Məhkəmə qərarları › İş №2(104)-2363/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2363/2024

17.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2363/2024 17.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X36 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı hüquqi varisi (arvadı) X44 və nümayəndəsi (vəkil) Vəkil3, Cavabdeh3 nümayəndəsi (vəkil) Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 iştirakı ilə, İddiaçı cavabdehlər Göygöl Rayon Notariat Ofisi, Cavabdeh3 və Cavabdeh2 qarşı mirasın qəbulu müddətinin uzadılması tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 2(066)-31/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı hüquqi varisi (arvadı) X44 tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AZE seriyalı 17519273 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci ildə Xanlar rayonunun Toğana kəndində anadan olmuş və Mingəçevir şəhər Ş.İ.Xətai küç.ev 22,mənzil 20-də qeydiyyatdadır.

2. 82752 №-li vəsiqənin sürətindən görünür ki, İddiaçı 2-ci qurup müharibə əlilidir.

3. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli 285 saylı arayışında İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi və müharıbə veteranı olduğu göstətilmişdir.

4. Göygöl rayon Notariat Ofisinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 25 saylı məktubunda qanunla nəzərdə tutulmuş mirasın qəbulu müddətini ötürdüyündən və həmçinin vərəsələr arasında həmin miras əmlaka dair mübahisə olduğundan aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.

5. AZ-İ seriyalı 246425 nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X19 xx.xx.2007-ci tarixdə vəfat etmişdir.

6. Göygöl rayon İHB-nın Toğanalı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 111 nömrəli arayışda İddiaçı anası X12 məxsus olan Toğanalı kəndindəki evdə yaşadığı və işi ilə əlaqədar olaraq gedib-gəlməsi, torpaqdan istifadə etməsi C.Hüseynovanın həmin evi İddiaçı vəsiyyətnamə verdiyi, İddiaçı mirası qəbul etdiyi gösrərilmişdir.

7. Göygöl rayon İHB-nın Toğanalı kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 20 nömrəli cavab məktubunda X9 təsərrüfatında qeydiyyatda olan, adları qeyd edilən şəxslər Göygöl rayonu Toğanalı kəndində qeydiyyatda olmalarına baxmayaraq hal-hazırda həmin evdə yaşamadıqları, X10 vəfat etdiyi göstərilmişdir.

8. Хаnlar rayonu Notariat Kontorunda 17 sentyabr 2007- ci ildə 2V-İ-112 № reyestrdə qeyd edilmiş vəsiyyətnamənin surətindən görünür ki, X6 rayonu, Toğana kəndində yerləşən evini (mənzilini) İddiaçı vəsiyyət etmişdir.

9. Abunə haqqında saldonun surətindən görünür ki, abunə kodu **********00032 №-li, ünvan 2 ünvanında olan elektrik sayğacı İddiaçı məxsusdur.

10. Göygöl rayon İHB-nın Toğanalı kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 07 nömrəli arayışında görünür ki, mərhum X9 ölən bir günə kimi oğlu İddiaçı ilə birgə yaşamış, Toğanalı kəndndə xx.xx.2007-ci il tarixdə vəfat etmiş, onun ölümündən sonra İddiaçı, Cavabdeh2, X23, X20 və gəlini X30 adlı vərəsələri qaldığı, mərhumun oğlu İddiaçı anası rəhmətə gedəndən sonra həmin evdə yaşaması, gedib-gəlməsi və torpaqdan istifadə etməsi və mərhumun valideyinlərindən sağ qalanının olmaması göstərilmişdir.

11. xx.xx.2023-cü il tarixli, 3-48-16 RA/2/11/178/8/2023 nömrəli arxiv arayışından görünür ki, Xanlar rayonu İcra hakimiyyəti Başçısının Toğana kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid 01 №-li təsərrüfatbaşına kitabın 40 №-li şəxsi hesab vərəqində X9 adına 0.18 ha həyətyanı torpaq sahəsi, 1959-cu ildə tikilmiş ümumi sahəsi 36 kvm olan ev qeydə alınmışdır.

12. Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 481 №-li arayışın surətindən görünür ki, X24 xx.xx.2007-ci il tarixdə Göygöl rayonu, Toğana kəndində ölmüşdür. Ölüm haqqında xx.xx.2007-ci ildə 13 №-li akt qeydi tərtib olunmuşdur.

13. Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 480 №-li arayışın surətindən görünür ki, X45 xx.xx.1984-cü il tarixdə Göygöl rayonu, Toğana kəndində ölmüşdür. Ölüm haqqında xx.xx.1994-cü ildə 09 №-li akt qeydi tərtib olunmuşdur.

14. Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 508 №-li arayışın surətindən görünür ki, X31 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonunda ölmüşdür. Ölüm haqqında xx.xx.2023-cü ildə 232 №-li akt qeydi tərtib olunmuşdur.

15. Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 507 №-li arayışın surətindən görünür ki, X46 xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində ölmüşdür. Ölüm haqqında xx.xx.1993-cü ildə 525 №-li akt qeydi tərtib olunmuşdur.

16. Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 483 №-li arayışın surətindən görünür ki, X51 xx.xx.2014-cü il tarixdə Göygöl rayonu, Toğanalı kəndində ölmüşdür. Ölüm haqqında xx.xx.2015-ci ildə 21 №-li akt qeydi tərtib olunmuşdur.

17. Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 482№-li arayışın surətindən görünür ki, Həsənov Nəriman Hüseyn oğlu və X7 nikahı haqqında xx.xx.1957-ci il tarixdə 09№-li akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer Göygöl rayon Toğana kənd İ.N-dir.

18. АZ № ******* nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, 27 avqust 1965-ci ildə andan olmuş İddiaçı atası Həsənov Nəriman Hüseyn oğlu, anası isə X13r.

19. X37 tərəfindən verilmiş ərizədən görünür ki, İddiaçı cavabdehlər Göygöl rayon Notariat ofisinə, Cavabdeh3 və Cavabdeh2 qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair mülki iş üzrə onun maraqlarına toxunan şəxs qismində tanınmasını xahiş etmişdir.

20. AZE seriyalı 09738403 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X37 xx.xx.1962-ci ildə Xanlar rayonunun Toğana kəndində anadan olmuş və Xanlar rayonu Toğana kəndində qeydiyyatdadır.

21. xx.xx.1993-cü il tarixli, İV-ЖГ 336996 nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X46 xx.xx.1993-cü ildə Gəncə şəhərində ölmüşdür. Ölüm haqqında xx.xx.1993-cü ildə 525 №- li akt qeydi tərtib olunmuşdur.

22. xx.xx.1984-cü il tarixli, İİİ KГ 369351 nömrəli nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, X46 və X38 xx.xx.1984-cü ildə Toğana kənd sovetində nikahlarını rəsmiləşdirmişlər və bu haqqda 07 № ilə akt qeydi tərtib olunmuşdur. Nikahdan sonra ərə Həsənov, arvada isə Həsənova soyadı verilmişdir.

23. Göygöl rayon İHB-nın Toğanalı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən X25 verilmiş xx.xx.2024-cü il tarixli 5-47-26/3-2-75 nömrəli arayışda X18 qaynı İddiaçı Toğanalı kəndində qeydiyyatda olmadığı və yaşamadığı göstərilmişdir.

24. Göygöl rayon İHB-nın Toğanalı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən X25 verilmiş xx.xx.2024-cü il tarixli 5-47-26/3-2-74 nömrəli arayışda H.Həsənovanın 1984-cü il tarixdə mərhum X46 ilə ailə həyatı quraraq qaynanası X12 məxsus yaşayış evində 2 övladı ilə birlikdə yaşadığı göstərilmişdir.

25. X52 tərəfindən verilmiş ərizədən görünür ki, İddiaçı cavabdehlər Göygöl rayon Notariat ofisinə, Cavabdeh3 və Cavabdeh2 qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair mülki iş üzrə onun maraqlarına toxunan şəxs qismində tanınmasını xahiş etmişdir.

26. AA5579415 nömrəli şəxsiyyət vəsiqəsinin sutətindən görünür ki, X52 xx.xx.1995-ci ildə anadan olmuşdur.

27. Hökümət ödəniş portalı vasitəsi ilə ödənilmiş xx.xx.2024-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, X37 istifadəçi kodu **********10500 ünvan 4 ünvanında təbii qazdan istifadə üçün 20 (iyirmi) manat, istifadəçi kodu **********00217 olan işıqdan istifadə üçün 10 (on) manat və qeydiyyat kodu ********* olan stasionar telefondan istifadə üçün 4 (dörd) manat ödəniş etmişdir.

28. Xanlar rayon, Toğanalı Bələdiyyəsi (VÖEN **********) tərəfindən verilmiş 155579 seriyalı, xx.xx.2009-cu il tarixli qəbzdən görünür ki, Həqiqət Həsənova 2005- 2006-2007-2008- 2009-cu illərdə əmlak vergisi üçün 10 (on) manat ödəniş etmişdir.

29. Göygöl rayon İHB-nın Toğanalı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən X39 verilmiş xx.xx.2024-cü il tarixli 5- 47-26/3-2-73 nömrəli arayışda X2 xəstə olan qardaşı X40 baxıb ona qulluq etdiyi, Elşənin bütün dəfn xərclərini və məzar daşını məhrum X31 özünün vəsaiti hesabına ödədiyi, Həsənova Tünzalənin xx.xx.2023-cü il tarixdə Toğanalı kəndində mərhum anası X12 məxsus evdə vəfat etdiyi, vəfat etdikdən sonra həmin evdə X14 övladlarının yaşadığı göstərilmişdir.

30. xx.xx.2024-cü il tarixli 142/24 saylı Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin X67 və Avtomatika sexinin aparıcı mühəndisi İddiaçı verilmiş arayışda göstərilmişdir ki, həqiqətən İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək əmək qabiliyyəti olmamışdır. xx.xx.2007ci il tarixində Mingəçevir ŞMX-ya kəskin başağrısı, baş gicəllənmə, ürək bulanma, ümumi zəiflik şikayətləri ilə müraciət etmiş, müayinə olunmuş və davamlı olaraq ambulator müalicələr almışdır. xx.xx.2008-xx.xx.2008-ci il tarixində "Sağ tərəfli boğulmuş çəp qasıq xayalıq yırtığı" diaqnozu qoyulmuş və cərrahi əməliyyat icra olunmuşdur. xx.xx.2011 xx.xx.2011-ci il tarixində "Vegetatividamar distoniyası, Nevrasteniya" diaqnozu ilə stasionar müalicə almışdır. xx.xx.2013 xx.xx.2013- cü il tarixində isə ÜİX Kardioskleroz, kəskin koronar sindrom diaqnozu ilə stasionar müalicə olunmuşdur. xx.xx.2014 xx.xx.2014-cü il tarixində "Kəskin Beyinciyin sağyarımkürəsinin işemik tip insultu" diaqnozu ilə Mingəçevir ŞMX- da stasionar müalicələr almışdır. Daha sonra isə xx.xx.2014-xx.xx.2014, xx.xx.2014-xx.xx.2014, xx.xx.2014-xx.xx.2014, xx.xx.2014- 2012.2014, xx.xx.2015-xx.xx.2015, xx.xx.2016-xx.xx.2016, xx.xx.2016-xx.xx.2016, xx.xx.2016-xx.xx.2017xx.xx.2017, xx.xx.2017-xx.xx.2017, xx.xx.2018-xx.xx.2018, xx.xx.2019-xx.xx.2019, xx.xx.2021xx.xx.2021, xx.xx.2022-xx.xx.2022, xx.xx.2023 xx.xx.2023-cü-il tarixlərində davamlı olaraq stasionar müalicə olunub.

31. "xxxx" MMC tərəfinən verilmiş xx.xx.2020-ci il tarixli, 100/09-07-130 nömrəli arayışdan görünür ki, arayış Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin X67 və avtomatika sexinin aparıcı mühəndisi İddiaçı ondan ötrü verilmişdir ki, o həqiqətən xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək növbəti əmək məzuniyyətində olmuşdur. Bundan əlavə xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək, xx.xx.2007ci il tarixdən xx.xx.2007-ci il tarixədək əmək qabillyəti olmamaq vərəqəsində olmuş və bu barədə "xxxx" MMC-yə xəstəlik vərəqəsi təqdim edilmişdir.

32. Torpağın Mülkiyyətə verilməsinə dair JN-106A Kod 50810018 saylı şəhadətnamədən görünür ki, X12 Xanlar rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli, 15 saylı qərarı ilə 0.15 hektar torpaq sahəsi verilmişdir.

33. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1445/2021 nömrəli, 16 fevral 2021-ci il tarixli qərardadına əsasən Cavabdeh3 və nümayəndəsi-Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Göygöl Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 2(066)- 1318/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı cavabdehlər X23 və Cavabdeh3 qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır.

34. Göygöl Rayon Məhkəməsinin 2(066)-1364/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı ərizəsinə əsasən Göygöl rayon Toğana kəndində yerləşən 0,15 ha torpaq sahəsinə dair JN 106A KOD 50810018 saylı “Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə”də X22 deyil, X24, X32 deyil, X51 olması və həmin sənədin mərhum X15 və mərhum X33 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir.

35. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-4580/2020 saylı qərarından görünür ki, İddiaçı cavabdehlər X16 və X26 qarşı iddia ərizəsi, sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, anasından və qardaşından qalmış miras əmlakın qəbul edilməsi müddətinin uzadılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-1318/2018 nömrəli iş üzrə 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Q.Abbasov) iddia (ərizə) təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-613/2020 nömrəli iş üzrə 15 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər-F.Mehtiyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və A.Bayramov) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, cavabdehlərin apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-4580/2020 saylı qərarı ilə Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-613/2020 nömrəli iş üzrə 15 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

36. Göygöl Rayon Məhkəməsinin 2(066)-31/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Göygöl rayon Notariat ofisinə qarşı “mirasın qəbulu müddətinin üzadılması və miras payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə X27 və Cavabdeh2 işə cavabdeh qismində cəlb edilmələri qərara alınmışdır.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1552/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(104)-219/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

38. Gəncə Apellyasiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(104)-899/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X16, Verdiyeva (Rzayeva) Gülxar Nəriman qızına və Cavabdeh2, üçüncü şəxs Cavabdeh1na qarşı Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq, anası X8 və qardaşı X21 miras qalmış Göygöl rayonu, Toğana kəndində yerləşən 0.15 ha torpaq sahəsinə dair onun və vəsiyyət və ya qanun üzrə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Göygöl Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(066)- 602/2019 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Həmin qətnamədən cavabdeh X23 tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(104)-899/2021 nömrəli qətnaməsi ilə apellyaisya şikayəti təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(066)-602/2019 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5525/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apelyasiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(104)-899/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

40. Gəncə Apellyasiya Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(104)-480/2024 nömrəli qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Energetika Nazirliyi X1rşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs X37 tərəfindən quraşdırılmış 21433196M1784447 nömrəli işıq sayğacının sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)890/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs X37) işıq sayğacının sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(104)-480/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(114)890/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

41. Gəncə Apellyasiya Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2-1(104)-219/2022 nömrəli qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X23 və X37) qarşı “Göygöl rayonu, Toğana kəndində yerləşən fərdi yaşayış evinə mərhum X11 və X17 mülkiyyət hüquqlarının tanınması, bu barədə onların hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Göygöl rayonu, Toğana kəndində yerləşən fərdi yaşayış evinə onun mülkiyyət hüququnun tanınması və bu barədə hüquqların dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qərar çıxarılmasını xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-131/2022 saylı qərarı ilə (hakim U.Osmanov) iddianın qismən təmin edilməsi, Göygöl rayonu, Toğana kəndində 0,15 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində mərhum X11 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Həmin qərardan üçüncü şəxs X23 tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2-1(104)-219/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2-1(114)- 131/2022 saylı qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X23 və X37) qarşı “Göygöl rayonu, Toğana kəndində yerləşən fərdi yaşayış evinə mərhum X11 və X17 mülkiyyət hüquqlarının tanınması, bu barədə onların hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

42. İddiaçı cavabdehlər Göygöl rayon Notariat ofisi, Cavabdeh3 və Cavabdeh2 qarşı “mirasın qəbulu müddətinin uzadılması və miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 oktyabr 2007-ci il tarixdə vəfat etmiş anası X24 və 18 avqust 2014-cü ildə vəfat etmiş X21 miras qalmış, Göygöl rayonu, Toğana kəndində yerləşən 0.15 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinin miras əmlaklar kimi qəbul edilməsi üçün buraxılmış müddətin gecikdirilməsinin səbəbinin üzrlü hesab olunmaqla uzadılması və həmin əmlaklardan onun payının müəyyən olunması və yalnız onun tərəfindən qəbul olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

43. Mülki iş məhkəmənin icraatında olarkən İddiaçı nümayəndəsi (vəkili) Vəkil3 iddia həcminin azaldılması barədə məhkəməyə ərizə verərək xx.xx.2007-ci ildə vəfat etmiş X8 miras qalmış əmlakın vəsiyyət üzrə qəbulu müddətinin və xx.xx.2014-cü ildə vəfat etmiş X21 miras qalmış əmlakın qanun üzrə qəbulu müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

44. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının anası X24 03 oktyabr 2007-ci ildə, qardaşı X47, 18 avqust 2014- cü ildə, bacısı X23 2023-cü ildə, qardaşı X46 isə 1992-ci ildə vəfat etmişlər. İddiaçının bacısı X28 ailə qurmuş və 40 ilə yaxın müddətdir ki, Gəncə şəhərində yaşayır. Qardaşı Cavabdeh2 isə 1993-cü ildən Rusiya Federasiyasında yaşayır və Rusiya Federasiyasının vətəndaşıdır. Mərhum anası Cəmilə Hüseynovanın və qardaşı Elşən Həsənovun vəfatından sonra Göygöl rayonu, Toğana kəndində yerləşən 0.15 ha torpaq sahəsi miras qalmışdır. Qeyd olunan torpaq sahəsinə JN-106A KOD 50810018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi vardır. İddiaçının anası və qardaşı vəfat etdikdən sonra miras qalmış torpaq sahəsi və fərdi yaşayış evini faktiki olaraq iddiaçı qəbul etmişdir. Eyni zamanda da, anası Cəmilə Hüseynova 17 sentyabr 2007-ci ildə Göygöl rayon Dövlət Notariat Kontorunda Göygöl rayonu, Toğana kəndində yerləşən evini vəsiyyətnamə ilə ona vermişdir. Bundan sonra iddiaçı notariat ofisinə mirasın qəbulu üçün müraciət etmişdir. Lakin, notariat ofisindən iddiaçıya mirasın qəbulu üçün qanununla nəzərdə tutulmuş müddətin ötürüldüyü bildirilmiş və müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

45. Göygöl Rayon Məhkəməsinin 2(066)-31/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim R.Mustafayev) İddiaçı cavabdehlər Göygöl rayon Notariat ofisinə, Cavabdeh3 və Cavabdeh2 qarşı “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

46. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etmədiyindən və bu hal qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edildiyindən, müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edən mötəbər sübutu təqdim edəbilmədiyindən iddiaçını hazırki məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli miras əmlakın üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. Belə olan halda onun mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddiası rədd edilməlidir.

47. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1146, 1151, 1159, 1243,1247 maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarına və Azərbaycan Respublikası MPM-in 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

48. Göygöl Rayon Məhkəməsinin 2(066)-31/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı hüquqi varisi (arvadı) X29 nümayəndəsi (vəkil) Vəkil3 apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-31/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və onun yanında qalan oğlu X3 üçün iddiaçı X34 aliment kəsilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

49. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəlişəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun14 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməs iüçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələb iilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb ”anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəs iüçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. İddiaçı hazırki iddianı məhkəmədə xx.xx.2023-cü ildə qaldırmış və Göygöl rayon məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(066)-949/2023 saylı qərardadı ilə onun cavabdeh Göygöl rayon Notariat Ofisinə qarşı “vərəsəliyin müəyyən edilməsi” tələbinə dair mülki işin icraatı, Azərbaycan Respublikası Ali Məhkəməsinin “miras” məsələsi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə verdiyi sorğu üzrə qərar qəbul edilənədək dayandırılmışdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya MəhkəməsiPlenumunun 26 dekabr 2023-cü il tarixli qərarı qəbul olunduqdan sonra işin icraatı təzələnmişdir. Qərarın 3-cü bəndinə əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Qeyd etmişlər ki, İddiaçı Qarabağ Müharibəsi əlili olmaqla uzun müddət stasionar və ambulator müalicələrdə olmuşdur. 03 oktyabr 2007-ci ildə anası X22 vəfat edərkən, xx.xx.2014-cü ildə qardaşı X47 vəfat edərkən də, xəstə olmuşdur. Bunu təsdiq edəcək «Mingəçevir şəhər Mərkəzi Xəstəxanası» PHŞ-nin 21 avqust 2024-cü il tarixli arayışını təqdim etmişik. Həmin arayışdan görünür ki, İddiaçı 05 noyabr 2007-ci il tarixdən 16 noyabr 2007-ci il tarixədək əmək qabiliyyəti olmamışdır. 28 noyabr 2007-ci il tarixində Mingəçevir ŞMX-ya kəskin baş ağrısı, baş gicəllənmə, ürəkbulanma, ümumizəiflik şikayətləri ilə müraciət etmiş, müayinə olunmuş və davamlı olaraq ambulator müalicələr almışdır. 28 oktyabr 2008-03 noyabr 2008 ci il tarixində ona «sağ tərəfli boğulmuş çəp qasıq yırtığı» diaqnozu qoyulmuş və cərrah əməliyyat icra olunmuşdur. 07 yanvar 2011-05 noyabr 2011-ci il tarixdə «vegetativi dammar distoniyası, tevrasteniya» diaqnozu ilə stasionar müalicə almış, xx.xx.2013- xx.xx.2013-cü il tarixində isə ÜİX kardioskleroz, kəskin koronar sindromdiaqnozu ilə stasionar müalicə olunmuşdur. xx.xx.2014-xx.xx.2014-cü il tarixində «kəskin beyinciyin sağ yarımkürəsinin işemik tip insultu» diaqnozu ilə Mingəçevir ŞMX – dastasionar müalicə almış, daha sonra isə xx.xx.2014-xx.xx.2014, xx.xx.2014xx.xx.2014, xx.xx.2014-xx.xx.2014, xx.xx.2014- 2012. 2014, xx.xx.2015-xx.xx.2015, xx.xx.2016- xx.xx.2016, xx.xx.2016-xx.xx.2016, xx.xx.2016- xx.xx.2017, xx.xx.2017xx.xx.2017, xx.xx.2017- 16. 03. 2017 , xx.xx.2017-xx.xx.2017, xx.xx.2018-xx.xx.2018, xx.xx.2019-xx.xx.2019, xx.xx.2021- xx.xx.2021,xx.xx.2022-xx.xx.2022,xx.xx.2023xx.xx.2023-cü il tarixlərində davamlı olaraq stasionar müalicələr almışdır. Məhz bu xəstəliklər səbəbindən 21 noyabr 2016-cı ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə xəsarətlərinin hərbi travma, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınması təsdiq olunmuş və xx.xx.2017-ci ildə «Spastik hemiplegiya, sol tərəfli hemiparez, hərəkətin məhdudlaşması diaqnozu ilə 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Notariusa 2018-ci ildə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müraciət etmiş, ancaq müddət ötdüyündən ərizəsi təmin olunmamışdır. Xəstəliyi səbəbindən mirasın qəbulu ilə bağlı ərizənin verilməsi müddətini ötürmüş, ancaq bu müddət ərzində anası Cəmilə Hüseynovanın ona verdiyi vəsiyyətnamə özündə olmuş və vəsiyyətnamə bu gündə qüvvədədir, ləğv olunmamışdır. Prosessual qanunvericiliyin pozulması ilə bağlı məhkəmə Azərbaycan Respublikası MPM-in 82-ci maddəsinə istinad edərək göstərmişdir ki, «Məhkəmə işin faktiki hallarını və yuxarıda qeyd edilən Qanunvericilik normalarını nəzərdən keçirib qeyd etmişdir ki, İddiaçı hazırki iddia tələbində mərhum anası X8 miras qalmış əmlakın vəsiyyət üzrə qəbulu müddətinin və mərhum qardaşı X21 miras qalmış əmlakın qanun üzrə qəbulu müddətinin uzadılmasını tələb etmiş olsa da, iddiaçı tərəfindən mərhum anası X8 və mərhum qardaşı X21 qalmış miras qəbul edilmədiyindən və bu hal əvvəlki məhkəmə araşdırmaları zamanı müəyyən edilərək, qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(104)-899/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X16, Verdiyeva (Rzayeva) Gülxar Nəriman qızına və Cavabdeh2, üçüncü şəxs Cavabdeh1na qarşı anası X8 və qardaşı X21 miras qalmış Göygöl rayonu, Toğana kəndində yerləşən 0.15 ha torpaq sahəsinə dair onun vəsiyyət və ya qanun üzrə payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilmədiyindən və qeyd olunan məhkəmə qətnaməsində müəyyən edilmiş hallar hazırki iddia tələbi üzrə preyudisial əhəmiyyət daşıdığından artıq iddiaçının mərhum anasından və mərhum qardaşından qalmış mirasın qəbulu ilə bağlı müddəti mübahisələndirməsi üçün qanuni əsaslar aradan qalxmışdır» (qərardadın 15-ci səhifəsinin son və 16-cı səhifəsinin ilk abzasları) Məhkəmə daha əvvəlki əsasla iddianı baxılmamış saxlamış, Gəncə Apellyasiya Məhkəməsinin 2 4 may 2024-cü il tarixli 2(104)-1379/2024saylı qərardalı ilə baxılmamış saxlama barədə qərardadı ləğv edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası həmin qərardadında məhkəmənin həmin mövqeyi ilə razılaşmamışdır. Məhkəmənin istinad etdiyi Göygöl Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(066)-602/2019 saylı qətnaməs i və Gəncə Apellyasiya Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(104)- 899/2021 nömrəli qətnaməsindən görünür ki, mənim tələbim cavabdehlər X16, Verdiyeva(Rzayeva) Gülxar Nəriman qızına və HəsənovXaliq Nəriman oğluna, üçüncü şəxs Cavabdeh1na qarşı Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq, anası X8 və qardaşı X21 miras qalmış Göygöl rayonu, Toğana kəndində yerləşən 0.15 ha torpaq sahəsinə dair onun və vəsiyyət və ya qanun üzrə payının müəyyən edilməsi barədə olmuşdur. Mülki prosessual qanunvericiliyin tələbləri baxımından işi mahiyyəti üzrə həlledən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. İş üzrə məhkəmə qətnaməsi çıxarılmadığından məhkəmə işin fakitiki halları barədə səhv nəticəyə gəlmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

50. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

51. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı hüquqi varisi (arvadı) X29 nümayəndəsi (vəkil) Vəkil3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ilk iddia xx.xx.2023-cü ildə qaldırılmışdır. İddia mirasın qəbul edilməsinə dair olmuşdur. Ali məhkəmə miras məsələləri ilə bağlı qərar qəbul etdikdən sonra həmin işə qərardadla xitam vermişdir. Miras qoyan xx.xx.2007-ci ildə vəfat etmişdir. Miras qoyan X5 anasıdır. X58rdaşı – xx.xx.2014-cü ildə vəfat etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, Natiq xx.xx.2024-cü ildə vəfat etmişdir. 2015-ci ildə Natiq anasının sənədlərində səhv olduğu üçün məhkəməyə müraciət etmişdir.

52. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı hüquqi varisi (arvadı) X44 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq isə bildirmişdir ki, 1993-cü ildə iddiaçı xəstə olmuşdur. 2019-cu ildə məhkəməyə müraciət etmişdir. Anası xəstə olanda Natiq ona baxdığı üçün evi Natiqə bağışlamışdır.

53. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, miras qoyan Cəmilə 2007-ci ildə vəfat etmişdir.

54. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X37 apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, 1984-cü ildən həmin evdə yaşayır. 1995-ci ildə əri öləndən sonra onu qaynanası getməyə qoymamış, Natiqə də tapşırmışdır ki, ona və uşaqlara dəyməsin. Elşən isə xəstə olub. Arayışlar yoxlanılsa qanunsuz olduğu aşkar olunar.

55. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh3, Cavabdeh2 Mehman oğlu və Göygöl rayon 1 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

56. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

57. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

58. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

59. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

60. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

61. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

62. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

63. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

64. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

65. 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

66. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

67. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

68. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

69. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

70. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

71. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

72. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

73. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

74. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

75. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

76. Hazırkı apellyasiya şikayətində qətnamə bütünlüklə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

77. Məhkəmə kollegiyası tərəfin izahatını və apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-31/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

78. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İddiaçı tərəf apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, İddiaçı Qarabağ Müharibəsi əlili olmaqla uzun müddət stasionar və ambulator müalicələrdə olmuşdur. 03 oktyabr 2007-ci ildə anası X22 vəfat edərkən, xx.xx.2014-cü ildə qardaşı X47 vəfat edərkən də xəstə olmuşdur. Bunu təsdiq edəcək «Mingəçevir şəhər Mərkəzi Xəstəxanası» PHŞ-nin 21 avqust 2024-cü il tarixli arayışını təqdim etmişlər. Məhkəmə kollegiyası apellyatorun dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, 03 oktyabr 2007-ci ildə anası X22, xx.xx.2014-cü ildə qardaşı X47 vəfat etmiş, İddiaçı isə mirasın qəbulu üçün müəyyən edilmiş müddətin uzadılması ilə bağlı xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, mirasın açıldığı vaxtdan kifayət qədər uzun bir müddət ötmüşdür. Həmin müddət ərzində iddiaçı Azərbaycan Respublikasında olmuş və mirasın açılmasından xəbərdar olmuşdur. İddiaçının hüquqi varisi tərəfindən iddiaçının müxtəlif vaxtlarda stasionar müalicələrdə olması barədə sənədlər təqdim edilsə də, həmin sənədlərdən görünür ki, iddiaçının 2007-ci ildən 2023-cü ilədək və 2014-cü ildən 2023-cü ilədək mirasın qəbulu üçün müraciət etməyə kifayət qədər imkanı olmuşdur. İddiaçı buraxılmış müddətin üzrlü olması ilə bağlı yetərli sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu onu da, qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, apellyasiya şikayətinin qeyd edilən dəlili əsassızdır.

79. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, həmin hissədə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin 2(066)-31/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

80. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Göygöl Rayon Məhkəməsinin 2(066)-31/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən qətnaməsindən İddiaçı hüquqi varisi (arvadı) X29 nümayəndəsi, vəkil X42 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-31/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar