Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2340/2024 12.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2(021)-2180/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin tərəfindən qanunsuz hesablanmış 605,48 manat, əvvəlki dövrdə yazılmış 87.08 manat borc da daxil olmaqla cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2(021)-2180/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən Ziya Abdullayev) iddia tələbi təmin edilmiş, Cavabdeh 06 may 2024-cü il tarixli ******* saylı Akt əsasında İddiaçı yazılmış 518,40 (beş yüz on səkkiz manat 40 qəpik) manat məbləğində cərimə və əvvəlki dövrə hesablanmış 87.08 manat məbləğində borcun silinməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2(021)-2180/2024 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıCavabdeh İB-nin mütəxəssisləri tərəfindən Bərdə rayonu, Şirvanlı kəndində yaşayan İddiaçı mənzilinə gedən qaz xəttinin üzərində quraşdırılmış, G-4 markalı ******* nömrəli qaz sayğacın hesablanma mexanizminin qapağı yan tərəfdən əzilərək, daxili qulaqcıqlarında fiziki təsi nəticəsində əzik- cızıq izləri məlum olmuşdur. Bu səbəbdən də, A.Salamanovaya 4320 m yəni (4320 m3 x 0.12 qəpik = 518.40 manat) 518.40 manat itirilmiş qaz hesablanmışdır. Lakin məhkəmə 518.40 manat itirilimiş qazın bərpası barədə məbləğin silinməsindən əlavə, iddiaçının istifadə etdiyi təbii qazın 87.04 manat əlavə məbləğin silinməsilə bağlı qətnamə çıxarılmışdır. Cavabdeh İB-nin nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və şikayətin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2(021)-2180/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı X1 məhkəmə kollegiyasının iclasında verdiyi izahatında apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, Bərdə Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2(021)-2180/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2(021)-2180/2024 nömrəli qətnaməsi debitor borca görə hesablanmış 87,08 (səksən yeddi) manat 8 (səkkiz) qəpik məbləğində pul vəsaitinin silinməsi hissəsində dəyişdirilməli, 87,08 (səksən yeddi) manat 8 (səkkiz) qəpik məbləğində pul vəsaitinin 32,25 (otuz iki) manat 25 (iyirmi beş) qəpik hissəsi silinməli, iddia qalan 54.83 manat hissəsində təmin edilməməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: 06 may 2024-cü il tarixli ******* nömrəli Aktda qeyd edilmişdir ki, İddiaçı Bərdə rayonu Şirvanlı kəndində yerləşən yaşayış evində quraşdırılmış, qaz sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, Zavod seriya yazılmış lövhə yararsızdır. Hesablama mexanizmin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri var. Sayğac istismara yararsızdır. “Dəymiş ziyanın bərpasına dair” 30 aprel 2024-cü il tarixli Tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3 , orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. 4 x 12 x 90 = 4320 m3 Abonentin saldosundan görünür ki, Bərdə rayonu Şirvanlı kəndində yaşayan İddiaçı 2024-cü ilin aprel ayında 518,4 manat cərimə hesablanmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, abonent tərəfindən qaz sayğacına müdaxilə edilməsi öz təsdiqini tapmadığından və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında yazılmış cərimə borcu silinməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin debitor borca görə hesablanmış 87,08 (səksən yeddi) manat 8 (səkkiz) qəpik məbləğində pul vəsaitinin silinməsi hissəsi üzrə gəldiyi nəticə ilə qismən razılaşmır. Belə ki, iş materilları ilə müəyyən olunur ki, İddiaçı 2024-cü ilin oktyabr ayına qədər cəmi 763,65 manat borc hesablanmış, həmin borc üzrə cərimə məbləği olan 518,40 manat çıxıldıqda, qalıq borcu 245,25 manat qalır. İddiaçının 2024-cü ilin noyabr ayı üçün 213 manat ödənişi nəzərə alındıqda, onun qalıq borcu 32,25 manat edir. Ona görə də, əvvəlki dövrə hesablanmış 87,08 manatdan qalıq borc 32,25 manat çıxılmaqla, qalan 54,83 manat silinməli və qətnamə həmin hissədə dəyişdirilməklə, cavabdeh İddiaçı əvvəlki dövrə üçün 32,25 manat məbləğində borc tutularaq Cavabdeh hesabına ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə görə, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.7-ci bəndinə görə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərcəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki qanunvericliyin qeyd edilən tələblərindən göründüyü kimi, hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində və ya mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki hüquq pozuntusu - delikt isə, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qismən işin faktiki hallarına uyğun olmamışdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2(021)- 2180/2024 nömrəli qətnaməsi debitor borca görə hesablanmış 87,08 (səksən yeddi) manat 8 (səkkiz) qəpik məbləğində pul vəsaitinin silinməsi hissəsində dəyişdirilməli, 87,08 (səksən yeddi) manat 8 (səkkiz) qəpik məbləğində pul vəsaitinin 54,83 manat silinməli, cavabdeh İddiaçı əvvəlki dövrə üçün 32,25 manat məbləğində borc tutularaq Cavabdeh hesabına ödənilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPMnin 372, 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 08 avqust 2024-cü il tarixli, 2(021)-2180/2024 nömrəli qətnaməsi debitor borca görə hesablanmış 87,08 (səksən yeddi) manat 8 (səkkiz) qəpik məbləğində pul vəsaitinin silinməsi hissəsində dəyişdirilsin. Debitor borca görə hesablanmış 87,08 (səksən yeddi) manat 8 (səkkiz) qəpik məbləğində pul vəsaitinin 54,83 manat silinsin və cavabdeh İddiaçı əvvəlki dövrə üçün 32,25 manat məbləğində borc tutularaq Cavabdeh hesabına ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2340/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2340/2024
12.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver