Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-24/2024 30.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Arif oğluna və Cavabdeh3 qarşı mülki iş üzrə Açar söz: vərəsəlik hüququnun müəyyən edilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Göygöl Rayon Məhkəməsinin 2(066)-314/2020 saylı mülki iş üzrə 19 mart 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi vəkil X11 tərəfindən verilmiş apellyasiya şikayətinə 30 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İşdə olan Gəncə “ASAN xidmət” X10 tərəfindən verilmiş 13 fevral 2020-cı il tarixdə verilmiş № 05/70-319 nömrəli arayışından görünür ki, X7 20 aprel 2017-ci il tarixdə Göygöl rayonunun Qızılca kəndində ölmüşdür. İşdə olan Azərbaycan SSR nümunəli 12 oktyabr 1989-cu il tarixdə verilmiş XİV-JQ seriyalı, 300960 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 30 aprel 1988-ci il tarixdə doğulmuşdur, atası X7, anası isə X3r. İşdə olan Gəncə şəhəri, Nizami rayonu VVADQ şöbəsi tərəfindən 01 iyun 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 748752 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 23 fevral 1991-ci il tarixdə doğulmuşdur, atası X7, anası isə X3r. İşdə olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 313-2957- 1217 saylı 10 iyun 2017-ci il tarixli məktubundan görünür ki, QAZ-31029 markalı **-BA-*** nömrəli, VAZ-21061 markalı, **-BA-*** nömrəli və Nissan Patrol markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşınlar X7 adına qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 313-9022- 1218 saylı 23 noyabr 2018-ci il tarixli məktubundan görünür ki, QAZ-31029 markalı **-BA- *** nömrəli və VAZ-21061 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşınlar X7 adına qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 313-3892- 1219 saylı 09 oktyabr 2019-cü il tarixli məktubundan görünür ki, Nissan Patrol markalı **- BF-*** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək X7 adına qeydiyyatda olmuşdur. xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Göygöl rayonu, Yalqışlaq kəndində qeydiyyatda olan Cavabdeh3 Cəfər qızının adına rəsmiləşərək ona **-VS-*** dövlət qeydiyyat nişanı verilmişdir. QAZ-31029 markalı **-BA-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomaşın X7 adına qeydiyyatdadır. Mülki işin materiallarına əlavə olunan, Göygöl Rayon Məhkəməsinin 2(066)- 314/2020 saylı mülki iş üzrə 19 mart 2020-ci il tarixli qətnaməsi ilə (İddiaçı2) iddia tələbi qismən təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum X4 miras qalmış QAZ 31029 markalı, **-BA-*** d “Nissan Patrol” markalı, **-VS-*** (köhnə nömrəsi **-BF-***) dövlət qeydiyyat nişanlı avtomobilə dair 20 noyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Mülki işin materiallarına əlavə olunan, Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)- 2096/2023 saylı mülki iş üzrə 02 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(066)- 111/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X6 qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, mərhum ataları X4 miras qalmış Göygöl rayonu, Sevinc qəsəbəsində yerləşən torpaq sahəsinin, Gəncə şəhəri, Abbas Səhhət və Sadılı qəsəbələrində yerləşən torpaq sahələri və fərdi yaşayış evlərinin, QAZ 31029 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı, Vaz 21061 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı, Nissan Patrul markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillər üzərində vərəsəlik hüquqlarının müəyyən edilməsi və mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1645/2019 nömrəli 16 may 2019-cü il tarixli qərardadı ilə qeyd olunan iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçıların nümayəndəsi vəkil X11 məhkəməyə təqdim etdiyi ərizədə qeyd olunan iddianın həcmini azaldaraq, iddia tələbinə QAZ 31029 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı, Vaz 21061 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı və Nissan Patrul markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobilər üzərində iddiaçıların vərəsəlik hüquqlarının müəyyən edilməsi həcmində baxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı tərəfin ərizəsinə əsasən Cavabdeh2 Arif oğlu və Cavabdeh3 cavabdehlər kimi işdə iştiraka cəlb edilmişlər. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçıların nümayəndəsi vəkil X11 iddia tələbini müdafiə etmiş və izahatında göstərmişdir ki, mərhum X7 ilə X2 qeyri-rəsmi nikahlarından iddiaçılar İddiaçı1 və İddiaçı2 anadan olmuşdur. İddiaçıların doğum haqqında şəhadətnamələrinin ata qrafasında mərhum X7 qeyd olunmuşdur. X7 20 aprel 2017-ci il tarixdə Göygöl rayonunun Qızılca kəndində vəfat etmiş, onun ölümündən sonra QAZ-31029 markalı **-BA-*** nömrəli, VAZ-21061 markalı, **-BA-*** nömrəli və Nissan Patrol markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşınlar X7 adına qeydiyyatda olmaqla ondan miras qalmışdır. İddiaçılar vərəsəlik haqqında şəhadətnamənin alınmasına görə notariusa müraciət etmiş, lakin onlara şifahi olaraq məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edilmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-314/2020 saylı mülki iş üzrə 19 mart 2020-ci il tarixli qətnaməsi ilə (İddiaçı2) iddia tələbi qismən təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum X4 miras qalmış QAZ 31029 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı və Vaz 21061 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilərə hər birinə 1/5 (beşdə bir) hissəsinə pay hüququnun tanınması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri İddiaçıların nümayəndəsi vəkil X11 qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv olunması və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh3 Nissan Patrol markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı hər hansı vərəsəlik işinin aparılmasını təmin etməmiş, varisləri gizlətməklə avtomobili birbaşa alqı-satqı etmişdir. Məhkəmə isə avtomobilin ölümdən sonra necə miras açılmadan alqı-satqı edilməsini araşdırmamış, birtərəfli qətnamə qəbul etmişdir. Şikayət baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmiş və baxılması üçün icraata qəbul edilmişdir. Bundan sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 Cəfər qızına qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, “Nissan Patrul” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 20 noyabr 2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-163/2022 saylı iş üzrə 08 iyul 2022-ci il tarixli qərardadı ilə hazırki işin icraatı iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair işə baxılıb yekun məhkəmə aktı çıxarılanadək dayandırılmışdır. Göygöl Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(066)-111/2022 nömrəli qətnaməsi ilə (hakim Q.Abbasov) iddia tələbi təmin edilərək, “Nissan Patrol” markalı ** VS *** dövlət qeydiyyatlı avtomobilə dair 20 noyabr 2017-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət olunmuşdur. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2096/2023 saylı mülki iş üzrə 02 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(066)-111/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin iş üzrə 12 dekabr 2023-cü il tarixli 2 (104)- 39/2023 saylı qərardadı ilə iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılmağa başlanılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İş üzrə iddiaçılar və cavabdehlər məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyətÖüzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə tam qanuni və əsaslı olmamışdır. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, hazırki iş üzrə icraat iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə icraat yekun məhkəmə aktı çıxarılanadək dayandırılmış və hazırda qeyd edilən mülki iş mahiyyəti üzrə həll edilmiş, yekun məhkəmə qərarı qəbul edilərək, qətnamə qanuni qüvvəsini almışdır. Göygöl Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(066)-111/2022 nömrəli qətnaməsi ilə (hakim Q.Abbasov) iddia tələbi təmin edilərək, “Nissan Patrol” markalı ** VS *** dövlət qeydiyyatlı avtomobilə dair 20 noyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət olunmuş və Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)-2096/2023 saylı mülki iş üzrə 02 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2(066)-111/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırki vəziyyətdə qeydiyyat nişanı ** VS *** olan Nissan Patrol markalı avtomaşın əvvəlki qeydiyyat nişanı **-BF-*** olan avtomaşın kimi X4 miras qalmış əmlak kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar mərhum Arif Məmmədovun birinci növbə vərəsələridir və qanunun tələblərinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmiş sayılır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların nümayəndəsi olan vəkil X8 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğvinə və irəli sürülən iddianın həmin hissədə də təmin olunmasına əsas verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-314/2020 saylı mülki iş üzrə 19 mart 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən, iddianın təmin edilməmiş-X4 miras qalmış “Nissan Patrol” markalı **-BF-*** qeydiyyat nişanlı (hazırki qeydiyyat nişanı ** VS *** olan) avtomaşın üzərində iddiaçıların paylarının müəyyən edilməməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi mübahisələndirilən hissədə təmin edilsin. X1 qanun üzrə vərəsələri olan İddiaçı1 və İddiaçı2 hər birinin, mərhum X4 miras qalmış Nissan Patrol markalı **-BF-*** qeydiyyat nişanlı avtomaşının 1/5 (beşdə bir) hissəsi üzərində payları müəyyən edilsin. Bu qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-24/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-24/2024
30.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver