Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2226/2023 29.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi hakim), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(023)- 860/2023 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏNETDİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız borcun silinməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əsassız hesablanmış 5754.24 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(023)-860/2023 saylı qətnaməsi ilə (hakim N.Musayev) iddia tələbi təmin edilərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış 5754.24 manat məbləğində borcun silinməsi qət edilmişdir. Qazax Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(023)-860/2023 saylı qətnaməsindən narazı qalan cavabdeh Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayət verərək, Ağstafa Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2(015)-149/2023 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya şikayətinə 15 manat dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə edilmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunun 8.1.2-ci maddəsinin tələbinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin qanunun 8.6-cı maddəsinin tələbinə əsasən isə apellyasiya şikayətinin verilməsi üçün bu Qanunun müvafiq olaraq 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməlidir. İddianın qiymətinin 5754,24 manat olması nəzərə alındıqda, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləği 77,54 manat, həmin iş üzrə qətnamədən apellyasiya şikayəti verilməsi üçün ödənilməli olan dövlət rüsumu məbləği isə 38,77 manat təşkil etməkdədir. Lakin, cavadbeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün 15 manat dövlət rüsumu ödənilmişdir ki, bununla da qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməməsi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini yoxlamadan apellyasiya şikayətini baxılması üçün apellyasiya instnasiyası məhkəməsinə göndərimişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinin tələbinə əsasən isə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından, apellyasiya şikayəti mümkün sayılmamalı və Mülki Prosessual Məcəllənin 361 və 363.1.2-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 366 -cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Qazax Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(023)-860/2023 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qazax Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(023)-860/2023 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.2-ci maddələrinin tələblərinin yoxlanılması üçün Qazax Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-2226/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2226/2023
29.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver