Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-2237/2025 02.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi (vəkil) Vəkil və cavabdeh cavabdeh1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh cavabdeh1 və qeyrilərinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi və s. tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 05 dekbar 2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi (vəkili) İsayeva Xalidə İsa qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Nağıyev Oruc Abdı oğlu ilə İsmayılova Mələk Yusif qızı nikahlarını ##.##.1962-ci ildə rəsmiləşdirmişlər, onların nikahlarından ## ####### 1962-ci ildə iddiaçı İddiaçı anadan olmuşdur;
2. Cavabdeh cavabdeh1 iddiaçının atasının ilk evliliyindən olan ögey qardaşıdır. Atası Nağıyev Oruc Abdı oğlu, anası isə X5r;
3. Nağıyev Oruc Abdı oğlu ## ######## 1986-ci ildə vəfat etmişdir;
4. X6 ## ###### 2007-ci ildə vəfat etmişdir;
5. Şəmkir şəhəri Həzi Aslanov küçəsi, bina 85, mənzil 1 (Yeni qaydalarla: Şəmkir şəhəri Həzi Aslanov küçəsi, giriş 56, M1, m1) X18 tərəfindən Şəmkir rayon * saylı notariat kontorunun ##.##.1994-cü il tarixli, 3M-** reyestr nömrəli bağışlama müqaviləsi əsasında X6 bağışlanmışdır;
6. Şəmkir şəhəri Həzi Aslanov küçəsi, bina 85, mənzil 1 (Yeni qaydalarla: Şəmkir şəhəri Həzi Aslanov küçəsi, giriş 56, M1, m1) ##.##.2022-ci ildə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır;
7. Cavabdeh cavabdeh1 ##.##.2022-ci ildə Şəmkir rayon notariat kontoruna müraciət edərək X6 miras qalmış mənzilin ½ hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir;
8. Şəmkir rayon notariat kontoru tərəfindən cavabdeh1 adına ##.##.2022-ci il tarixli, 2V–**** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında cavabdeh1 Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, bina 85, mənzil 1(yeni qaydalarla: AZ5700 ünvan 1) ünvanında yerləşən ümumi sahəsi 132.50 kv.m. olan mənzilə dair miras əmlaka ½ hissədə qanun üzrə vərəsə kimi tanınmış, həmin ½ hissə cavabdeh1 adına ##.##.2023-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ½ hissə açıq saxlanılmışdır.
9. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəmə kollegiyasına göndərilmiş məlumatlar, İsmayılova Gülarə Oruc qızının ölüm haqqında, İsmayılova Yeganə Sədrəddin qızının doğum haqqında akt qeydin surəti iş materiallarına əlavə edilmişdir.
10. Məhkəmə kollegiyası İsmayılova Yeganə Sədrəddin qızını (mərhum X6 qızı İsmayılova Gülarə Oruc qızından olan nəvəsi) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb etmişdir.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı İddiaçı Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, X6 qalan miras əmlaka – Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, bina 85, mənzil 1 (yeni qaydalarla: AZ5700 ünvan 1) ünvanında yerləşən ümumi sahəsi 132.50 kv.m. olan mənzilə görə cavabdeh Şəmkir rayon Notariat ofisində tərtib olunmuş ##.##.2022–ci il tarixli, 2V–**** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunmasına, həmin vərəsəlik şəhadətnaməsi əsasında üçüncü şəxs ** saylı Şəmkir Ərazi İdarəsi tərəfindən cavabdeh cavabdeh1 adına tərtib edilmiş ##.##.2023–cü il tarixli, ********** reyestrdən çıxarışın ləğv olunmasına, miras mülkün əvvəlki vəziyyətə qaytarılmasına, X6 qalan miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən olunmasına, iddiaçı. İddiaçı oğlunun miras əmlaka qanun üzrə vərəsə tanınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli ünvanda ailə üzvləri ilə birlikdə faktiki yaşayır. Cavabdeh cavabdeh1 onun ögey qardaşıdır. Onların atası Nağıyev Oruc Abdi oğlu ##.##.1986-cı ildə vəfat etmişdir. Mərhum atası Nağıyev Oruc Abdı oğlu mərhum anası X6 ilə 1962-ci ildə rəsmi nikah qeydə aldırmaqla ailə qurmuşdur. Atası anası Mələk Yusif qızından əvvəl Sayat adlı qadınla ailəli olmuş və həmin evlilikdən ##.##.1949-cu ildə cavabdeh cavabdeh1 anadan olmuşdur. Anası X6 ##.##.2007-ci ildə vəfat etmişdir. Ondan miras olaraq əmlak qalmışdır. Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, bina 85, mənzil 1 (yeni qaydalarla Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, giriş 56, M1, m 1) 50401100**92– 05101–****** reyestr nömrəli mənzil X18 tərəfindən Şəmkir rayonu * saylı notariat kontorunun ##.##.1994-cü il tarixli, 3M–** reyestr nömrəli bağışlanma müqaviləsi əsasında mərhum X6 bağışlanılmış, anası Mələk Yusif qızının adına ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Anası X6 ##.##.2007-ci il tarixində vəfat etmişdir. Anasının vəfatından sonra ögey qardaşı cavabdeh1 Şəmkir rayon * saylı Notariat Kontoruna müraciət edərək, anasından qalan Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, bina 85, mənzil 1 (yeni qaydalarla ünvan 1) ünvanında yerləşən mənzilə vərəsə tanınmışdır. Ona ##.##.2022-ci il tarixli 2V–**** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında DƏDRX–in ** saylı Şəmkir Ərazi İdarəsi tərəfindən cavabdeh cavabdeh1 adına ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Qeyd olunan qanun üzrə vərəsəlik şəhadətnaməsi ləğv olunmalı, miras mülk əvvəlki vəziyyətə qaytarılmalıdır. Belə ki, ögey qardaşı cavabdeh1 anası X6 deyil, X5r. Bunu doğum haqqında şəhadətnamənin surətindən də görmək olar. Odur ki, cavabdeh cavabdeh1 X6 qanun üzrə vərəsəsi kimi tanınması doğru deyil. Həmçinin miras ev Mələk Yusif qızına bağışlandığından, həmin əmlak birgə nikah müddətində əldə olunmuş əmlak da hesab oluna bilməzdi. Belə olduğu halda cavabdeh miras əmlaka qanun üzrə vərəsə kimi tanına bilməzdi. Lakin buna baxmayaraq, cavabdeh Şəmkir rayon * saylı Notariat ofisi heç bir hüquqi əsas olmadan cavabdeh cavabdeh1 miras əmlaka qanun üzrə vərəsə kimi tanımaqla, maddi hüquq normalarını kobud şəkildə pozmuşdur.
13. Şəmkir Rayon Məhkəməsinin 2024-cü il # ###### tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim X2) iddia təmin edilməmişdir.
14. Məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, qanunvericilik mirasın qəbulu üçün müddət müəyyən etmiş, iddiaçı mirasın qəbul edilməsi müddəti ərzində, mirasın açıldığını bildiyi halda, mirası qəbul etməyə yönələn hərəkətlər etməmiş, qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüquqlarını həyata keçirməmiş, həmçinin gecikdirmənin səbəbinin üzrlü sayılması barədə məhkəməyə müraciət etməmişdir. Ona görə də iddiaçı İddiaçı mərhum X6 qalmış mirasdan pay almaq hüququnu itirmişdir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşı olmaqla, yaşayış yeri üzrə RF–da qeydiyyatdadır və uzun müddətdir ki, orada yaşayır. Bu isə ona dəlalət edir ki, iddiaçı tərəfindən miras əmlakın qəbul edilməsi halı istisna edilir.
15. Məhkəmə iddiaçının mirası faktiki qəbul etməsi ilə bağlı istinad etdiyi dəlillərə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçının mirası faktiki qəbul etməsi iş materiallarına əlavə etdiyi heç bir sübutla öz təsdiqini tapmamış, həmçinin iddiaçı miras açılan vaxt ayrıca təsərrüfatda olmuş və mirası qəbul etmək niyyətinin olduğuna dair heç bir real davranış göstərməmişir. İddiaçı yalnız ##.##.2022–ci il tarixdə mirasdan pay almaq üçün “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və ##.##.2023–cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən Çıxarışın ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Çünki iddiaçı keçən müddət ərzində bir dəfə də olsun mirası qəbul etmək niyyətinin olduğunu bildirməmişdir Bununla da iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etmək hüquqlarını həyata keçirməmiş, həmçinin mirasın qəbul edilməsi müddətinin uzadılması barədə məhkəməyə müraciət etməmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçının mirası qəbul etmək niyyəti olmamışdır.
16. Məhkəmə işin müəyyən olunmuş həmin hallarına uyğun olaraq hesab etmişdir ki, iddiaçı nə şəxsən, nə də səlahiyyətli nümayəndə vasitəsilə mirası faktiki və ya notariat kontoruna ərizə vermək yolu ilə qəbul etmədiyinə və susduğuna, həmçinin subyektiv vərəsəlik hüququnu həyata keçirmədiyinə görə həmin hüququ itirmişdir.
17. Belə olan halda məhkəmə o qənaətə gəlmişdir ki, iddiaçı subyektiv vərəsəlik hüququnu itirdiyinə görə Şəmkir rayon * saylı notariat ofisində ##.##.2022–ci il tarixdə mərhum X6 miras qalmış əmlaka dair cavabdeh1 adına verilmiş 2V–**** nömrəli reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması tələbi üzrə iddia qaldırarkən subyektiv hüquqa malik olmamışdır.
18. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırkı tələbi irəli sürməkdə müvafiq subyektiv hüquqa malik olmamış, onun həmin hüququ cavabdeh tərəfindən pozulmamışdır. ##.##.2022–ci il tarixli, 2V–**** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında cavabdeh1 Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, bina 85, mənzil 1 (yeni qaydalarla: AZ5700 ünvan 1) ünvanında yerləşən ümumi sahəsi 132.50 kv.m. olan mənzilə dair miras əmlaka qanun üzrə vərəsə tanınmış və 1/2 hissəyə cavabdeh1 adına ##.##.2023–cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Ona görə də iddianın “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması” hissəsi təmin edilmədiyindən, həmin vərəsəlik şəhadətnaməsi əsasında cavabdeh cavabdeh1 adına tərtib edilmiş ##.##.2023-cü il tarixli, ********** reyestrdən çıxarışın ləğv olunması qanuni və əsaslı sayıla bilməz.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1151.1, 1159.1.1, 1159.1.3, 1243.1, 1245, 1246, 1248.1-ci, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 217.2, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə ## #### 2008–ci il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair ## ##### 2014-cü il tarixli və G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2014-cü il tarixli qərarlarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
20. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, anasının ondan başqa övladı yoxdur. Ondan qalan miras əmlakı faktiki olaraq o qəbul edib, o idarə edir. Anasının vəfatından sonra həmin evdə ondan başqa heç kim yaşamamışdır. Məhkəmə isə öz qətnaməsində guya hazırkı iddia ilə onun məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmadığını qeyd etmişdir. Cavabdeh notariat ofisi əmlakın ½ hissəsinə cavabdeh Bəhlul Oruc oğlunu qanun üzrə vərəsə tanımışdır. Digər hissəsini ona münasibətdə açıq saxlamışdır. Məhkəmə öz qəbul etdiyi qətnaməsində onun Rusiya vətəndaşı olduğunu qeyd etmişdir. Bu isə onun anasından qalan miras əmlaka vərəsə tanınmağına maneə ola biləz. İş materiallarından və məhkəmə aradırmasından da göründüyü kimi cavabdeh cavabdeh1 cavabdeh notariat ofisinə mirası qəbul etməyi və qanun üzrə vərəsə olması ilə bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdeh notariat ofisi isə heç bir hüquqi əsas olmadan Bəhlul Oruc oğlunu onun anasından qalan miras əmlaka qanun üzrə vərəsə kimi tanımışdır. Bununla da onu qanunla qəbul edəcəyi miras əmlakdan rəsmi qaydada məhrum etmişdir. Qeyd olunan əsaslara görə məhkəmə onun iddia tələbini tam təmin etməli idi.
22. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2025-ci il ## ##### tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu - sədrlik edən və məruzəçi, Muradov Rəhman Şaban oğlu və X13) apellyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla, iddianın qismən təmin edilməsi, Şəmkir rayon notariat ofisi tərəfindən cavabdeh1 adına verilmiş ##.##.2022-ci il tarixli reyestrdə 2V-**** nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin ½ hissədə payın açıq saxlanılması hissəsində etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin ##.##.2022- ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ½ hissədə payın açıq saxlanılması hissəsində isə ləğv edilməsi, mərhum X6 miras qalmış Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, bina 85, mənzil 1 (yeni qaydalarla ünvan 1) ünvanında yerləşən mənzildən iddiaçı İddiaçı payının açıq saxlanılan ½ hissədə müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rusumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin birinci növbə vərəsə olmaması və mirası qəbul etməməsi, həmçinin yeganə vərəsə olaraq miras payının tam olaraq iddiaçıya verilməsinə dair dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehin birinci növbə vərəsə olmamasını qeyd etsə də, iş materialları ilə müəyyən olunur ki, cavabdeh mərhum X6 doğma övladı deyildir. Cavabdeh mərhum X6 əri Nağıyev Oruc Abdı oğlunun əvvəlki nikahdan olan oğludur. Mərhum X6 qalmış miras açılarkən mərhumun əri Nağıyev Oruc Abdı oğlu artıq ölmüşdür. MM-nin 1159.1.3-cü maddəsinə uyğun olaraq birinci növbə vərəsə kimi əri Nağıyev Oruc Abdı oğlu mirasın açıldığı vaxt sağ olmadığından onun övladı kimi cavabdeh atası Nağıyev Oruc Abdı oğlunun vərəsəsi sayılırdı və faktiki olaraq mirası qəbul etmişdir. Bu baxımdan apellyasiya şikayətinin cavabdehin vərəsə sayılmaması və vərəsəlik şəhadətnaməsinin etibarsız olması ilə bağlı dəlili əsassızdır.
24. Məhkəmə kollegiyası iddiaçının mirası qəbul etməsi ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mirası qəbul etməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı miras əmlakı nə faktiki, nə də, rəsmi qəbul etməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Lakin birinci instansiya məhkəməsi iddiaçının miras əmlakdan ½ hissədə payını müəyyən etməməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, MM-nin 1248.1-ci maddəsinə əsasən, müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də, qəbul oluna bilər. X6 vəfat etdikdən sonra ondan miras qalan əmlaklara dair oğlu cavabdeh1 “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilərkən qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri pozulmuşdur. Belə ki, mirası qəbul etmiş digər vərəsə olaraq cavabdeh mirasdan ½ hissədə iddiaçının payının müəyyən edilməsinə etiraz etməmişdir. Yəni digər vərəsə olaraq cavabdehin müddətin bitməsinə baxmayaraq iddiaçının mirasın qəbul etməsinə razılığının olması ona ½ hissədə payın verilməsi üçün əsas idi. Bu səbəbdən X6 qalmış miras əmlaklar iddiaçı və cavabdeh arasında bərabər şəkildə bölünməlidir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 1133.1, 1133.2, 1145, 1146, 1151.1, 1159.1.1, 1159.1.3, 1243.1, 1245, 1248.1, 1274, 1301.1, 1301.2, 1301.3-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 119.1, 217.3, 217.4, 218.1, 218.3, 384.0.2, 385.1, 386-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2022-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli qərarlarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat
26. İddiaçı İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf mirası faktiki qəbul etməklə yanaşı mirasın açıldığı yer üzrə notariat kontoruna 2018-ci ilin yanvar ayında ərizə vermiş və notariat ofisi tərəfindən verilmiş məktubla çıxarış verilməsi üçün DƏDRX-in ** saylı Ərazi İdarəsinə göndərilmişdir. Sonradan iddiaçı Rusiya Federasiyasına getdiyindən və daha sonra korona virusla bağlı sərhədlər bağlı olduğundan Azərbaycana gələ bilməmiş, cavabdeh bu vəziyyətdən istifadə edərək notariusa ərizə vermiş və miras əmlaka ½ pay almışdır. Halbuki, mirasqoyan vəfat edərkən onun yeganə vərəsəsi olaraq iddiaçı sağ qalmışdır. Cavabdeh mirasqoyanın ərinin birinci nikahından olan övladıdır. İşdə olan sənədlərdən görünür ki, cavabdeh miras qoyan M.Nağıyevanın mərhum əri O.Nağıyev mirasqoyandan əvvəl yəni, ##.##.1986-cı il tarixdə vəfat etmişdir. İş üzrə tərəflərin atası ölərkən hazırkı miras əmlak ümumiyyətlə mövcud olmamış və ##.##.1994- cü il tarixdə bağışlama müqaviləsi əsasında mirasqoyanın mülkiyyətinə keçmişdir. Qeyd edilənlərdən başqa cavabdeh miras əmlakı faktiki qəbul etməyi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdehin notariat ofisinə müraciəti iddiaçının notariat ofisinə müraciətindən təxminən 5 il sonra olmuşdur. İşdə olan sübutlardan görünür ki, cavabdeh mirası faktiki qəbul etməməklə yanaşı, notrariat ofisinə atasının birinci növbə vərəsəsi kimi mirasqoyan öldükdən 15 ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Belə olan halda məhkəmə apellyasiya şikayətini və iddianı tam təmin etməli olsa da, Mülki Məcəllənin 1159.1, 1159.1.3, 1243.2 və 1246-cı maddələrinin tələblərini pozmuşdur.
28. Bundan başqa işdə olan sənədlərdən görünür ki, mənzil mirasqoyanın adına keçərkən cəmi 49 kv.m. olmuş, sonradan iddiaçı tərəfindən yenidənqurma işləri aparılmış və mənzilin ümumi sahəsi 200 kv. metrdən artıq olmuşdur. Məhkəmə bu faktı da araşdırmayaraq iddiaçının vəsaiti hesabına tikilmiş əmlakda cavabdehə pay tanımışdır. Belə ki, miraqoyanın mülkiyyətində olan ev cəmi 49 kv. m olmasına baxmayaraq cavabdeh mərhumun adına çıxarış alarkən iddiaçının inşa etdirdiyi yeni tikili qarışıq çıxarış almış və faktiki olaraq iddiaçının olmamasından istifadə edib əmlaka yiyələnmişdir.
29. Qeyd edilənlərdən göründüyü kimi apelyasiya instansiyası məhkəməsi MPM-in 77.1 və 88-ci maddələrinin tələblərini də pozmuşdur.
30. Sonradan iddiaçı kassasiya şikayətinə əlavə ilə müraciət edərək göstərmişdir ki, mülki qanunvericilik mirasın açıldığı vaxt baxımından vərəsənin ölümünə münasibətdə iki qayda nəzərda tutmuşdur: vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə (irsi transmissiya - MM, 1252- ci maddə); qanun üzrə vərəsə miras açılmamışdan əvvəl ölərsə (vərəsənin əvəzlənməsi - 1159-cu maddə). Mülki Məcəllənin 1159-cu maddəsinə görə vərəsənin əvəzlənməsi mirasqoyanın düzünə xətt üzrə olan qan bağına əsaslanır. Beləliklə, birinci dərəcəli vərəsələr mirasqoyanla ən yaxın qohumluq münasibətində olan şəxslər olduğundan, onların hər hansı birinin mirasqoyandan əvvəl ölməsi halında, həmin vərəsənin |yerinə keçəcək şəxsin tək ölmüş vərəsənin övladı (nəvəsi, nəticəsi) olması yetərli olmayaraq, həm də mirasqoyanla düzünə xətt üzrə qan bağının olması əsas şərt hesab olunur. Lakin, düzünə xətt üzrə qohumluq bağı olan nəvə, nəticə və uşaqların mirasqoyandan əvvəl ölmüş vərəsə - valideynin yerinə keçməsi qaydası birinci dərəcə vərəsələrə münasibətdə bütün hallara şamil edilmir, çünki, MM-nin 1159.1.3-сй maddəsində qeyd edilmiş "sonuncular", habelə, "mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri” qismində yalnız miras qoyanla aşağı xətt üzrə qan bağı olan qohumlarını (övladlarını, nəvələrini, nəticələrini, o cümlədən, övladlığa götürülən şəxsləri) nəzərdə tutulur. Bu hal digər birinci dərəcəli vərəsələr olan - arvad, ata, ana kimi şəxslərə şamil edilmir. Belə ki, mirasqoyanın ərinin başqa nikahdan olan övladı cavabdeh1 mirasqoyanla qohumluğu olmadığı halda, həmin şəxs 1159.1-ci maddədə nəzərdə tutulan "valideynin" yerinə keçə bilməz. Başqa sözlə cavabdeh cavabdeh1 mirasqoyan Mələk Nağıyeva ilə qohumluğu müəyyən edilmədiyindən ondan qalmış mirasa dair atası baxımından birinci dərəcə vərəsə hesab oluna bilməz.
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, Zakir 2013-cü ildə vəfat etmişdir. Zakir subay olmuşdur. Bacıları var idi. Hazırda iddiaçı Rusiya Federasiyasında işləyir. Oruc ölən zaman əmlak dövlətin balansında idi. 200 kv.m artıq yenidən tikilənləri Sabir tikmişdir.
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı onun ögey qardaşıdır. Anası o uşaqkən vəfat etmişdir. X9 atasının ikinci arvadı olmuşdur. Ondan qalan mirası o qəbul etmiş və istifadə etmişdir. X9 dəfələrlə bildirmişdir ki, ögey qardaşı olan iddiaçı qumarda uduzub çoxlu borcları vardır. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, Mələk 2007-ci ildə vəfat etmişdir. Mələyin qızı Gülarə 1980-ci illərdə ailə qurmuş, evdən getmiş və bir daha qayıtmamışdır. Gülarə ##.##.2009-cu ildə vəfat etmişdir. Mübahisəli ev onun babasından qalmışdır. Evin sahəsi təxminən cəmi 48 kv.m olmuşdur. Sonra o və Sabir bu evi genişləndiriblər və əlavə xərclər çəkiblər. Hazırda ev 200 kv.m-dir.
33. İş üzrə iddiaçı İddiaçı, cavabdeh Şəmkir rayon ** saylı Dövlət Notariat Konturunun və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Şəmkir Ərazinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi (bu iş üzrə mirasın açıldığı anda qüvvədə olan redaksiya) **. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
35. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
36. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
37. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
38. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
39. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
43. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
44. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
45. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
46. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
47. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
48. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
49. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiya məhkəməsi aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 2 (***)-***/**** saylı, ## #### 2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.
51. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, mərhumlar Nağıyev Oruc Abdı oğlu ilə İsmayılova Mələk Yusif qızı nikahlarını ##.##.1962-ci ildə rəsmiləşdirmişlər, onların nikahlarından üç övladları olmuşdur: -##.##.1962-ci ildə doğulmuş İddiaçı, -##.##.1967-ci ildə doğulmuş Zakir Nağıyev ##.##.2013-cü ildə vəfat edib. -##.##.1965-ci ildə doğulmuş Gülarə Nağıyeva ##.##.2009-cu ildə vəfat edib. Nağıyev Oruc Abdı oğlu ## ######## 1986-cı ildə və X6 ## ###### 2007-ci ildə vəfat etmişlər. Şəmkir şəhəri Həzi Aslanov küçəsi, bina 85, mənzil 1 (Yeni qaydalarla: Şəmkir şəhəri Həzi Aslanov küçəsi, giriş 56, M1, m1) 50401100**92-05101 ****** reyestr nömrəli mənzil X18 tərəfindən Şəmkir rayon * saylı notariat kontorunun ##.##.1994-cü il tarixli, 3M-** reyestr nömrəli bağışlama müqaviləsi əsasında X6 bağışlanmışdır(artıq əri Oruc 1986-cı ildə ölmüşdür). Mərhum X6 təsərrufatında yalnız cavabdeh1 qalmışdır. Ona görə də, miras əmlaka görə Şəmkir rayon notariat kontoru tərəfindən cavabdeh1 adına ##.##.2022-ci il tarixli, 2V-**** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında cavabdeh1 Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, bina 85, mənzil 1 (yeni qaydalarla: AZ5700 ünvan 1) ünvanında yerləşən ümumi sahəsi 132.50 kv.m. olan mənzilə dair miras əmlaka qanun üzrə vərəsə tanınmış və 1/2 hissəyə cavabdeh1 adına ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı İddiaçı miras qoyan X6 övladı olmaqla birinci növbə vərəsəsidir. Lakin, cavabdeh cavabdeh1 miras qoyan Mələk Nağıyevanın övladı deyil. O, miras qoyanın özündən əvvəl vəfat etmiş ərinin başqa nikahdan olan oğludur. Yəni, cavabdeh cavabdeh1 iddiaçı İddiaçı ögey qardaşıdır.
53. Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini əsas götürən məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 1159.1.3-cü maddəsinin məzmununa görə, mirasın açıldığı vaxt miras qoyanla aşağı xətt üzrə qan bağı olan qohumları sağ olmadığı halda, onların uşaqları, nəvələri və nəticələri qanun üzrə vərəsə sayılırlar və öz valideynlərinin yerinə keçirlər. Düzünə xətt üzrə qohumluq bağı olan nəvə, nəticə və uşaqların mirasqoyandan əvvəl ölmüş vərəsə- valideynin yerinə keçməsi qaydası birinci dərəcə vərəsələrə münasibətdə bütün hallara şamil edilə bilməz, çünki, qanunverici MM-nin 1159.1.3cü maddəsində “sonuncular”, habelə, “mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri” ifadəsi işlədərkən “sonuncular” və “valideyn” qismində yalnız miras qoyanla aşağı xətt üzrə qan bağı olan qohumlarını (övladlarını, nəvələrini, nəticələrini, o cümlədən, övladlığa götürülən şəxsləri) nəzərdə tutmuşdur. Digər birinci dərəcəli vərəsələrin (arvad, ata, ana) mirasqoyandan əvvəl öldüyü hallar bu qaydada istisnalıq təşkil etmişdir. Belə ki, mirasqoyanın arvadının başqa nikahdan olan övladının mirasqoyanla qohumluğu olmadığı halda, həmin övlad 1159.1-ci maddədə nəzərdə tutulan “valideynin” yerinə keçə bilməz. O cümlədən, mirasqoyanın yüksələn xətt üzrə qohumlarına- valideynlərinə münasibətdə də bu qayda tətbiq edilə bilməz, bu zaman qanun üzrə vərəsəliyin qohumluq dərəcələri ilə müəyyən edilmiş ardıcıllığı pozula bilər, çünki qanun, miras qoyanın bacı-qardaşlarını ikinci dərəcə vərəsəlik qrupunda müəyyənləşdirmişdir. Göstərilənlərin əksi qanun üzrə vərəsəlik hüququnun təməl prinsiplərinə zidd olmaqla, qanun üzrə vərəsələrin dairəsinin qeyri-məhdud olması ilə nəticələnə, vərəsələrin və vərəsəlik paylarının müəyyən edilməsi, miras qoyanın öhdəliklərinə görə məsuliyyət, sonrakı növbəyə aid olan qohumların ardıcıllığının müəyyən edilməsi və s. hallar baxımından ciddi qarışıqlıq yaratmaqla qeyri-müəyyənliyə səbəb ola bilər.
54. Mirasqoyan vəfat edərkən onun yeganə vərəsəsi olaraq iddiaçı sağ qalmışdır. Cavabdeh mirasqoyanın ərinin birinci nikahından olan övladıdır. İşdə olan və kollegiyanın sorğular nəticəsində əldə etdiyi sənədlərdən görünür ki, cavabdeh miras qoyan M.Nağıyevanın mərhum əri O.Nağıyev mirasqoyandan əvvəl yəni, ##.##.1986-cı il tarixdə vəfat etmişdir. İş üzrə tərəflərin atası ölərkən hazırkı miras əmlak ümumiyyətlə mövcud olmamış və ##.##.1994-cü il tarixdə bağışlama müqaviləsi əsasında mirasqoyanın mülkiyyətinə keçmişdir. Hazırda, mərhum X6 iddiaçı İddiaçı başqa vərəsəsi yoxdur. Digər oğlu Zakir Nağıyev ##.##.2013-cü ildə (subay vəfat etmişdir) qızı Gülarə Nağıyeva isə ##.##.2009-cu ildə vəfat etmişdir. X14 1983-cü ildə Sədrəddin İsmayılov adlı şəxslə rəsmi nikaha daxil olmuş, bu nikahdan ##.##.1984-cü il təvəllüdlü İsmayılova Yeganə Sədrəddin qızı anadan olmuşdur. Lakin X1 barəsində Avtomatlaşdırılmış Elektron informasiya sistemində yoxlama aparılmış, amma heç bir məlumat aşkar edilməmişdir.
55. Kollegiya qeyd edir ki, mirasqoyan, mərhum X6 iddiaçı İddiaçı digər övladları Zakir Nağıyev və Gülarə Nağıyeva vəfat etmişlər. Onların sağlığında miras əmlakı formal və ya faktiki yolla qəbul etmələri barədə məhkəmə kollegiyasında heç bir fakt müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, X14 1983-cü ildə Sədrəddin İsmayılov adlı şəxslə evlənmiş, mübahisəli evi tərk etmiş və bir daha burada yaşamamışdır. Gülarə ##.##.2009-cu ildə vəfat etmişdir. Kollegiyanın sorğuları əsasında Gülarə Nağıyevanın ##.##.1984-cü təvəllüdlü qızı İsmayılova Yeganə Sədrəddin qızı müəyyən edilsə də, anası Gülarə Nağıyevanın miras açıldığı vaxt sağ olması və mirası qəbul etməsi ilə bağlı heç bir sübutun olmaması səbəbindən miras əmlakda payının olması istisna edilir. X1 barəsində isə Avtomatlaşdırılmış Elektron informasiya sistemində heç bir məlumat aşkar edilməmiş, iddiaçı tərəf onun subay vəfat etməsini bildirmişdir.
56. Məhkəmə kollegiyası iddiaçı İddiaçı mirası qəbul etməsi ilə bağlı qeyd edir ki, cavabdeh özü izahatında göstərmişdir ki, mübahisəli evin sahəsi təxminən cəmi 48 kv.m olmuşdur. Sonra o və Sabir bu evi genişləndiriblər və əlavə xərclər çəkiblər. Hazırda ev 200 kv.m-dir. Cavabdehin izahatı iş materiallarında olan sənədlər ilə təsdiqini tapmışdır. İddiaçı tərəf də həmin mövqeyi dəstəkləmişdir. Bununlada, mirasqoyan, mərhum X6 qalan miras əmlakda iddiaçı İddiaçı tərəfindən təmir-tikinti işləri görülməsi, yenidənqurma-bərpa və sahəsinin artırma işləri yerinə yetirilməsi sübut olunmuşdur.
57. Hazırda mülki qanunvericilik mirasın açıldığı vaxt baxımından vərəsənin ölümünə münasibətdə iki qayda nəzərdə tutmuşdur: vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə (irsi transmissiya– MM, 1252-ci maddə); qanun üzrə vərəsə miras açılmamışdan əvvəl ölərsə (vərəsənin əvəzlənməsi 1159-cu maddə). Hər iki institut “vərəsəlik hüququnun özünün” miras kimi vərəsəlik qaydasında keçməsini tənzimləklə irsi xarakter daşısa da, müəyyən əlamətlərinə görə fərqlənir. Belə ki, irsi transmissiya həm vəsiyyət, həm də qanun üzrə vərəsəlik zamanı tətbiq edilə bildiyi halda, vərəsənin əvəzlənməsi yalnız qanun üzrə vərəsəlik zamanı mümkün ola bilər; irsi transmissiyada vərəsənin ölməsi halında ona çatacaq pay bütün vərəsələri arasında bölüşdürüldüyü halda, vərəsənin əvəzlənməsi yalnız düzünə xətt üzrə qan bağı əsasında müəyyən edilə bilər. MM-nin 1252-ci maddəsi “irsi transmissiya” anlayışı altında vərəsənin miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək öldüyü halda, mirasdan pay almaq hüququnun onun vərəsələrinə keçməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin həmin norma ilə bağlı mövqeyinə görə, vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11**, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2020-ci il tarixli qərarı).
58. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün olmayan qətnamə çıxarılmışdır.
59. Məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin Mülki kollegiyasının üç ulduz indeksli, *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Konstitusiya Məhkəməsi Plenumunun qanun üzrə vərəsəliklə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir (Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və II hissələrinə, 29-cu maddəsinin İ, II və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il ## ####### tarixli Qərarı). Qanun üzrə vərəsələr vərəsəliyə müəyyən olunmuş növbə qaydasında ardıcıllıqla çağırılırlar. Bu zaman vərəsənin miras qoyanla yaxın qohumluq faktı əsas meyar kimi nəzərdə tutulmuş və vərəsələrin ayrı-ayrı qruplarının miras qoyana yaxınlıq dərəcəsi ilə uyğunlaşdırılmışdır. Belə ki, bu dairə müəyyən edilərkən, ilk növbədə, ailə üzvlüyü, sonra yaxın qohumluq, daha sonra isə qohumluq amilləri ardıcıllıqla nəzərə alınmışdır. Beləliklə, qanunda miras qoyana yaxınlığı baxımından qohumlar arasında beş növbə üzrə vərəsəliyin təsbiti yalnız əvvəlki növbənin vərəsələrinin olmaması halında sonrakı növbənin vərəsələrinin mirası qəbul etmək imkanını, başqa sözlə qohumlar arasında mirasa yiyələnməkdə miras qoyana yaxınlığı baxımından ardıcıllığı tənzimləyir. Mülki qanunvericiliyin vərəsəliklə bağlı normaları nəzərdən keçirildikdə, qanun üzrə vərəsəlik halında vərəsəyə münasibətdə deyil, məhz miras qoyana münasibətdə dairəsi konkret müəyyən edilmiş şəxslərin (qohumların) qanun üzrə vərəsə olmasının mümkünlüyünün təsbit edildiyi müşahidə olunur. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, MPM-in 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər (Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2022-ci il tarixli Qərarı).
60. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.
61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi təmin edilməlidir.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Şəmkir Rayon Məhkəməsinin 05 dekbar 2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi (vəkili) İsayeva Xalidə İsa qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 05 dekbar 2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Şəmkir rayon notariat ofisi tərəfindən cavabdeh1 adına verilmiş ##.##.2022-ci il tarixli reyestrdə 2V-**** nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilsin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı ləğv edilsin. Mərhum X6 miras qalmış Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, bina 85, mənzil 1 (yeni qaydalarla ünvan 1) ünvanında yerləşən mənzildə qanun üzrə vərəsə İddiaçı tam payı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.