Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2270/2023 01.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onun nümayəndəsi (vəkil) X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X6 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş Gəncə şəhər MKTİB-ə qarşı “çənin sökülməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 297/2023 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi (vəkil) X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-297/2023 saylı qətnaməsi ilə (hakim M.Mustafayev) iddianın təmin edilməsi, ünvan 1 ünvanda yerləşən evin dam örtüyündə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X6 tərəfindən qurulmuş su çəninin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X4 hesabına sökülməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X2 müştərək qaydada ekspertiza xərci olan 50 manatın alınaraq dövlət büdcəsinə və iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh1 nümayəndəsi (vəkil) X3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X6 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş Gəncə şəhər MKTİB-ə qarşı “çənin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən evin dam örtüyündə cavabdehlər tərəfindən qanunsuz olaraq yerləşdirilən su çəninin cavabdehlərin hesabına sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birincin instansiya məhkəməsində İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianın həcminin artırılması barədə ərizə təqdim edərək bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən evin dam örtüyündə başqa şəxslərə də aid su çənlərinin yerləşdirilməsi məlum olmuşdur. Onlara məxsus su çənləri də mütəmadi olaraq daşıb iddiaçının mülkiyyətində olan mənzilə ziyan vururlar. Bununla bağlı 9 saylı Xidmət sahəsinin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmişdir. Odur ki, Gəncə şəhəri, ünvan 3 ünvanda yaşayan Cavabdeh3 və Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, ev 22, mənzil 26-da yaşayan X4 iş üzrə cavabdeh qismində cəlb edilməsini, ünvan 1 ünvanda yerləşən evin dam örtüyündə həmin cavabdehlər tərəfindən qanunsuz olaraq yerləşdirilən su çənlərinin cavabdehlərin hesabına sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən ev İddiaçı mülkiyyətindədir. Mənzil binanın sonuncu mərtəbəsində yerləşir. Cavabdehlər hər ikisi qanunsuz olaraq evin su çəni yerləşdiriblər. Həmin su çənləri bir neçə dəfə daşıb iddiaçının evinə ziyan vurmuşdur. Sonuncu dəfə 2022-ci ilin may ayında çənin daşması nəticəsində iddiaçının evinə ziyan dəymiş və bu barədə 9 saylı Xidmət sahəsinin əməkdaşları tərəfindən ziyanla bağlı müvafiq akt tərtib edilmişdir. İddiaçı dəfələrlə cavabdehlərdən çənin sökülməsini tələb etsə də, həmin şəxslər çəni sökməmişlər. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır. Belə ki, onların sudan necə istifadə edə biləcəyinə heç bir aydınlıq gətirmədən iddia təmin edilmiş, bununla da onun bir vətəndaş kimi konstutision hüququ pozulmuşdur. Sual olunurki, su çəni Nazirlər Kabinetinin qərarına uyğun quraşdırılmışsa onda bəs iddiaçının su çəni necə quraşdırılıb. İşə baxan məhkəmə bu hallara da düzgün hüquqi qiymətverməmişdir. İşə baxan məhkəmə iddianı təmin edən zaman düzgün olmayaraq AR Nazirlər Kabinetinin 160 nömrəli qərarına düzgün olmayaraq istinad etmişdir. Əgər onun və digər şəxslərin su çəni götürülsə onda onalrın sudan necə istifadə etməyi, iddiaçının özünün çəni bu qərarın tələblərinə uyğun qoyulub qoyulmaması aydınlaşdırılmamış, bununla da maddi hüquq norması düzgüm tətbiq edilməməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh3, X6 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş Gəncə şəhər MKTİB nümayəndəsi məhkəmə iclasına gəlməmiş gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi (vəkil) X3 apellyasiya şikayətini müdafiə edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(125)-297/2023 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki halda yalnız Cavabdeh1 və onun nümayəndəsi (vəkil) X3 apellyasiya şikayəti verdiyindən qətnaməsinin əsaslılığını ona münasibətdə yoxlanılır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə işüzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən - Cavabdeh1 münasibətdə ləğv edilməli və iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş DƏDRX-nin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın sürətindən görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil İddiaçı məxsusdur. İş materiallarında olan Gəncə şəhər MKTİB tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, ev 22, 33 saylı mənzilin dam örtüyünün üstündə qoyulmuş çənin həmin mənzilə maddi ziyan vurması ilə bağlı həmin binanın 21, 24, 26, 30 saylı mənzillərin sahiblərinə, yəni Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X5 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onların heç bir tədbir görmədikləri qeyd olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli 10/8376 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 1-ci sual üzrə Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsində yerləşən 22 saylı binanın damında su çəninin quraşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.200-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarının 4.1 və 4.2-ci bəndlərinin tələblərinə uyğun aparılmadığı müəyyən olunur. 2-ci sual üzrə Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, 22 saylı binanın damında su çənləri quraşdırılmasının binada yaşayanlar üçün təhlükə yaradıb-yaratmaması müvafiq qurumlar tərəfindən hesablamalar aparıldıqdan sonra müəyyən oluna bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən ev İddiaçı mülkiyyətindədir. Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, ev 22, mənzil 24-də Cavabdeh3, Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, ev 22, mənzil 26-da yaşayan X5, Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, ev 22, mənzil 21-də yaşayan Cavabdeh2, Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, ev 22, mənzil 30-da yaşayan Cavabdeh1 Gəncə şəhər MKTİB tərəfindən Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsi, ev 22, 33 saylı mənzilin dam örtüyünün üstündə qoyulmuş çənin həmin mənzilə maddi ziyan vurması ilə xəbərdarlıq olunmasına baxmayaraq heç bir tədbir görülmədiyi barədə xx.xx.2022-ci il tarixdə akt tərtib olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2023cü il tarixli 10/8376 saylı ekspert rəyi ilə Gəncə şəhəri, Kəpəz rayonu, Fikrət Əmirov küçəsində yerləşən 22 saylı binanın damında su çəninin quraşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.200-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarının 4.1 və 4.2-ci bəndlərinin tələblərinə uyğun aparılmadığı müəyyən olunur. Məhkəmə hesab edir ki, cavabdehlərin ümumi istifadədə olan dam örtüyündə quraşdırdıqları su çənləri maneə yaratdığından və bu baxımdan iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Gəncə şəhərində su fasilələrlə verildiyindən Cavabdeh1 sudan daimi istifadə etmək üçün binanın damında su çəni quraşdırmışdır. İddiaçının özü də həmin yerdə su çəni quraşdırmışdır. Cavabdeh1 məxsus çən götürülərsə onun sudan istifadə hüququ məhdudlaşacaqdır. Çənin binanın üstündə olması ilə bağlı Cavabdeh1 İddiaçı məxsus mənzilə hər hansı ziyanın vurması iş materialları ilə də müəyyən olunmur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 nümayəndəsi (vəkil) X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-297/2023 saylı qətnaməsi qismən – ünvan 1 ünvanda yerləşən evin dam örtüyündə Cavabdeh1 tərəfindən qurulmuş su çəninin onun hesabına sökülməsi və ondan müştərək qaydada ekspertiza xərci olan 50 manatın alınaraq dövlət büdcəsinə və iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh1 qarşı çənin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2270/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2270/2023
01.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver