Məhkəmə qərarları › İş №2(104)-2257/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2257/2023

20.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2257/2023 20.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi hakim), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(076)-2713/2023 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü ilədək Məmmədyarov adına X2 Komissiyasının sədri vəzifəsində işləməyi faktının müəyyən edilməsi və həmin illərin sığorta iş stajına hesablanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(076)-2713/2023 saylı qərardadı ilə (hakim R.Mustafayev) Mülki Prosessual Məcəllənin 153.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(076)-2713/2023 saylı qəradadından narazı qalan Ərizəçi şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(076)-2713/2023 saylı qərardadının ləğv olunaraq, iddia ərizəsinin icraata götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1973-cü ildə Şəmkir rayonu Tatarlı kəndində doğulmuşdur. 1997-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir. Əmək fəaliyyətinə 1990-cu ildə başlamışdır. Belə ki, Məmmədyarov adına sovxozda xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək fəhlə işləmişdir. Bundan sonra xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək Şəmkir Telekominikasiya qovşağında mühəndis işləmişdir. Sonra xx.xx.2000-ci il tarixdən Məmmədyarov adına X2 Kommsiyasının sədri vəzifəsinə təyin olunmuşdur. 2004-cü ilin iyun ayınadək yəni hərbə xidmətə gedənədək həmin vəzifədə işləmişdir. Sonra xx.xx.2004-cü il tarixdən xx.xx.2006cı il tarixədək və xx.xx.2007-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Qeyd edir ki, onun xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü ilədək Məmmədyarov adına YAİK-in sədri vəzifəsində işləməyi faktı müəyyən edilməli və həmin illərin sığorta iş stajına hesablanmalıdır. Hesab edir ki, hazırki iddia tələbinə Şəmkir Rayon Məhkəməsində baxılmalıdır. Şəmkir Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(076)-2713/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(076)-2713/2023 saylı qərardadı və həmin qərardadla bağlı 2(076)-2713/2023 saylı, 29 avqust 2023-cü il tarixli qərardadı ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş X1 filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli k-1-276 nömrəli arayışına və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.2-ci bəndinə istinad edərək, əmək stajını təsdiq edən sənədin mövcud olması qənaətinə gələrək, ərizənin icraata qəbul edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, ərizəçinin tələbi onun xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü ilədək Məmmədyarov adına X2 Komissiyasının sədri vəzifəsində işləməsi faktının müəyyən edilməsindən ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin iddiasına əsasən (iddia ərizəsinə əlavə edilmiş sənədlər apellyasiya instansiyasına təqdim edilməmişdir) məhkəməyə təqdim edilmiş X1 filialının xx.xx.2020-ci il tarixli, k-1-276 saylı arayışında Ərizəçi xx.xx.2000-ci il tarixli, 01 saylı əmrlə Məmmədyarov adına YAİK-nın sədri vəzifəsinə təyin edilməsi barədə məlumatın olması qeyd olunmuş, lakin işdən çıxma əmrinin arxivdə aşkar olunmadığı qeyd olunmuşdur. Göründüyü kimi istinad olunan arxiv arayışı ilə ərizəçinin əmək stajını (iş illərini) tam müəyyən etmək mümkün deyildir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.2-ci bəndində isə qeyd olunur ki, əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə araşdırması zamanı ərizəçinin xx.xx.2000-ci il tarixdən sonrakı dövr üzrə əmək stajını təsdiq edən sənədlərin mövcudluğu müəyyən edildiyi halda isə birinci instansiya məhkəməsinin MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam vermə kimi səlahiyyəti də mövcud olmaqdadır. Mülki Prosessual Məcəllənin 305.1-ci madddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələrə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(076)- 2713/2023 saylı qərardadı və həmin qərardadla bağlı 2(076)-2713/2023 saylı, 29 avqust 2023-cü il tarixli qərardadı ləğv edilməli və iş birinci instnasiya məhkəməsinə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 263, 264, 267, 398, 402-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şikayət təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(076)-2713/2023 saylı qərardadı və həmin qərardadla bağlı 2(076)-2713/2023 saylı, 29 avqust 2023-cü il tarixli qərardadı ləğv edilsin və iş baxılması üçün birinci instnasiya məhkəməsinə göndərilsin. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar