Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2369/2024 19.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı3, İddiaçı2, onun nümayəndəsi və vəkili Vəkil1 və cavabdeh, həmçinin digər Cavabdeh3 nümayəndəsi Cavabdeh2 iştirakları ilə, Gədəbəy Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(042)-288/2024 nömrəli qətnaməsindən iddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Tovuz Regional “ASAN Xidmət” Mərkəzi notariat ofisinə qarşı miras kütləsinə daxil olan və mərhum ataları X1 miras qalan, Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Gədəbəy şəhərində yerləşən 0.12 ha torpaq sahəsinin və AR DƏDRX 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Gədəbəy şəhəri,İbrahim Mirzəyev küçəsi,ev 18 ünvanında yerləşən 0,25 ha torpaq sahəsində olan fərdi yaşayış evinin 1/3 hissəsinin onlar tərəfindən qəbul edilməsi müddətinin uzadılması, onların vərəsəlik hüququnun tanınması, həmin mülkə dair Tovuz Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququna dair xx.xx.2022-ci il tarixli, 2V-510 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(042)-288/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim F.Mirzəquliyev) iddia rədd edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(042)-288/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hesab etmişdir ki, X2 ölümüdən sonra ondan qalmış mirası Cavabdeh3 və Cavabdeh2 qəbul etmişlər. Digər vərəsələr İddiaçı1, İddiaçı2 və İddiaçı3 atalarından qalmış mirası Mülki Məcəllənin 1246-cı maddəsində nəzərdə tutulmuş müddətdə qəbul etməmiş, miras qəbul etmək üçün notariat orqanına heç bir ərizə verməmişlər. İddiaçılar miras qoyanın vəfatı ilə mirasın açıldığını bilmiş, lakin mirasın açıldığı vaxtdan iki ildən çox vaxt keçməsinə baxmayaraq mirası qəbul etmələrini ifadə edən heç bir hərəkətlər etməmişlər. Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, iddia ərizəsi məhkəməyə 09 yanvar 2024- cü il tarixdə yəni, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı qəbul edildikdən sonra daxil olmuşdur və həmin qərarın təsiri dairəsinə düşmür. İddiaçılar tərəfindən təqdim edilmiş qəbz işin məhkəməyə 21 dekabr 2023-cü il tarixdə qəbul edilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilməməlidir. Bundan başqa, iddiaçılar miras əmlakın qəbul edilməsi müddətinin uzadılmasını xahiş etməklə mirasın qəbul edilməsi institutunun qüvvədə olması halını etiraf etmişlər. Cavabdeh Tovuz Regional “ASAN Xidmət” Mərkəzi notariat ofisinə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, atası X4 xx.xx.2021-ci ildə ölmüşdür. Ondan miras olaraq Şəmkir ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Gədəbəy şəhərində yerləşən 0.12 ha torpaq sahəsi və DƏDRX 11 saylı əraziidarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.25 ha torpaq sahəsində olan fərdi yaşayış evinin 1/3 hissəsi miras olaraq qalmışdır. Cavabdehlərdən Cavabdeh3 anası, Cavabdeh2 isə bacısıdır. Mərhum atasının vəfatından sonra, evdə anası yaşamış, özünün isə Bakı şəhərində evi vardır. Mirasın qəbul müddətini üzürsüz səbəblərdən ötürmüşdür. Bununla belə, hesab edir ki, onların hər birinə vərəsəlik payları verilməlidir. İddiaçı2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, onun Gədəbəydə öz evi var. Lakin buna baxmayaraq mirasdan o da pay istəyir. 2022-ci ildə anası evin sənədləri götürüb Bakıya aparmışdır. Həmin vaxtdan sonra o bilmişdir ki, cavabdehlər vərəsəliyə dair Tovuz Notariat Ofisində şəhadətnamə almışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və Gədəbəy Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(042)-288/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpa edilməsi tələbinə dair iddianın təmin edilməsini xahiş etdi. İddiaçı3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə eyni məzmunlu izahat verdi. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və Gədəbəy Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(042)-288/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpa edilməsi tələbinə dair iddianın təmin edilməsini xahiş etdi. İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, hazırkı iş üzrə iddia ərizəsi məhkəməyə 21 dekabr 2023-cü il tarixdə verilmişdir ki, ona görə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının təsiri dairəsinə düşür. Həmin ərizənin 09 yanvar 2024- cü il tarixdə yəni, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı qəbul edildikdən sonra daxil olması kimi qeydə alınması onların günahından olmayıbdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, çGədəbəy Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(042)-288/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh, həmçinin digər Cavabdeh3 nümayəndəsi Cavabdeh2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, izahatında göstərdi ki, atasından sonra evdə anası yaşamışdır. Anası atasının 40 mərasiminə qədər orada qalmış, sonra o, anasını Bakıya aparmışdır. Valideynlərinə o baxmış, həmçinin, anası da iddiaçılara pay verilməsini istəmir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gədəbəy Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(042)-288/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(042)-288/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: AZ-1824292 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1970-ci il tarixdə doğulmuşdur,, onun atası qrafasında X4, anası qrafasında X10 qeyd edilmişdir. AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 xx.xx.1966-cı il tarixdə doğulmuşdur,onun atası qrafasında X4, anası qrafasında X10 qeyd edilmişdir AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 xx.xx.1968-ci il tarixdə doğulmuşdur,onun atası qrafasında X4, anası qrafasında X10 qeyd edilmişdir. İİ-JQ 309171 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İmanova (Sadıxova) Vüsalə Məmmədəli qızı xx.xx.1974-cü il tarixdə doğulmuşdur, onun atası qrafasında X7, anası qrafasında X10 qeyd edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(042)-195/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı1 və İddiaçı3 Məhəmmədəli qızının X3 tam mülkiyyət hüququ ilə məxsus Gədəbəy şəhəri, İbrahim Mirzəyev küçəsində yerləşən 18 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilmişdir. AZ-İİ 254320 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə tam pay olaraq X2 adına, evin yerləşdiyi 0.25 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ümumi birgə mülkiyyət olaraq X4, Cavabdeh3 və Cavabdeh2 adına xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. RX seriyalı ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy şəhərində yerləşən 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə tam pay olaraq X2 adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. A № 372173 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə X2 adına Gədəbəy şəhərində yerləşən 0.12 ha torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli, 2V-510 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsələri kimi Cavabdeh3 və Cavabdeh2 olması və onların hər birinin miras əmlakdan ½ hissə pay almalı olduğu, verilən miras əmlakın ünvan 2 ünvanında mülkiyyətdə olan 0.25 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 150.1 kv.m, yaşayış sahəsi 85.9 kv.m, yardımçı sahəsi 64.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evindən və həmin torpaq sahəsinin mərhuma aid hissəsindən və Gədəbəy şəhərində yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsindən ibarət olduğu müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli elektron çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.25 ha torpaq sahəsi Cavabdeh2 Məmmədli qızı və Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilmişdir. xx.xx.2022-ci il tarixli, 4Ə-843 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 ümumi birgə mülkiyyətdə olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.25 ha torpaq sahəsinin ona məxsus olan hissəsini Cavabdeh2 bağışlamışdır. xx.xx.2022-ci il tarixli, 4Ə-844 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 ümumi birgə mülkiyyətdə olan, Gədəbəy şəhəri, ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin ona məxsus olan hissəsini Cavabdeh2 bağışlamışdır. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışın surətindən görünür ki, ünvan 2 (yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.25 ha torpaq sahəsi tam pay olaraq Cavabdeh2 Məmmədli qızının adına qeydə alınmışdır. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışın surətindən görünür ki, Gədəbəy şəhəri, ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi tam pay olaraq Cavabdeh2 Məmmədli qızının adına qeydə alınmışdır. A № 798010 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh2 Məmmədli qızının adına Gədəbəy şəhərində yerləşən 0.12 ha torpaq sahəsi ilə əlaqədar tərtib edilmişdir. Gədəbəy RİHB-nin Gədəbəy Şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X2 adınadır, həmin evdə X4 və Cavabdeh3 qız qeydiyyatdadır. X2 övladları İddiaçı2, Cavabdeh2, İddiaçı1, İddiaçı3 başqa ünvanda yaşayırlar. Gədəbəy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı2 ailə tərkibi kimi atası X7, anası Cavabdeh3, qardaşı İddiaçı1, bacısı İddiaçı3 və bacısı Cavabdeh2 göstərilmişdir. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, miras qoyan X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi, həmin evin yerləşdiyi ümumi birgə mülkiyyətdə olan 0.25 ha torpaq sahəsinin X3 məxsus olan hissəsi və Gədəbəy şəhərində yerləşən 0.12 ha torpaq sahəsi miras qalmışdır. X2 ölümüdən sonra ondan qalmış mirası Cavabdeh3 və Cavabdeh2 qəbul etmişlər. Digər vərəsələr İddiaçı1, İddiaçı2 və İddiaçı3 atalarından qalmış mirası Mülki Məcəllənin 1246-cı maddəsində nəzərdə tutulmuş müddətdə qəbul etməmiş, miras qəbul etmək üçün notariat orqanına heç bir ərizə verməmişlər. İddiaçılar miras qoyanın vəfatı ilə mirasın açıldığını bilmiş, lakin mirasın açıldığı vaxtdan iki ildən çox vaxt keçməsinə baxmayaraq mirası qəbul etmələrini ifadə edən heç bir hərəkətlər etməmişlər. İddiaçılar mirasın qəbul edilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək uzadılmasını tələb etsələr də, mirasın qəbulu müddətinin uzadılması üçün heç bir üzürlü səbəb göstərməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, mirasın qəbulu müddətinin uzadılması üçün əsaslar olmadığından iddia tələbi bu hissədə rədd edilməlidir. Eləcə də məhkəmə o qənaətə gəlir ki, miras qəbulu müddətinin uzadılması üçün əsaslar müəyyən edilmədiyindən, iddia tələblərinin digər hissəsi olan vərəsəlik paylarının tanınması, qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi tələbləri də əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, iddia ərizəsi məhkəməyə 09 yanvar 2024-cü il tarixdə, yəni, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı qəbul edildikdən sonra daxil olmuşdur və həmin qərarın təsiri dairəsinə düşmür. İddiaşılar tərəfindən təqdim edilmiş qəbz işin məhkəməyə 21 dekabr 2023-cü il tarixdə qəbul edilməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilməməlidir. Bundan başqa, iddiaçılar miras əmlakın qəbul edilməsi müddətinin uzadılmasını xahiş etməklə mirasın qəbul edilməsi institutunun qüvvədə olması halını etiraf etmişlər Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən edildi ki, miras qoyan X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi, həmin evin yerləşdiyi ümumi birgə mülkiyyətdə olan 0.25 ha torpaq sahəsinin X3 məxsus olan hissəsi və Gədəbəy şəhərində yerləşən 0.12 ha torpaq sahəsi miras qalmışdır. X2 ölümüdən sonra ondan qalmış mirası Cavabdeh3 və Cavabdeh2 qəbul etmişlər. xx.xx.2022-ci il tarixli, 2V-510 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsələri kimi Cavabdeh3 və Cavabdeh2 olması və onların hər birinin miras əmlakdan ½ hissə pay almalı olduğu, verilən miras əmlakın ünvan 2 ünvanında mülkiyyətdə olan 0.25 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 150.1 kv.m, yaşayış sahəsi 85.9 kv.m, yardımçı sahəsi 64.2 kv.m olan 3 otaqlı fərdi yaşayış evindən və həmin torpaq sahəsinin mərhuma aid hissəsindən və Gədəbəy şəhərində yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsindən ibarət olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, X2 xx.xx.2021-ci il tarixdə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə xx.xx.2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə, qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 miras əmlakı nə qanunda müəyyən edilmiş müddətdə (3-6 ay müddətində) notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməməklə rəsmi qaydada, nə də ki, miras əmlaka sahiblik etməməklə, onu idarə etməməklə faktiki olaraq mirası qəbul etməmişlər. İddiaçılar cavabdeh olan bacılarının mirası qəbul edərkən, onlara məlumat vermədiyindən üzrlü səbəbdən mirası qəbul edə bilməmələrini göstərsələr də, həmin hal mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti gecikdirmənin səbəbinin üzrlü hesab edilməsinə əsas vermir. Belə ki, mülki qanunvericilik üç aylıq müddətin uzadılmasına əsas olan üzrlü səbəblərin dairəsini müəyyənləşdirməsə də, mülki hüquq elmində (doktrinasında) hansı halların üzrlü sayılmasına xüsusi diqqət yetirilir. Ayrı-ayrı müəlliflər həmin hallara aid edirlər: vərəsənin xəstələnməsi, vərəsənin uzaq yerə ekspedisiyaya getməsi, vərəsənin ordu sıralarında müddətli hərbi xidmətdə olması, vərəsənin xaricdə olması, vərəsənin azadlıqdan məhrumetmə yerində olması, vərəsənin uzun müddətli ezamiyyətdə olması və s. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə mirası həm faktiki, həm də rəsmi qaydada qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə iddiaçıların mərhum X1 qalmış mirasın qəbul edilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddəti üzürlü səbəblərdən ötürməsi müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin 29 may 2024cü il tarixli, 2(042)-288/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı X5 apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(042)-288/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2369/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2369/2024
19.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver