Məhkəmə qərarları › İş №2(104)-2236/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2236/2023

19.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2236/2023 19.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin 2(021)-2517/2023 saylı mülki iş üzrə 04 iyul 2023cü il tarixli qərardadından iddiaçı Ərizəçi nümayəndəsi vəkil X3 tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ünvanladığı iddia ərizəsində maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxinin 7 saylı Bərdə Ərazi İdarəsinin vermiş olduğu 05 noyabr 2022-ci il tarixli ********** nömrəli çıxarışda hüquq sahibləri bölümündə X5 olması faktının təsdiq edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, onun atası, X6 məxsus ünvan 1 ünvanda fərdi yaşayış evi vardır. Həmin evin yerləşdiyi torpaq sahəsi anası X7 adınadır.Həmin evdə atası X10, anası X13, qardaşı Elşən Şərifov, qardaşı Elşən Şərifovun həyat yoldaşı X5 və onların uşağı X11 qeydiyyatda olmuş, atası X10 05 fevral 1989-cu ildə anası X12 24 iyun 2013-cü ildə qardaşı X14 isə 22 dekabr 2007-ci ildə vəfat etmişdir.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin vermiş olduğu çıxarışda hüquq sahibləri bölümündə əmlak sahiblərindən birinin adı X5 (ata soyadı Hüseynova) əvəzinə səhvən X2 yazılmışdır. Bununla bağlı Azərbaycan Repsublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri üzrə X16 hüquqi şəxsin 7 saylı ərazi İdarəsinə sorğu edilmiş, qeyd edilən idarənin rəhbərliyinin vermiş olduğuu 27 mart 2023-cü il tarixli 3-21-3-46/2-1445/2023 saylı məktubunda ad və soyadı uyğunsuzluğu ilə bağlı məhkəməyə müraciət etmək məqsədə uyğun hesab edilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-2517/2023 saylı mülki iş üzrə 04 iyul 2023cü il tarixli qərardadına əsasən Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı çıxarışda hüquq sahiblərindən birinin X4 olması faktının təsdiq edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı Ərizəçi nümayəndəsi vəkil X3 şikayət verərək, qərardadın ləğv edilməsini, əks təqdirdə işin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-2517/2023 saylı mülki iş üzrə 31 iyul 2023cü il tarixli qərardadı ilə (hakim:E.Əhmədov) şikayəti təmin edilməmiş və şikayətə işlə birlikdə baxılması üçün 7 gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasını Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını tətqiq edib, məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-2517/2023 saylı mülki iş üzrə 04 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bərdə Rayon Məhkəməsinin 2(021)-2517/2023 saylı mülki iş üzrə 04 iyul 2023cü il tarixli qərardadına əsasən Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı çıxarışda hüquq sahiblərindən birinin X4 olması faktının təsdiq edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Ərizəçi hüquqi fakt kimi müəyyən edilməsini xahiş etdiyi məsələyə baxılması ümumu məhkəmələrin səlahiyyətinə aid deyildir, belə ki, sənəddə yol verilən səhv inzibati orqan-Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən düzəldilə bilər. İnzibati orqanın bundan imtina etdiyi halda həmin orqanın hərəkətsizliyindən inzibati məhkəməyə şikayət verilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. İnzibati mübahisə hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqlənir.İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. Həmçinin Azərbaycan Respublikasının İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qədul edilməsi ilə bağlı müvafiq öhdəliyini qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılan iddialara aid edilmişdir. Kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaya mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında inzibati məhkəmədə baxılmalı olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir, iddiaçı Ərizəçi nümayəndəsi vəkil X1 şikayəti təmin edilməməli, iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-2517/2023 saylı mülki iş üzrə 04 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməinin bu növ qərardadlarından kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-2517/2023 saylı mülki iş üzrə 04 iyul 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar