Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2348/2024 27.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndələri Nümayəndə2 və X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4117/2024 saylı qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, APPLE MACBOOK üçün 2724 manat ödənilməmiş hissə, 272 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən SLEEVE kompüter çantası üçün 71.01 manat ödənilməmiş hissə, 7.99 manat cərimə olmaqla, ümumilikdə 3075 manat borc, 50.75 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağlamış olduğu xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, APPLE MACBOOK, SLEEVE kompüter çantası almış və nəticədə 3075 (üç min yetmiş beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli 13861123 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 2724 (iki min yeddi yüz iyirmi dörd) manat (12 ay x 227 manat + 0 manat ilkin ödəniş) APPLE MACBOOK üçün ümumilikdə 2996 (iki min doqquz yüz doxsan altı) manat olmaqla ondan, 2724 (iki min yeddi yüz iyirmi dörd) manat ödənilməmiş hissə, güzəşt olunaraq 272 (iki yüz yetmiş iki) manat cərimə, xx.xx.2022-ci il tarixli 13861124 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 71.01 (yetmiş bir manat bir qəpik) manat (9 ay x 7.89 manat + 0 manat ilkin ödəniş) SLEEVE kompüter çantası üçün ümumilikdə, 79 (yetmiş doqquz) manat olmaqla ondan, 71.01 (yetmiş bir manat bir qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 7.99 (yeddi manat doxsan doqquz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4117/2024 saylı qətnaməsi ilə (hakim Ə.Məmmədov) iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiasının əsassız olduğundan təmin olunmaması qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-4117/2024 saylı iş üzrə qətnaməsini tam ləğv edərək, iddi tələbinin təmin edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə APPLE MACBOOK AİR 13 MGND3RU/A GOLD üçün 2724 manat ödənilməmiş hissə, 272 manat cərimə və xx.xx.2022- ci il tarixli müqavilə üzrə SLEEVE kompüter çantası üçün 71,01 manat ödənilməmiş hissə, 7,99 manat cərimə olmaqla, ümumilikdə 3075 manat pulun və 50,75 manat ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri apellyasiya şikayətini müdafiə edərək, həmin şikayətin təmin edilməsini xahiş etdilər, əlavə olaraq göstərdilər ki, işə Bakı şəhər məhkəmələrində baxılmasına etirazları yoxdur. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini və iddiaçının nümayəndələrinin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, iddiaya məhkəmə aidiyyəti pozulmaqla baxıldığına görə məhkəmənin qətnaməsi ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında Şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən edilir ki, Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsinin verilmə tarixi xx.xx.2022. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməlidir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyətı ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Hazırkı iş üzrə Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olduğu mübahisəsiz olsa da, birinci instansiya məhkəməsi tərəfindən ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya hakim tərəfindən işin baxılmağa hazırlanması mərhələsində cavabdehin yaşadığı yer nəzərə alınmamış və iddiaçı "xxxx" MMC-nin iddia ərizəsini ərazi aidiyyəti qaydalarını pozmaqla icraata qəbul edərək mahiyyəti üzrə baxmışdır. Həm də qeyd olunmalıdır ki, hazırkı halda həm iddiaçı, həm də cavabdehin rəsmi qeydiyyat yeri Bakı şəhəri olmaqla iddiaçı Bakı şəhərində yerləşir, cavabdeh də Bakı şəhərində yaşayır. Cavabdeh dəlillərində mübahisə predmeti olan kompyuteri Bakı şəhərində yerləşən serviz mərkəzində təhvil verdiyini qeyd edir. Cavabdeh də məhkəməyə göndərmiş olduğu vəsatətində işin Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Lakin həmin hal birinci instansiya məhkəməsi tərəfindən araşdırılsa da, düzgün hüquqi qiymət verilməmiş və nəticədə qanunla müəyyən olunmuş məhkəmə aidiyyətinin pozulmasına səbəb olmuşdur. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması qanunvericiliyin tələblərinin pozulması hesab edilir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.1-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa, ləğv edilməlidir. Qeyd edilənlərə istinad edən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə cavabdeh müvafiq surətdə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 576-cı məhəllə “Renessans Palace” yaşayış kompleksi, “3” saylı bina, “E” bloku, “823” saylı mənzildə rəsmi qeydiyyatda olduğu və həmin ünvan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin inzibati ərazisinə aid olduğundan və bununla da prosessual hüquq normaları pozularaq birinci instansiya məhkəməsi tərəfindən işə buna baxmağa hüququ olmayan hakim tərəfindən baxıldığından, qətnamə ləğv edilməli, iş baxılması üçün aiddiyəti üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməli, bununla da apellyasiya şikayətləri qismən təmin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in nin 31, 35, 44, 45, 372, 382, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-4117/2024 saylı qətnaməsi ləğv edilsin və iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilsin. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2348/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2348/2024
27.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver