Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-226/2023 13.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X15, Cavabdeh2, Cavabdeh3, Tovuz Regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “miras mülkə payların müəyyən olunması” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(062)-1172/2022 saylı qətnaməsindən cavabdehlər X15, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər X15, Cavabdeh2, Cavabdeh3, Tovuz Regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı “miras mülkə payların müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X5 və X1 miras qalmış Tovuz rayonu Əyyublu kəndində yerləşən pay torpaq sahəsindən ibarət miras mülkdən payının müəyyən olunmasını və Cavabdeh2 adına verilmiş vərəsəlik hüququna dair şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X17 ilə X2 birgə nikahlarından o, İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adlı uşaqları olmuşdur. Torpaq İslahatı zamanı Tovuz rayonu Əyyublu kəndində atası Füzuli Sadıqova, X23ya, qardaşı Cavabdeh2 və bacısı Cavabdeh3 pay torpaq sahəsi verilmişdir. Pay torpaq sahəsi Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktı əsasında dövlət reyesterində qeydə alınmışdır. Pay torpaq sahəsinin ümumi sahəsi 0,84 ha-dır. X23 xx.xx.2016-cı ildə, atası Füzuli Sadıqov xx.xx.2021-ci ildə vəfat edib. O və cavabdehlər birinci növbəli vərəsədirlər. Mirası hər biri qəbul etmişdir. Atası və anası sağlığında heç kimin adına vəsiyyətnamə verməmişdir. Ona görə də mərhumların adına olan miras mülkdən hər birinin bərabər payları var. Mirasın kütləsinə Tovuz rayonu Əyyublu kəndində yerləşən ümumi sahəsi 0,84 ha pay torpaq sahəsinin ½ hissəsi daxildir. Mirasın kütləsinə daxil olan 0,42 ha torpaq sahəsindən onun ¼ payı müəyyən olunmalıdır. Onlar vərəsələr arasında mübahisə yarandığından mirasın kütləsinə daxil olan pay torpaq sahəsi məhkəmə qaydasında vərəsələr arasında bölünməlidir. O cavabdeh X27 Xidmət Mərkəzində notariusun şəxsən qəbulunda olmuşdur. Onun müraciətinə şifahi cavab verilmiş ona vərəsəliklə bağlı rəsmi sənəd verməkdən imtina etmişlər. Halbu ki, mirası faktiki olaraq qəbul etmişdir. Tovuz Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(062)-1172/2022 saylı qətnaməsi ilə (hakim Q.Baxşıyev) iddia təmin edilərək, 14 mart 2022-ci il tarixli, 2V-214 və 2V- 215 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və onların əsasında verilmiş **********25 reyestr nömrəli çıxarışın etibarsız sayılması və Tovuz rayonu Əyyublu kəndində yerləşən JN 2141 saylı Dövlət Aktında göstərilən 0,83 ha torpaq sahəsinin mərhum X5 miras qalmış 2/4 hissəsinə iddiaçı X9 1/4 hissədə (ümumi torpaq sahəsinin 1/8 hissəsinə) payının müəyyən olunması qət edilmişdir. İşdə olan sübutlar: Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 1647 A saylı şəhadətnamədən görünür ki, Tovuz rayonu Əyyublu kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsinin X17, X10, Cavabdeh2 və X3 mülkiyyətinə verilmişdir. JN 2141 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Tovuz rayon AİK-nin 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarı ilə Tovuz rayonu Aşağı Ayıblı kəndində X13, X4, Cavabdeh2 və X6 0.83 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 0,5209 ha və 0,3088 ha olmaqla ayrı-ayrı sahələrdə yerləşmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X10 30 yanvar 2016-cı ildə ölmüşdür. Ölüm haqqında şəhadətnamədən görünür ki, X17 29 iyun 2021-ci ildə ölmüşdür. 21 noyabr 2018-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnamənin surətindən görünür ki, mərhum X2 vərəsəsi X17 olmaqla, Tovuz rayonu Əyyublu kəndində yerləşən 0,2579 ha torpaq sahəsinin mərhuma məxsus ¼ hissəsindən tam pay almışdır. 14 mart 2022-ci il tarixli, 215 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum X2 vərəsələri Cavabdeh3 və Cavabdeh2 olmaqla, onlar mərhumdan miras qalmış Tovuz rayonu Əyyublu kəndində yerləşən 0,5209 ha və 0,3088 ha torpaq sahələrindən mərhuma məxsus hissəsindən bərabər hissədə pay almışlar. 14 mart 2022-ci il tarixli, 214 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum X11 vərəsələri Cavabdeh3 və Cavabdeh2 olmaqla, onlar mərhumdan miras qalmış Tovuz rayonu Əyyublu kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsinin mərhuma məxsus 2/4 hissəsindən, Tovuz rayonu Əyyublu kəndində yerləşən 0,5209 ha və 0,3088 ha torpaq sahələrindən mərhuma məxsus hissəsindən bərabər hissədə pay almışlar. 21 aprel 2022-ci il tarixli reyestr nömrəsi **********25 saylı çıxarışa əsasən Tovuz rayonu Əyyublu kəndində yerləşən 0,5209 ha kənd tsərrüfatı təyinatı torpaq sahəsi üzərində Cavabdeh2 və Cavabdeh3 birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 207 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyyata alınmışdır. Apellyasiya şikayətinin dəlilləri. Tovuz Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(062)-1172/2022 saylı qətnaməsindən narazı qalan cavabdehlər X15, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(062)-1172/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Cavabdehlər X15, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, İddiaçı onlara qarşı miras mülkdən payın müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 adına verilmiş vərəsəlik hüququna dair şəhadətnamənin və həmin şəhadətnamə əsasında hazırlanmış hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın etibarsız hesab edilməsinə, mərhum X5 və X1 miras qalmış Tovuz rayonu Əyyublu kəndində yerləşən pay torpaq sahəsindən ibarət miras mülkdən payının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2(062)-1172/2022 saylı qanunsuz və əsassız qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, 14 mart 2022-ci il tarixli, 2V-214 və 2V-215 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və onların əsasında verilmiş **********25 reyestr nömrəli çıxarışın etibarsız sayılması, Tovuz rayonu Əyyublu kəndidə yerləşən JN2141 saylı Dövlət Aktında göstərilən 0,83 ha torpaq sahəsinin mərhum X5 miras qalmış 2/4 hissəsinə İddiaçı ¼ hissədə (ümumi torpaq sahəsinin 1/8 hissəsinə) payı müəyyən olunması qət edilmişdir. İlk öncə qeyd edirlər ki, İddiaçının iddia tələbi tam qanunsuz və əsassızdır. Belə ki, iddiaçı onların qardaşı olmaqla ayrı təsərrüfatda qeydiyyatdadır. Aqrar İslahat zamanı ona yarıca torpaq sahəsi verilmişdir. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi mərhum valideynlərinin, həmçinin o Cavabdeh2 və o Yeganə Sadıqovanın (nikahdan sonra Cəfərova) birgə mülkiyyətində olub. Anaları 30 yanvar 2016-cı ildə, ataları 29 iyun 2021ci il tarixdə vəfat ediblər. Onların ölümündən sonra onlardan miras qalmış torpaq sahəsini faktiki olaraq birgə mülkiyyətçi kimi onlar qəbul edib idarə etmişlər. 14 mart 2022-ci il tarixdə notariat orqanına ərizə verərkən həmin torpaq sahəsi birgə mülkiyyətçi kimi onlar tərəfindən qəbul edildiyindən mərhum valideynlərindən miras qalmış əmlaka dair onlara qanun üzrə vərəsəlik şəhadətnaməsi verlmişdir. İddiaçı qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciət etməmişdir. Məhkəmənin iddiaçının iddiasına onların mərhum ataları və analarının digər vərəsələrinin olmaması barədə ərizələrinə verdiyi qiymət də düzgün deyildir. Belə ki, notariat orqanında elektron bazada mərhum ataları X11 və mərhum anaları X2 həyatda olan birinci dərəcəli vərəsələri yəni övladları açıq şəkildə görünür. Notariat orqanında mərhum valideynlərinin vəfatından sonra qanunla müəyyən edilmiş müddətdə heç kim vərəsəlik barədə müraciət etmədiyinə görə və onların həmin miras əmlaka birgə mülkiyyətçi olmaları nəzərə alınaraq onlara qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir. Məhkəmə tərəfindən onlara verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsindən sonra onların payının müəyyən edilməməsi də işə düzgün baxılmamasını sübut edir. Onlar rəsmi olaraq ərizə ilə müraciət edərək, qanun üzrə vərəsəlik şəhadətnaməsi almışlar. Məhkəmə onların qanun üzrə vərəsəlik şəhadətnamələrini ləğv edir. Lakin miras əmlakdan paylarını müəyyən etmir. Bunun nə qədər düzgün olmasına məhkəmə kollegiyasının ədalətli qiymət verəcəyinə tam əmindirlər. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İddiaçı onların doğma qardaşları olmaqla, mərhum valideynlərinin ölümündən vaxtında məlumatlı olmuşdur. Qeyd edilən maddi hüquq normasını tələbinə görə onun mərhum valideynlərindən miras qalmış torpaq sahəsindən miras payının olması mümkün deyildir. Mərhum valideynlərindən miras qalmış torpaq sahəsi onlarla ümumi birgə mülkiyyətdə olmuşdur. Onlar həmin torpaq sahəsini faktiki olaraq qəbul etmişlər. İddiaçı qeyd edilən maddi hüquq normasının tələbinə görə həmin mirasdan pay tələb etmək üçün müddəti ötürdüyündən pay hüququ malik deyildir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qəbul etdiyi qətnaməni qeyd edilən maddi hüquq norması əsaslandıran məhkəmə işə baxan zaman iddiaçının pay tələb etdiyi miras əmlaka dair notariat kontoruna ərizə verməsi və ya həmin mirası faktiki olaraq qəbul edib, sahiblik etməyə başlaması barədə heç bir sübut tədqiq etməmişdir. Bu da qətnamənin qeyd edilən maddi hüquq norması ilə düzgün olmadan əsaslandırılmasının sübutudur. Məhkəmə onların adına olan qanun üzrə vərəsəlik şəhadətnaməsini ləğv etməsinə baxmayaraq onların miras paylarını müəyyən etməyərək, bu maddi hüquq normasını pozmuşdur. Axi onlar həm faktiki olaraq mirası qəbul edib, idarə etmişlər, həm də miras əmlaka dair notariat kontoruna ərizə vermişlər. Məhkəmə iclasında iştirak etmişlər. Belə olan halda onların miras paylarının açıq saxlanılması nə qədər düzgündür??? Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı onların qardaşı olmaqla ayrı təsərrüfatda qeydiyyatdadır və ona yarıca torpaq sahəsi verilmişdir. Bundan başqa miras qalmış həyətyanı torpaq sahəsinin yarısı, yəni təxminən 13 sotu faktiki olaraq onun istifadəsindədir ki, həmin torpaq sahəsində ev tikmişdir. Buna görə də hesab edir ki, pay torpaq sahəsindən ona pay verilməli deyildir. Həmçinin, onların payı da müəyyən edilmədiyindən şikayət verməyə məcbur olmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verib bildirmişdir ki, atasından və anasından miras qalmış həyətyanı torpaq sahəsinin faktiki olaraq yarısı onun istifadəsində olmaqla, həmin torpaq sahəsində ev tikdirmiş və həmin evdə yaşamaqdadır. Bundan başqa miras qalmış pay torpaq sahəsində atası vəfat edənədək kartof əkib becərmişdir. Mübahisə yarandığından isə növbəti əkini etməmişdir. Belə ki, cavabdehlər torpağı satmaq niyyətində olmuşlar. Məhkəmənin sualına cavabında isə bildirmişdir ki, pay hüququnu tələb etdiyi 0.83 ha torpaq sahəsi 0,5209 ha və 0,3088 ha olmaqla ayrı-ayrı sahələrdə yerləşmişdir ki, payının hər iki yerdən verilməsi əlavə çətinliklər yaradar. Buna görə də 0.83 ha torpaq sahəsi üzərindəki payının 0,5209 ha torpaq sahəsi üzərində ümumiləşməsini qəbul edir. Hesab edir ki, qətanmə qanuni qüvvəsini aldığı təqdirdə digər vərəsələrlə bu məsələni qarşılıqlı razılıqla həll edəcəklər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, iddiaçı Vüsal ilə əmi nəvəsidirlər. O, Tovuz rayonu Əyyublu kəndində yerləşən ata mülkündə yerləşən 0,26 ha həyətyanı torpaq sahəsində tikdiyi evdə yaşayır. Həmçinin, atasına məxsus pay torpağını da Vüsal əkib-becərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, iddiaçı Vüsalın həmkəndlisidir. O, Tovuz rayonu Əyyublu kəndində yerləşən ata mülkündə yerləşən 0,26 ha həyətyanı torpaq sahəsində tikdiyi evdə yaşayır. Vüsal atasının sağlığında mübahisəli pay torpaq sahəsində kartof əkib-becərmişdir. Belə ki, həmin sahədə pul müqabilində işləmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1261.Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. 1264.Əgər vərəsə mirası qəbul etməkdən bir neçə şəxsin xeyrinə imtina edirsə, onlardan hər birinin payını göstərə bilər. Belə göstəriş olmadıqda onun payı mirasın qəbulundan imtina xeyirlərinə edilmiş vərəsələr arasında bərabər bölüşdürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, Tovuz Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(062)-1172/2022 saylı qətnaməsindən cavabdehlər X15, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən Tovuz AİK-nin 14 noyabr 1997-ci il tarixli 13 saylı qərarı ilə X13, X4, Cavabdeh2 və Cavabdeh3 0,83 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə pay torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla JN 2141 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Dövlət Aktına əsasən, 0,83 ha torpaq sahəsində X11, X2, Cavabdeh2 və Cavabdeh3 ümumi mülkiyyəti olmaqla, hər birinin bərabər payı var. X17 İddiaçı atası, X14 isə anasıdır. Füzuli Sadıqov xx.xx.2021 -ci ildə, Rahilə Sadıqova isə xx.xx.2016-cı ildə vəfat etmişdir. İş üzrə tərəflər mərhumların birinci dərəcəli vərəsələridir. Tovuz rayon ASAN Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən vərəsəlik hüququna dair şəhadətnamə verilərkən mərhumun vərəsəlik dairəsi Cavabdeh2 ilə Cavabdeh3 ərizələrinə əsasən, düzgün müəyyən olunmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş notariat işində olan Cavabdeh2 ilə Cavabdeh3 ərizələrindən görünür ki, onlar hər ikisi ərizələrində miras qoyanın digər vərəsələrin olmadığını göstərmişlər. 14 mart 2022-ci il tarixli şəhadətnamə verilməklə iddiaçının, həmçinin digər vərəsənin mirasdan pay hüququ məhdudlaşdırılmışdır. Ona görə də birinci instansiya məhkəməsi həmin şəhadətnamələrin etibarsız hesab edilməsi və mirasdan iddiaçının payının müəyyən olunması, həmçinin işdə olan dövlət aktına əsasən mirasın kütləsinə 0,83 ha torpaq sahəsinin 2/4 hissəsi daxil olmasını müəyyən edərək, mirasının kütləsinə daxil olan torpaq sahəsində tərəflərin hər birinin bərabər payının olması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin iddiaçının mirası qəbul etməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı mirası faktiki olaraq qəbul etməsi iş materialları ilə təsdiq olunmaqdadır. Belə ki, işin cavabdehlər tərəfindən mübahisələndirilməyən halı kimi iddiaçı atasından miras qalmış Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 1647 A saylı şəhadətnamədə qeyd olunmuş Tovuz rayonu Əyyublu kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsində ev tikməklə yaşamaqdadır ki, Mülki Məcəllənin 1243.3-cü maddəsinn tələbi baxımından mirasın bir hissəsinə sahiblik etməklə, digər miras əmlakları da qəbul etmişdir. Hərçənd ki, iddiaçı ata və anasından miras qalmış yalnız kənd təsərrüfatlı pay torpaq sahələri üzərində payının müəyyən edilməsini xahiş etmişdir ki, məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə də iddiaçının pay torpaq sahəsini əkib-becərməklə də faktiki olaraq anasından və atasından qalmış mirası qəbul etməsi təsdiq olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qalmış mirasın vərəsələrdən hər birinin qəbul etməsi qənaətinə gəlməklə, Tovuz rayonu Əyyublu kəndində yerləşən JN 2141 saylı Dövlət Aktında göstərilən 0,83 ha torpaq sahəsinin mərhum X7 miras qalmış 2/4 hissəsinə iddiaçı X9 ¼ hissədə (ümumi torpaq sahəsinin 1/8 hissəsinə) payının müəyyən olunması qət etmişdir. İddiaçı miras payının qeyd olunan həcmdə olmasını qəbul etməklə, qətnaməni mübahisələndirməmişdir. Həmçinin, vərəsələrdən X15 isə digər bacı və qardaşı olan Cavabdeh3 və Cavabdeh2 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri mübahisələndirməməklə, yalnız qətnamədən apellyasiya şikayəti verməklə iddiaçıya payın verilməsinə etiraz etmişdir. Buna görə də məhkəmə kollegiyası hazırkı işin faktiki hallarına əsasən vərəsələrdən X8 mirasdan ona düşən payının digər vərəsələr olan Cavabdeh3 və Cavabdeh2 xeyrinə imtina etməsi kimi qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin şikayətinin digər dəlili birinci instansiya məhkəməsi tərəfindən onların payının müəyyən edilməməsi olmuşdur ki, məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsaslı hesab etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi digər vərəsələrin payının müəyyən edilməməsi hissəsində dəyişdirilməli, iddiaçının mübahisələndirmədiyi pay həcmində digər vərəsələrdən Cavabdeh3 və Cavabdeh2 payı da müəyyən edilməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında miras qalmış 0.83 ha torpaq sahəsinin 0,5209 ha hissəsinə dair cavadbehlərin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair müvafiq sənəd, yəni Çıxarış (**********25 reyestr nömrəli qeyd) mövcud olmuşdir ki, birinci instansiya məhkəməsi də **********25 reyestr nömrəli çıxarışı etibarsız hesab etmişdir. Lakin, 0,3088 ha torpaq sahəsinə dair cavadbehlərin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair müvafiq sənəd işdə mövcud olmamış, iddiaçı və cavadbeh həmin qeydin ləğv edilməsini apellyasiya qaydasında mübahisələndirməmişlər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, zərurət olduğu təqdirdə iddiaçı 0,3088 ha torpaq sahəsinə dair cavadbehlərin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair müvafiq sənəd əldə etməklə, həmin sənədi də ayrıca mübahisələndirmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Tovuz Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(062)-1172/2022 saylı qətnaməsindən cavabdehlər X15, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(062)-1172/2022 saylı qətnaməsi cavadbehlər Cavabdeh2 və Cavabdeh3 paylaarının müəyyən edilməməsi hissəsində dəyişdirilsin. Tovuz rayonu Əyyublu kəndində yerləşən, JN 2141 KOD 50300068 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0,83 ha torpaq sahəsinin mərhum X1 və X5 miras qalmış 2/4 (dörddə iki) hissəsinə iddiaçı X9 1/4 (dörddə bir) hissədə payı müəyyən edilməklə, 0,83 ha ümumi torpaq sahəsinin 2/16 (on altıda iki) hissəsi üzərində X9, 7/16 (on altıda yeddi) hissəsi üzərində Cavabdeh3 və 7/16 (on altıda yeddi) hissəsi üzərində Cavabdeh2 payı müəyyən edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.