Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-2339/2025 06.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Ilkin iddia üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: alqı-satqı müqaviləsinin ləğv edilməsi və pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Ilkin iddia üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, alğı-satqı üçün ödənilmiş pulun geri qaytarılması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı əmlakın alğı-satqısı müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə ödənilmiş məbləğin beh məbləği olaraq hesablanması və məbləğin ödənilmiş tərəfdə qalması tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## ### 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Ağstafa rayonu, Həsənsu kəndində yerləşən sahəsi 62.3 kv.m fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir
2. ## ### 2024-cü il tarixli, *Ə-*** nömrəli alğı-satqı müqaviləsinin surətindən görünür ki, Ağstafa rayonunun Həsənsu kəndində yerləşən, ümumi sahəsi 62.3 kv.m olan fərdi yaşayış evinə və evin yerləşdiyi 0.1 ha torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh arasında Ağstafa rayon notariat ofisində 4Ə-*** Reyestr №-li, ## ### 2024-cü il tarixli, AA-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır.
3. Ağstafa rayon Notariat ofisi tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, ##.##.2024-cü il tarixli alğı-satqı müqaviləsində tərəflər arasında olan müqavilə şərtləri pozularsa, həmin müqavilənin ləğvi məhkəmə qaydasında həll olunmalıdır.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDX DƏDKR Publik Hüquqi şəxsi tərəfindən ## ### 2024-cü il tarixli 502013045829-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə İddiaçı xüsusi mülkiyyətində olan Ağstafa rayonu, Həsənsu kəndində 0,1 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 62.3 kv.m olan fərdi yaşayış evində təmir işləri tam yekunlaşmadığından, həmin evin yaşayış üçün yararlı olmadığı müəyyən edilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. İddiaçı xüsusi mülkiyyətində olan Ağstafa rayonu, Həsənsu kəndində 0,1 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 62.3 kv.m olan fərdi yaşayış evinin konstruktiv elementləri üzərində (divar, tavan və s.) qüsurlar olduğu müəyyən edilmişdir. Fərdi yaşayış evində mövcud olan qüsurlar yuxarıda ətraflı göstərilmişdir.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. Ilkin iddia üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, aralarında bağlanmış ## ### 2024-cü il tarixli AA-İ № ******* saylı alğı-satqı müqaviləsinə əsasən satılmış daşınmaz əmlakın qüsurlu olduğunu nəzərə alaraq, alğı-satqı müqaviləsi üzrə cavabdehə ödədiyi 13.000 manat pulun alınaraq ona qaytarılması ilə eyni bir vaxtda ## ### 2024-cü il tarixli AN-İ № ******* saylı alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Ilkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ## ### 2024-cü ildə cavabdehə məxsus Ağstafa rayonu, Həsənsu kəndində yerləşən DƏDRX-nin Tovuz Ərazi Idarəsi tərəfindən verilmiş ## ###### 2016-cı il tarixli, 502013045829-***** reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh məxsus 0.1 ha torpaq və həmin torpaq sahəsi üzərində olan 62.3 kv.m fərdi yaşayış evinə dair aralarında AN-İ N№ ******* saylı Daşınmaz Əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilədə hesablaşma qaydası müəyyən edilmişdir. Həmin razılaşmaya əsasən yaşayış evini 23.000 manata almış, müqavilə bağlanarkən həmin məbləğdən ilkin olaraq 3000 manat notariusun bankda olan depozit hesabı vasitəsilə ödəmişdir. 20.000 manatı isə ## ######## 2024-cü il tarixə qədər ödəməyi öz öhdəsinə götürmüşdü. 10.000 manatda sonradan notariusun bankda olan depozit hesabı vasitəsi ilə cavabdehə ödəmişdir. Ödənilməmiş 10.000 manat qalmışdır. Yaşayış evini aldıqdan sonra evin bünövrəsində, eyni zamanda divarlarında qüsur olduğunu müəyyən etmişdir. Qüsurlar təhlükəli olduğundan və gələcəkdə böyük fəlakətə səbəb ola biləcəyini nəzərə alaraq mütəxəssis çağırmışdir. Mütəxəssislər yaşayış evinin qüsurlu olmasını və bu qüsurların kompleks şəkildə aradan qaldırılmasını bildirmişlər. Yaranmış problemlə əlaqədar cavabdehi (satıcını) xəbərdar etmiş, savabdeh isə problemi həll etmək üçün lazım olan vəsaitin razılaşdırılmış məbləğdən kiçik bir qismini keçə biləcəyini demışdir. Lakin cavabdehlə razılaşmamış və aralarında narazılıq olmuşdur. Çünki, qeyd olunan problemin həll edilməsi üçün evin dəyərindən də qat-qat çox xərc tələb olunurdu. Cavabdeh isə bu xərci çəkməkdən imtina etmişdir. Cavabdehin onna qüsurlu ev satması nəticəsində əlavə xərclərədə məruz qalmışdır. Belə ki, cavabdeh evi satarkən evin sənədləri tam qaydasında olmadığından o cavabdehə evin sənədlərini düzəltmək üçün 500 manat vermişdir.
7. Cavabdeh qarşlılıqlı iddia verərək Ağstafa rayon Notariat ofisində onunla İddiaçı arasında bağlanmış ## ### 2024-cü il tarixli alğı-satqı müqaviləsınin ləğv edilməsini, İddiaçı tələb etdiyi 13000 manatın onun xeyrinə hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Ağstafa rayon Notariat ofisində onunla cavabdeh İddiaçı arasında mülkiyyətində olan 0.1 ha torpaq və həmin torpaq sahəsi üzərində yerləşən 62.3 kv.m fərdi yaşayış evinə dair ## ### 2024-cü il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı razılaşdırılmış 23000 manatın 3000 manatını müqavilə bağlandığı gün, yerdə qalan 20000 manat hissəsini isə ## ######## 2024-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Sonradan beh qismində verilmiş 3000 manata əlavə olaraq 10000 manat, cəmi 13000 manat vermişdir. Lakin qalıq pulu ödəməkdən imtina etmiş və bunu özünə başqa daha ucuz ev tapması ilə əlaqələndirmişdir. İddiaçı ona qarşı ilkin iddiasında qeyd etdiyi məqamlar öz məsuliyyətini ört-basdır etmək üçündür.
9. Cavabdeh qarşılıqlı idda tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Ağstafa rayon notariat ofisində onunla cavabdeh İddiaçı arasında bağlanmış ## ### 2024-cü il tarixli 4Ə-*** Reyestr №-li müqavilənin ləğv edilməsini, daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında dövlət reyestrində İddiaçı adına aparılmış 308013094779-***** reyestr nömrəli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi, əmlaka mülkiyyət hüququnun adına bərpa edilməsi, İddiaçı ondan almaq istədiyi əmlaklara (ev və evin yerləşdiyi torpaq sahəsi) görə ona ödədiyi 13000 manat pulun onun xeyrinə hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Ağstafa Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim H.Mürsəlova) ilkin iddianın təmin, qarşılıqlı iddianın qismən təmin edilməsi; Ağstafa rayonunun Həsənsu kəndində yerləşən, ümumi sahəsi 62.3 kv/m olan fərdi yaşayış evinə və evin yerləşdiyi 0.1 ha torpaq sahəsinə dair iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında Ağstafa rayon notariat ofisində bağlanmış 4Ə-*** Reyestr №-li, ## ### 2024-cü il tarixli, AA-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında dövlət reyestrində İddiaçı adına aparılmış 308013094779-***** reyestr nömrəli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi; Ağstafa rayonunun Həsənsu kəndində yerləşən, ümumi sahəsi 62.3 kv.m olan fərdi yaşayış evinə və evin yerləşdiyi 0.1 ha torpaq sahəsinə mülkiyyət hüququ Cavabdeh adına qaytarılması; Ağstafa rayonunun Həsənsu kəndində yerləşən, ümumi sahəsi 62.3 kv.m olan fərdi yaşayış evinə və evin yerləşdiyi 0.1 ha torpaq sahəsinə dair ödənilmiş 13000 (on üç min) manat pulun Cavabdeh alınaraq İddiaçı qaytarılması və Qqarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2, 425.1, 567, 581.1, 582.1, 587, 588, 589, 646, 600.1, 600.4-cü maddələri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220-ci maddələrinə istinad etmişdir.
b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
12. Qarşılıqlı iddianın təmin edilməməsi hissədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, həmin hissədə də qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, İddiaçı fərdi yaşayış evinin təmir işlərinin tam yekunlaşmadığını, evin yaşayış üçün yararlı olmamasını bəhanə etmişdir. Əslində o özünə daha münasib ev tapdığı üçün fərdi yaşayış evində çatların olmasını, və yaşayış üçün təhlükəli olmasını əsas gətirərək evin dəyərini tam ödəməkdən imtina etmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
15. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 13000 manat beh qismində verilməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəıməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 140. Reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
18. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
19. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir.
20. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Maddə 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.
23. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 124.1. Işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri; 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi hissədə mübahisələndirildiyindən hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
34. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında sonuncunun mülkiyyətində olan Ağstafa rayonu, Həsənsu kəndində yerləşən 0.1 ha torpaq və həmin torpaq üzərində inşa edilmiş 62.3 kv.m fərdi yaşayış evinin 23000 manata satılmasına, həmin məbləğin 3000 manat hissəsi müqavilə bağlandığı gün, qalan məbləğin isə ## ######## 2024-cü il tarixədəködənilməsinə dair Ağstafa rayon Notariat ofisində ## ### 2024-cü il tarixdə 4Ə-*** reyestr nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtinə uyğun olaraq ilkin 3000 manat, daha sonra isə 10000 manat notariusun bankda olan depozit hesabı vasitəsilə ödənilmişdir. Fərdi yaşayış evində qüsurlar aşkar edildiyinə görə İddiaçı qalan 10000 manatı ödəməmiş və bu barədə satıcıya, yəni Cavabdeh məlumat vermişdir. Qüsurların aradan qaldırılması üçün sonuncu ona ödəniləcək məbləğdən az miqdarda güzəşt edəcəyini desədə İddiaçı bununla razılaşmamış və hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh da öz növbəsində qarşılıqlı iddia verərək Ağstafa rayon notariat ofisində onunla cavabdeh İddiaçı arasında bağlanmış ## ### 2024-cü il tarixli 4Ə-*** reyestr nömrəli müqavilənin ləğv edilməsini, daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında dövlət reyestrində İddiaçı adına aparılmış 308013094779-***** reyestr nömrəli, ********** nömrəli qeydiyyatın ləğv edilməsini, əmlaka mülkiyyət hüququnun adına bərpa edilməsini, eləcədə İddiaçı ondan almaq istədiyi əmlaklara (ev və evin yerləşdiyi torpaq sahəsi) görə ona ödədiyi 13000 manatın onun xeyrinə hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmiş, işə baxan birinci instansiya məhkəməsidə ilkin iddianı tam, qarşılıqlı iddianı isə qismən təmin etmişdir. Yuxarıda da qeyd olunduğu kimi qətnamə qarşılıqlı iddianın təmin edilməməsi hissədə mümahisələndirilmişdir.
35. Qətnamə mübahisələndirilən hissədə kollegiya apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir və bu baxımdan apellyasiya şikayəti təmin edilməməlidir.
36. Bundan əvvəldə qeyd olunduğu kimi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddiasının təmin olunmaması hissədə tələbini onunla əsaslandırmışdır ki, ## ### 2024-cü il tarixli 4Ə-*** reyestr nömrəli müqavilə əsasında ilkin iddia üzrə iddiaçı İddiaçı ona ümumilikdə 13000 manat ödəsədə, lakin sonradan fərdi yaşayış evinin yararsız olması əsasını bəhanə edərək qalan məbləği ödəməkdən imtina etmişdir. Ona görədə müqavilə şərti sonuncunun təqsiri üzündən pozulmuş kimi nəzərə alınmalı və ödənilmiş 13000 manat onun xeyrinə hesablanmaqla həmin məbləğ beh kimi qiymətləndirilməlidir.
37. Birinci instansiya məhkəməsi qarşılıqlı iddiaçının bu dəlilini əsasslı hesab etməmiş və ona gərədə iddianı həmin hissədə rədd etmişdir.
38. Kollegiya da hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qeyd etdiyi bu dəlil onun iddiasının həmin hissədə təmin olunması üçün əsas ola bilməzdi.
39. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.1. maddəsində qeyd olunmuşdur ki, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.
40. Həmin Məcəllənin 491.2. maddəsnə görə, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.
41. Qeyd olunan Məcəllənin 491.3. maddəsinədə isə qeyd olunmuşdur ki, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.
42. Bu qətnamənin 40-cı bəndində də qeyd olunduğu kimi beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, qanunverici onun mütləq şəkildə notariat qaydasında təsdiq edilməsini nəzərdə tutmuşdur. Bundan əvvəldə qeyd olunduğu kimi ilkin iddia üzrə iddiaçı İddiaçı ## ### 2024-cü il tarixli 4Ə- *** reyestr nömrəli alğı-satqı müqaviləsinin şərtinə uyğun olaraq Cavabdeh ilkin olaraq 3000 manat, daha sonra isə 10000 manat, ümumilikdə 13000 manat ödəmişdir. Göründüyü kimi sonuncu 13000 manatı beh kimi deyil, aralarında bağlanmış alğı-satqı müqavilsi şərti üzrə nəzərdə tutulmuş 23000 manat qiymətdən bir hissəsi kimi ödəmişdir ki, buda avans kimi qəbul olunmalıdır. Avans isə özlüyündə tam məbləğin bir hissəsi kimi çıxış edir və əsas öhdəliyin yerinə yetirilməsini təmin edir.
43. Apellyasiya şikayətinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “fərdi yaşayış evinin təmir işlərinin tam yekunlaşmaması, evin yaşayış üçün yararlı olmamasını bəhanə etməsi, əslində o özünə daha münasib ev tapdığı üçün fərdi yaşayış evində çatların və yaşayış üçün təhlükəli olmasını əsas gətirərək evin dəyərini tam ödəməkdən imtina etməsi” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Cavabdeh belə bir dəlil irəli sürsədə, əslində ## ### 2024-cü il tarixli 4Ə- *** reyestr nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə ilkin iddianı dolaysıyla qəbul etmişdir. Çünki sonuncunun özüdə qarşılıqlı iddia ərizəsində qeyd olunan müqavilənin, eləcədə həmin müqavilə əsasında İddiaçı adına aparılmış 308013094779-***** reyestr nömrəli, ********** nömrəli qeydiyyatın ləğv edilməsini və əmlaka mülkiyyət hüququnun adına bərpa edilməsinı məhkəmədən xahiş etmişdir. Halbu ki, İddiaçı iddia ərizəsində müqavilənin ləğvinin əsası kimi məhz fərdi yaşayış evinin qüsurlu olmasını göstərilmişdir.
44. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və həmin hissədə qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni qarşılıqlı iddianın “İddiaçı ümumilikdə ödədiyi 13000 manatın Cavabdeh xeyrinə hesablanmaqla həmin məbləğin beh kimi qiymətləndirilməsinin təmin edilməməsi” hissədə dəyişdirilmədən saxlanılmalıdır. hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 378-382, 384-385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən, yəni qarşılıqlı iddianın “İddiaçı ümumilikdə ödədiyi 13000 manatın Cavabdeh xeyrinə hesablanmaqla həmin məbləğin beh kimi qiymətləndirilməsinin təmin edilməməsi” hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.