Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-236/2025 16.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının cavabdehlər X31, Cavabdeh2 Əlövsət oğluna, Cavabdeh3 və maraqlı şəxs Ağstafa rayon Notariat ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakın mirası qəbul etmiş vərəsələr arasında paylara uyğun bölüşdürülməsi” tələbinə dair iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakın mirası qəbul etmiş vərəsələr arasında paylara uyğun bölüşdürülməsi) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının, Cavabdeh2 Əlövsət oğlunun iştirakları ilə, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-20/2024 nömrəli qətnaməsindən iddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızı və cavabdeh X37 tərəfindən verilmiş apellyasiya şikayətlərinə 16 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: “Ölüm haqqında” şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, X18 xx.xx.2002-ci il tarixdə və X21 xx.xx.1967-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X11 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş 197 saylı arayışa və 955 nömrəli qeydiyyat vəsiqəsinə əsasən X3 adına ünvan 1 ünvanında, 1965-ci ildə tikilmiş, 3 otaqlı, ümumi sahəsi 168.7 kv/m olan fərdi yaşayış evi qeydiyyata alınmışdır. Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X19 və X21 24 iyun 1957-ci il tarixdə 67 nömrəli qeydlə nikahlarını rəsmiləşdirmişlər. Evlənmək haqqında şəhadətnamədən görünür ki, X18 və X37 xx.xx.1968-ci il tarixdə 32 nömrəli qeydlə nikahlarını rəsmiləşdirmişlər. №2V-02/2V-03 nömrəli vərəsəlik işindən görünür ki, X18 vəfat edən günədək ünvan 1 ünvanında yaşamışdır. Vəfatından sonra aşağıdakı ailə üzvləri olub:
1. həyat yoldaşı - X38 (xx.xx.1937),
2. oğlu - Cavabdeh2 Əlövsət oğlu (xx.xx.1964),
3. qızı - X20 (xx.xx.1972),
4. oğlu - Cavabdeh3 (xx.xx.1960),
5. qızı - X15 (xx.xx.1970) №2V-02/2V-03 nömrəli vərəsəlik işindəki X5, Cavabdeh3 və X9 notarial qaydada təsdiq olunmuş ərizələrindən görunur ki, məhrum ataları X6 qalmış miras əmlakın onlara çatası hissəsindən imtina etmişlər. Ağstafa rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 2V-02 saylı “Ərarvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında” və xx.xx.2004-cü il tarixli, 2V-03 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X8 vərələri – X37 və Allahyarov X27 şəhəri, Ü.Hacıbəyov küçəsi 32 ünvanında yerləşən yaşayış evindən (miras əmlakdan) ½ hissədə pay almışlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: İddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən X3 adına olmuş yaşayış evi üzrə Ağstafa rayon Notariat ofisində verilmiş xx.xx.2004-cü il tarixli, 2V-03 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin ləğv edilməsi, xx.xx.2002-ci ildə vəfat etmiş məhrum atası X18 ilə xx.xx.1967-ci ildə vəfat etmiş mərhum anası Allahyarova (Nəbiyeva) Arus Heydər qızının 1965-ci ildə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən yaşayış evi üzrə miras əmlakın vərəsə tərəfindən qəbul edilmiş hesab edilməsi və miras əmlakın miras sahiblərindən mirası qəbul etmiş vərəsələr arasında paylara uyğun bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra - xx.xx.2023-cü il tarixində İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin həcmini artırmış, Ağstafa rayon Notariat Kontorunda verilmiş xx.xx.2004-cü il tarixli, 2V-02 reyestr nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması barədə də qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X18 ilə anası X21 1957-ci ildə faktiki olaraq ailə həyatı qurmuşlar. Onlar nikahlarını xx.xx.1957-ci ildə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.1958-ci il tarixdə iddiaçı özü, xx.xx.1960-cı ildə qardaşı Cavabdeh2 Əlövsət oğlu dünyaya gəlmişdir. Valideynləri ailə qurduqdan sonra ünvan 2 ünvanında yerləşən torpaq sahəsini alaraq orada ev tikmişlər. 1965-ci ildə yaşayış evi hazır olmuş, rəsmi qeydiyyata alınmış və içində yaşamağa başlamışlar. Yaşayış evi atası X8 adına qeydə alınmışdır. xx.xx.1967-ci ildə anası X22 vəfat etmişdir. Anası vəfat etdikdən 1 il sonra atası iş üzrə cavabdeh X37 ilə ailə həyatı qurmuşdur. Atası xx.xx.2002-ci ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra iş üzrə cavabdeh X37 və Cavabdeh2 Əlövsət oğlu atasının adına olan yaşayış evi üzrə vərəsəlik işi açdırmışlar. Ağstafa rayon Notariat ofisində verilmiş xx.xx.2002-cü il tarixli, 2V-03 reyestr nömrəli “Qanun üzrə vərəsəliq hüququ haqqında” şəhadətnamə əsasında atasının adına olan yaşayış evinin yarısı üzrə cavabdeh X25 atası ilə birgə nikah dövründə əldə etdiyi əmlak kimi nəzərə alınaraq, əmlakın digər yarısı miras əmlak kimi açılaraq ¾ hissəsi X31, ¼ hissəsi isə Cavabdeh2 Əlövsət oğluna verilmişdir. Bu barədə verilən vərəsəlik şəhadətnaməsi əsasında əmlak qeyd edilən hissələr üzrə bölünüb daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınmışdır. Hal-hazırda da iş üzrə cavabdeh X37 həmin əmlakın naturada bölgüsünü tələb edir. O, bu işdən indi xəbər tutmuş və hüquqları nəzərə alınmadan belə bir bölgü mümkün deyil. Mübahisəli yaşayış evi atası ilə anasının birgə nikah dövründə əldə etdikləri əmlak olduğundan, yaşayış evinin ər-arvaddan hansının adına olmasından asılı olmayaraq hər ikisinin mülkiyyəti sayılır, onlar vəfat etdiklərindən də hər ikisindən qalan miras əmlak sayılır. Onun həm mərhum anası Allahyarova (Nəbiyeva) Arus Heydər qızından miras qalan, həm də atasından miras qalan əmlakdan payı vardır. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-20/2024 nömrəli qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia təmin edilmiş, xx.xx.2003-cü ildə X3 adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair X25 və Cavabdeh2 Əlövsət oğlunun adlarına verilmiş Ağstafa rayon Notariat ofisinin 2V-02 və 2V-03 reyestr nömrəli xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, X8 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evinin 1/3 (üçdə bir) hissəsinə X26, 1/3 (üçdə bir) hissəsinə Cavabdeh2 Əlövsət oğlunun, 1/3 (üçdə bir) hissəsinə Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının qanun üzrə vərəsəlik hüquqlarının tanınması qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, miras qoyan X1 əldə etdiyi hüquqları, mirası qəbul etmiş vərəsələrin miras əmlakı hesab edilir. Bu əmlak isə yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X11 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş 955 nömrəli qeydiyyat vəsiqəsinə əsasən X3 adına ünvan 1 ünvanında yerləşən, 1965-ci ildə tikilmiş, 3 otaqlı, ümumi sahəsi 168.7 kv/m olan fərdi yaşayış evinin 1/3 hissəsi təşkil edir. Göründüyü kimi, X15, Cavabdeh3 və X20 miras əmlakdan özlərinə çatası paydan imtina etmişlər. Mülki Məcəllənin 1270.3-cü maddəsinə əsasən, ölmüş vərəsənin bir neçə vərəsəsinin hər biri yalnız öz miras payından imtina edə bilər. Ona görə də, X5, Cavabdeh3 və X9 miras əmlakdan imtinaları məhkəmə tərəfindən qəbul olunmalıdır. X3 övladı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızı da qanun üzrə vərəsə sayılmalıdır. X4 miras qalmış əmlaklar toplusu bərabər şəkildə 3 hissəyə, X38, Cavabdeh2 Əlövsət oğlu və Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızı arasında paylara uyğun bölünməlidir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, X25 və Cavabdeh2 Əlövsət oğlunun adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən digər vərəsələr barədə tam məlumat verilməmiş, onlar vərəsəliyə çağırılmamış, olduqları yer müəyyənləşdirilməmiş, onlara mirası bölüşdürmək niyyətləri barəsində bildiriş göndərilməmiş, digər vərəsələrinin olması gizlədilmiş, onların mövcudluğu barədə notarius tərəfindən notariat hərəkətinin aparılması zamanı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına sorğu göndərilməmiş, bununla da “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın və Mülki Məcəllənin tələbləri pozulmuşdur. Bu səbəbdən həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli, həmin şəhadətnamələrdə göstərilmiş əmlaklar da qanun üzrə vərəsələr arasında paylara bərabər şəkildə bölünməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 11134.1-ci, 1145-ci, 1159.1.1-ci, 1160-cı maddələrinə, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
Qətnamədən narazı qalan iddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızı apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)- 20/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, atası X18 ilə anası X21 1957-cı ildə faktiki olaraq ailə həyatı qurmuşlar. Onlar nikahlarını 24 iyun 1957-ci ildə rəsmiləşdirmişlər. Onların birgə nikahından xx.xx.1958-ci il tarixdə o, xx.xx.1960-cı ildə qardaşı Cavabdeh3, xx xxxx 1964-cü ildə digər qardaşı Cavabdeh2 Əlövsət oğlu dünyaya gəlmişdir. Valideynləri ailə qurduqdan sonra ünvan 3 ünvanında yerləşən torpaq sahəsini alaraq orada ev tikmişlər. 1965-ci ildə yaşayış evi hazır olmuş, rəsmi qeydiyyata alınmış və içində yaşamağa başlamışlar. Yaşayış evi də atası X8 adına qeydə alınmışdır. xx.xx.1967-ci ildə anası X21 vəfat etmişdir. Anası vəfat etdikdən 1 il sonra atası iş üzrə Cavabdeh1 ilə ailə həyatı qurmuşdur. Atası xx.xx.2002-ci ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra iş üzrə Cavabdeh1 və Cavabdeh2 Əlövsət oğlu atasının adına olan yaşayış evi üzrə vərəsəlik işi açdırmışlar. Ağstafa rayon Notariat Kontorunda verilmiş xx.xx.2004- cü il tarixli, 2V-03 reyestr nömrəli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında atasının adına olan yaşayış evinin yarısı iş üzrə Cavabdeh1 atası ilə birgə nikah dövründə əldə etdiyi əmlak kimi nəzərə alınaraq, əmlakın digər yarısı miras əmlak kimi açılaraq əmlakın ¾ hissəsi Cavabdeh1, ¼ hissə isə Cavabdeh2 Əlövsət oğluna verilmişdir. Bu barədə verilən Vərəsəlik Şəhadətnaməsi əsasında əmlak qeyd edilən hissələr üzrə bölünüb daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydə alınmışdır. Hal-hazırda da iş üzrə Cavabdeh1 həmin əmlakın naturada bölgüsünü tələb edir. O, bu işdən indi xəbər tutmuş və onun hüquqlarım nəzərə alınmadan belə bir bölgü mümkün olmadığını bildirmişdir. Çünki, mübahisəli yaşayış evi atası ilə anasının birgə nikah dövründə əldə etdikləri əmlak olduğundan yaşayış evinin ər –arvaddan hansının adına olmasından asılı olmayaraq, hər ikisinin mülkiyyəti sayılır, onlar vəfat etdiklərindən də hər ikisindən qalan miras əmlak sayılır. Onun həm mərhum anası Allahyarova (Nəbiyeva) Arus Heydər qızından miras qalan, həm də atasından miras qalan əmlakdan payı vardır. Yaşayış evi mərhum atası X18 ilə mərhum anası Allahyarova (Nəbiyeva) Arus Heydər qızının birgə nikah dövründə əldə etdiyi əmlak olduğundan iş üzrə Cavabdeh1 yalnız atası X8 əmlakdan ona çatası pay üzrə vərəsə hesab oluna bilər. Anasından miras qalan hissə üzrə yalnız o, və qardaşları, iş üzrə digər cavabdehlər Cavabdeh2 Əlövsət oğlu və Cavabdeh3 vərəsə ola bilər. Ağstafa rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-20/2024 saylı Qətnaməsinə əsasən iddia təmin edilmişdir. Məlum Qətnaməyə əsasən xx.xx.2003-cü ildə X3 adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair Cavabdeh1 və Cavabdeh2 Əlövsət oğlunun adına verilmiş Ağstafa rayon Notariat ofisinin 2V-02 və 2V-03 reyestr nömrəli xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edərək, X8 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evinin 1/3 (üçdə bir) hissəsinə X32, 1/3 hissəsinə Cavabdeh2 Əlövsət oğlunun, 1/3 hissəsinə Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının qanun üzrə vərəsəlik hüquqlarının tanınması qət edilmişdir. Məhkəmənin qətnaməsi ilə qismən razı deyil. Belə ki, Ağstafa rayon Məhkəməsi yaşayış evinin atası ilə anasının birgə nikah dövründə əldə etdikləri əmlak olduğu faktını müəyyən etsə də qətnamə çıxararkən yalnız atasından miras qalan əmlak kimi əmlakı bölmüşdür. Amma, əslində miras əmlak atası ilə-anasının birgə nikah dövründə əldə etdikləri əmlak kimi hər iki miras qoyandan (yəni, ər-arvaddan kimin adına olmasından asılı olmayaraq, həm atasından, həm də anasından miras qalan əmlak kimi) miras qalmış əmlak kimi mirası qəbul edən şəxslər arasında bölüşdürülməli idi. Yəni, miras əmlakın atası ilə anasının birgə nikah dövründə əldə etdiklərini qeyd edərək, miras sahiblərindən (bu söz birləşməsini yazmaqla həm atamı, həm də anamı miras qoyan kimi nəzərdə tutmuşam) miras qalmış əmlakın bölüşdürülməsini tələb etmişdir. Məhkəmə isə 2004-cü ildə Notariat Kontoru tərəfindən verilmiş Şəhadətnamələri etibarsız hesab eləsə də miras əmlakı mərhum anasını nəzərə almadan mərhum atasından qalan miras əmlak kimi bölüşdürmüşdür ki, bu da mərhum anasından onlara çatası miras əmlakın onlara çatmamasına, bununla da eyni zamanda da Cavabdeh1 artıq pay almasına səbəb olmuşdur. Hansı ki, Cavabdeh1 anasından miras qalan hissə üzrə vərəsə sayıla bilməz. Onun anasından miras qalan əmlakdan pay alması onların hüquqlarına kölgə salır. Hesab edir ki, qeyd etdiyi tələb, yəni, mərhum anasının yaşayış evi üzrə payı nəzərə alınmadığından bu qətnamə ədalətli hesab edilməməlidir. Ədalətli o hal ola bilər ki, miras əmlak həm anasının, həm də atasının birgə nikah dövründə əldə etdikləri əmlak kimi sayılmaqla, həm atasının vərəsələri, həm də anasınn vərəsələri arasında bölünməli idi. Anası ilə atasının vərəsələri arasında fərq vardır. Anasının vərəsələri o, qardaşları Məcid və Arzudur. Cavabdeh1 isə yalnız miras əmlakın atasına aid olan hissəsinə vərəsə hesab edilə bilər. Qətnamədən narazı qalan cavabdeh X37 apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-20/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağstafa rayon Notariat Kontorunda verilmiş xx.xx.2004-cü il tarixli, 2V-02 reyestr nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsində heç bir qanun pozuntusuna yol verilməmiş və bu şəhadətnamənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Buna baxmayaraq məhkəmə heç bir əsaslandırma aparmadan bu şəhadətnaməni etibarsız hesab etmişdir. Digər bir məsələ iddiaçının bu iddia tələbi üzrə mübahisə etmək üçün subyektiv hüququnun olub-olmamasına belə məhkəmə qiymət verməmişdir. Hansı ki, iş materiallarında olan mərhumun adına verilmiş mübahisəli əmlaka dair Qeydiyyat vəsiqəsində evin tikilmə tarixi göstərilməmiş və iş materiallarında olan əsassız arayış əsasında evin tikilmə tarixli 1965-ci il göstərilmişdir. Hansı ki, bu evin tikilməsi 1968-ci ildən sonra onların nikahı dövründə olmuşdur. Bu əmlak isə mülkiyyət hüququ əsasında 2003-cü ilin dekabrın 24-də qeydiyyata alınmışdır. Məhkəmə qətnaməsinin nəticə hissəsində qeyd edir ki, X25 və Cavabdeh2 Əlövsət oğlunun adlarına verilmiş Ağstafa rayon Notariat ofisinin 2V-02 və 2V-03 reyestr nömrəli xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız edilsin. Əslində mübahisələndirilən Ağstafa rayon Notariat Kontorunda verilmiş xx.xx.2004-cü il tarixli, 2V-02 reyestr nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnaməsidir. Məhkəmə isə qanun üzrə vərəsəlik şəhadətnamələrini etibarsız hesab etmişdir. Məhkəmə qətnaməsində Ağstafa rayon Notariat Kontorunda verilmiş xx.xx.2004-cü il tarixli, 2V-02 reyestr nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsini əsaslandırmamışdır. Yalnız qeyd edilir ki, mübahisələndirilən fərdi yaşayış evi 1965-cı il tarixdə tikilmişdir. Hansı ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X11 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 955 nömrəli qeydiyyat vəsiqəsində evin tikilməsi tarixi qeyd edilməmişdir. Belə ki, iş materiallarında olan arayışda əsassız olaraq evin tikilmə tarixi 1965-ci il göstərilmişdir. Əslində həmin ev 1968-ci ildən sonra tikilərək yaşamaq üçün həmin evə köçmüşlər. Bundan başqa məhkəmə münasibətin yaradığı vaxt qüvvədə olmuş heç bir maddi hüquq normalarına istinad etməklə işi əsaslandırmamışdır. Məhkəmə qərarında Ağstafa rayon Notariat Kontorunda verilmiş xx.xx.2004-cü il tarixli, 2V-02 reyestr nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsini qeyd etməmiş və qət etdi hissəsində isə vərəsəlik şəhadətnamələrini etibarsız hesab etmişdir. Bundan başqa iddiaçı iddia tələbində Ağstafa rayon Notariat ofisində verilmiş xx.xx.2004-cü il tarixli, 2V-03 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin ləğv edilməsini və Ağstafa rayon Notariat Kontorunda verilmiş xx.xx.2004-cü il tarixli, 2V-02 reyestr nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb etdiyi halda məhkəmə Ağstafa rayon Notariat ofisinin 2V-02 və 2V03 reyestr nömrəli xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Abbasquliyeva( X12 apellyasiya şikayətini müdafiə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, mərhum anası X13 xx.xx.1967-ci ildə vəfatından sonra, onun mərhum atası X18 ilə birgə nikah dövründə, yəni 1965-ci ildə tikdirdikləri mübahisə edilən ev miras qalmış, lakin məhkəmə həmin halı nəzərə almamışdır. Mirası isə, o, qardaşları Arzu, Məcid və ataları faktiki olaraq qəbul edərək, orada yaşamışlar. O, 1977-ci ildə ailə quraraq, həmin evdən köçmüşdür. Məhkəmənin qətnaməsini qanunsuz hesab edir. Ona görə də, onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-20/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Əlövsət oğlu iddiaçnının apellyasiya şikayətini müdafiə, cavabdehin apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, mübahisəli ev 1965-ci ildə tikilmilş və mərhum anasının vəfatından sonra isə, həmin evdə o, ataları, qardaşı Məcid və bacısı Azalya yaşamışdır. Bununla belə, vərəsələrdən Afaq, Məcid və Şəfəq mirasın qəbulundan imtina etmişlər və hesab edir ki, paylar müəyyən edilərkən, həmin imtinalar nəzərə alınmalıdır. Odur ki, qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh X25 nümayəndəsi( vəkili) Nümayəndə iddiaçnının apellyasiya şikayətinə etiraz, cavabdehin apellyasiya şikayətini edərək, göstərdi ki, Ağstafa rayon Notariat Kontorunda verilmiş xx.xx.2004-cü il tarixli, 2V- 02 reyestr nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsində heç bir qanun pozuntusuna yol verilməmişdir. Mübahisə edilən evin tikilməsi 1968-ci ildən sonra, yəni iddiaçı ilə X3 birgə nikahı dövründə olmuşdur. Mübahisələndirilən fərdi yaşayış evinin 1965-cı il tarixdə tikilməsi qeydiyyat vəsiqəsində qeyd edilmədiyindən, işdə olan arayışa əsasən, evin tikilmə tarixinin 1965-ci il göstərilməsi qanunsuz olmuşdur.Ona görə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-20/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etdi. Digər Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağstafa rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Cavabdeh3 məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər cavabdehlər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə gəlməyən tərəflərin ştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq 01 mart 1965-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527-ci maddəsinin 1-ci hissəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılması vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, Bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 530-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə görə, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəslər olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bi müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 556-cı maddəsinin 3-cü hissəsinə əsasən, vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina, vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2 Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1193.Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, e-2(015)-20/2024 saylı qətnaməsi qismən, X8 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evinin 1/3 (üçdə bir) hissəsinə X26, 1/3 (üçdə bir) hissəsinə Cavabdeh2 Əlövsət oğlunun, 1/3 (üçdə bir) hissəsinə Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının qanun üzrə vərəsəlik hüquqlarının tanınması hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, X2 və X6 miras qalan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində 5/48 hissədə X25, 5/48 hissədə X9, 5\48 hissədə X5 (miras qoyan X14 münasibətdə), 11/48 hissəsinə Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının, 11/48 hissədə Cavabdeh3, 11/48 hissədə Cavabdeh2 Əlövsət oğlunun( mirasqoyanlar X16 və X14 münasibətdə) miras payları müəyyən edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Mirasın bölünməsi zamanı həll olunmalı məsələlərdən birincisi mirasın kütləsinin düzgün müəyyən olunmasıdırsa, ikinci növbədə həm qanun üzrə vərəsələrin, həm də vəsiyyət üzrə vərəsənin miras əmlakı qəbul edib-etməməsi araşdırılmalıdır. Göründüyü kimi, miras qoyan X21 xx.xx.1967-ci ildə vəfat etdiyindən, ona münasibətdə həmin gün mirasın açıldığı vaxt sayılır (1964-cü il redaksiyalı Mülki Məcəllənin 528-ci maddəsi). Məhkəmə kollegiyasının iclasında X13 vəsiyyətnamə qoyması müəyyən edilməmişdir. X18 ilə X13 birgə nikahından doğulmuş uşaqları və əri X18 yəni birinci növbə vərəsələr vərəsəliyin açıldığı zaman, yəni 1967-ci ildə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməmişlər. Mübahisəli miras əmlakın faktiki qaydada qəbul edilməsinə gəlincə isə, işin müəyyən edilmiş hallarından görünür ki, Arus Allahyarova vəfat etdikdən sonra isə miras əmlak miras qoyanın əri Əlövsət və uşaqları Məcid, Arzu və Azalya tərəfindən qəbul edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, miras qoyan X21 xx.xx.1967-ci ildə vəfat etməsi ilə bağlı miras mülkün 1/2 hissəsinə miras açılmış və həmin əmlakın birgə mülkiyyətçi olan X8 əmlakda 1/2 hissədə payı nəzərə alınmaqla, 1/8 hissəsi üzərində Abbasquliyeva(Allahyarova) Azalya Əlövsət qızının, 1/8 hissədə X7 1/8 hissədə Cavabdeh2 Əlövsət oğlunun, 5/8 hissədə isə X8 payı tanınmalıdır. Həmçinin, məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, X8 xx.xx.2002-ci il tarixdə vəfat etməsi və onun vəfatından sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 5/8 hissəsinin miras qalması, həmçinin mərhumun 6 nəfər birinci növbədə qanun üzrə vərəsəsinin, yəni Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızı, X17, Cavabdeh2 Əlövsət oğlu, X15, X20 adlı 5 uşaqlarının və arvadı X25 olması işin mübahisə edilməyən halıdır. Məhkəmə kollegiyası hesab edir ki, X3 xx.xx.2002-ci il ildə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə xx.xx.2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi hüquqim mövqeyinə görə, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, hazırkı iş üzrə tərəflər mərhumun qanun üzrə birinci növbə vərəsələridir. Miras əmlak barədə vəsiyyətnamə qoyulmamış və qanunla müəyyən edilmiş müddətə mirasdan imtina barədə notariat orqanına ərizə verilməmişdir. Belə ki, birinci növbə vərəsələrdən X15, X20 və Cavabdeh3 miras əmlakdan onlara çatası hissəsində imtina ilə bağlı ərizə versələr də, kollegiya hesab edir ki, mirasdan imtina ilə bağlı ərizələr miras açıldıqdan 2 il keçdikdən sonra verilmişdir. Bu isə qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Belə ki, MM-nin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər... Yuxarıda qeyd edildiyi kimi, mərhum Cavabdeh3 qalmış miras predmeti ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 5/8 hissəsidir. Belə olan halda, 6 nəfər qanun üzrə birinci növbə vərəsələrin hər birinin (5/8:6=5/48) 5/48 hissədə vərəsəlik payları vardır. Həmin əmlak üzərində Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının, Cavabdeh2 Əlövsət oğlunun və Cavabdeh3 1/8 hissədə mülkiyyət payının olması nəzərə alınmaqla, onların hər birinin payı (5/48+1/8= 11/48) 11/48 hissədə, digər vərəsələrin payları isə 5/48 hissədə olacaqdır. Qətnamə üzrə iddianın təmin edilmiş digər hissələri, yəni xx.xx.2003-cü ildə X3 adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair X25 və Cavabdeh2 Əlövsət oğlunun adlarına verilmiş Ağstafa rayon Notariat ofisinin 2V-02 və 2V-03 reyestr nömrəli xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin etibarsız hesab edilməsi qanuni və əsaslı olmuşdur. Ona görə də, cavabdehin həmin hissədə apellyasiya dəlilləri əsassız olmaqla, təmin edilməməli və qətnamə həmin hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh X37 apellyasiya şikayətinin dəlillərində, onun nümayəndəsi ( vəkili) Nümayəndə isə məhkəmə kollegiyasının iclasında verdiyi izahatında mübahisə edilən evin 1968-ci ildən sonra, yəni onunla X3 birgə nikahı dövründə tikilməsini göstərsələr də, həmin hal öz təsdiqini tapmamışdır. Belə ki, işdə iştirak edən digər şəxslərin izahatları və işin 75- 77-ci vərəqələrində olan həmin evin xx.xx.1989-cu ildə tərtib edilmiş texniki pasportunun təsdiq edilmiş surətində tikildiyi il kimi 1965-ci ildə tikilməsinin göstərilməsi ilə, müəyyən olunur ki, mübahisə edilən yaşayış evi 1965-ci ildə, yəni cavabdeh X25 nikaha daxil olmasına qədər tikilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticəsi qismən qanuni olmamış, mübahisənin maddi-hüquqi əsasları qismən düzgün müəyyən edilməmişdir. Ona görə də, Ağstafa Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, e-2(015)-20/2024 saylı qətnaməsi miras əmlakın mirası qəbul etmiş vərəsələr arasında paylara uyğun bölüşdürülməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə qismən təmin edilməli, X2 və X6 miras qalan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində 5/48 hissədə X25, 5/48 hissədə X9, 5\48 hissədə X5 (miras qoyan X14 münasibətdə), 11/48 hissəsinə Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının, 11/48 hissədə Cavabdeh3, 11/48 hissədə Cavabdeh2 Əlövsət oğlunun( mirasqoyanlar X16 və X14 münasibətdə) miras payları müəyyən edilməli, qətnamənin digər hissələri dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-386, 392-393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
İddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh X37 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-20/2024 nömrəli qətnaməsi qismən, X8 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evinin 1/3 (üçdə bir) hissəsinə X26, 1/3 (üçdə bir) hissəsinə Cavabdeh2 Əlövsət oğlunun, 1/3 (üçdə bir) hissəsinə Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının qanun üzrə vərəsəlik hüquqlarının tanınması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. X2 və X6 miras qalan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində 5/48 hissədə X25, 5/48 hissədə X9, 5\48 hissədə X5 (miras qoyan X14 münasibətdə), 11/48 hissəsinə Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının, 11/48 hissədə Cavabdeh3, 11/48 hissədə Cavabdeh2 Əlövsət oğlunun( mirasqoyanlar X16 və X14 münasibətdə) miras payları müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.