Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-228/2025 30.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 16 sentyabr 2024-cü il tаrixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçılar 18 aprel 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ər-arvad olmuşlar. 18 iyul 2023-cü il tarixdə bağlanmış 11748 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı2 Cavabdeh2 36 ay müddətinə 48% dərəcəsi ilə 37.350 manat məbləğində kredit götürmüşdür. Kreditin ödənilməsi müddəti xx.xx.2026-cı il tarixədək müəyyən edilmişdir. 18 iyul 2023-cü il tarixdə 4Ə-670 reyestr nömrəsi ilə təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsindən görünür ki, hazırki iş üzrə İddiaçı2 mülkiyyətində olan , Gəncə şəhəri, Turgenev küçəsi, ev 21 (Yeni qaydalarla: AZ 2006, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 30.000 manata hazırki iş üzrə Cavabdeh1 satmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında (Yeni qaydalarla AZ2006, ünvan 3nə dair İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023cü il tarixli (İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya baxışının məhkəmə iclasında iddia ərizəsinin “xahiş edirəm” hissəsində müqavilənin tarixinin yanlış olaraq xx.xx.2014-cu il kimi qeyd edildiyini bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir) alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 hüquqlarının dövlət qeydiyyatını təsdiq edən çıxarışın ləğv edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh2 Azərbaycan Respublikasının Vergilər Nazirliyində fərdi sahibkar kimi qeydiyyata alınmaqla (VÖEN № **********) "YK kredo" adı altında lombard fəaliyyəti ilə məşğul olur, qızıl-zinət əşyalarını girov götürməklə şəxsi istehlak üçün nəzərdə tutulan qısa müddətli kreditlər verərək sahibkarlıq fəaliyyətini həyata keçirir. Cavabdeh2 tərəfindən İddiaçı2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 48 faiz dərəcəsi ilə 37.350 manat kredit verilmişdir. İddiaçı2 verilən kreditin təminatı kimi eyni tarixli lombarda girov qoyulmuşdur. Eyni zamanda həmin kreditin təminatı olaraq xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında İddiaçı2 mülkiyyətində olan ünvan 2 ünvanında (Yeni qaydalarla AZ2006,ünvan 3 Cavabdeh1 xüsusi mülkiyyətinə keçmişdir. Sonradan həmin əvvəlki kredit yenilənərək Cavabdeh2 tərəfindən İddiaçı1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 48 faiz dərəcəsi ilə 52.000 manat kredit verilmişdir. İddiaçı1 verilən kreditin təminatı kimi eyni tarixli lombarda girov qoyulmuşdur. Bundan əvvəlki kredit yenilənərək Cavabdeh2 tərəfindən İddiaçı1 (İddiaçı2 həyat yoldaşı) xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 30 ay müddətinə, illik 54 faiz dərəcəsi ilə 89.060 manat kredit verilmişdir. İddiaçı1 verilən kreditin təminatı kimi eyni tarixli lombarda girov qoyulmuşdur. Hazırda xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 ünvan 2 ünvanında (Yeni qaydalarla AZ2006,ünvan 3ndən çıxmalarını tələb edir. Halbuki İddiaçı1 və İddiaçı2 digər ailə üzvləri ilə birlikdə müqavilə bağlandığı gündən bu günədək həmin evdə yaşamalarına imkan verilməsi, müqavilənin predmeti olan evin real dəyərinin müqavilədə göstəriləndən xeyli yüksək olması mübahisəli müqavilənin alğı-satqı məqsədi ilə bağlanmadığını təsdiq edir. Belə ki, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi formal xarakter daşımış, sadəcə olaraq qeyd edilən kreditlərin təminatı kimi onun adına keçirilmiş, yəni həmin əqdin bağlanmasında əsas məqsəd fərdi yaşayış evinin cavabdehə satılması olmamışdır. Həmin əqd uydurma əqd olmuşdur. Cavabdeh1 evin həqiqi (faktiki) sahibi olmamış, mənzilin faktiki sahibi isə İddiaçı2 olmuşdur. Hətta hazırda da evdən İddiaçı2 və onun ailə üzvləri istifadə etməkdədirlər. Qeyd edilən kreditlərin rəsmiləşdirilməsi zamanı heç bir vəsait Cavabdeh2 tərəfindən onlara təqdim edilməmiş, yalnız hüquqi savadlarının olmamasından istifadə edərək kağız üzərində şərtlər dəyişdirilməklə onların vəziyyəti süni olaraq ağırlaşdırılmışdır. Evin həqiqi (əsl) sahibi İddiaçı2dır və uydurma əqd əsasında cavabdehin adına rəsmiləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin bağlanmasında tərəflərin hüquqi niyyəti yalnız kreditin təminatı kimi ona məxsus evi Sıma İsmayılovun adına formal olaraq keçirmək olmuş, alğı-satqı niyyəti olmamışdır. İşin bu hallarını hazırki iş üzrə tərəflər arasındakı kredit münasibətləri də təsdiq etmişdir. Evin cavabdehin mülkiyyətinə keçirilməsinə dair əqd uydurma olduğundan bağlandığı andan, yəni xx.xx.2023-cü il tarixdən etibarsız hesab edilməlidir. Cavabdeh1 iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, sözügedən alğı-satqı müqaviləsi İddiaçı2 və Cavabdeh1 arasında “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisində rəsmi qaydada bağlanılmışdır. Alğı-satqı müqaviləsinin bağlanılmasında iddiaçılar Səma və Xəqaninin razılığı olmuşdur. Müqavilənin şərtləri ilə razılaşmaları barədə imzaları vardır. Alğı-satqı müqaviləsi üzrə Cavabdeh1 tərəfindən pul ödənişi olmuşdur. Cavabdeh evi məcburi qaydada almamışdır. Cavabdeh2 iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, alğı-satqı müqaviləsi Seymurla iddiaçılar arasında bağlanmışdır. Həmin alğı satqı müqaviləsinin Cavabdeh2 heç bir aidiyyəti yoxdur. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – Şəhər Məhkəməsi) 2(125)-3815/2024 nömrəli iş üzrə qəbul etdiyi 16 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Şəhər Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, əqdin etibarsız hesab edilməsi üçün iddia ərizəsində sadalanan hallardan hər hansı biri məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Belə ki, İddiaçı2 öz sərbəst iradə ifadəsinə uyğun olaraq mülkiyyətində olan əmlakın alğı-satqısına dair müqavilə bağlamış və müqaviləni öz imzası ilə rəsmiləşdirmiş, digər İddiaçı1 isə arvadı İddiaçı2 məxsus daşınmaz əmlakın satılmasına etirazının olmamasına dair notarial qaydada ərizə vermişdir. Digər tərəfdən notariat işində olan sənədlərdən də müəyyən olunur ki, iddiaçılar xx.xx.2023-cü il tarixdə bilavasitə notariat hərəkətlərinin aparılması zamanı iştirak etmiş, fotoçəkiliş aparılmış, alğı- satqı qiyməti olan 30.000 manat depozit hesabına köçürülmə yolu ilə satıcı İddiaçı2 ödənilmiş, əqd bağlanarkən hər hansı hüquqa ziddhallar müəyyən edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 324.1, 390.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 217.4-cü maddələrinə və T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd olunan hüquqi mövqeyə istinad etməklə əsaslandırmışdır. İddiaçılar ayrı-ayrılıqda apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)İddiaçı1 apellyasiya şikayətinin dəlilləri Əasları iddia ərizəsinin əsasları ilə eynilik təşkil edən apelyasiya şikayətində İddiaçı1 əlavə olaraq göstərmişdir ki, Gəncə Şəhər Məhkəməsi tərəfindən adı çəkilən qətnamə çıxarılarkən işin faktik və hüquqi əsasları tam və hərtərəfli araşdırılmamış, bir sıra maddi və prosessual hüquq normaları pozulmuş və aşağıda göstərilən səbəblərə görə həmin qətnamə əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir: İddia ərizəsi “mübahisəli fərdi yaşayış evinə dair İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 hüquqlarının dövlət qeydiyyatını təsdiq edən çıxarışın ləğv edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi” ilə bağlıdır. Lakin hakim məhkəmə iclaslarında iştirak edən iddiaçıların etibarnamə üzrə nümayəndələri olan X1 və X2 təzyiq göstərərək krediti nə üçün ödəmədiklərini, kreditin niyə vaxtında ödənilmədiyini soruşmaqla iddia predmetindən kənara çıxmışdır. Halbuki hazırki işdə iddia tələbi kreditor tərəfindən deyil, borclular tərəfindən verilmişdir. Başqa sözlə, alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı halları (və ya işin həqiqi halları) məhkəmə tərəfindən tam araşdırılmamış, formal yanaşılmışdır. Məhkəmə öz qətnaməsində araşdırma nəticəsində gəldiyi qənaəti “İddiaçı2 öz sərbəst iradə ifadəsinə uyğun olaraq mülkiyyətində olan əmlakın alğı-satqısına dair müqavilə bağladığını və müqaviləni öz imzası ilə rəsmiləşdirdiyini, digər İddiaçı1 isə arvadı İddiaçı2 məxsus daşınmaz əmlakın satılmasına etirazının olmamasına dair notarial qaydada ərizə verdiyi” yazmaqdan ibarət olmuşdur. Halbuki, iddiaçı olaraq həm İddiaçı1, həm də İddiaçı2 özləri əmlakın alğısatqısına dair müqavilə bağladığını və müqaviləni öz imzası ilə rəsmiləşdirdiyini etiraf edirlər. Burada məsələ, həmin alğı-satqı müqaviləsinin kredit müqaviləsinin təminatı kimi sonuncu müqaviləni pərdələmək olmuşdur. Əsas həmin niyyəti və məqsədi müəyyən etmək lazım idi. Mülki iş üzrə xx.xx.2014-cü il tarixdə keçirilən məhkəmə baxışı zamanı iştirak edən cavabdehin vəkili özü də izahatında etiraf edir ki, mübahisəli fərdi yaşayış evi verilmiş kreditin təminatı kimi Cavabdeh1 adına formal olaraq rəsmiləşdirilmişdir (məhkəmə iclasının audio yazısı və ya protokol). Cavabdehin vəkilinin izahatı fərdi yaşayış evinin məhz kreditin girovu qismində təqdim edildiyini, lakin alğı-satqı niyyəti ilə rəsmiləşdirilmədiyini sübut edir. Mübahisə predmeti olan xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin bağlanmasında tərəflərin hüquqi niyyəti yalnız kreditin təminatı kimi mülkiyyətçiyə məxsus evi Cavabdeh1 adına i keçirmək olmuş, alğı-saqtı niyyəti yox. İşin bu hallarını hazırki iş üzrə tərəflər arasındakı kredit münasibətləri də təsdiq edir. Evin cavabdehin mülkiyyətinə keçirilməsinə dair əqd uydurma olduğundan bağlandığı andan, yəni xx.xx.2023-cü il tarixdən etibarsız hesab edilməlidir. Bu etiraf iddianın təmin olunması və əlavə araşdırmanın aparılmasına zərurətini aradan qaldırır. Belə ki, MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Digər tərəfdən həmin evin kreditin təminatı kimi verilməsini Cavabdeh2 özü də təsdiq edir. Belə ki, Cavabdeh2 ona məxsus İddiaçı1 məxsus ***-***-**-** nömrəli mobil nömrəsindən öz əmisi Əli İsmayılova telefonda göndərdiyi səs (vatsapda) yazısında da kredit borcunun qaytarılmaması səbəbindən mübahisəli fərdi yaşayış evindən çıxmağı tələb edəcəyini qeyd edir. Həmin səs yazılarını elektron məhkəmə sistemindən yükləmək mümkün olmadığından səs yazılarını əks etdirən CD diski məhkəməyə təqdim edilmişdir. Üzərində 1 yazılan CD diskdə olan Cavabdeh2 ilə Vüqar arasında olan 4 səs yazını əks etdirir. Cavabdeh2 evdən çıxma ilə bağlı tələbi isə “evlə bağlı səs” adlı 24 saniyəlik faylda əks olunmuşdur. Əmlak uydurma əqd nəticəsində cavabdehin mülkiyyətinə keçmişdir. Belə ki, fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə formal olaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Hazırda da İddiaçı2 ailə üzvləri ilə birlikdə müqavilə bağlandığı gündən bu günədək həmin evdə yaşayır, müqavilənin predmeti olan evin real dəyərinin müqavilədə göstəriləndən xeyli yüksək olması da bu halı təsdiq edir. Göründüyü kimi, fərdi yaşayışt evi həqiqi (əsl) sahibi İddiaçı2dır və uydurma əqd əsasında Cavabdeh1 adına rəsmiləşdirilmişdir. İddiaçı2 fərdi yaşayış evini satmaq niyyəti olmamışdır. b) İddiaçı2 apellyasiya şikayətinin dəlilləri Məhkəmə tərəflər arasındakı münasibətlərə uydurma əqdin qaydalarını tətbiq etməli olduğu halda bunu etməmişdir Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəbolması üçün onun bağlanmasındalazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin formavə məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). İşin hallarından da göründüyü kimi mübahisəli mənzil faktiki olaraq İsgəndərovlar ailəsinə məxsus olmuş və İddiaçı2 mülkiyyətimdə olmuşdur. Sonradan mənzil formal olaraq kreditin təminatı kimi xx.xx.2023-cü il tarixdə sonuncunun adından Cavabdeh1 adına keçirilmişdir. Bunu nəzərə alaraq İsgəndərovlar ailəsi mübahisəli fərdi yaşayış evini alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına rəsmiləşdirməyi qərara almışlar. Ona görə də, ailə üzvləri arasında həmin mənzilin satıcı olaraq Cavabdeh1 satılması hüquqi nəticələr yaratmaq niyyəti deyil, yalnız görünüş üçün bağlanmışdır. İşdən də görünür ki, xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin predmeti fərdi yaşayış evidir. Hazırda da İddiaçı2 həmin evdən özünün və ailə üzvlərinin yaşaması üçün istifadə etmiş və alğı-satqı müqaviləsindən sonra da həmin evdən təyinatı üzrə istifadə edir. Yaşayış evini Cavabdeh1 satmaqda məqsədi evdən və əldə etdiyi maliyyə resurslarından istifadə etməklə gəlir əldə etmək deyil, sadəcə kreditin təminatı kimi formal olaraq cavabdehin adında saxlamaq olmuşdur. Beləliklə, xx.xx.2023-cü il tarixdə bağlanmış müqavilənin necə adlandırılmasından asılı olmayaraq həmin əqd alğı-satqı müqaviləsi olmamaqla, yalnız kreditin təminatı kimi cavabdehin adına formal bağlanmış müqavilədir. c) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdehlər apellyasiya şikayətinə etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə2 və İddiaçı1 apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat vermişdirlər. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 izahatlarında iddia tələbinin əsasız olduğunu bildirmişlər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, iddianın təmin edilməməsi barədə Şəhər Məhkəməsinin qətnaməsindən iddiaçılar tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərində qətnamə tam mübahisələndirilir. Bu səbəbdən Şəhər Məhkəməsinin qəbul etdiyi qətnamə tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.3 və 560.3.2. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə hesab olunur. Maddə 661. Tətbiq edilə bildiyi halda bu Məcəllənin 659 və 660-cı maddələrinin müddəalarının müvafiq olaraq digər üstünlük hüquqları, o cümlədən satılmış əşyanın yenidən alınması (satın alınması) hüququ və kirayəyə və ya icarəyə götürməkdə üstünlük hüquqları üçün etibarlı olduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərə və tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən məlum olur ki, iş üzrə iddiaçılar, ər-arvad, cavabehlər isə əmioğludurlar. Cavabdeh2 lombard fəaliyyətini həyata keçirən fərdi sahibkardır (VÖEN № **********). Gəncə şəhəri, Turgenev küçəsi, ev 21 (Yeni qaydalarla: AZ 2006, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı2 mülkiyyətindədir. İddiaçı2 və Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 11748 №-li kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı2 36 ay müddətinə illik 48% olmaqla 37.350 manat məbləğində borc vermişdir. xx.xx.2023-cü il tarixdə 4Ə-670 reyestr nömrəsi ilə təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı2 ona məxsus Gəncə şəhəri, Turgenev küçəsi, ev 21 (Yeni qaydalarla: AZ 2006, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini 30.000 manata Cavabdeh1 satmışdır. Hazırda iddiaçılar bildirirlər ki, xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin bağlanmasının əsl səbəbi heç də İddiaçı2 özünə məxsus fərdi yaşayış evini Cavabdeh1 mülkiyyətinə verməsi olmamışdır. Həmin müqavilə Cavabdeh2 İddiaçı2 verdiyi 37.350 manat borcun qaytarılmasının təminatı olaraq bağlanmışdır. Başqa sözlə, fərdi yaşayış evinə dair bağlanmış həmin müqavilə yalan əqddir. Bununla bağlı Məhkəmə qeyd edir ki, hüquqi nəticələr yaratmaq niyyəti olmadan bağlanan müqavilə uydurma əqd olaraq ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmayan yalnız görünüş üçün bağlanmış əqddir. (Mülki Məcəllə 340.1) Yalan əqd isə başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. (Mülki Məcəllə 340.2) Göründüyü kimi, uydurma və yalan əqdlər ayrı-ayrı institutlar olaraq əqdin etibarsızlığının müstəqil əsaslarıdır. Uydurma əqddə tərəflərin, ümumiyyətlə, hər hansı hüquqi nəticələr yaratmaq niyyəti olmur. Yalan əqdlər əhəmiyyətsiz olsa da, tərəflərin həmin əqddən kənar başqa bir hüquqi nəticə yaratmaq niyyətləri olur və bu zaman onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Yuxarıda istinad edilən Mülki Məcəllənin 340.2-ci maddəsinin mahiyyətinə görə yalan digər əqdi ört-basdır etməyə yönələn elə hərəkətdir ki, bu vaxt yalan əqd başqa münasibətləri və hüquqi nəticələri gizlətmək üçün bağlanır, yalan əqdi bağlayan tərəflər onun əsl məqsədini və yalan xarakter daşımasını bilir və belə gizli nəticənin əldə edilməsini arzu edirlər. Yalan əqdin əsas əlaməti kontragentlərin (subyektlərin) iradə bəyanın başqa nəticə əldə edilməsinə yönəlməsidir. Yalan əqddə tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Başqa sözlə, tərəflərin bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunur. Əqd tərəflərindən yalnız birinin belə bir niyyətinin olması əqdin yalan hesab edilməsi üçün yetərli deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022- ci il tarixli Qərarında da göstərilmişdir ki, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarında şərh edilən hüquqi mövqe baxımından müqavilənin yalan əqd olması səbəbindən etibarsız sayılması üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən mötəbər və kifayətedici sübutlarla təsdiq olunmalıdır. Onlardan birinin sübuta yetirilməməsi Mülki Məcəllənin 340.2-ci maddəsinə söykənən tələbin rədd edilməsi üçün əsasdır. Hazırki işdə İddiaçı2 Cavabdeh2 götürdüyü borcun qaytarılmasının təminatı olaraq özünə məxsus fərdi yaşayış evini ipoteka ilə yüklu etmək niyyəti müəyyən edilməyib. Çünki tərəflər arasında həmin evlə bağlı ipoteka müqaviləsinin bağlanmasının qarşısını alan hal mövcud olmamışdır. Qeyd edilməlidir ki, mülki dövriyyənin iştirakçıları təcrübədə bəzən daxil olduqları hüquq münasibətlərini onların həqiqi məzmununa uyğun olaraq lazımi qaydada yazılı şəkildə rəsmiləşdirmirlər (və ya rəsmiləşdirə bilmirlər), yaxud bunu bir neçə hüquqi əməliyyatla edirlər. Bu, tərəflərin razılaşma şərtlərinə və formalaşmış işgüzar adətlərə zidd hərəkət etməyəcəyinə olan qarşılıqlı güvən, hüquqi sənədləşmə ilə bağlı tərəflərə göstərilən xidmətin keyfiyyətsiz olması, bağlamaq istədikləri əqdlərin rəsmi qaydada bağlanması ilə bağlı çətinliklər və s. ola bilər. Bu səbəbdən məhkəmə əqdə əsaslanan və ya əqdin etibarsızlığının təsbit olunmasına dair tələblərə baxarkən yalnız formal tələbləri (müqavilənin adını, onun hərfi mənasını, müqavilədə tərəfin iradəsinin ifadə olunmasını, əqdin yazılı və ya notarial formasına əməl olunmasını və s.) yoxlamaqla kifayətlənməməli, bəyan edilmiş iradənin formalaşmasına əsas olmuş şəraiti, niyyəti, tərəflər arasında müqaviləyə qədərki və sonrakı danışıqları və hərəkətləri nəzərə almalı, mübahisəli hüquq münasibətinə qiymət vermək tələb olunduqda, iradə ifadəsinin həqiqi məzmununu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. İşin Məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, iş üzrə İddiaçı2 və Cavabdeh2 arasında borc münasibətləri xx.xx.2023-cü il tarixdə yaranmış və bu münasibətlər 11748 №-li xx.xx.2023-cü il tarixli müqavilə ilə rəsmilləşdirilmişdir. Cavabdeh1 və İddiaçı2 arasında sonuncuya məxsus fərdi yaşayış evinə dair alğı-satqı müqaviləsi də borcun verildiyi gün, yəni 2023-cü ilin iyul ayının 18-də bağlanmışdır. Həmçinin müəyyən edilib ki, fərdi yaşayış evinin satılması ilə bağlı mülkiyyətçi və ya onun ailə üzvləri tərəfindən xx.xx.2023-cü il tarixədək və ya həmin gün hər hansı formada elan verilməmiş, mülkiyyətçinin həmin evi satmaq niyyəti olmamışdır. Alğı-satqı müqaviləsinrin digər tərəfi Cavabdeh1 borcverən Cavabdeh2 doğma əmisioğlu olmaqla yanaşı, əldə etmək istədiyi fərdi yaşayış evinə heç vaxt baxış keçirməmiş, evin texniki göstəriciləri ilə maraqlanmamış, müqavilə bağlandığı xx.xx.2023-cü il tarixdən bu günədək həmin evi sahibliyinə qəbul etməmiş, İddiaçı2 və onun ailə üzvləri heç bir maneə olmadan bu günədək həmin evdə yaşamaqda davam etmişlər. Bundan başqa, işin müəyyən edilən digər halı isə ondan ibarətdir ki, İddiaçı2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, bu günədək Cavabdeh2 borc götürdüyü 37.3500 manatı borcverənə qaytarmamışdır. İşin müəyyən edilən bu halları tərəflər arasında satılmış əşyanın yenidən alınmasına (satın alınmasına) yönələn hüquq münasibətlərinin yaranmasını göstərir. Mülki hüquq münasibətlərinin iştirakçıları arasında belə bir məzmunda müqavilənin bağlanması qadağan edilməmişdir. Yəni tərəflər kreditorun verdiyi borc məbləğinin razılaşdırılmış müddətdə geri qaytarılana qədər borcluya məxsus əşyanın kreditorun mülkiyyətinə keçirilməsi, borc müddətində ödənildiyi təqdirdə əşyanın mülkiyyətinin borcluya geri qaytarılması, göstərilən şərtlər daxilində borclunun həmin əşyanı üstün satınalmaq hüququna malik olması barədə razılaşmanı müqavilə azadlığı çərçivəsində bağlaya bilərlər. Təsadüfi deyil ki, Mülki Məcəllənin 661-ci maddəsində tətbiq edilə bildiyi halda bu Məcəllənin 659 və 660-cı maddələrinin müddəalarının müvafiq olaraq digər üstünlük hüquqları, o cümlədən satılmış əşyanın yenidən alınması (satın alınması) hüququ və kirayəyə və ya icarəyə götürməkdə üstünlük hüquqları üçün etibarlı olduğu göstərilmişdir. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Göründüyü kimi, Mülki Məcəllənin 661-ci maddəsi əşyanın yenidən alınması (satın alınması) imkanını tanıyır və Mülki Məcəllənin 390.1-ci maddəsinin tələbləri baxımından tərəflərin belə bir imkanı özündə əks etdirən müqavilə bağlamaq hüquqları olmuşdur. Məhkəmə kollegiyasının mövqeyinə görə İddiaçı2 və Cavabdeh1 arasında daşınmaz əmlakın alğı-satqısı barədə xx.xx.2023-cü il tarixli müqavilə bağlanarkən onların satılmış əşyanın yenidən satıcı (İddiaçı2) tərəfindən alınması (satın alınması) düşüncəsi ilə hərəkət edib-etməmələri mühüm əhəmiyyət kəsb edir. Odur ki, daşınmaz əmlakın adi alğı-saqtı müqaviləsinin əslində satılmış əşyanın yenidən alınması (satın alınması) halı sübuta yetirildikdə, bu hal həmin əqdin yalan (əhəmiyyətsiz) hesab edilməsinə deyil, müqavilənin təfsir edilməsinə əsas ola bilər. Başqa sözlə, satılmış əşyanın yenidən alınması (satın alınması) barədə müqavilə daşınmaz əmlakın adi alğı-saqtı müqaviləsi kimi rəsmiləşdirildikdə tərəflər arasında olan münasibətin həqiqi xarakteri əsas götürülməklə həmin müqavilənin satılmış əşyanın yenidən alınması (satın alınması) imkanı kimi qiymətləndirilməsi nəzərdən keçirilməlidir. Mübahisə olduqda müqavilənin növünün və daxili məzmununun müəyyənləşdirilməsində tərəflərin yalnışlıqla və ya bilərəkdən istifadə etdikləri sözlərə baxılmadan, həqiqi və ortaq iradələri təsbit olunmalı və nəzərə alınmalıdır. Elmi ədəbiyyatda da hakim olan mövqe ondan ibarətdir ki, iradə bəyanları təfsir edilərkən müqavilənin mümkün qədər etibarlı qalmasını təmin edən mənaya üstünlük verilməli, bununla da əqdin keçərliliyi qorunmalıdır. Bu qaydanın təməlində iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri çərçivəsində tərəflərin iradələrinə hörmət göstərilməsi dayanır. Mülki Məcəlləyə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. (Mülki Məcəllə 404.1 və 404.2-ci maddələr) İşin müəyyən edilən halları tərəflər arasında satılmış əşyanın yenidən alınması (satın alınması) ilə bağlı faktiki və şifahi razılaşmanın olduğunu göstərir. Qeyd edilənlərə əsasən Məhkəmə işin məhkəmələr tərəfindən müəyyən edilən hallarına uyğun olaraq hesab edir ki, xx.xx.2023-cü il tarixli müqavilə tərəflər arasında satılmış əşyanın yenidən alınmasına (satın alınmasına) yönələn müqavilədir və həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Məhkəmə onu da qeyd edir ki, İddiaçı2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməklə onun fərdi yaşayış evini yenidən almaq hüququ yaranacaqdır. Əks halda iddiaçıların tələbinin təmin edilməsi hüquqdan sui-istifadə ilə nəticələnə bilər(şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi). Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçılar tərəfindən irləi sürülmüş “xx.xx.2023-cü il tarixli alğı-satqı müqavilənin yalan əqd olduğuna görə etibarsız hesab edilməsi barədə” tələbin təmin edilməsi üçün əsas yoxdur. Məhkəmə həmçinin hesab edir ki, qeyd olunan tələb təmin edilmədiyi üçün, həmin tələbdən irəli gələn “daşınmaz əmlaka dair verilmiş çıxarışın ləğv edilməsi barədə” tələb də təmin edilməməlidir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Şəhər Məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas yaratmır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Gəncə Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 16 sentyabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-228/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-228/2025
30.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver