Məhkəmə qərarları › İş №2(104)-2337/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2337/2023

16.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2337/2023 16.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və onun nümayəndəsi X5, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-466/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, onun mülkiyyətində olan, Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən 145.7 kv.m fərdi yaşayış evi və 0.2769 ha torpaq sahəsindən Cavabdeh yaşamaq hüququna 5000 manat kompensasiya ödəməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, iddia həcminin artırılması barədə ərizə verərək, kompensasiya məbləğinin artırılaraq 7000 manat miqdarında müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh Əliyeva X3 Pakizə Tapdıq qızına qarşı qarşılıqlı iddia qaldıraraq, ona və azyaşlı uşaqlarına ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən sonuncuya mülkiyyət hüququ ilə məxsus olan, Gədəbəy rayonunun Arıqıran kəndidə yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən, əl damından, hamamından və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadəyə yaradılan maneənin aradan qaldırılmasına, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, X1 Mətanət Qəhraman qızı ilə 2002-ci ildə ailə qurmuş və nikahlarını 2006-cı ildə bağlamışlar. Birgə nikahdan üç övladları doğulmuşdur. Ailə münasibətləri pozulmuş və onlar faktiki olaraq ayrılmışlar. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Həmçinin Gədəbəy Rayon Məhkəməsinin 2(042)-368/2022 saylı, xx.xx.2022-ci tarixli qətnaməsi ilə Cavabdeh azyaşlı övladları xx.xx.2005-ci il tarixdə doğulmuş X16 və xx.xx.2018-ci il tarixdə doğulmuş X21 ilə birlikdə Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən, mənə məxsus, ümumi sahəsi 220 kv.m olan 3 otaqdan ibarət ikimərtəbəli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Bundan sonra mərhum atası X6 miras qalmış əmlaka vərəsə kimi tanınmış və miras əmlakı qəbul etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş çıxarışa əsasən, Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən 145.7 kv.m fərdi yaşayış evi və 0.2769 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə onun mülkiyyətindədir. Cavabdeh fərdi evinə köçdüyü gündən rahatlığını əlindən almışdır. Cavabdeh evdə olan bütün əşyalarını sındırmış, onu evindən çıxarmış, torpaq sahəsinə buraxmır, özü əkib-becərir, onu öz torpaq sahəsinə buraxmayır. Ona görə də, cavabdehin həmin evdən yaşayış hüququna 7000 manat pul ödəyərək, evindən çıxarmasına dair qətnamə qəbul edilməsini istəyir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun həyat yoldaşı X9 xalasıdır. İddiaçı ona qarşı qaldırmış olduğu “kompensasiya ödənilməklə yaşayış hüququna xitam verilməsi” tələbinə dair iddiasını qəbul etmir. Əksinə, ona qarşı qaldırmış olduğu “evdən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması tələbinə dair” qarşılıqlı iddiasını müdafiə edir. Belə ki, o, iddiaçının bacısı oğlu X15 ilə 2002-ci ildə faktiki ailə qurmuşdur. Nikahları 2006-cı ildə rəsmi olaraq qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2003-cü il təvəllüdlü X20, xx.xx.2005-ci il təvəllüdlü X17 və xx.xx.2018-ci il təvəllüdlü X21 adında üç uşaqları doğulmuşdur. X15 ilə el adətincə ailə qurmuşdur. Evləndiyi gün hazırda mübahisə predmeti olan fərdi yaşayış evinə gəlin köçmüşdür. Ona və uşaqlarına məxsus olan bütün əmlakları bu evdədir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə o və uşaqları hazırda mübahisə predmeti olan fərdi yaşayış evinə köçürülmüşlər. Onun başqa yerdə yaşamağa evi yoxdur. İddiaçı onun və azyaşlı uşaqlarının bu evdən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadə hüquqlarını məhdudlaşdırır. Belə ki, hamamın və əl damının qapılarını bağlayıb, onların mübahisəli evin həmin hissələrindən sərbəst şəkildə istifadə etmələrinə maneə yaradır. Eyni zamanda evin yerləşdiyi həyətyanı torpaq sahəsindən onların manəsiz istifadələrinə imkan vermir. Bu səbəbdən də hazırkı qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə onun və azyaşlı uşaqlarının həmin evin yardımçı sahələrindən-əl damından, hamamdan və evin yerləşdiyi həyətyanı sahədən istifadələrinə cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini istəyir. Çünki onlar uzun müddət bu evdə yaşamış, cavabdehlə birgə təsərrüfat idarə etmiş və Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə həmin evə köçürülmüşlər və onlar evin yardımçı sahələrindən və evin yerləşdiyi həyətyanı sahəsindən istifadə hüquqları yaranmışdır. Bu səbəbdən də o hazırkı qarşılıqlı iddianı verir. , Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-466/2023 saylı qətnaməsi ilə (hakim Marif Kazımov) ilk iddia tələbi təmin edilmiş, ilk iddia tələbi üzrə Cavabdeh Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixdə qeydiyyat alınmış, ********** qeydiyyat nömrəli, **********96-10301 reyestr nömrəli çıxarışa əsasən ilk iddia tələbi üzrə İddiaçı mülkiyyətində olan, 0.2769 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 145.70 kv.m fərdi yaşayış evindən istifadə hüququna 7000 (yeddi min) manat kompensasiya ödənilməklə xitam verilməsi, Cavabdeh İddiaçı məxsus evə və torpaq sahəsinə olan istifadə hüququna xitam verilməsi ona kompensasiyanın verilməsi ilə eyni vaxtda icra olunması, Cavabdeh İddiaçı qarşı “evdən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ilk iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı verilməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumunun ilk iddia tələbi üzrə Cavabdeh aid edilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-466/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, mübahisəli torpaq sahəsi və mülkün yerləşdiyi təsərrüfatda azyaşlı uşaqları ilə birlikdə qeydiyyatdadır. Çıxarılmağına dair qərar verilmiş mülkdə həyat yoldaşı ilə birgə nikah müddətində yeni tikintilər aparmış və hazırda mübahisə predmeti olan fərdi yaşayış evinin ümumi sahəsi 270 kv.m-dən çoxdur. Həmçinin, o, qarşılıqlı iddia tələbində də, göstərmişdir ki, onun uşaqlarından birinin 18 yaşı var. Məhkəmə isə onu tərəf kimi işə cəlb etməyib. Kompensasiya yalnız ona təklif olunub. Onun iki azyaşlı uşağı və yetkinlik yaşına çatmış övladı nəzərə alınmayıb. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məhkəmə kollegiyasının iclasında məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, onun dəlilləri ilə eyni məzmunlu izahat verdi. Əlavə olaraq göstərdi ki, o, digər uşaqların hər birinə 7000 manat olmaqla, cəmi 21.000 manat kompensasiya verilsə, iddia ilə razılaşar. Həm də, evin artırma hissəsinin tikilməsində onun da zəhməti olmuşdir. Bundan başqa, o, həmin evə görə 20.000 manat məbləğində pulu iddiaçıya verə bilər ki, ev ona qalsın. O, ona təklif edilən pul ilə həmin kənddə hazır ev ala bilməz. Əks halda, apellyasiya şikayətinin təmin edilməsini, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-466/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddiaçının iddiasının rədd, özünün iddiasının təmin edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-466/2023 saylı qətnaməsinin ləğv edilməsini iddiaçının iddiasının rədd, özünün iddiasının təmin edilməsini xahiş etdi. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, cavabdeh 2007-ci ildə uşaqları qoyub atası evinə getmiş, atasının vəfatından sonra qayıtmışdır. Bir evdə yaşamaları mümkün deyil, o, ağlabatan məbləğdə kompensasiya təklif etmişdir ki, cavabdeh həmin məbləği alaraq evdən çıxsın. Bundan başqa, mübahisə edilən ev köhnə tikili olmaqla, dəyəri 16.000 manat olar ki, cavabdhə kifayət qədər kompensasiya məbləği təklif etmişdir. Evdə 2011-ci ildə anası sağlığında artırma edilmişdir ki, bu artırmanın cavabdehə aidiyyət yoxdur. Belə ki, qardaşı Rauf valideynlərindən qalan mal-qaranı satıb, həmin artırmanı etdirmişdir. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(042)-466/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X11 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-466/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-466/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********96- 10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən 0.2769 ha torpaq sahəsi ümumi birgə mülkiyyət ilə X2 və İddiaçı, sahəsi 145.70 kv.m olan fərdi yaşayış evi isə xüsusi mülkiyyət hüququ ilə tam olaraq İddiaçı adına xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-368/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh azyaşlı övladları xx.xx.2005-ci il tarixdə doğulmuş X16 və xx.xx.2018-ci il tarixdə doğulmuş X21 ilə birlikdə Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən, X12 məxsus, ümumi sahəsi 220 kv.m olan 3 otaqdan ibarət ikimərtəbəli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Gədəbəy rayon İHB-nın Arıqıran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 dekabr 2022-ci il tarixli 596 saylı arayışdan görünür ki, Cavabdeh 2002-ci ildə X10 ərə gəldiyi gündən mərhum X13 və arvadı mərhum X7 vəfat etdikləri bir günə kimi onlarla bir evdə yaşamışlar və hal-hazırda da Cavabdeh uşaqları ilə birlikdə həmin evdə yaşayır. Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli, 66/1 saylı arxiv arayışından görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Arıqıran kənd İƏD üzrə nümayəndəliyinin 2011-2015-ci illərə dair 4 nömrəli təsərrüfatbaşına kitabın 340-ci şəxsi hesablı təsərrüfatda qeydiyyatda olmaqla qeyd edilə ailə üzvləri vardır; ailə başçısı X7 1926-cı il, nəvəsi X20 xx.xx.2003-cü il, gəlini Cavabdeh xx.xx.1983-cı il, nəvəsi X17 xx.xx.2005-cı il və əri X14 xx.xx.1981-ci il. Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli, 66 saylı arxiv arayışından görünür ki, Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Arıqıran kənd İƏD üzrə nümayəndəliyinin 2006-2010-cu illərə dair 4 nömrəli təsərrüfatbaşına kitabın 340-ci şəxsi hesablı təsərrüfatda qeydiyyatda olmaqla qeyd edilə ailə üzvləri vardır; ailə başçısı X13 1927-cı il, arvadı X7 1926-cı il, gəlini Cavabdeh xx.xx.1983-cü il, nəvəsi X20 xx.xx.2003-cü il və nəvəsi X17 xx.xx.2005-ci il. Yerində müayinə iclasının protokolundan görünür ki, ev 1 mərtəbə kürsülü 2 otaq və bir şüşəbənddən ibarətdir. Evə bitişik hamam tikilmiş, hamamın qapısı plastik olmaqla örtülü vəziyyətdədir. Həyətdə yardımçı sahə kimi tövlə yerləşir və tövlənin qapısında dəmir qıfıl vardır. Evin həyətyanı sahəsi dəmir torla əhatəyə alınmış və kartof bitkisi əkilmişdir. Cavabdeh həmin sahənin onun tərəfindən əkildiyini bildirmişdir. İddiaçı hamamın onun tərəfindən sonradan tikildiyini bildirdi. İddiaçı tərəfindən məhkəmə kollegiyasına daxil olmuş ərizəyə mübahisə edilən fərdi yaşayış evinin foto şəkili əlavə edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, mübahisəli Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən 0.2769 ha torpaq sahəsi ümumi birgə mülkiyyət ilə X2 və İddiaçı, sahəsi 145.70 kv.m olan fərdi yaşayış evi isə xüsusi mülkiyyət hüququ ilə tam olaraq İddiaçı adına xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının bacısı oğlu X8 arvadı olmuş və onların aralarındakı nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Əliyeva X4 Rauf Fəzayil oğluna qarşı evə köçürülmə tələbinə dair məhkəmədə iddia qaldırmış və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-368/2022 saylı qətnaməsi ilə tələbi təmin edilərək, iddiaçı Cavabdeh azyaşlı övladları xx.xx.2005-ci il tarixdə doğulmuş X16 və xx.xx.2018-ci il tarixdə doğulmuş X21 ilə birlikdə Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən, X12 məxsus, ümumi sahəsi 220 kv.m olan 3 otaqdan ibarət ikimərtəbəli fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Sözügedən qətnamə icra edilmiş və Cavabdeh xx.xx.2005-ci il tarixdə doğulmuş X16 və xx.xx.2018-ci il tarixdə doğulmuş X21 ilə birlikdə İddiaçı məxsus yaşadığı Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Hazırda mübahisəli evin mülkiyyətçisi olan İddiaçı Cavabdeh kompensasiya verilməklə onun Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən evdən istifadə hüquqlarına 5.000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsinə xitam verilməsinə dair iddia qaldırmış, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, cavabdehin istifadə hüquqlarına 7.000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, işə Cavabdeh qarşılıqlı iddia qaldıraraq, ona və azyaşlı uşaqlarına ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən sonuncuya mülkiyyət hüququ ilə məxsus olan, Gədəbəy rayonunun Arıqıran kəndidə yerləşən fərdi yaşayış evinin köməkçi sahələrindən, əl damından, hamamından və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadəyə yaradılan maneənin aradan qaldırılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi belə qəanətə gəlmişdir ki, hazırki iş üzrə cavabdeh məhkəmə qətnaməsi ilə mübahisəli fərdi yaşayış evinə köçürülmüşdür. Həmin fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olduğundan, iddiaçının xüsusi mülkiyyətində olan həmin evə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Ona görə də, mülkiyyətçi bu hüququnu həyata keçirmək üçün fərdi yaşayış evində istifadə hüququ olan şəxsə müvafiq kompensasiya verib, həmin şəxsin istifadə hüququna xitam vermək hüququnu həyata keçirməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehə verilməsi təklif olunan kompensasiyanın məbləğinin istifadəçinin hüquqlarına xitam verilməsi ilə adekvat və mütənasibliyi ilə əlaqədar 7000 manat kompensasiya məbləği mübahisəli ev üçün ağlabatan məbləğdir. Belə ki, evin yerləşdiyi ərazi üzrə torpaq sahəsinin qiyməti və yaşayış evinin tikilməsi üçün 7000 manat nəzərə alınır. Bu da cavabdehin yaşadığı mühit, yer və şəraitə görə davamlı olaraq yaşaması üçün ağlabatan məbləğdir. Məhkəmə kollegiyası məhkəmənin mövqeyi ilə razılaşır və qeyd edir ki, Cavabdeh Qəhrəman qızı məhkəmə qətnaməsi ilə Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Preyudisiallıq baxımından, həmin qətnamədə Cavabdeh Qəhrəman qızının sözügedən evdən istifadə hüququnun yaranması işin faktiki halı kimi müəyyən edilməyərək, həmin məsələyə hüquqi qiymət verilməsə də, hazırda həmin qətnamə qüvvədədir. Bu isə Cavabdeh Qəhrəman qızının mübahisəli evdən istifadə hüququnun olduğunu deməyə imkan verir. Digər tərəfdən, Cavabdeh Qəhrəman qızının həmin evdən istifadə hüququnun olub-olmaması iddiaçı tərəfindən hazırkı işdə mübahisə edilmir və onunla yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında cavabdeh arasında razılaşma əldə edilmədiyindən o, cavabdehə 7.000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılmasını xahiş edir. Ona görə də, Cavabdeh Qəhrəman qızı ilə İddiaçı arasında sözügedən evlə bağlı mübahisəli hüquq münasibətlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən, 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Kollegiya qeyd edir ki, iddiaçının iddia tələbinin təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Bu zaman nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Kollegiya Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən evin yerləşmə ərazisini, işə əlavə edilən evin fotoşəkilində onun köhnə ev olmasını və cavabdehin həmin evdən istifadə hüququnun olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehə təklif edilən 7.000 manat cavabdehin mübahisəli evdən istifadə hüququnu ədalətli kompensasiya edə biləcək məbləğdir. İddiaçı cavabdehin hüququnun xitamı üçün adekvat məbləğ təklif etmiş və işə baxan məhkəmə də mülkiyyətçi ilə istifadə hüququ olan şəxslərin mənafeləri arasında ədalətli tarazlığı qorumaqla ödənilməli olan kompensasiya məbləği ilə düzgün nəticəyə gəlmişdir. Cavabdeh ona təklif edilən pul ilə həmin kənddə hazır ev ala bilməyəcəyini göstərmişdir ki, kollegiya bununla bağlı qeyd edir ki, mülkiyyətçinin ödəməli olduğu kompensasiya mənzil istifadəçisinin itirdiklərinin əvəzi kimi yox, mənzilin tərkib hissəsindən istifadə etmək hüququ kimi çıxış etdiyindən, ödənilən kompensasiya da ayrıca mənzilin mülkiyyət kimi əldə olunmasına deyil, başqa yerdə yaşamaq, yəni yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməsini, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının verilməsi kimi çıxış edir. “Müəyyən müddət daxilində” anlayışı onu göstərir ki, istifadə hüququna xitam veriləcək cavabdeh bu müddət bitən ana qədər özünü yaşayış sahəsi ilə təmin etməlidir və yaxud kompensasiya məbləği ilə əhatə edilən müddət bitdikdən sonra kirayədə qalmağa maddi imkanı olmalıdır. Kollegiya hesab edir ki, iddiaçının təklif etdiyi 7.000 manat məbləğində kompensasiya məbləği cavabdehin başqa yerdə yaşamaq, yəni yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməklə, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, həmçinin özünə həmin ərazidə yaşayış evi və ya torpaq sahəsi alıb ev tikdirmək imkanı verir. Həmçinin, tərəflərin bir evdə yaşamaları qeyri-mümkün olduğundan, ədalətli kompensasiya müqabilində tərəflərin mənzil hüququnu ayrı-ayrılıqda reallaşdırması iddiaçı ilə yanaşı, cavabdehin də maraqlarına cavab verəcəkdir. Bundan başqa, cavabdeh həmin evə görə 20.000 manat məbləğində pulu iddiaçıya verə biləcəyini və evin ona qalmasını istəmişdir ki, belə olan halda, o, ona təklif edilən kompensasiya məbləği də ev alınması üçün maddi dəstək kimi çıxıəş edə bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-466/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 390, 392- 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-466/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar