşulmuş, həmin pulu birlikdə tələb etməyə başlamışlar. Vəziyyəti belə görüb Sabir adlı qonşusundan kömək istəmiş, Sabirə İsmayılın onu sıxdığını demiş, Sabir isə “Mercedes” markalı maşınlarından birini onun sözü ilə 61.000 manat əvəzi olaraq İsmayılın Gündüz adlı oğluna vermişdir. Həmçinin Elçin mütəmadi olaraq İsmayılla ondan pul tələb etdiyi üçün Naidə adlı tanıdığı qadına da məxsus qeyri-yaşayış obyektini 80.000 manata qiymətləndirib almış, çarəsizlikdən 60.000 manata sataraq 55.400 manat pulu da Elçinə vermişdir. İsmayılın pul tələbləri qarşısında yaşadıqları binada olan 200 kv.metrlik idman zalını da kvadratı 1.000 manatdan olmaqla 200.000 manat əvəzi İsmayıla təklif etmiş, İsmayıl isə yaranmış vəziyyətdən sui-istifadə edərək zalı 100.000 manat əvəzi olaraq qəbul edəcəyini ona bildirmiş, çarəsiz qalıb həmin obyekti də 100.000 manat əvəzi olaraq İsmayılın adına sənədləşdirmişdir. Verilən obyektlərə və pullara baxmayaraq, İsmayıl ondan pullar tələb etməkdə davam etmiş, yeni tikiləcək binadan evlər tələb etməyə, müqavilə bağlamağı tələb etmişdir. İsmayıla bildirmişdir ki, hələ bina tikintisinə icazə verməyiblər, olmayan binadan ona ev verə bilməz, lakin İsmayıl tələb etmişdir ki, evlərin müqavilələrini yazıb ona verməlidir. İsmayılla hesablaşmışlar, İsmayıla təxminən 200.000 manat civarında borcunun olmasını müəyyənləşdirmişlər. İsmayıl tələb etmişdir ki, həmin məbləğin əvəzinə bir mərtəbədə nə qədər mənzil varsa onun oğlunun adına müqavilə yazsın, pulu qaytaranda və ya evləri satıb pula çevirəndə müqavilələri də ona qaytaracaq. Əlində görüləcək işlərinin olmasını, İsmayılın onu mütəmadi olaraq narahat etməsini nəzərə alaraq gələcəkdə tikiləcək, bünövrəsi hələ qoyulmamış binadan hər kvadrat metri 1400 manata satılası olan 5 mənzili hər kvadrat metri 800 manatdan olmaqla İsmayılın oğlu Yaşarın adına müqavilələr yazmışdır. Pul ehtiyatı tükəndiyini və binanı tikə bilməyəcəyini görüb təsis etdiyi MMC-ni bina ilə birlikdə satmaq qərarına gəlmişdir. İlkin olaraq bu barədə İsmayıla bildirmişdir ki, binanı satacaq, ona olan borcunu ödəyəcək. İsmayıl bildirmişdir ki, ona 250.000 manat verməlidir. İsmayıla demişdir ki, MMC-ni satıb pulunu verəcək, razılaşmışlar. Özünün 4.000.000 manat civarında borcları olduğundan MMC-ni 3.800.000 manata satmışdır. İsmayılı çağırmış, bildirmişdir ki, 150.000 manat hazırda ona verir, 50.000 manatı 3 günə verəcək, 50.000 manatı isə 3-4 aya verəcək, ona imkan versin. İsmayıl razılaşmamış, 200.000 manatı dərhal tələb etmişdir. 1-2 saat ərzində həmin pulu düzəltmiş, oğlu Yaqub ilə göndərmiş, Yaqub həmin pulu İsmayılın oğlu Yaşara şəxsən vermişdir, Yaşar da hazırda həmin məbləği aldığını etiraf edir. Yaqub Yaşara pul verəndə müqavilələri geri istəmiş, Yaşar Yaqubu evlərinə aparmışdır ki, müqavilələr evdədir, narahat olmasın. Lakin onlar sonra müqavilələri Yaquba verməyiblər, İsmayıl ona zəng edib bildirib ki, müqavilələr etibarlı yerdədir, guya 3 günə göndərəcək. Bundan sonra İsmayıl ondan yenə də pul tələb etməyə başlamış, əks halda onu polisə verəcəyi ilə hədələmişdir. Bütün pulları verməsinə, borclarını artıqlaması ilə ödəməsinə baxmayaraq İsmayıl onu şərləməyə başlamış, polisə verərək 300.000 manat əlavə pul tələb etməyə başlamışdır. Lakin aparılan araşdırmalardan sonra onun haqlı olduğu üzə çıxmış, polisin 28 mart 2022-ci il tarixli qərarı ilə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan da göründüyü kimi İsmayıl ilə aralarında borc münasibətləri olmuş, İsmayılın oğlu Yaşarın adına formal alğı-satqı müqavilələri yazmış, pulun ödənildiyi təqdirdə həmin müqavilələrin ləğv edilməsi razılaşdırılmışdır. Çarəsizlikdən faktiki tikilməmiş və sənəd üzərində olan mənzilə dair razılaşma etməklə heç bir əhəmiyyəti olmayan müqavilələr yazmışdır. Yəni müqavilə bağlananda heç bir bina olmamış, binanın çəpəri belə olmamışdır, binanın tikintisinə müqavilələr bağlanandan 1 il sonra, 2022-ci ilin yayında başlanılmışdır. Sonra imkansızlıqdan MMC-ni bütün inventarı ilə başqa şəxsə satmış, alğı-satqıya qədər olan tələb hüququ və borc öhdəliyini isə özündə saxlamışdır. Əslində isə Cavabdeh1lə alğı-satqı deyil, onun atası Cavabdeh2lə aralarında olan borc məsələlərini tənzim etmək üçün iradələrindən kənar, formal, başqa əqdi pərdələyən alğı-satqı müqavilələri yazmışdır. Tikməyə hazırlaşdığı binadakı mənzilləri satmaqla əlaqədar heç bir iradə və istəyi olmamış, yalnız pul öhdəliyini qarant etmiş, alğısatqı müqaviləsi barədə aralarında tamam başqa niyyət nəzərdə tutulmuşdur, bu əqdləri digər əqdləri pərdələmə məqsədilə tərtib etmişlər. Həmçinin həmin müqavilələr əlavə dəyər vergisi göstərilmədən yazılıb ki, bu da onların formal xarakterli olmasını bir daha sübut edir. Həmçinin həmin qərarda Elçin ondan 498.000 manat aldığını da etiraf etmiş, İsmayıl isə 200.000 manat aldığını, yəni Elçin və İsmayılın etiraflarına görə ondan təxminən 700.000 manat pul aldıqlarını etiraf etmişlər, üstəlik də Elçin və İsmayıla yuxarıda qeyd etdikləri obyektlərini vermiş, yaxud obyektlərini satıb pullarını onlara vermişdir. Əslində İsmayıl və Elçindən götürdüyü cəmi 400.000 manat pulun əvəzinə onlara hələ özlərinin etiraf etdikləri kimi 700.000 manat civarında pul vermiş, əlavə olaraq da Elçinə 100.000 manat civarında ev vermiş, avto-yuma məntəqəsini İsmayılın arvadının adına sənədləşdirmiş, idman zalını 75.000 manata İsmayıla vermiş, maşınını 61.000 manata İsmayılın oğlu Gündüzə vermiş, 56.700 manat İsmayıl özü ondan borc alaraq müalicəyə getmiş, 12.000 manat İsmayılın oğlu Anara vermiş və s. bu kimi İsmayıl və Elçinə müxtəlif məbləğlərdə pullar vermişdir. Beləliklə, Elçin və İsmayıl ondan təxminən 1.000.000 manat civarında pullar almışlar, indi isə nə istəyirlər başa düşülən deyil.

20. Məhkəmə iclasında cavabdeh qismində Yaşar Nəbyev iddia tələblərini qəbul etməyərək göstərmişdir ki, 2014-cü ildə Cavabdeh3lə atası Cavabdeh2 arasında borc sövdələşməsi olmuş, Cavabdeh3 atası İsmayıldan 290.000 ABŞ dolları bina tikintisi üçün borc almış, bunun əvəzində onlara maya dəyərinə mənzillər verəcəyini bildirmiş, həmin mənzilləri satıb pul qazanacaqları barədə razılaşmışlar. Cavabdeh3 sahibi olduğu MMCnin adından bu barədə qəbz yazıb vermiş, qəbzi MMC-nin möhürü ilə təsdiq etmişdir. Həmin məbləği Cavabdeh3 vermişlər. 2021-ci ilə kimi Əbil heç bir iş görməmiş, pulları qaytarmamış, müxtəlif bəhanələr etmişdir. 2021-ci ildə atası İsmayılla Əbilin yanına getmişlər, pullarını istəmişlər. Əbilin onlara olan borcunu 500.000 manat dəyərləndirmişlər, Əbil həmin məbləğin əvəzinə onlara 5 ədəd mənzil verəcəyini bildirmiş, bundan sonra isə Əbil onun adına 5 mənzili müqavilə ilə sənədləşdirmişdir. Lakin bir müddət keçmiş Əbil atası İsmayıla demişdir ki, binanı tikə bilmir, özünə məxsus MMC-ni bütün inventarı ilə, o cümlədən tikəcəyi bina ilə birlikdə satır. Bundan sonra, Əbil oğlu Yaqub vasitəsi ilə 200.000 manat atası İsmayılın pulunu vermiş, həmçinin bildirmişdir ki, 300.000 manatını verəndə müqavilələri geri alarlar, bu barədə razılaşmışlar. Lakin Əbil 200.000 manat vermiş, həmin 300.000 manatı verməmişdir. Ona görə də 5 ədəd mənzillərin deyil, 200.000 manat dəyərində mənzillərin alğı-satqı müqavilələrini geri qaytarmağa razıdırlar. Lakin, Əbil bununla razılaşmır, bütün müqavilələri geri tələb edir. Onlara Əbilin verdiyi yuyucu məntəqəsi, qeyri-yaşayış sahəsi, “Mercedes Benz” markalı avtomobil və s. isə Əbilin əvvəlki borclarına görə verilmişdir. Beləliklə də Əbilin onlara hazırda 300.000 manat borcu qalır. Sonradan Əbil MMC-ni Kamal adlı şəxsə satmışdır. Kamalın yanına getmiş, MMC-nin balansında olan binada 5 mənzilinin olmasını Kamala bildirmiş, Kamal isə həmin mənzilləri satdığını ona demişdir. Hazırda isə ona deyirlər ki, müqavilələr etibarsızdır.

21. İddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X8 məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh3 tikinti işlərində iştirak etmişdir. Əbilin Cavabdeh2 pul alaraq tikinti işləri apardığını bilmiş, həmçinin Əbilin İsmayıla borcu olmasını bilmişdir. Əbil özünə məxsus obyektini satmaq istədiyini ona bildirmiş, Əbilin tapşırığı ilə ona xüsusi mülkiyyət hüquqları ilə məxsus olan xeyir-şər evini 75.000 manata satmış, pulunu isə Əbilin tapşırığı ilə İsmayıla vermişdir. Əbil ilə İsmayıl aralarında olan borc məbləğini bilmir.

22. İddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X17 bildirmişdir ki, Əbil ona İsmayıla borcu olmasını bildirmiş, “Mercedes” markalı maşınını İsmayılın oğlunun adına sənədləşdirməsini xahiş etmiş, həmin maşınını 60.000 manat əvəzinə İsmayılın oğluna vermiş, Əbil isə ona maşının əvəzində zirzəmidə yerləşən obyektini vermişdir. Əbil ilə İsmayıl aralarında olan borc məbləğini bilmir.

23. Cavabdeh1 tərəfindən şahid qismində dəvət edilmiş X7 bildirmişdir ki, Cavabdeh2 ilə şərik işlər görmüşlər, maşın alveri və s. işlərlə məşğul olmuşlar. 2014-cü ildə Cavabdeh3 bina tikintisi üçün İsmayılla birlikdə yarı-yarı olaraq 400.000 manat pul vermişlər, Əbil isə həmin məbləğlərlə bina tikəcəyini və onlara da maya dəyərinə mənzillər verəcəyini öhdəsinə götürmüşdür. Bundan sonra, 6 il ərzində Əbil heç bir bina tikməmişdir. Vəziyyəti belə görüb Əbildən pullarını tələb etmişdir. Əbil aldığı pulları qaytarmadığı üçün İsmayıl özünə məxsus maşını, evi satıb təxminən onun Əbilə verdiyi pulundan 220.000 manatı ona Əbilin əvəzinə qaytarmışdır. Sonra yenə də Əbildən pullarını tələb etmiş, ümumilikdə Əbil ona 498.000 manat pul vermişdir. Əbildən aldığı pullar özünə məxsus olub. İsmayıl isə onun yanında Əbilə 204.000 ABŞ dollar pul verib. Əbil İsmayıla 200.000 manat pul qaytarıb, lakin borcunun qalanını qaytarmayıb.

24. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-2225/2023 saylı qətnaməsi ilə (hakim Elşad Bayramov) iddianın təmin edilməsi, MMC ilə Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 91, və 111 saylı Binaların yaxınlığında tikiləcək yaşayış binasında 12-ci mərtəbədə yerləşən 131.7 kv.m, həmin mərtəbədə yerləşən 115.4 kv.m, həmin mərtəbədə yerləşən 117.5 kv.m, həmin mərtəbədə yerləşən 84.2 kv.m və həmin mərtəbədə yerləşən 112.3 kv.m sahəsi olan mənzillərlə bağlı aparılmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi qət edilmişdir.

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında hər hansı bir alğı-satqı niyyətləri olmamış, MMC-nin rəhbəri qismində Cavabdeh3 və alıcı qismində Cavabdeh1 göstərilən müqavilələri başqa əqdi, konkret olaraq Cavabdeh1 atası Cavabdeh2 Cavabdeh3 bina tikintisi ilə əlaqədar verdiyi borc pullarla bağlı məsələləri pərdələmək məqsədi ilə bağlamışlar. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin Xüsusilə Mühüm İşlər üzrə Baş Müstəntiqinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh1 Cavabdeh3 barədə onlara məxsus pullarını dələduzluq yolu ilə ələ keçirməsi ilə əlaqədar müraciəti əsasında araşdırma aparılmış, şikayət üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan da görünür ki, Cavabdeh3 tanışı Cavabdeh2 borclu olduğu pulun müqabilində, özünün rəhbərlik etdiyi MMC-nin gələcəkdə inşa edəcəyi və hazırda ümumiyyətlə mövcud olmayan binadan 5 ədəd mənzili İsmayılın oğlu Cavabdeh1 alğısatqı etmiş, Cavabdeh3 maddi imkansızlıqdan sonradan tikinti işlərini həyata keçirə bilməmiş, bu səbəbdən də MMC-ni bütövlükdə Kamal Quliyev adlı şəxsə satmışdır. Həmin qərardan məlum olur ki, Cavabdeh1 verdiyi izahatında göstərmişdir ki, atası Cavabdeh2 2014-cü ildə Cavabdeh3 290.000 ABŞ dolları borc vermiş, sonuncu isə həmin pulları qaytarmamışdır, sonra isə Cavabdeh2 Cavabdeh3 pul verərək yenidən bir neçə qeyri-yaşayış sahəsi almış, atası İsmayıl uzun müddət alverlə məşğul olmuş, bir neçə il əvvəl atası MMC-nin rəhbəri Cavabdeh3lə tanış olmuş, atası İsmayıl Cavabdeh3 bina tikintisi üçün borc pullar vermiş, bunun müqabilində bir neçə dəfə Cavabdeh3 mənzillər alaraq satmışlar.

26. İşin hallarından və cavabdehlərdən Cavabdeh3 yuxarıda qeyd edilən izahatlarından da məhkəmə belə bir nəticə hasil etmişdir ki, iddiaçı MMC ilə Cavabdeh1 arasında hər hansı real bir alğı-satqı niyyəti olmamış, MMC-nin rəhbəri olaraq Cavabdeh3 cavabdehin atası Cavabdeh2 ona verdiyi pula görə öhdəliyin icrasını təmin etmək məqsədi ilə 5 ədəd mənzilin alğı-satqısı barədə formal olaraq müqavilə bağlamışlar.

27. Həmçinin, məhkəmə tərəfindən aparılan araşdırma zamanı müxtəlif ziddiyyətli məqamlara rast olunmuş, xüsusən də Cavabdeh1, onun dəvət etdiyi şahid X21 Tağıyevdən götürülən pulların məbləği ilə bağlı ziddiyyətli izahatlarına aydınlıq gətirilməsi mümkün olmamışdır. Cavabdeh1 məhkəməyə təqdim etdiyi, Cavabdeh3 tərəfindən borc götürdüyü pullarla bağlı təsdiq edilmiş məktubdan görünür ki, o, Cavabdeh2 290.000 ABŞ dolları pul borc götürmüşdür. Lakin işin materiallarında olan çoxsaylı sənədlərdən, tərəflərin izahatlarından, həmçinin polis araşdırması ilə bağlı qəbul edilmiş qərardan belə görünür ki, tərəflər aralarında 400.000 manatla bağlı mübahisələr yaranmışdır. Həmçinin işdən o da görünür ki, Cavabdeh2 Cavabdeh3 200.000 manat almasını, Elçin Şahverdiyev isə Cavabdeh3 498.000 manat, yəni ümumilikdə 700.000 manat civarında məbləği nağd pul qaydasında almalarını etiraf etmişlər, həmçinin həmin məbləğdən başqa da Cavabdeh3 İsmayıl və Elçinə təxminən 2000.000-300.000 manat civarında pullar, yaxud pul əvəzi obyektlər, maşın və s., yəni 1.000.000 manat civarında pullar vermişdir. MMC-nin rəhbəri kimi Cavabdeh3 Bakı şəhəri Xətai Rayon M.Hadi küçəsi 91 və 111 saylı Binaların yaxınlığında tikiləcək yaşayış binasında 12-ci mərtəbədə yerləşən 5 ədəd mənzilləri Cavabdeh1 mülkiyyətinə həqiqətdə verməmiş, ümumiyyətlə mənzillər onlarla bağlı notariat orqanından kənar müqavilələr bağlanarkən də mövcud olmamış, həmin mənzillərin Cavabdeh1 mülkiyyətinə verilməsi ilə bağlı qanunvericiliyin mütləq şərti kimi nəzərdə tutulan hər hansı notariat əməliyyatı da aparılmamışdır. Həmçinin istintaq orqanının yuxarıda qeyd olunan qərarındakı tərəflərin izahatlarında da özlərinin qeyd etdikləri kimi həmin müqavilələr Əbil X4 pul öhdəliklərinin təminatı formasında, başqa əqdi pərdələmək məqsədi ilə bağlanmışdır ki, bu da iddia tələblərinin təmin edilməsi üçün məhkəməyə əsas verir.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1, 390.3, 390.5, 337.1, 337.2, 337.4, 340.2, 567, 646.1, 648-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

29. Cavabdeh1 nümayəndəsi (vəkil) X10 apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-2225/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iş materialında olan Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarını öz bildiyi kimi yozmuş və mülki prossesual qanunverciliyin preyudisiallıq normasını pozmuşdur. İddiaçının formal mülahizəsinə əsasən və iddiaçı tərəfin təqdim etdiyi şahid ifadələrinə istinad edərək iş üzrə qətnamə çıxarmışdır. Məhkəmə iş materialında olan müqavilələri, ödəniş qəbzlərini, maliyyə arayışlarını araşdırmamış, ümumi sözlərlə bu barədə qətnamə qeyd aparmışdır. Məhkəmə qeyd edilən sənədlərə düzgün qiymət vermiş olsaydı mübahisəni ədalət prinsipinə uyğun həll edərdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

32. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-212/2024 nömrəli mülki iş üzrə 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və Logman Süleymanov) cavabdehin tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia təmin edilmişdir.

33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mahiyyətcə düzgün nəticəyə gəlmiş olsa da, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, prosessual hüquq normalarını isə pozmuşdur. Belə ki, hazırkı işdəki iddia ərizəsindən göründüyü kimi MMC iddiaçı, Cavabdeh3 və Cavabdeh1 cavabdeh, Cavabdeh2 isə cavabdeh tərəfdə üçüncü şəxsdir. İddia ərizəsindən, həmçinin mübahisələndirilən qətnamədən görünür ki, Cavabdeh3 işdə tələbin yönəldiyi şəxs, yəni cavabdeh olduğu halda, həm də iddiaçının etibarnamə üzrə nümayəndəsi kimi iştirak etmişdir (i.v.55), bu isə prosessual qanunvericiliyin normalarının pozulmasıdır, yəni prosesdə iddiaçının həm də cavabdehin nümayəndəsi və ya da tərsinə cavabdehin həm də iddiaçının nümayəndəsi kimi iştirak etməsi tərəflər arasında mübahisənin olmamasını göstərir.

34. Məhkəmə alğı-satqı müqavilələrinin etibarsızlığı barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış şəxs bölünmə planına əsasən yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra sərəncam verə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı MMC-yə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 91 və 111 saylı binaların yaxınlığında tikiləcək yaşayış binasının layihələndirilməsinə icazə verilmiş olsa da, tikintisinə belə icazə alınmamış, MMC-nin adından Cavabdeh1lə Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 91 və 111 saylı Binaların yaxınlığında tikiləcək yaşayış binasının 12-ci mərtəbəsindəki sahəsi 131.7 kv.m, 115.4 kv.m, 117.5 kv.m, 84.2 kv.m və 112.3 kv.m olan mənzillərə dair müqavilələr notariat qaydasında təsdiqlənməmişdir. Bundan başqa, həmin mənzillərin üzərində MMC-nin mülkiyyət hüququ da olmamışdır, yəni həmin müqavilələr etibarsız müqavilələrdir.

35. Kollegiya onu da qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli alğı-satqı müqavilələri bağlanarkən Cavabdeh1 tərəfindən MMC-yə real olaraq hər hansı məbləğdə pul ödənilmədiyi müəyyən olunduğuna görə, həmin alğı-satqı müqavilələrində göstərilən pul məbləğlərinin iddiaçıdan alınıb Cavabdeh1 qaytarılması da mümkün hesab olunmur.

36. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 144- 1.1, 144-1.2. 144-1.3, 144-1.4, 144-1.5, 324.1, 324.2, 324.4, 324.5, 329.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 390.1, 390.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya instansiya məhkəməsində icraat

37. Cavabdeh1 (vəkili Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

38. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)- 2566/2024 nömrəli qərarı ilə, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-212/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

39. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sözügedən müqavilələrin məzmunu düzgün təfsir edilməmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

40. O da qeyd olunmalıdır ki, iddianın hüquqi həlli ilə bağlı yaranan bütün sualları cavablandırmaq işə mahiyyəti üzrə baxan məhkəmənin vəzifəsidir. Hüququn tətbiqinə bilavasitə hakimin cavabdehlik daşıması və tərəflərin faktlar barəsində hüquqi mövqeyinin hakim üçün məcburi olmamasına dair “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipi Konstitusiya Məhkəməsinin qərarlarında dəfələrlə vurğulanmışdır.

41. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, məhkəmə müqavilə şərtlərini təfsir edərkən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

42. Mübahisələndirilən müqavilələrin 1.1-ci bəndinə əsasən MMC tərəfindən tikiləcək yaşayış binasının 12-ci mərtəbəsindəki müvafiq mənzilləri 36 ay müddətində tam təmirsiz halda Cavabdeh1 verməyi, sonuncu isə həmin mənzillərin dəyəri kimi müəyyən edilmiş məbləği tam ödəməyi öz öhdəsinə götürmüşdür.

43. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir.

44. Göründüyü kimi, iddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilələr necə adlandırılmasından (“tikilən binada mənzil alğısatqısı haqqında”) asılı olmayaraq, öz hüquqi təbiətinə görə podrat müqavilələridir.

45. Odur ki, işə yenidən baxılarkən Mülki Məcəllənin öhdəliyə icra səbəbilə xitam verilməsi ilə bağlı 527-530-cu maddələrinin tələbləri nəzərə alınmaqla borcun ödənilmiş hissəsinə müvafiq olaraq aralarındakı razılaşmaya əsasən mənzillərə dair müqavilələrin tam və ya müəyyən həcmdə ləğv edilməsi məsələsinə qiymət verilməlidir.

46. Hazırda tərəflər arasında borcun məbləği ilə bağlı mübahisə olduğundan bu istiqamətdə qiymətləndirmə aparılarkən ilk öncə tərəflərin məhkəmə iclasında verdikləri izahatlar, Cavabdeh1 müraciəti əsasında Daxili İşlər Nazirliyində aparılmış araşdırma zamanı verdikləri ifadələr, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri, iş materiallarında olan yazılı sübutlar (Cavabdeh3 tərəfindən imzalanmış və MMC-nin blankında tərtib edilməklə möhürü ilə təsdiqlənmiş sənəd – İ cild, səhifə 56, maliyyə arayışları və s.) və işin həlli üçün əhəmiyyət daşıyan digər sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq qiymətləndirilməlidir.

47. Qeyd olunan prosessual tələblər nəzərə alınmaqla tərəflər arasında aktiv borc öhdəliyinin olub-olmaması, olduğu halda məbləği müəyyən edilməli, bundan sonra mənzillərə dair müqavilələrin tam (öhdəlik tam icra edildiyi halda) və ya öhdəliyin icra edilmiş hissəsinə müvafiq olaraq hansı həcmdə ləğv edilməsinin mümkünlüyü məsələsi tərəflərlə müzakirə olunmalı və onların mövqeyi nəzərə alınmaqla mübahisənin həlli ən əlverişli şəkildə tamamlanmalıdır.

48. Nəzərə alınmalıdır ki, Cavabdeh1 də birinci instanasiya məhkəməsində verdiyi izahatında iddiaçı MMC-nin keçmiş təsisçisi və direktoru Cavabdeh3 atasına olan 500.000 manat borcundan 200.000 manat qaytardığını, hazırda 300.000 manat borcunun qaldığını, ona görə də 5 ədəd mənzillərin deyil, 200.000 manat dəyərində mənzillərin alğısatqı müqavilələrini geri qaytarmağa razı olduqlarını bildirmişdir.

c)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları

49. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, 2014cü ildə Cavabdeh3lə Cavabdeh1 atası Cavabdeh2lə aralarında borc sövdələşməsi olmuş, Cavabdeh3 Cavabdeh1 atası İsmayıldan 290.000 ABŞ Dolları bina tikintisi üçün borc almış, bunun əvəzində onlara maya dəyərinə mənzillər verəcəyini bildirmiş, həmin mənzilləri satıb pul qazanacaqları barədə razılaşmışlar. Cavabdeh3 sahibi olduğu MMCnin adından bu barədə qəbz yazıb vermiş, qəbzi MMC-nin möhürü ilə təsdiq etmişdir. Həmin məbləği Cavabdeh3 vermişlər. 2021-ci ilə kimi Əbil heç bir iş görməmiş, pulları qaytarmamış, müxtəlif bəhanələr etmişdir. 2021-ci ildə atası İsmayılla Əbilin yanına getmişlər, pullarını istəmişlər. Əbilin onlara olan borcunu 500.000 manat dəyərləndirmişlər, Əbil həmin məbləğin əvəzinə onlara 5 ədəd mənzil verəcəyini bildirmiş, bundan sonra isə Əbil onun adına 5 mənzili müqavilə ilə sənədləşdirmişdir. Lakin, bir müddət keçmiş Əbil Cavabdeh1 atası İsmayıla demişdir ki, binanı tikə bilmir, özünə məxsus MMC-ni bütün inventarı ilə, o cümlədən tikəcəyi bina ilə birlikdə satır. Bundan sonra Əbil oğlu Yaqub vasitəsi ilə 200.000 manat atası İsmayılın pulunu vermiş, həmçinin bildirmişdir ki, 300.000 manatını verəndə müqavilələri geri alarlar, bu barədə razılaşmışlar. Lakin, Əbil 200.000 manat vermiş, həmin 300.000 manatı verməmişdir. Ona görə də 5 ədəd mənzillərin deyil, 200.000 manat dəyərində mənzillərin alqı-satqı müqavilələrini geri qaytarmağa razıdırlar. Lakin, Əbil bununla razılaşmır, bütün müqavilələri geri tələb edir. Mənzilləri qanunvericiliyə uyğun olaraq almışdır. Onlara Əbilin verdiyi yuyucu məntəqəsi, qeyri-yaşayış sahəsi, «Mercedes Benz» markalı avtomobil və s. isə Əbilin əvvəlki borclarına görə verilmişdir. Beləliklə də Əbilin onlara hazırda 300.000 manat borcu qalır, Əbil də bunun əvəzinə Bakı Şəhəri Xətai Rayonu M.Hadi küçəsi 91 və 111 saylı binaların yaxınlığında müqavilə bağlanan zaman gələcəkdə tikəcəyi hündür mərtəbəli yaşayış binasından 12-ci mərtəbədə olan mənzilləri adına rəsmiləşdirmiş, 04 avqust 2021-ci ildə "xxxx" MMC ilə arasında müqavilələr bağlanmış, 131.7 kv.metr mənzili 111.945 manata, 115.4 kv.metr sahəsi olan mənzili 98.090 manata, 117.5 kv.metr mənzili 99.875 manata, 84.2 kv.metr mənzili 71.570 manata və 112.3.kv.metr sahəsi olan mənzili 95.455 manata adına rəsmiləşdirmişlər. Sonradan Əbil MMC-ni Kamal adlı şəxsə satmışdır. Kamalın yanına getmişlər, MMC-nin balansında olan binada 5 mənzilinin olmasını Kamala bildirmiş, Kamal isə həmin mənzilləri satdığını ona demişdir. Hazırda isə ona deyirlər ki, müqavilələr etibarsızdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual hüquq normalarını pozulması ilə qəbul edilmişdir. Belə ki, iş materialında olan Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarını öz bildiyi kimi yozmuş və mülki prossesual qanunuverciliyin preyudisiallıq normasını pozmuşdur. İddiaçının formal mülahizəsinə əsasən və iddiaçı tərəfin təqdim etdiyi şahid ifadələrinə istinad edərək iş üzrə qətnamə çıxarmışdır. Məhkəmə iş materialında olan müqavilələri, ödəniş qəbzlərini, maliyyə arayışlarını araşdırmamış, ümumi sözlərlə bu barədə qətnamə qeyd aparmışdır. Məhkəmə qeyd edilən sənədlərə düzgün qiymət vermiş olsaydı mübahisəni ədalət prinsipinə uyğun həll edərdi. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilələr necə adlandırılmasından asılı olmayaraq, öz hüquqi təbiətinə görə podrat müqavilələridir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

50. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək və iddianı qəbul edərək göstərmişdir ki, İsmayıldan 400.000 manat pulu götürərək işə başlamışdır. İsmayıl şəxsən özü həmin məbləği ona hissə-hissə, 160.000 manat bir dəfə, 100.000 manat bir dəfə, 40.000 manat bir dəfə və 100.000 bir dəfə, 2014-cü ilin aprel ayında vermişdir. İsmayıl bundan sonra Almaniyaya getmiş, 56.700 manat da ondan borc alıb getmişdir, həmin məbləğin təxminən 53.000 manatını İsmayılın oğlu Yaşara şəxsən özü vermiş, təxminən 3.300 manatını isə İsmayılın başqa Gündüz adlı oğluna vermişdir. İsmayılla bəri başdan razılaşmışlar ki, ondan götürülən pulu, məsələn 100.000 manat pul 150.000 manat kimi hesablanacaq, yəni bəri başdan İsmayıla xeyir vermək məqsədlərini ifadə etmişlər, razılaşmışlar. Həmin vaxtlar İsmayıl bir dəfə də ona 85.000 ABŞ dolları pul vermiş, həmin pula görə İsmayıla 2000, 2500, 3000 manat və s. məbləğlərdə, təxminən 30.000 manat pul vermişdir. İsmayıldan aldığı pulları tikinti üçün torpaq sahəsinin ayrılması və digər işlərə xərcləmiş olsa da, tikintinin başlanmasına icazə ala bilməmişdir. Bunları İsmayıl özü də bilmişdir. Nəhayət 2018-ci ildə İsmayıl onun yanına gələrək ona verdiyi 400.000 manat pulun 240.000 manat hissəsinin Elçin adlı şərikinə aid olmasını bildirmiş, həmin pulun Elçinə qaytarılmasını istəmişdir. Elçini İsmayılla birlikdə Babək prospektində onların maşın alveri ilə məşğul olduqları ofislərində görmüşdür. Elçin də sonra onun yanına gəlmiş, onda pullarının olmasını bildirib pullarını tələb etmişdir. Elçindən pul almadığı üçün onu tanımadığını Elçinə bildirmiş, İsmayıla zəng edib bu barədə məlumat vermiş, İsmayıl isə bildirmişdir ki, Elçin pis adamdır, onun 240.000 manat pullarını vermək lazımdır ki, onlardan əl çəksin. İsmayıla pulunun olmadığını bildirmiş, İsmayıl isə ona demişdir ki, özü heç nə istəmir, Elçinin pullarını versin, təki Elçin onlardan əl çəksin, yəni Elçini yola versinlər. İsmayılın təkidindən sonra yenə də çətinliklə ordan-burdan pul taparaq və obyektlərini sataraq Elçinin pulunu vermişdir. Elçin 240.000 manatı alandan sonra ondan əlavə yenə də 260.000 manat pul tələb etmiş, dolların kursunun 78-dən 170-ə qalxmasını əsas gətirmişdir. Yenə də İsmayıla zəng edib vəziyyəti danışmış, ondan dollarla pul almadığını bildirib etiraz etmiş, İsmayıl isə ona bildirmişdir ki, mənim səndə olan pullarımı da ver Elçinə ki, Elçin bizdən əl çəksin, eybi yoxdur, iş görmüşük, bu dəfə də elə bilərik qazanc olmayıb, qoy canımız Elçindən qurtarsın. Bundan sonra Elçinə 101.000 manatlıq 3 otaqlı ev, həm də nəğd pullar, yəni özünün obyektlərini satıb pullarını vermişdir. Yəni öz hesabı ilə Elçinə ümumilikdə 240.000 manatın əvəzinə 517.000 manat pul vermişdir. Beləliklə də arada bir müddət sakitçilik yaranmışdır. Elçin özü də Daxili İşlər Nazirliyində araşdırma zamanı qismən etiraf edib ki, Əbildən 498.000, yəni dolların kursu ilə 293.000 ABŞ Dolları pul alıb. X12 izahatı var. Bu pulları Elçinə versə də İsmayılda olan borc kağızını ondan almamış, həmin kağızı almağı belə ağlına gətirməmişdir, çünki İsmayılla aralarında inam-etibarları olmuşdur. Elçinin pulun verəndən 1 həftə keçmiş İsmayılın anası onun yanına gəlmiş, İsmayılın səhhətinin pis olduğunu, onun pullarının qaytarılmasını tələb etmişdir. İsmayılın anasına İsmayıla borcunun olmadığını, İsmayılın pullarını onun sözü ilə Elçinə verdiyini demişdir. Lakin anasının və İsmayılın ondan əl çəkməyəcəklərini, şikayət edə biləcəklərini görüb məcburiyyət qarşısında qalıb özünə məxsus və sair şəxslərə məxsus obyektləri razılıqla sataraq pullarını İsmayıla verməyi qərara almışdır. İsmayıla bildirmişdir ki, avtoyuma məntəqəsi var, 62.000 manata istəyən var, yəni məntəqənin yarı qiymətinə maşın verirlər, yarı qiymətinə də pul verirlər. İsmayıl maşın alverçisi olduğu, maşından başı çıxdığı üçün ona demişdir ki, avtoyuma məntəqəsinə görə verilən maşını onun yanına göndərir, baxsın maşına qiymət qoysun, maşını istəyirsə pul əvəzinə götürsün. İsmayıl maşına baxmış, maşının tam yararsız olmasını ona bildirmiş, sonra isə avtoyuma məntəqəsini Türkiyədən gələn və işsiz olan Anar adlı oğluna istəmiş və 55.000 manat qiymət qoymuşdur. İsmayılın təklifini nəzərə alıb avtoyuma məntəqəsini 55.000 manat əvəzi olaraq İsmayılın oğlu Anara vermişdir. Bu arada Elçin yenə də gəlib ondan 55.000 manat pul tələb etməyə başlamış və demişdir ki, həmin pulu İsmayıl ondan götürüb, ona görə də sən verməlisən. lakin Elçin ondan əl çəkməmiş, İsmayıl da Elçinə qoşulmuş, həmin pulu birlikdə tələb etməyə başlamışlar. Vəziyyəti belə görüb Sabir adlı qonşusundan kömək istəmiş, Sabirə İsmayılın onu sıxdığını demiş, Sabir isə MERSEDES markalı maşınlarından birini onun sözü ilə 61.000 manat əvəzi olaraq İsmayılın Gündüz adlı oğluna vermişdir. Həmçinin Elçin mütəmadi olaraq İsmayılla ondan pul tələb etdiyi üçün Naidə adlı tanıdığı qadına məxsus qeyri-yaşayış obyektini də 80.000 manata qiymətləndirib almış, çarəsizlikdən 60.000 manata sataraq 55.400 manat pulu da Elçinə vermişdir. İsmayılın pul tələbləri qarşısında yaşadıqları binada olan 200 kv.metrlik idman zalını da kvadratı 1.000 manatdan olmaqla 200.000 manat əvəzi İsmayıla təklif etmiş, İsmayıl isə yaranmış vəziyyətdən sui-istifadə edərək zalı 100.000 manat əvəzi olaraq qəbul edəcəyini ona bildirmiş, çarəsiz qalıb İsmayıla 100.000 əvəzi olaraq idman zalını da sənə verirəm. Həmin obyekti də İsmayılın adına sənədləşdirmişdir. Bütün İsmayıla verilən obyektlərə və pullara baxmayaraq İsmayıl ondan pullar tələb etməkdə davam etmiş, yeni tikiləcək binadan evlər tələb etməyə, müqavilə bağlamağı tələb etmişdir. İsmayıla bildirmişdir ki, hələ bina tikintisinə icazə verməyiblər, olmayan binadan ona ev verə bilməz, lakin İsmayıl tələb etmişdir ki, evlərin müqavilələrini yazıb ona verməlidir. Oturub İsmaylla hesablaşmışlar, İsmayıla təxminən 200.000 manat civarında borcunun olmasını müəyyənləşdirmişlər. İsmayıl tələb etmişdir ki, həmin məbləğin əvəzinə bir mərtəbədə nə qədər mənzil varsa onun oğlunun adına müqavilə yazsın, pulu qaytaranda və ya evləri satıb pula çevirəndə müqavilələri də ona qaytaracaq. Əlində görüləcək işlərinin olmasını, İsmayılın onu mütəmadi olaraq narahat etməsini nəzərə alaraq gələcəkdə tikiləcək, bünövrəsi hələ qoyulmamış binadan hər kvadrat metri 1400 manata satılası olan 5 mənzili hər kvadrat metri 800 manatdan olmaqla İsmayılın oğlu Yaşarın adına müqavilələr yazmışdır. Binanı tikməyə başlamış, 400.000 manat binanın tikintisinə dövlət rüsumu hesablanmış, həmin məbləği ödəmiş, tikinti işləri zamanı isə binanın bünövrə yerindən 2 ədəd 700 atmosferli “AZƏRSU”-ya məxsus borular çıxmış, əlavə 150.000 manat da onların yerlərinin dəyişdirilməsinə xərci çıxmışdır. Pul ehtiyatı tükəndiyi və binanı tikə bilməyəcəyini görüb təsis etdiyi MMC-ni bina ilə birlikdə satmaq qərarına gəlmişdir. İlkin olaraq bu barədə İsmayıla zəng etmişdir ki, görüşsünlər, İsmayıl Yaşarla gəlmiş, lakin Yaşarı söhbətlərinə buraxmamışdır. İsmayıla bildirmişdir ki, binanı satacaq, ona olan borcunu da ödəyəcək. İsmayıl bildirmişdir ki, ona 250.000 manat verməlidir. İsmayıla demişdir ki, MMC-ni satıb pulunu verəcək, razılaşmışlar. Özünün 4.000.000 manat civarında borcları olduğundan MMC-ni 3.800.000 manata satmışdır. İsmayılı çağırmış, bildirmişdir ki, 150.000 manat hazırda ona verir, 50.000 manatı 3 günə verəcək, 50.000 manatı isə 3-4 aya verəcək, ona imkan versin. İsmayıl razılaşmamış, 200.000 manatı istəmişdir. Yaqub həmin pulu İsmayılın oğlu Yaşara şəxsən vermişdir, Yaşar da hazırda həmin məbləği aldığını etiraf edir. Müstəntiq ona İsmayılın 200.000 manatını verdiyini, 300.000 manatı isə vermədiyini bildirmişdir. Polisin 28 mart 2022-ci il tarixli Qərarı ilə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin Qərardan da göründüyü kimi İsmayıl ilə aralarında borc münasibətləri olmuş, İsmayılın oğlu Yaşarın adına formal alqı-satqı müqavilələri yazmış, pulun ödənildiyi təqdirdə həmin müqavilələrin ləğv edilməsi razılaşdırılmışdır. Çarəsizlikdən faktiki tikilməmiş və sənəd üzərində olan mənzilə dair razılaşma etməklə heç bir əhəmiyyəti olmayan müqavilələr yazmışdır. O, "xxxx" MMC-ni bütün inventarı ilə başqa şəxsə satmış, alqı-satqıya qədər olan tələb hüququ və borc öhdəliyini isə özündə saxlamışdır. Əslində isə Cavabdeh1lə alqı-satqı deyil, onun atası Cavabdeh2lə aralarında olan borc məsələlərini tənzim etmək üçün iradələrindən kənar, formal, başqa əqdi pərdələyən alqısatqı müqavilələri yazmışdır. Tikməyə hazırlaşdığı binadakı mənzilləri satmaqla əlaqədar heç bir iradə və istəyi olmamış, yalnız pul öhdəliyini qarant etmiş, alqı-satqı müqaviləsi barədə aralarında tamam başqa niyyət nəzərdə tutulmuşdur, bu əqdləri digər əqdləri pərdələmə məqsədilə tərtib etmişlər. O, əvvəllər ayrı-ayrı şəxslərlə alqı-satqı müqavilələr bağlayaraq tikməyə hazırlaşdığı binalara dair mənzilləri satmaqla fəaliyyət göstərmişdir. Onlar müqavilədə nəzərdə tutulan mənzillərlə təmsil olunmuşlar. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

51. İş üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

52. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

53. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

54. Maddə 1.2. Mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, mülki dövriyyəni təmin etmək Mülki Məcəllənin vəzifələri sırasındadır.

55. Maddə 6.1. Mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin prinsipləri sırasındadır.

56. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.

57. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

58. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

59. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

60. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

61. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

62. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

63. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

64. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

65. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

66. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

67. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

68. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

69. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

70. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

71. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

72. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır.

73. Maddə 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır.

74. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

75. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

76. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

77. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

78. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

79. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

80. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

81. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

82. Maddə 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır.

83. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

84. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

85. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

86. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

87. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

89. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

90. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

91. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

92. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

93. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

94. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

95. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

96. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə baxan məhkəmə üçün məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı

97. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

98. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

99. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Apellyasiya baxışının hədləri

100. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

101. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

102. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

103. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

104. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

105. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

106. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş işin halları ondan ibarətdir ki, iddiaçı MMC-nin keçmiş təsisçisi və direktoru olmuş Cavabdeh3lə Cavabdeh1 atası Cavabdeh2 arasında borc münasibətləri mövcud olmuş, həmin münasibətlər çərçivəsində Cavabdeh2 Cavabdeh3 müxtəlif vaxtlarda, sonuncu dəfə isə 2014-cü ildə bina tikintisində istifadə etməsi məqsədilə borc vermişdir. Sonradan tərəflər arasında əldə olunmuş razılığa əsasən Cavabdeh3 həmin borcun təminatı olaraq Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsi 91 və 111 saylı binaların yaxınlığında MMC tərəfindən tikiləcək 16 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən bütün mənzillərə dair Cavabdeh2 oğlu Cavabdeh1lə müvafiq müqavilələr bağlayır, borc məbləği tam ödənildikdən sonra isə qarşı tərəf mənzillərlə bağlı müqavilələri geri qaytarır. Bu razılaşma çərçivəsində MMC ilə (qanuni təmsilçisi Cavabdeh3) Cavabdeh1 arasında hazırda mübahisləndirilən “tikilən binada mənzil alğı-satqısı” adlı xx.xx.2021-ci il tarixli müqavilələr imzalanmışdır.

107. Bundan sonra Cavabdeh3 xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən MMC-nin nizamnamə kapitalındakı 100% payını X1.

108. İddiaçı olan MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 cavabdehə mənzil satmaq iradəsinin olmadığını, həmin müqavilələrin cavabdehin atası ilə arasındakı borc müqavilələrini pərdələmək məqsədilə bağlandığını, buna görə də yalan əqd olduqlarını və hazırda Cavabdeh2 aldığı borcu tam qaytardığını bildirərək, həmin müqavilələrin etibarsız hesab edilməsini tələb edir.

109. Cavabdeh isə etiraz edərək aralarındakı müqavilələrin tam qanuni olduğunu, Cavabdeh3 atası Cavabdeh2 olan borcunu tam ödəmədiyindən mənzillərə dair müqavilələri qaytarmamaqda haqlı olduqlarını bildirir.

110. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

111. Nəzərə alınmalıdır ki, etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.

112. Belə ki, məhkəmə müqavilə şərtlərini təfsir edərkən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

113. Mübahisələndirilən müqavilələrin 1.1-ci bəndinə əsasən MMC tərəfindən tikiləcək yaşayış binasının 12-ci mərtəbəsindəki müvafiq mənzilləri 36 ay müddətində tam təmirsiz halda Cavabdeh1 verməyi, sonuncu isə həmin mənzillərin dəyəri kimi müəyyən edilmiş məbləği tam ödəməyi öz öhdəsinə götürmüşdür.

114. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir.

115. Göründüyü kimi, iddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilələr necə adlandırılmasından (“tikilən binada mənzil alğısatqısı haqqında”) asılı olmayaraq, öz hüquqi təbiətinə görə podrat müqavilələridir.

116. Qanunvericiliyə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki Məcəllənin podratla bağlı münasibətləri tənzimləyən 39-cu fəsilində podrat müqaviləsinin forması (şifahi, sadə yazılı, notarial yazılı və s.) ilə bağlı xüsusi bir forma şərti nəzərdə tutulmadığından mülki hüquq subyektləri aralarındakı müqavilənin formasını müəyyən etməkdə sərbəstdirlər. Hazırkı müqavilələr sadə yazılı formada tərtib edilməklə tərəflərin imzası və MMC-nin möhürü ilə təsdiqlənmişdir və MMCnin sözügedən yaşayış binasının tikintisinə icazə alıb-almaması, həmin müqavilələrin predmeti olan tikiləcək binada mənzillərin MMC-nin mülkiyyətində olub-olmaması bu məzmunda müqavilələrin bağlanması anında onların hüquqi qüvvəsi baxımından əhəmiyyət kəsb etmir. Qeyd edilən məsələlər müqavilənin bağlanmasından sonra öhdəliklərin icrası baxımından əhəmiyyətlidir.

117. Digər tərəfdən iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı bu qərarın 8-ci bəndində göstərilən faktiki hallardan (əvvəlki təsisçisi və direktoru Cavabdeh3 bina tikmək məqsədilə 2014-cü ildə üçüncü şəxs Cavabdeh2 400.000 manat borc aldığını, həmin borcun qarşılığında tikiləcək binada 5 mənzilə dair Cavabdeh2 oğlu iş üzrə Cavabdeh1 adına müqavilələr bağladıqlarını, razılaşmalarına əsasən borc məbləği tam qaytarıldıqda cavabdehin də müqavilələri qaytaracağı, hazırda borcun tam ödənilməsinə baxmayaraq cavabdehin əlavə məbləğlər tələb edərək müqavilələri qaytarmaqdan imtina etməsi barədə) çıxış edərək, iddianın hüquqi əsasları kimi mübahisələndirilən müqavilələrin başqa əqdi pərdələmək üçün formal bağlandığına, yalan əqd olmasına istinad etmişdir.

118. Məhkəmə kollegiyası vurğulayır ki, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil.

119. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.

120. Baxılan işin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından aydın olur ki, tərəflər arasında bağlanmış müqavilələrin hər ikisi onların həqiqi iradələrini ifadə etməklə, tərəflərin üçüncü şəxslərdə hər hansı yanlış (həqiqi vəziyyətə uyğun olmayan) təəssürat yaratmaq niyyətləri olmamışdır.

121. Belə olan halda mübahisələndirilən müqavilələr yalan əqdin yuxarıda qeyd edilən bütün tərkib əlamətlərinə malik olmadıından Mülki Məcəllənin 340.2-cı maddəsinin hazırkı mübahisəyə tətbiq edilməsi mümkün deyildir.

122. Tərəflər arasındakı mübahisənin hüquqi həlli ilə bağlı mülki qanunvericiliyin müqavilə və öhdəlik hüququ ilə bağlı normaları nəzərdən keçirilməlidir.

123. Müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Mülki hüquq subyektlərinin sağlam iradə bəyanlarını əks etdirən razılaşmaları etibarlıdır. Başqa sözlə, müqavilənin bağlanmış sayılması üçün hər iki tərəf qarşılıqlı olaraq bir hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən, zədələnməmiş iradələrini bəyan etməlidirlər. Məhz belə müqavilə etibarlı şəkildə bağlanmış sayılır və hüquqi nəticə -tərəflər üçün hüquq və öhdəliklər yaradır.

124. Mülki Məcəllənin 390.1-ci maddəsində göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

125. Baxılan işdən görünür ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş, sonradan həmin borc öhdəliyini təminat altına almaq məqsədilə iddiaçı tərəfindən tikiləcək yaşayış binasında cavabdehə mənzillər verilməsi barədə podrat müqavilələri imzalanmış, borcun ödəniləcəyi təqdirdə həmin mənzillərin də müvafiq olaraq iddiaçıya qaytarılacağı razılaşdırılmışdır.

126. Göründüyü kimi, tərəflər arasında sərbəst iradələri əsasında arzu etdikləri məzmunda müqavilələr bağlanmışdır ki, bu cür müqavilələrin bağlanması mülki qanunvericiliyin tələblərinə zidd olmamaqla qanunla qadağan edilməmişdir. Ona görə də, hazırkı mübahisəli hüquqi məsələ tərəflər arasında əldə olunmuş həmin razılaşmanın şərtləri nəzərə alınmaqla həll olunmalıdır.

127. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sadaladığı faktiki əsaslar borc öhdəliyinin icrası səbəbilə mənzillərin verilməsinə dair müqavilələrə xitam verilməsinin məhkəmə qaydasında təsbit edilməsinə yönəlsə də, iddiaçı həmin müqavilələrin etibarsız hesab edilməsini xahiş etmişdir.

128. Qeyd olunmalıdır ki, mülki prosessual hüquqda “tələbə bağlılıq” prinsipi iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsi anlamına gəlməməklə, hakimin iddiaçının istədiyindən çoxunu və ya istədiyindən başqa bir tələbi təmin edə bilməyəcəyini ifadə edir. İddiaçının istəyinin nə olduğu isə, təkcə iddia ərizəsinin son (xahiş) hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, iddia ərizəsinin ümumi mətni içərisində öz əksini tapan iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Başqa sözlə, bu prinsip məhkəmənin məhz tərəflərin həqiqi məqsəd və istəyini nəzərə almalı olduğunu və bu çərçivədə qərar qəbul etməli olduğunu bildirir. Əks yanaşma, hüquqların məhkəmə müdafiəsi ilə bağlı konstitusion əsaslara, eyni zamanda bu prinsipin sıx bağlı olduğu prosessual qənaət prinsipinə ziddir.

129. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış münasibətlər podrat münasibəti kimi müəyyən edilməlidir.

130. Tərəflərin arasında yaranan podrat müqaviləsi üzrə tərəflərin hərəkətləri səbəbindən xitam verilməsi üçün əsaslar və hüquqi nəticələri Mülki Məcəllənin 759 və 760-cı maddələrində müəyyən olunmuşdur.

131. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir (maddə 752).

132. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər (MM-in 760.2-ci maddəsi).

133. Podrat müqaviləsinə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verildiyi hallarda, podratçı sifarişçiyə verilmiş əmlakın geri qaytarılmasını deyil, müqavilənin ləğvi nəticəsində ona vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin podrat münasibətlərini tənzimləyən 39-cu fəslində ümumiyyətlə sifarişçiyə təhvil verilmiş mənzilin qaytarılmasını nəzərdə tutan norma mövcud deyil. Tərəflərin isə bağlamış olduqları müqavilənin şərtləri həmin növ müqavilə üzrə müəyyən edilmiş qaydalara uyğun olmalıdır. Belə qaydalara əməl edilməyən müqavilə şərtləri həmin normaların tələblərinə uyğun olmayan şərtlə bağlanmış müqavilə hesab edilir.

134. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir.

135. Göründüyü kimi, iddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilələr hüquqi təbiətinə görə podrat müqavilələridir.

136. Bundan başqa, Məhkəmə Kollegiyası Mülki Məcəllənin 527-530-cu maddələrinin tələblərini nəzərə almaqla keçmiş təsisçi olmuş Cavabdeh3 aldığı pulun qismən ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, tərəflər arasında mənzillərin alınması barədə pul məbləği ilə bağlı mübahisə yoxdur, aparılmış araşdırma zamanı iddiaçı MMC-nin keçmiş təsisçisi və direktoru Cavabdeh3 Cavabdeh1 500.000 manat aldığı puldan, 200.000 manat qaytarıldığına görə, hazırda 300.000 manat pulun qaldığı müəyyən edilsə də, baxılan işdən görünür ki, tərəflər arasında podrat müqaviləsi münasibətləri mövcud olmuş və iddiaçı tərəfindən tikiləcək yaşayış binasında cavabdehə mənzillər verilməsi barədə qeyd olunan podrat müqavilələri bağlanmışdır. Baxılan işdən görünür ki, artıq 200.000 manat qaytarıldığından mübahisəli əmlaklar üzrə müqavilələr, yəni öhdəliklər qismən icra edilmişdir. Lakin, nəzərə də alınmalıdır ki, hazırda iş üzrə iddianın predmeti alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsidir ki, bu da yuxarıda qeyd olunan hər iki müqavilənin xitamına və ləğvinə zəmin yaratmır. Çünki, iddiaçının hazırda məhkəməyə müraciət etdiyi tələb üzrə əqdin yalan olması öz təsdiqini tapmamış, habelə sonuncunun iddia tələbinin mahiyyətində öhdəliklərin icra olunub-olunmamasını mübahisələndirməmiş, yalnız keçmiş təsisçi tərəfindən görüləcək işlər üzrə (podrat müqavilələrin icrası ilə bağlı) cavabdehlə alqı-satqı müqaviləsinin bağlanmasını mübahisələndirmişdir. Digər tərəfdən də qeyd olunmalıdır ki, hazırki podrat müqavilələri üzrə podratçı olan iddiaçı tərəfindən mübahisə predmeti olan əmlakların tikintisi başa çatdırılmamışdır. Həmçinin, öhdəliyi qəbul etmiş şəxsə (podratçıya) münasibətdə öhdəliklərin icra olunub-olunmamasına dair iş üzrə cavabdeh tərəfindən də mübahisə edilməmişdir.

137. Eyni zamanda, mülki qanunvericiliyin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bununla bağlı həmin müqavilələr üzrə tərəflər arasında olan mübahisə üzrə hazırda iddianın predmeti isə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsidir.

138. Həmçinin, iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin məzmununda qeyd edilmişdir ki, “İşlərə sıfırdan başlamışlar, iddia ərizəsi verilərkən inşaat işləri aparılmaqda idi”.

139. Göründüyü kimi, mübahisəli müqavilələr üzrə podratçı olan "xxxx" MMC tərəfindən öhdəliklər tam yerinə yetirilməmiş, yəni sifarişçi podratçıya razılaşdırılmış muzdu ödəsə də, hazırda podratçı tərəfindən podrat müqaviləsi üzrə öhdəliyinə götürülmüş mübahisəli əmlakların tikintisi, təmiri yekunlaşdırılmamış və nəzərdə tutulmuş işlər icra edilməmişdir.

140. Məhkəmə kollegiyası bildirir ki, kassasiya instansiya məhkəməsinin göstərişinə əsasən məhkəmə kollegiyası tərəfindən araşdırıldıqdan sonra tərəflər arasında bağlanmış müqavilə üzrə 200.000 manat qaytarıldığına görə hazırda iki müqavilə üzrə öhdəliyə tərəflərin öz aralarında xitam verilməklə ləğv edilmiş, lakin iddia tələbi bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı olduğundan hazırkı vəziyyətdə həmin hissədə öhdəliklərin icrasının yerinə yetirilməsinə dair qiymət verilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Çünki, podratçı olan iddiaçı yalnız tərəflə aralarında olan müqavilələrin uydurma olması ilə bağlı etibarsızlığını tələb etmişdir.

141. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

142. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

143. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

144. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

145. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

146. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

147. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

148. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

149. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.

150. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh1 nümayəndəsi (vəkil) X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-2225/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2) alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar