Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2399/2023 22.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Əliyev Rafiq Çingiz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, üçüncü şəxs BDYPİ Gəncə Rayon Qeydiyyat İmtahan və X2rşı avtomobilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun təmin edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3875/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3875/2023 saylı qətnaməsi ilə (hakim M.Mustafayev) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, üçüncü şəxs BDYPİ Gəncə Rayon Qeydiyyat İmtahan və X2rşı avtomobilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun təmin edilməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Gəncə şəhər Məhkəməsinin 31 iyul 2023-cü il tаriхli,2 (125)-3875/2023 nömrəli qətnаməsinin ləğv еdilməsinə və iddiа tələbinin tаm təmin еdilməsinə dаir yеni qətnаmənin çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, üçüncü şəxs BDYPİ Gəncə Rayon Qeydiyyat İmtahan və X2rşı avtomobilə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə nümayəndə olaraq onun adından bağlanmış xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin dövlət qeydiyyat şəhadətnaməsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı özünə məxsus olan Mersedes Benz 200E markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili cavabdehlərdən olan Cavabdeh1 idarə edilməsi üçün etibarnamə ilə vermişdir. Cavabdeh1 ona etibarnamə verildikdən sonra o, həmin avtomobili onun razılığı olmadan mülkiyyət hüquqlarını pozaraq həmin avtomobili cavabdehlərdən olan Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlamışdır. Onun iradəsi olmadan, ona məxsus olan, mülkiyyətində olan avtomobilə dair alqı-satqı müqaviləsi bağlanan zaman onun iradəsinə uyğun olmayan bir müqavilədir. Qeyd olunan Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi görüntü xarakterli müqavilədir. Cavabdeh2 həbs olunmuş və həbs olunduqdan sonra fəaliyyət qabiliyyəti olmayan şəxs kimi barəsində Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin tələbinə əsasən məcburi müalicə tətbiq edilmişdir. Odur ki, Cavabdeh2 ilə nümayəndə olaraq onun adından bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin dövlət qeydiyyat şəhadətnaməsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi sübutlаrlа iddiа tələbi təsdiq оlunmаsınа bахmаyаrаq təmin еdilməməsi tаm əsаssız və qаnunsuzdur. Belə ki, cаvаbdеhlə аrаlarındа bаğlаnmış аlqı-sаtqı müqаviləsi yаlаndаn bаğlаnmış müqаvilə оlmuş, onun tərəfindən cаvаbdеhə аvtоmоbil fаktiki оlаrаq sаtılmаmışdır. Qаsımоv Аzər Pаşа оğlu ilə еtibаrnаmə əsаsındа iştirаk еtmiş Gözəlоv Rаmin Əli оğlu ilə Аbdullаyеv Qаbil Hidаyət оğlu аrаsındа xx.xx.2022-ci il tarixdə görüntü хаrаktеrli аlqı-sаtqı müqаviləsi bаğlаnmışdır. İş üzrə şаhid qismində dindirilmiş və cаvаbdеh Аbdullаyеv Qаbil Hidаyət оğlunun vаlidеynləri və Rаmin Gözəlоvun аnаsı Gözəlоvа Yаvər Murtuzа qızı dа şаhid qismində dindirilərək bildirmişlər ki, həqiqətən də Аbdullаyеv Qаbil Hidаyət оğlu аvtоmоbili digər cаvаbdеh Аdıgözəlоv Rаmin Əli оğlunа sаtmаmış və bunun üçün hеç bir pul ödəməmişdir. Qеyd оlunаn аvtоmоbil Rаmin Gözəlоvun istifаdəsində оlmuş, həmin аvtоmоbili Rаmin Gözəlоv öz аdınа rəsmiləşdirmək istəyərkən оnun pаspоrt qеydiyyаtının ləğv еdilməsi bахımındаn fоrmаl оlаrаq Qаbil Аbdullаyеv аvtоmоbili öz аdınа rəsmiləşdirmiş sоnrа isə аvtоmоbili оnа qаytаrmаq istəməmişdir. Cаvаbdеh Аbdullаyеv Qаbil Hidаyət оğlu digər cаvаbdеh Rаmin Gözəlоvun əmi nəvəsidir. Sаdəcə оlаrаq Rаmin Gözəlоvun yuхаrdа qеyd еdildiyi kimi pаspоrt qеydiyyаtı Gəncə İnzibаti Məhkəməsinin qərаrı ilə ləğv еdilmişdir. Lakin məhkəmə qətnаməsində tərəflər аrаsındа bаğlаnmış аlqı-sаtqı müqаviləsinin görüntü хаrаktеrli müqаvilə оlmаsının sübut оlunmаmаsı qənаətinə gəlsə də şаhid ifаdələrini qiymətləndirməyərək səhv nəticəyə gəlmişdir. İş mаtеriаllаrındа qеyd оlunаn аvtоmоbilin аlqı-sаtqısı üçün cаvаbdеh Qаbil Аbdullаyеv tərəfindən sаtqısı üçün cаvаbdеh Qаbil Аbdullаyеv tərəfindən cаvаbdеh Rаmin Gözəlоvа аvtоmоbilin аlqı-sаtqısı ilə bаğlı hər hаnsı pul vəsаitinin vеrilməsinə dаir hеç bir sübut yохdur. Əksinə cаvаbdеh Qаbil Аbdullаyеvin vаlidеyni məhkəmədə bildirmişdir ki, Qаbil Аbdullаyеvin özünün övlаdlаrını bеlə sахlаyа bilmir və hаzırdа оnun Gəncə şəhəri üzrə İcrа İdаrəsində оnun 7000 mаnаt məbləğində аlimеnt bоrcu vаrdır. Əgər həqiqətən də Qаbil Аbdullаyеvin pulu оlsаydı о həmin аlimеnt bоrcunu ödəyərdi. Hаzırdа Qаbil Аbdullаyеv аvtоmоbili öz аdınа rəsmiləşdirmişdir ki, icrа məmuru həmin аvtоmоbilin üzərinə həbs qоymаqlа məcburi icrа tədbirlərinə münаsibətdə öz cаnını qurtаrsın. Şаhid Gözəlоvа Yаvər də məhkəmə iclаsındа məhkəməyə bildirmişdir ki, оğlu Rаmin Gözəlоv Bаkı şəhərində оlаrkən еvə gələrək аvtоmоbillə bir yеrə gеdib gələcəyini və 1-2 sааtа аvtоmоbili gətirəcəyini bildirsə də sоnrаdаn аvtоmоbili mənimsəyərək аvtоmоbili vеrməkdən imtinа еtmişdir. Qаbil Аbdullаyеv psiхi хəstə оlduğu və оğlunа хəsаrət yеtirəcəyindən qоrхmuş, lаkin оğlu Rаmin Gözəlоv оnun аvtоmоbilinin Qаbil Аbdullаyеv tərərindən götürüldüyü və mənimsənildiyini bildirmişdir. Qеyd оlunаn dəlillər оnu göstərir ki, аvtоmоbilin аlqı-sаtqısı ilə bаğlı irаdə ifаdəsi оlmаmışdır. Аlqı-sаtqı müqаviləsi üzrə irаdəsi оlаrаq əşyаnın аlıcıyа vеrilməsi sаtıcının isə rаzılаşdırılmış pul məbləğinin vеrilməsi bаş vеrməmişdir. İşin hаllаrındаndа göründüyü kimi mübаhisələndirilən аlqı-sаtqı müqаviləsi bаğlаndığı аndаn еtibаrsızdır və fоrmаl оlаrаq bаğlаnmışdır. Məhkəmənin isə bu hаllаrı аrаşdırmа nəticəsində müəyyən еdilməsinə bахmаyаrаq hüquqi qiymətləndirilməməsi əsаssız və ədаlətsiz məhkəmə qətnаməsinin çıхаrılmаsınа səbəb оlmuşdur. Məhkəmə tаm və оbyеktiv аrаşdırmа аpаrmаyаrаq qərəzli qətnаmə çıхаrmışdır. İşdə оlаn sübutlаrı düzgün qiymətləndirilməmişdir. Məhkəmə tərəfindən iş üzrə müvаriq cаvаbdеhlərin аrаsındа оlаn fаktiki münаsibətlər və cаvаbdеh Qаbil Аbdullyаеvin cаvаbdеh Rаmin Gözəlоvu аldаtmаsı nəticədə isə onun mülkiyyətində оlаn əmlаkındаn məhrum оlmаğı işin düzgün оlаrаq fаktiki hаllаrı аydınlаşdırılmаsınа bахmаyаrаq həm fаktiki hаllаrı və sübutlаrı düzgün qiymətləndirməməsi fаktiki dəlillərin аydınlаşdırılmаmаsı kimi qimətləndirilməlidir. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada dəfələrlə məlumatlandırılmış tərəflərdən İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Üçüncü şəxs BDYPİ Gəncə Rayon Qeydiyyat İmtahan və X6 isə məhkəməyə göndərdiyi məktubla işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı tərəfləri dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3875/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 15 aprel 2022-ci il tarixli “Nəqliyyat vasitəsinin alqısatqı Müqaviləsi”nin və etibarnamənin təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh1 (İddiaçı nümayəndəsi kimi) buraxılış ili 1989, mühərrik №-si **********7102, Ban №-siWDB1240211A935909 olan “Mersedes Benz 200E” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 4000 (dörd min) manata satmışdır. İş materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh1 buraxılış ili 1989, mühərrik №-si **********7102, Ban №-siWDB1240211A935909 olan “Mersedes Benz 200E” markalı **- LO-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini etibar etmişdir, etibarnamə İddiaçı adından X3 tərəfindən imza edilmişdir. İş materiallarında olan Gəncə şəhər Psixo-nevroloji dispanseri tərəfindən verilmiş məktubun surətindən görünür ki, Gəncə şəhəri, Bəndər küçəsi ev 39-da yaşayan, 1983-cü il təvəllüdlü vətəndaş Cavabdeh2 “Şizofreniya, paranoid forma” diaqnozu ilə Gəncə şəhəri, rayonlararası Psixonevroloyi dispanseri tərəfindən 1 saylı Respublika Psixiatriya xətəxanasına stasionar müalicə üçün göndərilmişdir İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məktubundan görünür ki, Cavabdeh2 xx.xx.2018-cı il tarixli müraciətinə əsasən Nazirliyin səyyar tibbisosial ekspert komissiyası tərəfindən əyani müayinə edilmiş, “hərbi xidmət dövründə” xəstələnmə səbəbi ilə təyin olunmuş müddətsiz 2-ci dərəcə əlilliyi əsaslı hesab edilmiş ve Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, Gəncə şəhəri Poçt qəsəbəsi Şəkinski küçəsi ev 51-də yaşayan Cavabdeh1 DİN-nin 102 xidmətinə, daha sonra isə 2-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək özünə məxsus Mersedes markalı 99-L0-957 qeydiyyat nişanlı avtomobilini dostu Cavabdeh2 adına keçirməsini və dostunun maşını qaytarmamasını bildirmişdir. Toplanmış materialda Cavabdeh1 göstərdiyi faktların məhkəmə orqanlarının səlahiyyətlərinə ald olduğu müəyyən edilmişdir. Vətəndaş Cavabdeh1 bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu ona izah olunmuşdur. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh1 buraxılış ili 1989, mühərrik №-si **********7102, Ban №- siWDB1240211A935909 olan “Mersedes Benz 200E” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini xx.xx.2021-ci il tarixli etibarnamə əsasında X1, sonuncu isə həmin səlahiyyətləri xx.xx.2021-ci il tarixli etibarnamə əsasında Cavabdeh1 etibar etmişdir. Cavabdeh1 isə ona verilmiş etibarnamə əsasında buraxılış ili 1989, mühərrik №-si **********7102, Ban №-si WDB1240211A935909 olan “Mersedes Benz 200E” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 4000 (dörd min) manata satmışdır. İddiaçı hazırki iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 ilə nümayəndə olaraq onun adından bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin dövlət qeydiyyat şəhadətnaməsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Halbuki işdəki etibarnamələrin və alğı-satqı müqaviləsinin surətləri ilə iddiaçının həmin avtomobili etibarnamə əsasında X1, sonuncun isə Cavabdeh1 verdiyi, avtomobilin Cavabdeh2 da Cavabdeh1 tərəfindən satıldığı təsdiq olunur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilik əqdləri mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər olmaqla iki qrupa bölmüş və mübahisə edilən əqdlərin etibarsız sayılmasını müqavilənin mübahisə edilməsi və müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi ilə şərtləndirmişdir. İddiaçı Cavabdeh1 ilə aralarında avtomobilin alqı-satqısını deyil, sadəcə Mersedes Benz 200E markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh2 adına sənədləşdirmək məqsədilə bağladığını göstərsə də, iş materiallarında olan Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 buraxılış ili 1989, mühərrik №-si **********7102, Ban №-si WDB1240211A935909 olan “Mersedes Benz 200E” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 4000 (dörd min) manata satmışdır. İddiaçı cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsinin yalan əqd olmasını qeyd etsə də, bu xüsusatı təsdiqləyən yetərli sübutlar təqdim edə bilməmişdir. Məhkəmə şahid ifadələri ilə bağlı qeyd edir ki, şahidlər birbaşa alqı-satqıda iştirak etməmişlər və bu baxımdan məhkəmə onların ifadələrini yetərli hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrinə əsasən, əqd mülki hüquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli və ya coxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və muqavilə şəklində (ikitərəfli və ya coxtərəfli) ola bilər. Muqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya aз və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (coxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya gorə deyil, həm də ağlabatan muhakimə əsasında muəyyənləşdirilməlidir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə muəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Daşınmaz əşyaların alqı-satqısı haqqında muqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. İşin halları ilə məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı buraxılış ili 1989, mühərrik №-si **********7102, Ban №-si WDB1240211A935909 olan “Mersedes Benz 200E” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini X1, sonuncu isə Cavabdeh1 etibar etmişdir. Cavabdeh1 buraxılış ili 1989, mühərrik №-si **********7102, Ban №-siWDB1240211A935909 olan “Mersedes Benz 200E” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 4000 (dörd min) manata satmışdır. Sonuncu avtomobilin dəyərini ödəməklə avtomobili aldığından və xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin yalan əqd olmasını iş materialları ilə təsdiq olunmadığından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. İddiaçının nümayəndəsi verdiyi apellyasiya şikayətində xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinin yаlаndаn bаğlаnmış müqаvilə оlmaqla, onun tərəfindən cаvаbdеhə аvtоmоbilin fаktiki оlаrаq sаtılmаdığını göstərmişdir. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan məhkmə kollegiyası qeyd edir ki, Azərbaycan Respubilkası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. İddiaçı nümayəndəsi tərəfindən Cavabdeh2 ilə bağlanmış müqavilənin yalan əqd olduğunu göstərmiş olsa da, işin hallarından həmin avtomobilin faktiki olaraq alcıya təhvil verildiyi, avtomobilin hazırda Cavabdeh2 sahibliyində olduğu görünür. Bu isə, yəni alğısatqı müqaviləsinin predmeti olan avtomobil alcıya real olaraq təhvil verildiyindən həmin müqavilənin yalan müqavilə kimi qiymətləndirilməsini istisna edir. İddiaçı tərəfindən verilmiş etibarnamənin məzmunundan da görünür ki, o, etibarnaməni avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri ilə vermişdir. Göründüyü kimi etibarnamə verməkdə iddiaçının niyyəti avtomobili satmaq olmuşdur. Cavabdeh1 polis orqanında verdiyi ərizədən də görünür ki, o, “Mersedes Benz 200E” markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır. Azərbaycan Respubilkasının MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, şikayətlə mübahisələndirilən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-3875/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2399/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2399/2023
22.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver