Məhkəmə qərarları › İş №2(104)-24/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-24/2025

01.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-24/2025 01.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxs X8) “miras əmlakın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının nümayəndəsi X25, Cavabdeh1 və üçüncü şəxs X3 iştirakları ilə, “miras əmlakın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)- 46/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AZ-İİ 290119 və AZ-İ 847422 nömrəli ölüm haqqında şəhadətnamələrdən məlum olur ki, X18 xx.xx.1984-cü ildə, X34 xx.xx.2005-ci ildə ölmüşdür.

2. “Torpağın mülkiyyətə verilməsinə dair” YN-170A, Kod 60909058 şəhadətnaməyə əsasən Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.2020-ci il tarixli, 01 saylı qərarı ilə X34, İddiaçı1 Xudaat oğlu, X19, X35 və X25 mülkiyyətinə 0,26 ha torpaq sahəsi verilmişdir.

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Ağdam rayonunun Mahrızlı kəndində yerləşən ümumi sahəsi 252,7 kv.m olan yaşayış evi tam olaraq X25, 0,26 ha həyətyanı torpaq sahəsi isə İddiaçı1, X19, X35, X34 (miras qoyanın nəvəsi) və X25 (miras qoyan) ümumi birgə mülkiyyətindədir.

4. Ağdam rayonu, Mahrızlı kəndində yerləşən fərdi yaşayış evinə dair xx.xx.2022-ci il tarixində tərtib edilmiş, 24193 inventar nömrəli, **********535-10301 reyestr nömrəli texniki pasportda hüquq subyekti kimi X25 adı qeyd edilmişdir.

5. X34 tərəfindən xx.xx.1990-cı ildə Ağdam rayonu 2 saylı Dövlət Notariat Kontorunda 12 nömrəli reyestrlə qeydə alınmış vəsiyyətnamədən məlum olur ki, o, özünə məxsus olan Ağdam rayonunun Mahrızlı kəndində yerləşən evini və bütün əmlakını nəvəsi Cavabdeh1 vəsiyyət etmişdir.

6. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Zəngişalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 756 saylı arayışından görünür ki, X34 xx.xx.2005-ci ildə vəfat etdikdən sonra ailə üzvləri — İddiaçı1 Xudat oğlu və Cavabdeh2 Xudaat qızı qalmışlar.

7. ünvan 1 ünvanladığı xx.xx.2022-cı il tarixli 234 nömrəli məktubundan görünür ki, xx.xx.2005-ci ildə vəfat etmiş X34 tərəfindən xx.xx.1990-cı ildə verilmiş 12 saylı vəsiyyətnamənin arxiv məlumatları Ağdam rayon Dövlət Notariat ofisinin arxivində yoxdur.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin Bakı şəhəri 16 saylı Vəkil Bürosuna ünvanladığı xx.xx.2022-ci il tarixli xx/xx-6485/14 nömrəli məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində xx.xx.2005-ci ildə vəfat etmiş X25 hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir.

9. Ağdam rayon Dövlət Notariat ofisinin xx.xx.2022-ci il tarixli 246 nömrəli məktubundan qeyd olunur ki, miras əmlakla bağlı notariat orqanına ərizə vermək üçün 6 ay müddətin keçdiyindən və vərəsələr arasında mübahisə olduğundan həmin orqan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edərək məhkəməyə müraciət etmək hüququnu izah etmişdir.

10. xx.xx.2022-ci il tarixli 283 nömrəli və xx.xx.2022-ci il tarixli 210 nömrəli məktublarında miras əmlakla bağlı notariat orqanına ərizə vermək üçün 6 ay müddət keçdiyindən və X25 xx.xx.1990-cı ildə Ağdam rayonu 2 saylı Dövlət Notariat Kontorunda verdiyi vəsiyyətnamənin arxiv məlumatları olmadığından həmin orqan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edərək məhkəməyə müraciət etmək hüququnu izah edilmişdir.

11. Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli 05/01-46/11 saylı məktubunda qeyd edilir ki, Ağdam rayon Dövlət Notariat ofisində rəsmiləşdirilmiş vəsiyyətnamələr və onların qeydə alındığı reyestr kitabları arxivə təhvil verilmədiyindən X25 xx.xx.1990-cı ildə Ağdam rayonu 2 saylı Dövlət Notariat Kontorunda 12 nömrəli reyestrlə qeydə alınmış vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə məlumat vermək imkan xaricindədir.

12. Ağdam Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli 34-05/16 nömrəli arayışında X16 xx.xx.2015-ci ildə, 33-05/16 nömrəli arayışında X17 xx.xx.2021-ci ildə, 32-05/16 nömrəli arayışında X2 xx.xx.2020-ci ildə öldükləri, 37-05/16 nömrəli arayışında Cavabdeh2 xx.xx.1956-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olmaqla, atası X40, anası X9 olması, 36-05/16 nömrəli arayışında İddiaçı1 xx.xx.1963cü ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olmaqla, atası X40, anası X9 olması, 39-05/16 nömrəli arayışında X25 xx.xx.1992-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olmaqla atası İddiaçı1, anası X10 olması, 35-05/16 nömrəli arayışında X11 və X12 xx.xx.1976-cı ildə nikaha daxil olması və həmin nikah Ağdam Rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 52 nömrə ilə qeydə alındığı, 38-05/16 nömrəli arayışında Cavabdeh1 xx.xx.1978-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində anadan olmaqla atası X14, anası X20 olduğu qeyd edilmişdir.

13. xx.xx.2010-cu il tarixli, AZ-İ 420047 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X33 xx.xx.2010-cu il tarixində ölmüşdür.

14. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Zəngişalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 41 nömrəli arayışında qeyd edilir ki, X34 xx.xx.2005-ci ildə vəfat etdikdən sonra vərəsələri - uşaqları İddiaçı1 Xudaat oğlu və Cavabdeh2 Xudaat qızı qalmışlar. X25 arvadı X18, oğlanları X7, X26, X29 və qızı X21 vəfat etmişlər. X26, X29 və X13 vərəsələri barədə nümayəndəlikdə hər hansı bir məlumat yoxdur. X2 dörd nəfər vərəsəsi — arvadı X20, oğlanları Cavabdeh1, X8 və uzun illər bundan əvvəl ərə gedərək kənddən köçüb getmiş, haqqında nümayəndəlikdə məlumat olmayan qızı qalmışdır. Məhəmmədəli Abbasov isə ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışdır. İddiaçı1 Bakı şəhərində işləyir, kəndə qayıdan zaman atası X30 məxsus evdə yaşayır.

15. Ağdam rayon Dövlət Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 30 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2005-ci il tarixində vəfat etmiş İddiaçı1 Xudaat oğlunun adından Ağdam rayon dövlət notariat ofisində vərəsəlik işi ilə bağlı heç bir əməliyyat aparılmamışdır. Vərəsələrin miras əmlakdan imtinası haqqında hər hansı bir məlumatın əldə edilməsi imkan xaricindədir.

16. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1221 nömrəli rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş X25 adından olan 27 fevral 1990-cı il tarixli Vəsiyyətnamədə “İMZA:” qrafasındakı imza X34 tərəfindən icra olunmuşdur. 17 Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 5/1239-5/1263 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 27 fevral 1990-cı il tarixli vəsiyyətnamədə olan möhür əksi sənədin üzərinə birbaşa vurulmuşdur. Təqdim edilmiş 27 fevral 1990-cı il tarixli vəsiyyətnamənin üzərindəki möhür əksinin eksperimental və ya sərbəst nümunələri tədqiqata təqdim edilmədiyindən, həmin möhür əksinin müqayisəli tədqiqatı aparılmadı. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) və çap makinası vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma tarixini, ştempel boya ilə icra olunmuş möhür əksinin və diyircəkli (gelli) qələmlə icra olunmuş yazıların və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərardadda göstərilən “Təqdim olunmuş vəsiyyətnamənin əslinin aşağı hissəsində olan möhür vəsiyyətnamənin tərtib olunduğu tarixə uyğundurmu?” sualı üzrə tədqiqat aparılmadı.

Birinci instansiya məhkəməsində icraat:

18. İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Ağdam Rayon Məhkəməsində iddia qaldıraraq, atası X22 miras qalmış Ağdam rayonunun Mahrızlı kəndi ərazisində yerləşən 0,26 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 252,7 kv.m yaşayış evinin qanun üzrə vərəsələr arasında bölünərək payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddia tələbi onunla əsaslandırılmışdır ki, ölüm haqqında şəhadətnamələrdən görünür ki, anası X18 xx.xx.1984-cü ildə və atası X34 xx.xx.2005-ci ildə vəfat etmişlər. Atasının mülkiyyətində Ağdam rayon Mahrızlı kəndi ərazisində 0,26 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 252.7 kv.m yaşayış evi vardır. Atası vəfat edəndən sonra həmin evdə o və Cavabdeh1 yaşamışlar və atasına aid olan təssərüfatı o qəbul edərək idarə etmişdir. Atasının ölümündən əvvəl və sonra həmin ev və torpaq sahəsi ilə əlaqədar kommunal xərcləri və digər ödənişlər o və Cavabdeh1 tərəfindən ödənilmişdir. O, Ağdam rayonu Mahrızlı kəndi ərazisində 0,26 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 252.7 kv.m yaşayış evinin qanun üzrə vərəsələr arasında bölünərək payların müəyyən edilməsi üçün Ağdam notariat kontoruna müraciət etmiş, Ağdam rayon notariat kontoru isə mübahisə olduğu üçün Vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edərək məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Bu səbəbdən hesab edir ki, atası X22 miras qalmış Ağdam rayon Mahrızlı kəndi ərazisində 0,26 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 252.7 kv.m yaşayış evinin qanun üzrə vərəsələr arasında bölünərək paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmalıdır.

20. xx.xx.2023-cü il tarixdə iddiaçı məhkəməyə ərizə təqdim edərək, X22 miras qalmış Ağdam rayonunun Mahrızlı kəndi ərazisində yerləşən 0,052 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 252,7 kv.m yaşayış evinin qanun üzrə vərəsələr arasında bölünərək payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Cavabdeh1 tərəfindən iddia tələbinə dair xx.xx.2022-ci il tarixli etiraz onunla əsaslandırılmışdır ki, babası X.Abbasov vəfat edərkən onun övladları - X7, İddiaçı1 Xudaat oğlu, X26, X29, Abbasova (Əliyeva) Rəşidə Xudaat qızı və Cavabdeh2 Xudaat qızı sağ olunmuşlar. Babası X.Abbasov vəfat edərkən ona məxsus olan Ağdam rayonu Mahrızlı kəndində yerləşən yaşayış evində atası Məhəmmədəli Abbasov, anası Məlahət Abbasova, o və qardaşı Nemət Abbasov yaşamışlar. Beləliklə, də onun və ailə üzvləri tərəfindən babasından miras qalmış əmlak sahibliyə və faktiki idarəetməyə götürülməklə qəbul edilmişdir. Babasının digər övladları, yəni İddiaçı1, Şahin Abbasov, Rəşidə Abbasova və Cavabdeh2 mərhum babası vəfat edən vaxt Bakı şəhərində, Rizvan Abbasov isə Ağdam rayonunda özünə məxsus yaşayış evlərində yaşadıqlarından miras əmlakı nə faktiki qəbul etməmiş, nə də həmin şəxslər babanın ölümündə 6 ay müddətində miras əmlakın qəbul edilməsi ilə bağlı notariat orqanlarına heç bir ərizə verməmişlər. Babası X1 xx.xx.1990-cı il tarixdə verilmiş və Ağdam rayonu 2 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş 12 saylı vəsiyyətnaməyə əsasən babası Ağdam rayonu Mahrızlı kəndində yerləşən evini və ona məxsus olan bütün əmlakını ona vəsiyyət etmişdir. Belə olan halda, o, babası X.Abbasovun yeganə vəsiyyət üzrə vərəsəsidir və babasının miras əmlakı üzərində qanun üzrə yox, vəsiyyət üzrə vərəsəlik qaydaları tətbiq olunmalıdır. Eləcə də, babası vəfat edərkən Ağdam rayonu Mahrızlı kəndində yerləşən babasına məxsus yaşayış evində yaşadığından babasının miras əmlakını da sahibliyə və idarəetməyə qəbul etmə yolu ilə faktiki qəbul etmişdir. Vərəsəlik hüququnun tanınması üçün 18 avqust 2022-ci il tarixdə Ağdam rayon Dövlət Notariat Ofisinə müraciət etsə də notariat ofisi tərəfindən ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Ağdam rayon Dövlət Notariat Ofisi tərəfindən ona ünvanlanmış 14 oktyabr 2022-ci İl tarixli, 238 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən miras onun açıldığı gündən 6 ay ərzində qəbul edilə bilər. Miras açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Həmçinin, cavab məktubunda qeyd edilmişdir ki, babası X34 tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş və Ağdam rayonu 2 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş 12 saylı vəsiyyətnamənin arxiv məlumatları olmadığı üçün ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyil. Bu səbəbdən də məhkəməyə müraciət etməli olduğu qeyd edilmişdir. Vəsiyyət üzrə vərəsə olmağına baxmayaraq vəsiyyətnamənin arxiv materiallarında olmamasında və reyestrə yerləşdirilməməsində onun heç bir təqsiri yoxdur. Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə şifahi müraciət etsə də idarədə ona bildirilmişdir ki, 1992-1994cü illərdə erməni qəsbkarlarının ölkəmizin ərazi bütövlüyünə təcavüzü zamanı işğal olunmuş rayonların notariat arxivini xilas etmək mümkün olmamışdır. Ağdam rayonu da bu rayonlardan olduğundan rayonun notariat arxivi xilas edilə bilməyib və vəsiyyətnaməmin tanınması və mərkəzləşdirilmiş reyestrə yerləşdirilməsi üçün məhkəməyə müraciət etməlidir. Hazırda babası X.Abbasov tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş və Ağdam rayonu 2 saylı notariat ofisi tərəfindən təsdiq olunmuş 12 saylı vəsiyyətnamə mövcud olduğundan qanun üzrə vəsəlik yox, vəsiyyətnamə üzrə vərəsəliyin normaları tətbiq olunmalıdır. Lakin, dövlət notariat arxivində onunla bağlı verilmiş vəsiyyətnamə qeydiyyatda olmadığından onun vəsiyyət üzrə vərəsəlik hüququ tanınmır və qanun üzrə vərəsəliyin qaydaları əsas götürülür. Göründüyü kimi İddiaçı1 onun adına verilmiş vəsiyyətnamənin notariat arxivində, eləcə də mərkəzləşdirilmiş reyestrdə qeydiyyatda olmamasından istifadə edərək qanun üzrə vərəsə olduğunu iddia edir və vərəsəlik şəhadətnaməsi almaq istəyir. Əslində isə vəsiyyətnamənin mövcudluğu qanun üzrə vərəsəliyi istisna etdiyindən İddiaçı1 iddia tələbi tamamilə əsassızdır.

22. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-46/2023 nömrəli qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia təmin edilmiş, X22 miras qalmış Ağdam rayonunun Mahrızlı kəndi ərazisində yerləşən 0,052 ha torpaq sahəsi İddiaçı1 və X2 vərəsələri X20, Cavabdeh1 və X8 arasında bölünərək İddiaçı1 1/2 (ikidə bir) hissə (0,026 ha), X12 1/6 (altıda bir) hissə (0,00866667 ha), Cavabdeh1 1/6 (altıda bir) hissə (0,00866667 ha), X3 1/6 (altıda bir) hissə (0,00866667 ha) payı olmasının müəyyən edilməsi; X22 miras qalmış Ağdam rayonunun Mahrızlı kəndində yerləşən ümumi sahəsi 252,7 kv.metr yaşayış evi İddiaçı1 və və X2 vərəsələri X20, Cavabdeh1 və X8 arasında bölünərək İddiaçı1 1/2 ikidə bir) hissə, X12 1/6 (altıda bir) hissə, Cavabdeh1 1/6 (altıda bir) hissə və X3 1/6 (altıda bir) hissə payı olmasının müəyyən edilməsi qət edilmişdir.

23. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, iş materiallarına Cavabdeh1 tərəfindən X25 əmlakını ona vəsiyyət etməsi barədə xx.xx.1990-cı ildə Ağdam rayonu 2 saylı Dövlət Notariat Kontorunda 12 nömrəli reyestrlə qeydə alınmış vəsiyyətnamə əlavə edilmişdir. Ağdam rayon Dövlət Notariat X15 tərəfindən xx.xx.1990-cı ildə verilmiş 12 saylı vəsiyyətnamənin arxiv məlumatlarının Ağdam rayon Dövlət Notariat ofisinin arxivində olmadığını, Ədliyyə Nazirliyi Dövlət Notarat Arxivinin isə “Elektron notariat” informasiya sistemində xx.xx.2005-ci ildə vəfat etmiş X25 hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilmədiyini, Ağdam rayon Dövlət Notariat ofisində rəsmiləşdirilmiş vəsiyyətnamələr və onların qeydə alındığı reyestr kitablarının arxivə təhvil verilmədiyindən X25 xx.xx.1990cı ildə Ağdam rayonu 2 saylı Dövlət Notariat Kontorunda 12 nömrəli reyestrlə qeydə alınmış vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə məlumat vermək imkan xaricində olduğunu bildirmişdir. Göründüyü kimi sözügedən vəsiyyətnamənin qeydə alınmasına dair məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə X5 vəsiyyətnamə qoymadığı qənaətinə gəlmişdir.

24. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1134.1, 1159.1, 1160, 1243, 1246 və 1252-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a)apellyasiya şikayətinin dəlilləri

25. Cavabdeh1 qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-46/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə etirazın məzmunu ilə eynilik təşkil edir.

b)apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

27. Apellyasiya şikayətinə qarşı iddiaçının etirazının məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, o, işi ilə əlaqədar müəyyən vaxtlarda Bakı şəhərinə getsə də, ailə üzvləri Ağdam rayonunda qalmışlar. O, atasının vəfat etməsindən sonra daimi Ağdam rayonunda yaşamış, 2010-cu ildə ailəsi ilə birlikdə Bakı şəhərinə getmişdir və yay fəslində Ağdam rayonuna gedərək miras əmlakda yaşayır. Bununla yanaşı, mərhum atası (miras qoyan) həqiqətən vəsiyyətnamə qoymuş olsaydı Cavabdeh1 17 il ərzində notariat ofisinə müraciət edərdi. Həmin vəsiyyətnamə saxtadır. Belə ki, vəsiyyətnamənin makina ilə tərtib edilməsinə baxmayaraq dövlət rüsumunun məbləği və reyestr nömrəsi əlyazma ilə yazılmışdır.

28. Cavabdeh apellyasiya şikayətinə etiraza dair xx.xx.2023-cü il tarixli mülahizə təqdim etmiş, onunla əsaslandırmışdır ki, qanunvericilik vəsiyyətnamənin gizliliyi prinsipini təsbit etmişdir. Bu baxımdan da iddiaçının cavabdehin adına vəsiyyətnamənin tərtib edilməsindən xəbərdar olub-olmamasının heç bir hüquqi əhəmiyyəti yoxdur. Bundan başqa, onun 17 il ərzində vərəsəliklə bağlı müraciət etməməyi vəsiyyət üzrə vərəsəlik hüququnun xitam olmasına əsas olmur. Vəsiyyətnamənin saxtalığı isə yalnız ekspert rəyi ilə müəyyən oluna bilər, vəsiyyətnamənin arxiv materiallarında çıxmaması isə obyektiv səbəblərə görədir və bunda onun təqsiri yoxdur.

29. İddiaçı cavabdehin mülahizəsinə etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, o, birinci növbəli qanuni vərəsədir, miras əmlak isə onun faktiki sahiblik və istifadəsindədir, vərəsəliklə bağlı hansı müddətdə müraciət etməyinin xüsusi önəmi yoxdur. Vərəsəliyin açıldığı 17 il müddətində vəsiyyətnamənin açıqlanmaması və arxiv kötüyünün olmaması ilə həmin vəsiyyətnamənin sonradan düzəldilərək saxta olması təsdiq edilir. Bununla yanaşı mərhum atası (miras qoyan) vəfat etməmişdən 20 gün əvvəl Bakı şəhərində onun evində müalicə almış, qohumlar həmin evdə onu ziyarət etmiş, müalicə qənaətbəxş olmadığından Ağdam rayonuna aparılmışdır. Göründüyü kimi cavabdehin qeydləri həqiqəti əks etdirmir.

c)apellyasiya icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi, əlavə olaraq bildirdi ki, cavabdeh vəsiyyətnamənin olmasından heç zaman bəhs etməmiş, notarius tərəfindən vəsiyyətnamə saxta olaraq tərtib edilmişdir. Vəsiyyətnamə saxta olduğundan onun miras əmlak bölünən zaman nəzərə alınması mümkün deyildir.

31. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək müdafiə etdi və təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmənin vəsiyyətnamənin nəzərə almaması ilə bağlı qeyd etdikləri- arxiv nüsxəsinin, qeydiyyat kitablarının olmaması obyektiv səbəblərdir və bunlar vəsiyyətnamənin nəzərə alınmaması üçün əsas ola bilməz.

32. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs cavabdehin izahatını müdafiə etdi və apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.

33. İş üzrə digər tərəflər işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına iştirak etmirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1202.1. Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. 1202.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.

35. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsi:

545. Vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir.

552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı

37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİİ, İV və V hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İ və Vİİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı

38. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün, habelə mübahisə predmeti bölünməz olduğundan apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası işin hallarına dair proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir.

41. Məhkəmə kollegiyası MPM-in 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktiki halları kimi müəyyən etmişdir ki, Ağdam rayonunun Mahrızlı kəndində yerləşən ümumi sahəsi 252,7 kv.m olan yaşayış evi X25 mülkiyyətində, 0,26 ha həyətyanı torpaq sahəsi isə İddiaçı1, X19, X35, X34 (miras qoyanın nəvəsi) və X25 (miras qoyan) ümumi birgə mülkiyyətindədir. X34 (miras qoyan) xx.xx.1990-cı ildə Ağdam rayonu 2 saylı Dövlət Notariat Kontorunda 12 nömrəli reyestrlə qeydə alınmış vəsiyyətnamə ilə özünə məxsus olan Ağdam rayonunun Mahrızlı kəndində yerləşən evini və bütün əmlakını nəvəsi Cavabdeh1 vəsiyyət etmiş və xx.xx.2005-ci ildə ölmüşdür. X5 altı uşağı- X31, X29, X7, X33, İddiaçı1 və Cavabdeh2 olmuş, onlardan X31 xx.xx.2015-ci ildə, X29 xx.xx.2021-ci ildə, X7 xx.xx.2020-ci ildə, X33 xx.xx.2010-cu ildə ölmüşdür.

42. İddiaçı1 məhkəməyə müraciət edərək, X22 miras qalmış Ağdam rayonunun Mahrızlı kəndi ərazisində yerləşən 0,052 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 252,7 kv.m yaşayış evinin qanun üzrə vərəsələr arasında bölünərək payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, tələb birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur.

43. Məhkəmə hesab etmişdir ki, miras qoyanın iki nəfər birinci növbə vərəsəsi uşaqları İddiaçı1 və Cavabdeh2 qalmışlar. İddiaçı1 və X7 miras əmlaka sahiblik etməyə və onu idarə etməyə faktik başlamaqla və bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirməklə mirası qəbul etmişlər. Həmin şəxslərdən başqa miras əmlakı miras qoyanın 2020-ci ildə vəfat etmiş uşağı X2 vərəsələri - arvadı X20, oğlanları Cavabdeh1, X8 qəbul etmiş, digər vərəsələr miras əmlakı qəbul etməmişlər. Cavabdeh1 tərəfindən X25 əmlakını ona vəsiyyət etməsi barədə xx.xx.1990-cı ildə Ağdam rayonu 2 saylı Dövlət Notariat Kontorunda 12 nömrəli reyestrlə qeydə alınmış vəsiyyətnamə əlavə edilmişdir. İddiaçı tərəf sözügedən vəsiyyətnamənin qanunsuz olduğunu bildirmişdir. Ağdam Rayon Dövlət Notariat X15 tərəfindən xx.xx.1990-cı ildə verilmiş 12 saylı vəsiyyətnamənin arxiv məlumatlarının Ağdam Rayon Dövlət Notariat Ofisinin arxivində olmadığını, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin isə «Elektron notariat» informasiya sistemində xx.xx.2005-ci ildə vəfat etmiş X25 hər hansı miras əmlakına dair vərəsəlik işi akşar edilmədiyini, Ağdam Rayon Dövlət Notariat Ofisində rəsmiləşdirilmiş vəsiyyətnamələr və onların qeydə alındığı reyestr kitablarının arxivə təhvil verilmədiyindən X25 xx.xx.1990-cı ildə Ağdam rayonu 2 saylı Dövlət Notariat Kontorunda 12 nömrəli reyestrlə qeydə alınmış vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə məlumat vermək imkan xaricində olduğunu bildirmişdir. Göründüyü kimi sözügedən vəsiyyətnamənin qeydə alınmasına dair məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə X5 vəsiyyətnamə qoymadığı qənaətinə gəlmişdir.

44. Məhkəmə kollegiyası tərəfindən vəsiyyətnamənin doğruluğunun araşdırılması məqsədilə müxtəlif tarixlərdə məhkəmə-xəttşünaslıq və sənədlərin məhkəmə texniki ekspertizaları təyin edilmişdir. Təqdim olunmuş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1221 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş X25 adından olan 27 fevral 1990-cı il tarixli Vəsiyyətnamədə “İMZA:” qrafasındakı imza X34 tərəfindən icra olunmuşdur.

45. Bundan başqa Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 5/1239-5/1263 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 27 fevral 1990-cı il tarixli vəsiyyətnamədə olan möhür əksi sənədin üzərinə birbaşa vurulmuşdur. Təqdim edilmiş 27 fevral 1990-cı il tarixli vəsiyyətnamənin üzərindəki möhür əksinin eksperimental və ya sərbəst nümunələri tədqiqata təqdim edilmədiyindən, həmin möhür əksinin müqayisəli tədqiqatı aparılmadı. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) və çap makinası vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma tarixini, ştempel boya ilə icra olunmuş möhür əksinin və diyircəkli (gelli) qələmlə icra olunmuş yazıların və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərardadda göstərilən “Təqdim olunmuş vəsiyyətnamənin əslinin aşağı hissəsində olan möhür vəsiyyətnamənin tərtib olunduğu tarixə uyğundurmu?” sualı üzrə tədqiqat aparılmadı.

46. Tədqiq olunmuş sübutlardan məlum olur ki, sözügedən vəsiyyətnamə miras qoyan tərəfindən imzalanmışdır, möhür əksi sənədin üzərinə birbaşa vurulmuşdur. Belə olan halda vəsiyyətnamənin arxiv nüsxəsinin olmaması, qeydiyyat kitablarının təhvil verilməməsi vərəsənin məsuliyyət sferasına aid deyildir və bu əsasla şəxsin konstitusion hüququ- mülkiyyət hüququna müdaxilə qanuni hesab edilə bilməz.

47. Digər tərəfdən vəsiyyətnamə- tərtib olunduğu tarixdə- 27 fevral 1990-cı ildə qüvvədə olan mülki qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 545-ci maddəsinə əsasən, vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir.

48. Hazırki iş üzrə vəsiyyətnamə xx.xx.1990-cı ildə tərtib edilmə yeri göstərilməklə yazılı formada tərtib edilmiş, vəsiyyət edən X.Abbasov tərəfindən imzalanmış və Ağdam rayonu 2 saylı Dövlət Notariat Kontorunda təsdiqlənmiş, 12 nömrəli reyestrdə qeydə alınmışdır. Bundan başqa həmin vəsiyyətnamənin ləğvi, dəyişdirilməsi və ya etibarsızlığına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

49. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Böyük Palatanın Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

50. Beləliklə iddiaçının məhkəməyə müraciət etməkdə hüquqi marağı miras qoyanın əmlakının mübahisələndirilən vəsiyyətnamə nəzərə alınmadan mülki qanunvericiliyin qanun üzrə vərəsəlik normaları tətbiq edilməklə bölünməsinə nail olmaq olsa da, yuxarıda qeyd edilən səbəblərə görə qeyd olunan vəiyyətnamə mötəbər sayılır və miras mülki qanunvericiliyin qanun üzrə vərəsəlik deyil, vəsiyyətnamə üzrə vərəsəlik normaları tətbiq edilməklə bölünməli, miras qoyanın ölməsi ilə (xx.xx.2005) mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından mübahisəyə 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.

51. Məhkəmə tərkibi onu da qeyd edir ki, işin apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2, 1246, 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etmiş, bu səbəbdən xx.xx.2023-cü il tarixli qərardadla Konstitusiya Məhkəməsində qəbul ediləcək qərar dərc edilənədək iş üzrə icraat dayandırılmışdır.

52. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.

53. Adıçəkilən qərarda həmçinin qeyd edilmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd olunan hüquqi mövqe nəzərə alınmaqla vərəsələrin payları müəyyən edilməlidir.

55. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

56. Mülki Məcəllənin mirasda məcburi pay anlayışını müəyyən edən 1193-cü maddəsində qanun üzrə birinci növbə vərəsələr sırasından uşaqlar, valideynlər və arvad (ər) mirasda məcburi pay hüququ olan şəxslər kimi göstərilmişdir.

57. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarında məcburi pay institutunun əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, qanunverici Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür. Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır.

58. Həmçinin sözügedən Qərarda qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı prinsipi mütləq xarakter daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Həmin şəxslərin dairəsinin mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəli vərəsələr dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda olaraq, birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən ibarətdir.

59. Mirasda məcburi pay – vərəsəlik hüququnun sosial-iqtisadi və əxlaqi yükü (dəyəri) olan ənənəvi hissəsidir. Mirasda məcburi payın anlayışı və ona hüququ olan subyektlərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ isə mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər (Mülki Məcəllənin 1194-cü maddəsi).

60. Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır.

61. İş materiallarında olan Cavabdeh2 məhkəməyə təqdim etdiyi **********493 nömrəli ərizədə qeyd edilmişdir ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş atası X22 qalmış torpaq sahəsi və üzərində olan yaşayış evinin ona düşən hissəsinin İddiaçı1 adına sənədləşdirilməsinə etiraz etmir.

62. Məhkəmə tərkibi təqdim olunan ərizəyə münasibətdə qeyd edir ki, Cavabdeh2 miras əmlakın sənədləşdirilməsinə etiraz etmədiyini bildirməklə nə ehtiva etməsi anlaşılan deyildir. Belə olan halda ərizə miras paydan imtina kimi qiymətləndirilə və onun üçün hüquqi nəticələr yarada bilməz.

63. Məhkəmə kollegiyası miras qoyanın məcburi vərəsələrinin birinci növbə vərəsələrinin sayının və yaşayış ünvanlarının hazırda müəyyən edilməsinin mümkün olmadığını nəzərə alaraq, sonuncuların adına miras əmlakdan qanunamüvafiq olaraq payların müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Bu hal eyni zamanda gələcəkdə həmin şəxslərin vərəsələrinin dairəsinin müəyyən edilməsi və həmin şəxslərin vərəsəlik hüquqlarını həyata keçirmələrini asanlaşdırmaq məqsədi daşıyır.

64. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq,

Qət etdi : Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-46/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı1 Xudaat oğlundan miras qalmış Ağdam rayonunun Mahrızlı kəndi ərazisində yerləşən torpaq sahəsinin 1/5 hissəsində və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 252,7 kv.m yaşayış evində vəsiyyətnamə üzrə vərəsə Cavabdeh1 payı 6/12 hissə, qanun üzrə birinci növbəli vərəsələr X31, X29, Cavabdeh2, İddiaçı1, X7 və X23 hər birinin payı 1/12 hissə müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 70 (yetmiş) manat ekspertiza xərci- Cavabdeh1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X6 Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ 41, NABZ ******************** SWİFT BİK CTREAZ 22, MEM VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İş üzrə 138 (bir yüz otuz səkkiz) manat ekspertiza xərci- İddiaçı1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X6 Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ 41, NABZ ******************** SWİFT BİK CTREAZ 22, MEM VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar