Məhkəmə qərarları › İş №2(104)-2265/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2265/2023

06.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2265/2023 06.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququnun tanınması və payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(042)-552/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququnun tanınması və payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh tam mülkiyyətinə verilmiş ev üzərində vərəsəlik qaydasında payların müəyyən edilməsi və vəsiyyətnamə üzrə miras əmlaka vərəsəlik hüququnun tanınması, mərhum X2 və mərhumə X4 məxsus miras əmlaklar üzərində vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması və payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(042)-552/2023 nömrəli qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia qismən təmin edilərək, İddiaçı atası X1 miras qalmış Gədəbəy rayonu, Alnabat kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.3366 ha və 0.0507 ha həyətyanı torpaq sahələrindəki paylarına qanun üzrə vərəsə kimi vərəsəlik hüququ tanınması və onun həmin paylarda ½ hissədə, anası X3 miras qalmış Gədəbəy rayonu, Alnabat kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.3366 ha və 0.0507 ha həyətyanı torpaq sahələrindəki paylarına vəsiyyətnamə üzrə vərəsə kimi vərəsəlik hüququ tanınması və Cavabdeh məcburi pay hüququnun olmasını nəzərə alınmaqla, həmin paylarda 8/7 hissədə payın müəyyən edilməsi, odənilmiş 100 manat dövlət rüsumunun 30 manat hissəsinin Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün X5 göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(104)-2265/2023 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək, icraata qəbul edilmişdir. Məhkəm iclasının yeri və vaxtı barədə tərəflər məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Lakin, Gədəbəy Rayon Məhkəməsi 14 sentyabr 2023-cü il tarixli, 2(042)-552/2023 saylı məktubla müraciət edərək, Gədəbəy Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(042)-552/2023 nömrəli qətnaməsindən İddiaçı da apellyasiya şikayətinin məhkəməyə daxil olduğunu, buna görə də verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Gədəbəy Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(104)-2265/2023 saylı qərardadı ləğv edilməli və Gədəbəy Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(042)-552/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2(104)-2265/2023 saylı iş məhkəmə baxışından çıxarılaraq, Gədəbəy Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 384.0.6, 402-cü maddələrini rəhbər tutaraq, məhkəımə kollegiyası QƏRARAALDİ: Gəncə Apellyasiya Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli, 2(104)-2265/2023 saylı qərardadı ləğv edilsin. Gədəbəy Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(042)-552/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2(104)-2265/2023 saylı mülki iş məhkəmə baxışından çıxarılsın və Gədəbəy Rayon Məhkəməsinə göndərilsin. Qərardad elan olnduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar