Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2378/2024 16.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu, Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra- iddiaçı) Cavabdehnə (bundan sonra- cavabdeh) qarşı “borcun silinməsi” dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)- 3001/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxılaraq qətnamə qəbul edildi. İşin halları Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında xx.xx.2021ci il tarixli ******* nömrəli akta əsasən, iddiaçının Şəmkir şəhəri, H.Aslanov küçəsində yerləşən yaşayış sahəsinə quraşdırılmış sayğac acılaraq yoxlamaya göndərilmişdir. Müəyyən edilmişdir ki, sayğac ALARM-1 rejiminə düşüb və sayğacdaki plombun biri açılıb düşmüşdür. xx.xx.2022-ci il tarixdə qaz sayğaçının yoxlanılması barədə MSK 29/1710-Q0232-1 nömrəli akt tərtib edilmiş və müəyyən edilmişdir ki, sayğacın klapanı işlək deyil. Yivli birləşmələr korroziyaya uğrayıb. Sağ metrologiya plombu deşilib. Sayğacın yaddaş axrxivi oxundu. Sayğacda xx.xx.2021-ci il tarixdə ALARM-1 rejimi aşkar olunub. Bundan sonra xx.xx.2023-cü il tarixdə X1 pozulması haqqında ******* nömrəli akt tərtib edilmişdir. Akt əsasında xx.xx.2023-cü il tarixdə Dəymiş ziyanın bərpasına dair Tələbnamə ilə 12960 m3 qaz sərfiyyatı hesablanmış və buna müvafiq 1555,20 manat borc 2023-cü ilin mart ayında iddiaçının abonent hesabına işlənmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsasladırmışdır ki, ailəsi ilə birlikdə Şəmkir şəhərində yaşayır. Cavabdeh İB-nin əməkdaşları evə quraşdırılmış sayğacı çıxararaq yenisi ilə əvəz etmişlər. Üstündən illər keçdikdən sonra cavabdehin nümayəndələri onun evinə gələrək, 1.551 manat borcunun olmasını bildirmişlər. Bundan sonra məsələni aydınlaşdırmaq üçün Cavabdeh İB–nin X4 İstismar Sahəsinə getmiş, orada məlum olmuşdur ki, onun məlumatı olmadan cavabdehin əməkdaşları tərəfindən akt tərtib edilmiş və ona 1.551 manat borc hesablanmışdır. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın təmin edilərək, hesablanmış 1.551 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, akta əsasən guya sayğacın sağ metrologiya plombunun deşilməsi müəyyən edilmiş, bununla da guya onun tərəfindən sayğaca müdaxilə edilməsi faktı aşkar olunmuşdur. Halbuki, o, tərtib edilmiş aktla razılaşmamışdır. Belə ki, həmin qaz sayğacı çöldə yerləşir və onun tərəfindən hər hansı müdaxilənin edilməsi qeyri-mümkündür. Tərtib olunmuş aktın isə nə vaxt və kim tərəfindən tərtib edilməsindən məlumatı olmamışdır. İstifadə etdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında ödəmiş və onun heç vaxt borcu olmamışdır. Bu hal isə ona dəlalət edir ki, tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış cərimə əsassız və qanunsuz olmuşdur. Hazırda Cavabdeh İB-nin əməkdaşları ondan həmin borcun ödənilməsini tələb edirlər və əks halda təbii qazın verlişini dayandıracaqlarını bildirirlər. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın təmin edilərək, xx.xx.2023–cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1.551 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə iclası sonuncunun nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) xx.xx.2024-cü il tarixli 2(076)-3001/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək “xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1551 manat borcun silinməsi” qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçının törətdiyi əmələ görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı, eləcə də iddiaçının sayğaca müdaxilə etməsi, habelə təbii qazın sərfiyyatı ilə bağlı yaranmış borcun yaranma səbəbinin və hesablanması qaydasının qanuna uyğun olduğu barədə sübut təqdim edə bilməmiş, ona görə də xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında iddiaçıya Cavabdeh İB–nin əməkdaşları tərəfindən təbii X1 pozulması halına görə hesablanmış cərimə borcu silinməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin əməkdaşları xx.xx.2023–cü il tarixli aktı tərtib edərkən abonentin aktı imza etməkdən imtina etməsini qeyd etmiş, habelə aktın qeyd hissəsində abonentin qapısının bağlı olmasını göstərmişdir. Bu hal isə bir daha onu deməyə əsas verir ki, tərtib edilmiş akt heç bir sübuta əsaslanmadan, formal şəkildə tərtib edilmişdir. Məhkəmə, həmçinin iddiaçının tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçıya məxsus sayğacın evin daxilində deyil, küçədə yerləşməsi nəzərə alınsa, həmin sayğaca iddiaçı tərəfindən hər hansı gözlə görünən müdaxilənin edilməsi ağlabatan və inandırıcı hesab edilmir. Birinci instansiyası məhəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.2, 4.8, 4.9, 6.5, “X3” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1–ci bəndi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-3001/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Nazirlər Kabinetinin xx.xx.2011- ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi iddiaçıya qaz sayğacına qanunsuz müdaxilə olunduğuna sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2023-cü ilin mart ayında iddiaçının abonent hesabına işlənilmişdir. “X3” qanunun 3.1-ci maddəsinin tələblərinə görə qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanılması müvafiq tələblərə cavab verməlidir. 3.2-ci maddəsinə əsasən, qaz qurğuları qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun tərkibinin və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır. Həmin qanunun 4-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, istehlakçı bu qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. İddia tələbinin ilk hissəsində qeyd edilən 2023-cü ilin mart ayında hesablanmış borc məbləği sayğaca qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş təbii qaza görə hesablanmışdır və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayəinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, Cavabdeh İB-nin əməkdaşları bir neçə il əvvəl evə quraşdırılmış sayğacı çıxararaq yenisi ilə əvəz etmişlər. Üstündən illər keçdikdən sonra cavabdehin nümayəndələri onun evinə gələrək, 1550 manat borcunun olmasını bildirmişlər. Həmin qaz sayğacı çöldə yerləşir və onun tərəfindən hər hansı müdaxilənin edilməsi qeyri-mümkündür. Sayğaca Azəriqaz İBnin əməkdaşları sayğacı dəyişərkən özləri müdaxilə etmişlər. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011–ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Maddə 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Maddə 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. X3 Azərbaycan Respublikası Qanunu Maddə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-3001/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən, iddiaçının Şəmkir şəhəri, H.Aslanov küçəsində yerləşən yaşayış sahəsinə quraşdırılmış sayğac acılaraq yoxlamaya göndərilmişdir. xx.xx.2022-ci il tarixdə qaz sayğaçının yoxlanılması barədə MSK 29/1710-Q0232-1 nömrəli akt tərtib edilmiş və müəyyən edilmişdir ki, sayğacın klapanı işlək deyil. Yivli birləşmələr korroziyaya uğrayıb. Sağ metrologiya plombu deşilib. Sayğacın yaddaş axrxivi oxundu. Sayğacda xx.xx.2021-ci il tarixdə ALARM-1 rejimi aşkar olunmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixdə X1 pozulması haqqında ******* nömrəli akt tərtib edilmişdir. Akt əsasında xx.xx.2023-cü il tarixdə Dəymiş ziyanın bərpasına dair Tələbnamə ilə 12960 m3 qaz sərfiyyatı hesablanmış və buna müvafiq 1555,20 manat borc 2023-cü ilin mart ayında iddiaçının abonent hesabına işlənmişdir. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi qazpaylayıcıya o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, X1 6.5-2-ci bəndinin tələbləri məhz istehlakçının təqsirli hərəkətlərini nəzərdə tutur ki, cavabdeh sayğacda yaranmış qusurların məhz iddiaçı olan istehlakçının təqsirli hərəkətlərindən əmələ gəlməsini sübut etməlidir. Sayğacda aşkar edilmiş qüsurlardan biri də sayğacın Yivli birləşmələrin korroziyaya uğramasıdır ki, açıq səma altında quraşdırılmış sayğacın daxili mexanizmlərinin korroziyaya uğraması istina deyildir və bu hal istehlakçının təqsirindən baş verməyədə bilər. Eyni zamanda məhkəmə X1 4.8-ci bəndinin tələblərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Hazırki iş üzrə istehalakçı olan iddiaçının qaz sayğacının işlək vəziyyətdə saxlanılması vəzifəsi məhz cavabdehin üzərinə düşür ki, cavabdeh sayğaca müdaxilənin məhz iddiaçı tərəfindən həyata keçirildiyi sübut edə bilməmişdir. Bunlardan başqa məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən sayğaca müdaxilə edildiyini və bunun nəticəsində təbii qazın talanması halları baş verdiyini iddia edərək dəymiş ziyan hesablasa da X2 6.5-ci bəndinin və X3 Qanunun 8-1-ci maddəsinin tələbləri baxımından tədbir görməmişdir ki, hazırki vəziyyətdə iddiaçının istər inzibat, istərsə də cinayət mühakimə icraatı qaydasında təqsiri müəyyən olunmadığından cavabdeh iddiaçıdan hər hansı ziyan tələb edə bilməz. Sonda məhkəmə cavabdehin apellyasiya şikayətində istinad etdiyi qanunvericilik aktlarına qiymət verilməsini zəruri hesab edir. Cavabdeh “X3” qanunun 3 və 4-cü maddəslərinə istinad edir. Qanunun 3-cü maddəsi “Ümumi tələblər” adlanır və həmin maddəsinin hazırki mübahisənin həllinə təsiri yoxdur. Cavabdeh eyni zamanda “X3” qanunun 4-cü maddəsinin 2-ci hissəsinə istinad edərək bildirir ki, istehlakçı bu qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Məhkəmə cavabdehin diqqətinə çatdırılmasını zəruri hesab edir ki, istinad olunan qanunun 4-cü maddəsi 30 sentyabr 2015-ci il tarixli 1326-İVQD nömrəli Azərbaycan Respublikası Qanuna əsasən yeni redaksiyada verilmişdir. Cavabdehin istinad etdiyi hazırda qüvvədə olan 4-cü maddəsinin 2-ci bəndinə əsasən, “istehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə görə ödəniş tələb olunmur. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin qiymət verilən dəlili 2015-ci ildə qüvvədə düşmüş qanunvericilik normasına əsaslanır ki, apellyasiya şikayətinin digər dəlilləri kimi qiymət verilən dəlildə əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan, müzakirə olunan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-3001/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2378/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2378/2024
16.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver