Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2328/2024 04.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-48/2024 nömrəli qətnaməsindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə aralarında ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair 15 sentyabr 2024-cü il tarixdə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-48/2024 nömrəli qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1340 saylı, (KOD ********) şəhadətnamədə qeyd edilən ünvan 2 ünvanında yerləşən Cavabdeh mülkiyyətdə olan 0.06 hektar həyətyanı torpaq sahəsinin alqı-satqısına dair olan 15 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi həmin qətnamədən apellyasiya şikayəti vərərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının tələblərini pozaraq qətnamə qəbul etmişdir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyalarıpnı, avtmobil və s. ə.yaların alqı-satqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında tələb olunur. Lakin qeyd edilən normaların tələblərinə uyğun olaraq, iddiaçı əqdi tamamilə və ya qismən icra etməsini, əmlakın dəyərini tam və ya qismən ödəməsini, habelə müqavilənin digər tərəfinin əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırmasını sübuta yetirə bilməmişdir. Məhkəmənin istinad etdiyi “Torpağın mülkiyyətə verilməsinə dair” JN1340 saylı, KOD 50801004 saylı şəhadətnamənin cavabdeh tərəfindən 2006-cı ildə əldə edildiyi, lakin tərəflər arasında olan müqavilənamənin xx.xx.2004-cü il tarixdə bağlandığı müəyyən olunur. Belə olan halda, işə baxan məhkəmənin ziddiyətli məsələləri araşdırmadan və hüquqi qiymət vermədən belə bir nəticəyə gəlməsi müamalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-48/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin MPM-nin 364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Göygöl Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in: 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, işdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir (K.Marayevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərar). İşdə iştirak etməyə cəlb olunmayan şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onun iştirakı olmadan məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Bu baxımdan, işə cəlb edilməyən şəxsin prosessual fəaliyyəti onun iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət etməlidir. Hər bir halda işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır. Bununla yanaşı birinci instansiya məhkəməsi həmin dəlilləri yoxlamalı, çıxarılmış qətnamənin həqiqətən də onun qanunla qorunan hüquq və mənafelərinə toxunub toxunmadığını təsbit etməli, müsbət cavab alındığı halda apellyasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə əməl olunmasını da arşdırıb müvafiq qərardad çıxarmalıdır. Nəzərə alınmalıdır ki, bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş prosessual təminat həyata keçirilərkən qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə, xüsusiyyətlərinə xələl gətirilməməlidir. Bu baxımdan baxılan iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin işə cəlb olunmadığı halda çıxarılmış qətnamənin onun hüquqlarına toxunduğu birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmalı idi. Lakin birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin apellyasiya şikayətinin MPM-nin tələblərinə uyğun hesab etməsinə baxmayaraq, həmin qərardadda çıxarılmış qətnamənin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin hüquq və vəzifələrinə toxunmasını ümumiyyətlə araşdırmamışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-48/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin MPM-nin 364cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Göygöl Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-48/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin MPM-nin 364-cü maddəsinin tələblərinə uyğunluğunun işin yuxarıda qeyd edilən tələblərinə əməl etməklə yoxlamalı və qanuni qərar qəbul etməlidir. Qeyd edilənləri və Azərbaycan Respublikası MPM-in 363, 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-48/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin MPM-nin 364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Göygöl Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2328/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2328/2024
04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver