Məhkəmə qərarları › İş №2(104)-2335/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2335/2025

28.04.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-2335/2025 28.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X16 (sədrlik edən və məruzəçi), X17 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, Işin halları

1. İ-ЖГ ****** nömrəli X1 və X8 arasında ##.##.1973-cü ildə nikah bağlanmış və sonra X8 Sarıyeva soyadı verilmişdir;

2. II-ЖГ seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X18 ## ###### 1974-cü ildə Qazaxda anadan olmuş, atası qrafasında X2, ana qrafasında isə X9 qeyd edilmişdir;

3. VI-ЖГ serialı ****** nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 və X19 arasında nikah bağlanmış və bu barədə ##.##.1988-ci ildə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 nömrə ilə qeyd edilmişdir;

4. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ##.##.1983-cü ildə ölmüşdür;

5. ##.##.2005-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X9 bütün əmlakını harda olmasından və nədən ibarət olmasından asılı olmayaraq o cümlədən ünvan 5 ünvanıda yerləşən mənzilini X10 vəsiyyət etmişdir;

6. ## ######## 2017-ci il tarixli Dövlət Notariat Arxivi tərəfindən cavabdeh4 ünvanlanan məktubun surətindən görünür ki, ## #### 2005-ci il tarixli vəsiyyətnamənin dəyişdirilməsi ləğv edilməsini barədə arxivə məlumat daxil olmamışdır;

7. ##.##.2017-ci il tarixli Dövlət notariat arxivinin məktubundan görünür ki, ##.##.2055-ci il tarixli *V-İ-** nömrəli vəsiyyətnamənin ##.##.2017-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır;

8. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ## #### 2013-cü ildə ölmüşdür;

9. X7 tərəfindən cavabdeh2 ünvanlanmış ##.##.2017-ci il tarixli ərizədən görünür ki, ünvan 5 ünvanda yerləşən mənzilə vəsiyyətnamə üzrə şəhadətnamə verməyi xahiş etmiş və həmçinin ərizədə MM-in 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa şəxslərin olmadığını vurğulamışdır;

10. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2013 tarixdə ölmüş X9 vərəsəsi X7 şəhəri Nəriman Nərimanov küçəsi bina 31 mənzil 2 və o miras əmlakından tam hisədə pay almalıdır;

11. ## #### 2017-ci il tarixli arayışdan görünür ki, X9 ölən günə kimi ünvan 5 ünvanında yaşamışdır. Ölən günə kimi onunla birgə yaşamış və ölümündən sonra yaşamağa davam edən X3 qalmışdır. Arayışda həmin evdə qeydiyyatda olan lakin başqa ünvanda yaşayan övladları və həmin evdə qeydiyyatda olmayıb başqa ünvanda yaşayan övladlarının qeyd edilməsi lazım olan qrafa boşdur;

12. Hüquqların Dövlət qeyydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX******* nömrəli ##.##.2017-ci il tarixli çıxarışın surətindən görünür ki, Qazax şəhəri N.Nərimanov küçəsi ev 31 mənzil 2 də yerləşən sahəsi 87.7 kv/m sahəsi olan cavabdeh4 xüsusi mülkiyyətindədir;

13. Qazax şəhər notariat ofisində bağlanmış AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh4 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 87.7 kv/m yaşayış sahəsi 44.2 kv/m yardımçı sahəsi 43.5kv/m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsinin tam hissəni 87.7 kv/m cavabdeh5 satmışdır;

14. Çox saylı qəbzlərdən görünür ki, X7 müxtəlif tarixlərdə Qazax şəhəri N.Nərimanov küçəsi ev 31 mənzil 2-də qaz və elektrik enerjisinin istifadə edilməsi üçün ödənişlər etmişdir;

15. Qazax rayon Notariat ofisinin ##.##.2026-cı il tarixli *** saylı məktubundan görünür ki, X9 mirasdan paylarının müəyyən edilməsi barədə ##.##.2017-ci il tarixli, 2V-*** reyestr nömrəli vərəsəlik işinin açılmasına əsas olmuş X24 təqdim etdiyi mirasın qəbul olunmasına dair ərizə 2017-ci ilin reyestr kitabında qeydiyyata alınmamışdır. Həmin ərizədə X24 şəxsiyyəti notarius tərəfindən müəyyən olunmuş, fəaliyyət qabiliyyəti yoxlanılaraq möhürlə təsdiq edilmişdir.

16. “Sabiroğlu” mebel tərəfindən verilmiş ##.##.2026-cı il tarixli ** saylı arayışdan görünür ki, Qazax şəhər sakini X7 2016-cı ilin sentyabr ayının əvvəlində Qazax şəhəri, Ə.Şıxlinski ünvanında yerləşən “Sabiroğlu” mebel mağazasından yataq üçün nəzərdə tutulmuş, baş, ayaq və yan hissələri mebellə düzəldilmiş, döşəyi ilə birlikdə 2 ədəd tək (ayrıayrı olan) çarpayılar hər biri 60 manat olmaqla, ümumilikdə 120.0 manat məbləğində pula satılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

17. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, X11, Qazax rayon notariat ofisi və cavabdeh1n ** saylı Tovuz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayon notariat ofisindən cavabdehə verilmiş X12nın mirasından payların müəyyən edilməsi barədə ## ######## 2017-ci il tarixli 2V-*** reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında cavabdeh1n ** saylı Tovuz Ərazi Idarəsindən ##.##.2017-ci il tarixli 2617007707 qeydiyyat və 501013094423-10301 reyestr nömrəsi ilə cavabdeh X7 verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən və cavabdehlər X7 və cavabdeh5 arasında ünvan 1 ünvanında yerləşən mənzilin alqısatqısına dair # ###### 2024-cü il tarixdə 4Ə-670 reyestr nömrəsi ilə bağlanmış ANIN******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, anasından miras qalmış ünvan 3 ünvanında yerləşən vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Iddiaçı İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X12 tərəfindən cavabdeh X7 Qazax rayon notatiat ofisində verilmiş ## #### 2005ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, Qazax rayon notariat ofisindən cavabdehə verilmiş anaları X9 mirasından payların müəyyən edilməsi barədə ## ######## 2017-ci il tarixli, 2V-*** reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri PHŞ ** saylı Tovuz Ərazi Idarəsindən ##.##.2017-ci il tarixli 2617007707 qeydiyyat və 501013094423- 10301 reyestr nömrəsi ilə cavabdeh X7 verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və cavabdeh cavabdeh5 arasında ünvan 2 ünvanında yerləşən mənzilin alqı-satqısına dair # ###### 2024-cü il tarixdə 4Ə-670 reyestr nömrəsilə bağlanmış AN-ın ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, anasından miras qalmış Qazax şəhəri, N.Nərimanov küçəsi ev 31 mənzil 2 ünvanında yerləşən mənzildən məcburi vərəsəlik payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Iddiaçı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1974-cü ildə Qazax şəhərində X1 ilə X9 birgə nikahından doğulmuşdur. X12 ## #### 2005-ci il tarixdə bacısına vəsiyyətnamə vermişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ ** saylı Tovuz Ərazi Idarəsindən ##.##.2017-ci il tarixli 2617007707 qeydiyyat və 51011000234- 05101-093002 reyestr nömrəsi ilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax şəhəri N.Nərmanov küçəsi ev 31-də yerləşən mənzil 2 anasından miras qalmışdır. Anası 2023-cü ildə vəfat etdikdən sonra qanunsuz olaraq ondan miras qalan Qazax şəhəri N.Nərimanov küçəsi ev 31 mənzil 2-də yerləşən evdən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə bacısının miras əmlakından pay almaq hüququ tanınmış və vərəsəlik şəhadətnaməsi əsasında həmin evə bacısının adına Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyesri publik hüquqi şəxsi ** saylı Tovuz Ərazi Idarəsindən ##.##.2017-ci il tarixli 2617007707 və 051011309442310301 reyestr nömrəsi ilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Lakin bu vərəsəlik şəhadətnaməsi verilərkən onun bu əmlaka olan məcburi pay hüququ nəzərə alınmamışdır. Bu hal cavabdehin mirasa tam mülkiyyət hüququ ilə, həmçinin bu mülk üzərində tam olaraq sərəncam vermək hüququnu istisna edir. Buna baxmayaraq bacısı X6 şəhəri N.Nərimanaov küçəsi ev 31 mənzil 2-də yerləşən mənzili Qazax rayon notariat ofisində ## ###### 2024-cü il tarixdə 1277208 nömrəl daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Qazax şəhəri Azadlıq küçəsi ev 208 mənzil 47 də qeydiyyatda olan cavabdeh cavabdeh5 45000 manata satmaqla onun mənzil üzərindəki miras əmlakından məcburi pay hüququnu nəzərə almadan verilən vərəsəlik şəhadətnaməsi etibarsız sayılmalı, bacısının adına verilmiş çıxarış, cavabdeh bacısının cavabdeh5 ilə bağlanmış alqı-satqı müqaviləsi məhkəmə tərəfindən ləğv edilməli və Qazax şəhəri N.Nərmanov küçəsi ev 31 mənzil 2-də yerləşən mənzildən miras olaraq payı müəyyən edilməlidir. O, varis olaraq anasından qalan mirası faktiki olaraq qəbul etmişdir. O, mirası faktiki olaraq qəbul edib, mirasdan pay almalı olduğu halda Qazax rayon notariat ofisi tərəfindən vərəsələrin dairəsi gizlədilməklə mirasdan məcburi payı müəyyən edulməmişdir. Cavabdehin nümayəndəsi X24 rayon notariat ofisinə təqdim etdiyi ## ######## 2017-ci il tarixli mirasın qəbulu ərizəsində varis olaraq onun adı göstərilməmişdir. Bundan başqa bir məsələ isə cavabdeh tərəfindən onun nümayəndəsi X24 isə etibarnamə ## ######## 2017-ci il tarixə verilmişdir. Yəni, Qazax rayon notariat ofisi səlahiyyəti olmayan şəxsin ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Bundan başqa Qazax rayon notariat ofisinə təqdim edilmiş Qazax rayon Icra Hakimiyyəti Mənzil Istismar sahəsinin ## #### 2017-ci il tarixli arayışında da varis olaraq cavabdeh göstərilmiş və onun adı vərəsələrin dairəsi müəyyən edilərkən gizlədilmişdir. Bunun əsasında Qazax rayon notariat ofisi ## ######## 2027-ci il tarixdə qanunsuz olaraq mirasa dair 2V-*** reyestr nömrəsi ilə cavabdehə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Anasının vəfatından sonra ondan qalmış mirası idarə etməklə ona sahiblənib. Buna baxmayaraq, cavabdeh qanunsuz olaraq onu vərəsələrin dairəsindən gizlətməklə mirasdan tək özü pay almışdır.

20. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, cavabdeh X7 qonşusudur. X9 vəfat edən günə kimi Ruhiyyə onunla birlikdə yaşamışdır. X9 vəfatından sonra da X7 ailəsi ilə birlikdə onun evində yaşamışdır. Iddiaçı Rəmziyyə isə ümumiyyətlə anasının vəfatına kimi və vəfatından sonra həmin evində yaşamamışdır. X9 vəfatından 3-4 il sonra isə həmin evdə yaşayan Ruhiyyə evi kirayə vermişdir. X9 dəfni ilə bağlı xərcləri Ruhiyyə Sarıyeva çəkmişdir.

21. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, cavabdeh X7 qonşusudur. Rəmziyyəni tanımır. X9 vəfat edəndən sonra Ruhiyyə Sarıyeva ailəsi ilə birlikdə onun evində yaşamışdır. Ruhiyyə Sarıyeva həmin evdə təmir işləri aparmışdır.

22. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş şahid4 verdiyi ifadəsində göstərmişdir ki, o, cavabdeh X7 qonşusudur. Rəmziyyəni tanımır, Ruhiyyə Sarıyevanı isə tanıyır. X9 vəfatından sonra Ruhiyyə Sarıyeva onun evində yaşamışdır. Rəmziyyə yalnız X9 vəfat edəndə gəlmişdir. Hətta həmin evi bir müddət Ruhiyyə Sarıyeva kirayə vermişdir.

23. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X20 verdiyi ifadəsində göstərmişdir ki, tərəflər onun baldızı qızlarıdır. Mübahisəli evdə X9 ilə Ruhiyyə Sarıyeva yaşamışdır. X9 xəstələnən vaxt Rəmziyyə də ona baxmışdır. Rəmziyyə anasının yas mərasimində iştirak etmiş, sonra Türkiyə Respublikasına getmişdir. Daha sonra Rəmziyyə Sarıyeva anasının qırx mərasiminə gəlmişdir. X9 vəfatından sonra Rəmziyyə öz qaynanasının Qazax rayon ərazisində olan evində yaşamışdır. X9 vəfatından sonra Rəmziyyə anasına məxsus palaz, kravat və qab-qaşığı öz evinə aparmışdır. Həmin əşyaları qırx mərasimindən sonra aparmışdır. Rəmziyyədə evin açarı olmuşdur və o iki cümə axşamında iştirak etmişdir. Hətta cümə axşamının birini əmisi arvadı vermişdir ki, həmin vaxt Ruhiyyə Tovuz rayonunda işdə olmuşdur və orada iştirak etməmişdir. Həmin cümə axşamında yalnız Rəmziyyə olmuşdur. Rəmziyyə anasının qırx mərasimindən sonra az müddət qalmış və sonradan Türkiyəyə getmişdir.

24. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, o, tərəflərlə bir küçədə yaşasalar da, yaxın münasibətləri olmamışdır. Təxminən on il bundan əvvəl Rəmziyyə Qazax şəhəri Nəriman Nərimanov küçəsində müəyyən əşyaları olduğunu və anasının qırxından sonra həmin əşyaları götürəcəyini ona demişdir. Sonradan onun motosikli ilə həmin ünvandan kravat, palaz, qazan və qab-qacağı Qazax şəhəri Azadlıq küçəsində yerləşən evə aparmışlar. Həmin vaxt orada Rəmziyyə, Ruhiyyə və bir nəfər başqa şəxs olmuşdur. Tam yadında deyil amma təxminən əşyaları ikinci mərtəbədən götürmüşdülər.

25. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X23 verdiyi ifadəsində göstərmişdir ki, o, tərəflərin yaxın qohumudur. Tərəflərin hər ikisi də analarına qulluq etmişlər. X9 ya qırx, ya da il mərasimində Rəmziyyə iştirak etmişdir. X9 heç bir cümə axşamı mərasimində iştirak etməmişdir. O, Rəmziyyənin anasının bəzi əşyalarını apardığını görməmişdir, sadəcə eşitmişdir. Mübahisəli evdə mərhumun vəfatından sonra Ruhiyyə əri ilə birlikdə yaşamışdır. Rəmziyyə isə Qazax rayonunda yerləşən öz ərinin evində yaşamışdır.

26. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X25 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı ilə həm qohum, həm də qonşudular. Tərəflərin münasibəti normal olmuşdur. Bütün yas mərasimlərində iştirak etmişdir. Rəmziyyə anası vəfat edən günün səhəri gəlmiş və yas mərasimlərində iştirak etmişdir. Rəmziyyə anasına məxsus kravat, qab-qaşıq, xalça və başqa əşyaları təxminən qırxdan sonra götürmüşdür. Həmin əşyaları Xıdırın maşını ilə aparmışdır. Evin açarının kimdə olduğu barədə heç bir məlumatı olmamışdır.

27. Qazax Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elçin Mansırov) iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh5, Qazax rayon Notariat Ofisinə və DƏDKR PHŞ-nin ** saylı Tovuz Ərazi Idarəsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, alqı-satqımüqaviləsinin ləğv edilməsi və mənzildən məcburi vərəsəlik payın müəyyən edilməsi» tələbi barədə iddiasının təmin edilməməsi; Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun iddiaçı İddiaçı aid edilməsi qət edilmişdir.

28. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.4, 152.5, 1133.1, 1133.2, 1145, 1151.1, 1159.1.1. 1166, 1170.1, 1176.1, 1193, 1***, 1196, 1201, 1202.2 və 1243.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

29. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ## ######## 2017-ci il tarixdə hüququ olmayan şəxs X24 cavabdehin nümayəndəsi qismində Qazax rayon notariat ofisinə mirasın qəbulu ərizəsi ilə müraciət edir və bu ərizədə vərəsə olaraq yalnız cavabdeh göstərilməklə digər vərəsə gizlədilir. Eləcə də, bu ərizəyə əlavə olunmuş arayışda da, o, vərəsə olaraq gizlədilir. Bu ərizə əsasında ## ######## 2017-ci il tarixdə DƏDRX-nin ** saylı Tovuz Ərazi Idarəsinə miras qoyanın adına olan mənzilə dair sənədlərin hazırlanması ilə bağlı məktub verilir. Mülki Məcəllənin 1245-ci maddəsində mirasın nümayəndə vasitəsilə qəbul olunması qeyd edilmişdir. Ancaq iş materiallarından göründüyü kimi, ərizə verilərkən şəxs cavabdehin nümayəndəsi olmamış və yalnız ## ######## 2017-ci il tarixdə etibarnamə verilmişdir. Iddiaçının tələblərindən biri mərhum anası tərəfindən cavabdehə verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsidir və iddiaçı bu tələbini qeyd edilən normaların tələblərinə əsasən əsaslandıraraq göstərmişdir ki, miras qoyan cavabdehin adına vəsiyyətnamə verərkən və miras açılarkən mübahisəli mənzil onun mülkiyyətində olmamışdır. Bu halı nəzərə alaraq notariat ofisi vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verərkən də qanun pozuntusuna yol vermişdir. Bununla bağlı tələbə məhkəmə qətnaməsində münasibət bildirməmiş, bu tələbin təmin edilməməsini əsaslandırmamış və qərarında təmin edilməməsini belə qeyd etməmişdir. Iş materiallarında, həmçinin dindirilmiş şahidlərin ifadələri ilə təsdiq edilmişdir ki, münahisəli mənzilin açarının biri onda olmuş və iddiaçı anasının 40 mərasimindən sonra mərhumun mənzilində mərhumun mirasına daxil olan əmlaklardan götürərək öz evinə aparmışdır. Bu əmlaklara sahiblənərək onlar bugün də onun sahibliyindədir. Hətta cavabdeh belə etiraf etmişdir ki, mərhum analarına məxsus yataq və digər əşyaları iddiaçı aparmışdır. Bundan da görünür ki, iddiaçı varis olaraq bu əmlaklara sahiblənmişdir. Şahidlərin ifadəsindən də müəyyən olunur ki, iddiaçı anasının evindən mərhuma məxsus kravat (çarpayı), palaz, xalça, qabqacaq və qazanı götürmüşdür. Bu ev əşyaları bu gündə onun sahibliyindədir. Bu hallar da onu göstərir ki, iddiaçı mərhumun vəfatından sonra qanunla müəyyən edilmiş müddətdə özünü mirasın sahibi olaraq göstərərək mübahisəli mənzildən mərhumun mirasına daxil olan ev əşyalarını öz evinə gətirmişdir. Bununla da iddiaçı mirasın sahibi kimi hərəkət etməklə mirası qəbul etməsini nümayiş etdirmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60- cımaddəsi baxımından Azərbaycan RespublikasıMülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020ci il ## ####### tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Iddiaçı da anasının mirası açıldığı müddətdə mənzildə onda olan açardan istifadə etməklə anasına məxsus olan əşyaları götürməklə miras qalmış maddi dəyərə məxsus əşyalara sahiblənməklə mirası qəbul etdiyini nümayiş etdirmişdir. Iddiaçının mərhum anasının mənzilindən mirasın açıldığı müddətdə sahiblənərək götürdüyü əşyalar da mirasın bir hissəsini təşkil edir.

Apellyasiya şikayətlinə qarşı etirazın dəlilləri

31. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyasında birinci icraat

32. Gəncə Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (Hakimlər X33 (sədrlik edən və məruzəçi), (X21 və X13 ibarət tərkibdə)) iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qazax Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Kassasiya instansiyasında icraat

33. Iddiaçı (vəkil – vəkil2) kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə ## ##### 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

37. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X7 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq qeyd etmişdir ki, iddiaçının dedikləri həqiqəti əks etdirmir. Heç bir zaman evin açarı ondan başqa kimsədə olmamışdır. Mübahisəli evi anası sağlığında almışdı. Lakin 2004-2005-ci illərdə həmin ev sökülərək, onun həyat yoldaşı tərəfindən yenidən tikilmişdir. Buna iddiaçının özü də, həm də bütün qonşular şahiddir. 2 otaqlı ev alınmış, biz isə 5 otaqlı ev tikmişik. 2004-2005-ci ildən isə açar həmişə onda olmuşdur, heç bir zaman isə açar dəyişməmişdir. Anasının dəfninin 3-cü günü Rəmziyyə gəlmiş, sonra qayınatasıgilə getmişdir. Daha sonra anasının dəfninin 7-ci günü qonaq kimi gəlmiş, ondan sonra Türkiyəyə getmişdir. Daha sonra anasının qırx mərasimindən bir gün əvvəl gəlmişdir. Anasının ölümündən 4 il sonra Rəmziyyənin oğlunun xeyir işi olduğu üçün həmin çarpayını o, pay almışdır. Notariat orqanın onun adından X24 ərizə vermişdir. Ərizəni Müşgünaz onun xahişi ilə vermiş və Müşgünazın həmin hərəkətləri onun tərəfindən bəyənilmişdir.

38. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X7 nümayəndəsi, vəkil vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq qeyd etmişdir ki, apellyasiya şikayətinə qəti etiraz edirlər. Mübahisə məhkəmələr tərəfindən araşdırılmışdır. Məhkəmə araşdırması zamanı da, müəyyən olunmuşdur ki, miras faktiki olaraq Ruhiyyə xanım tərəfindən qəbul olunmuşdur. Həmçinin mübahisəli evdə olan əşyaların bir qisminin Rəmziyyə xanım tərəfindən aparılması sübutlarla öz təsdiqini tapmamışdır. Şahid ifadələrində də, son dərəcədə ziddiyyət vardır. Eyni zamanda da, həmin əşyaların Yasilə xanıma məxsus olması da, iş materiallarından müəyyən olunmur. Birinci instansiya məhkəməsinə təqdim etdiyikləri şahidlərinin ifadələrindən, komunal xərclərə dair qəbzlərdən də görünür ki, miras faktiki olaraq Ruhiyyə xanım tərəfindən qəbul olunmuşdur. Ona görə də, apellyasiya şikayətinin əsassız olduğunu hesab edirlər.

39. Apellyasiya icraatı zamanı təkrar dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Rəmziyyə xanımı qonşusu olaraq tanıyır. Ruhiyyə xanımı tanımamışdır. O, “muravey” sürücüsüdür. 1- 2 dəfə Rəmziyyə xanım üçün yük aparmışdır. Əvvəllərdə Rəmziyyə xanım üçün bazardan yüklərini aparmış, axırıncı dəfə o, yayda yük aparmışdır. Bir dəfə də, Rəmziyyə xanımın anasıgildən yük gətirmiş və həmin əşyalar çarpayı, kilim, samovar, 3 ədəd qazan və s. əşyalar olmuşdur. Həmin qazanlardan 2-i böyük, 1-i balaca qazan olmuş, həmçinin qazanın biri şirəli, göy rəngdə olmuşdur. Çarpayı döşəkli olmuş və muraveyə qoymuşdur. Bu hadisə təxminən 2013-cü ildə olmuşdur. Əşyaları daşımağa taksi sürücüsü və balaca oğlan kömək etmiş və Rəmziyyə xanımın anasıgildən əşyaları 2013-cü ilin yayında aparmışdır. Muraveyi 2013-cü ilin oktyabrında satmış və sonra da, maşın almamışdır. Onlar evə gedəndə evdə heç kim olmamış, qapını Rəmziyyə xanım açmışdır. Ona ödənilən məbləğ isə yadında qalmamışdır. Həmçinin birinci instansiya məhkəməsində verdiyi ifadənin daha düzgün olduğunu, evə blokdan girdiklərini, əşyaların 1-ci mərtəbədən götürdüklərini və yorğandöşəyin sayının yadında qalmadığını bildirmişdir.

40. Məhkəmə iclasında X26 ifadəsində bildirmişdir ki, Rəmziyyə anasının vəfatından bir-iki gün əvvəl Türkiyəyə getmişdir. Artıq Türkiyəyə çatdığı zaman anasının vəfat etmiş, ona görə də, anasının dəfnində iştirak edə bilməmişdir. Həmin günün səhərisi gəlmişdir. Daha sonra Rəmziyyə yenidən Türkiyəyə qayıtmış, anasının qırx mərasimi üçün təkrar geri qayıtmışdır. Təxminən 5-10 gün qaldıqdan sonra Türkiyəyə getmişdir. Sonralar isə Rəmziyyə anasının vəfatının ildönümündə gəlmişdir. Anasının qırxından sonra Rəmziyyə “tırtırla” kilim, çarpayı, qazan, qab-qacaq və s. əşyaları anası evindən gətirmişdir. Gətirdiyi əşyalardan adi kilim olmuş, üstündə döşək olan çarpayı olmuşdur. Rəmziyyə xanım əşyaları gətirəndə o, həyətdə olmuş, əşyaların hamısı tırtır vasitəsilə gətirilmişdir. Soruşduqda əşyalarının anasına məxsus olduğunu və anası evindən gətidiyini bildirmişdir. O, samovarı görməmişdir. Qapını kimin açdığından xəbəri olmamışdır. Həmçinin Rəmziyyə xanım taksidən düşəndə əlində heç nə görməmişdir.

41. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

42. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

43. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

44. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

45. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

46. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

47. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.

48. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

49. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır.

50. Maddə 1225. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.

51. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

52. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

53. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir..

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

54. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

57. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

60. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

61. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

62. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

63. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

64. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

65. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

66. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Işin faktiki halları kimi müəyyən edilmişdir ki, X1 ilə Əsgərova (nikahdan sonra Sarıyeva) Yasilə Kamal qızı nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından İddiaçı və X7 adlı uşaqları anadan olmuşdur. X1 ##.##.1983-cü il tarixdə vəfat etmişdir. Bununla yanaşı müəyyən edilir ki, Qazax rayon dövlət notariat kontorunda təsdiq edilmiş ##.##.2004-cü il tarixli müqaviləyə əsasən Qazax şəhəri N.Nərimanov küçəsi bina 31-də yerləşən ümumi sahəsi 87.7 kv/m yaşayış sahəsi 44.2 kv/m yardımçı sahəsi 43.5 kv/m olan * nömrəli mənzil X9 məxsus olmuşdur. O, ##.##.2005-ci il tarixli vəsiyyətnamə ilə bütün əmlakını harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq, o cümlədən Qazax şəhəri Nəriman Nərimanov küçəsi bina 31-də yerləşən * nömrəli mənzili övladı X7 vəsiyyət etmişdir. X9 ## #### 2013-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri - uşaqları İddiaçı və X7 olmuşlar. X31 miras qalan əmlak isə Qazax şəhəri Nəriman Nərimanov küçəsi bina 31-də yerləşən * nömrəli mənzil olmuşdur. Vəsiyyətnamə və qanun üzrə vərəsə X7 notariat ofisinə müraciət edərək mərhum X12ndan miras qalmış əmlaka dair adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, notariat kontoru tərəfindən verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə ona miras əmlakdan tam həcmdə pay verilmişdir. Həmin şəhadətnamə əsasında da, qanun və vəsiyyət üzrə vərəsə X7 adına əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Daha sonra, AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən əmlak cavabdeh4 tərəfindən cavabdeh5 satılmışdır. Iddiaçı İddiaçı miras qoyanın adından tərtib edilmiş vəsiyyətnamənin mülki qanunvericiliyin tələblərinə zidd olduğunu və miras əmlakın onun tərəfindən qəbul edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

68. Işin mübahisəsiz hallarıdır ki, X1 ilə Əsgərova (nikahdan sonra Sarıyeva) Yasilə Kamal qızı nikaha daxil olaraq ailə qurmuşlar və onların birgə nikahlarından İddiaçı və X7 adlı uşaqları anadan olmuşdur. X9 ##.##.2005-ci il tarixli vəsiyyətnamə ilə bütün əmlakını harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq, o cümlədən Qazax şəhəri Nəriman Nərimanov küçəsi bina 31-də yerləşən * nömrəli mənzili övladı X7 vəsiyyət etmişdir. X9 ## #### 2013-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri - uşaqları İddiaçı və X7 olmuşlar. X31 miras qalan əmlak isə Qazax şəhəri Nəriman Nərimanov küçəsi bina 31-də yerləşən * nömrəli mənzil olmuşdur. Daha sonra, vəsiyyətnamə və qanun üzrə vərəsə X7 mərhum anasından miras qalmış əmlaka dair notariat orqanı tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

69. Işin halları ilə müəyyən olunur ki, miras qoyan Yasilə Sarıyevanın vəsiyyətnamə üzrə, habelə qanun üzrə birinci növbəli vərəsəsi (uşağı) Ruhiyyə Sarıyeva mərhum anasının ölümündən sonra mirasa sahiblənməklə mirası faktiki qəbul etmişdir. Bu hal iddiaçının özü tərəfindən də, təsdiq olunmuşdur. Iddiaçı anasının vəfatindan sonra bir müddət həmin mənzilinin açarlarının onda da, olmasını bildirsə də, bu hal birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfin vəsatəti əsasında dindirilmiş şahidlər şahid2, şahid1 və şahid4 ifadəsi ilə öz təsdiqini tapmamışdır.

70. Məhkəmə kolllegiyası apellyasiya şikayətinin ## ######## 2017-ci il tarixdə hüququ olmayan şəxs X24 cavabdehin nümayəndəsi qismində Qazax rayon notariat ofisinə mirasın qəbulu ərizəsi ilə müraciət etməsi, ərizə verilərkən şəxsin cavabdehin nümayəndəsi olmaması və yalnız ## ######## 2017-ci il tarixdə etibarnamə verilməsi dəlillərinə münasibətdə qeyd edir ki, ## ######## 2017-ci il tarixdə X24 şəxs olmasa da, məhkəmə iclasında cavabdeh cavabdeh4 ifadə verərəkən X24 mirasın qəbulu ilə bağlı onun adından etdiyi hərəkətləri bəyəndiyini bildirmişdir. MM-nin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Məhkəmə kollegiyası hesab edir ki, X24 mirasın qəbulu ilə bağlı cavabdeh4 adından etdiyi hərəkətləri sonuncu tərəfindən bəyənildiyindən apellyasiya şikayətinin həmin dəlili əsaslı hesab edilə biməz.

71. Məhkəmə kolllegiyası apellyasiya şikayətinin miras qoyanın cavabdehin adına vəsiyyətnamə verərkən və miras açılarkən mübahisəli mənzil onun mülkiyyətində olmaması dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, Yasilə Əsgərova həmin mənzili notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən əldə etmiş və vəsiyyətnamə verilənədək Qazax rayon X59 və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən onun adına dövlət qeydiyyatına alınmışdır.

72. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının anasının evindən mərhuma məxsus kravat (çarpayı), palaz, xalça, qabqacaq və qazanı götürməsi və bununla da, anasına məxsus olan əşyaları götürməklə miras qalmış maddi dəyərə məxsus əşyalara sahiblənməklə mirası qəbul etdiyini nümayiş etdirməsi dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı həmin əmlaklara sahiblənmiş, onlar bugün də onun sahibliyindədir. Hətta cavabdeh belə etiraf etmişdir ki, mərhum analarına məxsus yataq və digər əşyaları iddiaçı aparmışdır. Şahidlərin ifadəsindən də müəyyən olunur ki, iddiaçı anasının evindən mərhuma məxsus kravat (çarpayı), palaz, xalça, qabqacaq və qazanı götürmüşdür.

73. Birinci instansiya məhkəməsində yalnız iddiaçının vəsatəti əsasında dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, o, tərəflərlə bir küçədə yaşasalar da, yaxın münasibətləri olmamışdır. Təxminən on il bundan əvvəl Rəmziyyə Qazax şəhəri Nəriman Nərimanov küçəsində müəyyən əşyaları olduğunu və anasının qırxından sonra həmin əşyaları götürəcəyini ona demişdir. Sonradan onun motosikli ilə həmin ünvandan kravat, palaz, qazan və qab-qacağı Qazax şəhəri Azadlıq küçəsində yerləşən evə aparmışlar. Həmin vaxt orada Rəmziyyə, Ruhiyyə və bir nəfər başqa şəxs olmuşdur. Tam yadında deyil, amma təxminən əşyaları ikinci mərtəbədən götürmüşdülər. X26 isə verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı ilə həm qohum, həm də qonşudular. Tərəflərin münasibəti normal olmuşdur. Bütün yas mərasimlərində iştirak etmişdir. Rəmziyyə anası vəfat edən günün səhəri gəlmiş və yas mərasimlərində iştirak etmişdir. Rəmziyyə anasına məxsus kravat, qab-qaşıq, xalça və başqa əşyaları təxminən qırxdan sonra götürmüşdür. Həmin əşyaları Xıdırın maşını ilə aparmışdır. Evin açarının kimdə olduğu barədə heç bir məlumatı olmamışdır.

74. Hər iki şahid apellyasiya icraatı zamanı yenidən dindirilmişdir. X5 oxşar izahat versə də, apellyasiya icraatında əşyaları evdən götürərəkən Ruhiyyənin evdə olmadığını, evin qapısını iddiaçının açdığını bildirmişdir. X26 isə anasının qırxından sonra evdə olarkən Rəmziyyənin Xıdırın motosikli ilə əşyalar gətirdiyini gördüyünü və Rəmziyyənin həmin əşyaların anasına məxsus əşyalar olduğunu deməsinin bildirmişdir. Eyni zamanda iddiaçı özü apellyasiya icraatı zamanı izahatında qeyd etmişdir ki, əşyaları götürəndə evdə heç kim olmamışdır. Bacısı həmin vaxt Tovuzda yerləşən fermada heyvandarlıqla məşğul olmuşdur. Halbuki, X5 birinci instansiya məhkəməsində ifadəsində göstərmişdir ki, onun motosikli ilə həmin ünvandan kravat, palaz, qazan və qab-qacağı Qazax şəhəri Azadlıq küçəsində yerləşən evə aparmışlar və əşyaları götürərkən orada Rəmziyyə, Ruhiyyə və bir nəfər başqa şəxs olmuşdur. Göründüyü kimi iddiaçı və şahid birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində fərqli izahat vermişlər.

75. Məhkəmə kollegiyası iddiaçı tərəfin anasına məxsus əşyaları götürməsi dəlilinə münasibətdə qeyd edir ki, götürülən əşyaların iddaçının anasına məxsus əşyalar olmasını təsdiqləyəcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Apellyasiya şikayətində iddiaçı cavabdehin də, anasına məxsus əşyaları götürdüyünü etiraf etdiyini qeyd etsə də, iş materialları ilə müəyyən olunmuşdur ki, cavabdeh ehtiyacı olduğu üçün iddiaçıya qızının toyu ərəfəsində çarpayı verdiyini, lakin həmin çarpayının anasına məxsus olmadığını, özünə məxsus olduğunu bildirmişdir.

76. G.Qəhrəmanovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2014-cü cil tarixli Qərarında qeüyd edilir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Beləliklə, yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, miras qoyana məxsus olan və miras əmlak kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların G.Atamovaya anası tərəfindən verilməsi məqamının apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının mirası qəbul etməsi kimi qiymətləndirilməsi Mülki Məcəllənin 1243.2, 1243.3 və 1246-cı maddələrinin müddəaları ilə uzlaşmır və mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Işin bu qaydada həll edilməsi isə G.Qəhrəmanovanın Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olmuşdur.

77. MM-nin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının apellyasiya şikayətində istinad etdiyi iddiaçının anasının evindən mərhuma məxsus kravat (çarpayı), palaz, xalça, qabqacaq və qazanı götürməsinin mirasın faktiki qəbulu və idarə edilməsi kimi qiymətləndirilməsi işin faktiki halları baxımından düzgün olmazdı. Belə ki, miras qoyan Yasilə Sarıyevanın vəfatından sonra onun vəsiyyət və qanun üzrə vərəsəsi cavabdeh4 miras əmlaka sahiblənməklə mirası faktiki qəbul etmişdir. Miras əmlakda məcburi pay hüquqlu vərəsə olan iddiaçı İddiaçı isə nə qanuni, nə də faktiki yolla mirası qəbul etməmişdir. X14 ## #### 2013-cü il tarixdə vəfat etməsi ilə açılmışdır. Həmin tarixdən sonra iddiaçının X9 iradə ifadəsi müəyyən olunmur. Mirasın açıldığı dövrdən 10 il müddətində iddiaçının miras qoyan anasından qalmış Qazax şəhəri Nəriman Nərimanov küçəsi bina 31-də yerləşən * nömrəli mənzillə bağlı mirasın qəbuluna yönəlmiş hər hansı hərəkəti müəyyən olunmur. Iddiaçı özü əvvəlki apellyasiya baxışı zamanı verdiyi izahatında bildirmişdir ki, 1990-cı ildə ailə həyatı qurub valideynləri ilə birgə yaşamış olduğu (miras qalmış) evdən çıxmışdır. Hazırda da, ailəsi ilə birlikdə qaynatasına məxsus evdə yaşayır. Arabir anasına məxsus evə gedib-gəlmişdir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Kollegiya hesab edir ki, hazırkı iş üzrə 10 il ərzində mirasın qəbul edilməsi və rəsmiləşdirilməsinə yönəlmiş hər hansı bir hərəkət etməyən iddiaçının anasının evindən mərhuma məxsus kravat (çarpayı), palaz, xalça, qabqacaq və qazanı götürməsini mirasın faktiki qəbulu və idarə edilməsi kimi qiymətləndirmək yuxarıda sadalanana normaların və Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə uyğun olmazdı.

78. Məhkəmə kollegiyası iddia tələbinin X9 mirasından payların müəyyən edilməsi barədə ## ######## 2017-ci il tarixli, 2V-*** reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd edir ki, mübahisələndirilən vəsiyyətnamənin tərtibində səlahiyyətli subyektlər iştirak etmiş, habelə vəsiyyətnamənin (əqdin) forma və məzmunu ilə bağlı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir. Bundan əlavə, notariat qaydasında verilmiş vəsiyyətnamədə ifadə olunan iradənin etibarsızlığına səbəb ola biləcək hakimiyyətdən suiistifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfin nümayəndəsi ilə pis niyyətlə razılığa gəlməsi, şəxsin ağır vəziyyətə düşməsi, vacib əhəmiyyətli yanılmanın təsiri, uydurma və yalan, qeyri-ciddi əqd hallarından birinin mövcud olması da öz təsdiqini tapmır. Sözügedən vəsiyyətnamənin mülki qanunvericiliyin tələblərinə uyğun bağlandığı öz təsdiqini tapdığından həmin əqdin etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.

79. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı cavabdeh X7 ilə cavabdeh cavabdeh5 arasında ünvan 2 ünvanında yerləşən mənzilin alqı-satqısına dair # ###### 2024-cü il tarixdə 4Ə-670 reyestr nömrəsilə bağlanmış AN-ın ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin ləğv edilməsini də, xahiş etsə də, iş materialları ilə müəyyən olunur ki, cavabdeh cavabdeh5 ilə alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri PHŞ ** saylı Tovuz Ərazi Idarəsindən ##.##.2017-ci il tarixli 2617007707 qeydiyyat və 501013094423- 10301 reyestr nömrəsi ilə cavabdeh X7 aparılmış hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeyd əsasında həyata keçirilmişdir.

80. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı əldə edənin əmlak hüquqları təmin olunmalıdır. Çünki, qanunsuz əqdlərin nəticələrinin, onun vurduğu zərərin aradan qaldırılması ilə bağlı məsələlərdə qanunverici əmlakı özgəninkiləşdirənlə onu əldə edənə münasibətdə fərqli meyarlarla yanaşır. Yəni, qanunverici “vicdanlı sahib” və “vicdansız sahib” kateqoriyalarını fərqləndirir. Vicdanlı əldə etmə, reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə müvafiq olaraq mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2004-cü il tarixli qərar).

81. Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı. Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2014-cü il tarixli qərar).

82. Iş materiallarında mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddialarının olması və bu iddiaların cavabdeh cavabdeh5 bəlli olmasını təsdiqləyən hər hansı sübut mövcud deyildir. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi cavabdeh X7 ilə cavabdeh cavabdeh5 arasında ünvan 2 ünvanında yerləşən mənzilin alqı-satqısına dair # ###### 2024-cü il tarixdə 4Ə-670 reyestr nömrəsilə bağlanmış AN-ın ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin ləğv edilməsi hissəsində də, əsassızdır və həmin hissədə iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

83. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

84. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi: Qazax Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar