Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2404/2024 05.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-5981/2024 saylı qərardadından iddiaçı X3 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun barəsində yaydığı (yayılmasında iştirak etdiyi) işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatların məhkəmə qaydasında təkzib olunmasına və ona dəymiş mənəvi zərərin əvəzi olaraq 20000 (iyirmi min) manat məbləğində pulun cavabdehdən tutularaq, ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-5981/2024 saylı qərardadı ilə İddiaçı iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-5981/2024 saylı qərardadının ləğv edilməsi və iddia tələbinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iddianın əvvəlki iddia ilə heç bir əlaqəsi yoxdur. Əvvəlki iddiası cavabdehin onun barəsində tərtib etdiyi inzibati xəta haqqında protokol, hazırki iddiası isə onun barəsində tərtib etdiyi raport ilə bağlı olmuşdur. Məhkəmə buna diqqət yetirməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-5981/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə icra icraatının tərəflərinə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-5981/2024 saylı qərardadı tam və onunla bağlı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-5981/2024 saylı qərardadı qismən, iddiaçının şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməli və iddia ərizəsinin mümkünlüyünə baxılması üçün mülki iş Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia ərizəsini məhkəmənin icraatına qəbul etməkdən imtina edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qətnaməsi olduğu halda, iddiaçı yenidən vurulmuş mənəvi zərərin ödənilməsi iddiasını irəli sürmüşdür ki, bununla da, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(125)–286/2024 nömrəli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Daha sonra həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)- 789/2024 nömrəli, 01 aprel 2024-cü il tarixli qətnaməsi ilə, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Gəncə Şəhər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(125)-286/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddia tələbinin mahiyyəti X1 hüquq mühafizə orqanlarına ünvanladığı ərizəsi əsasında DİN Göygöl RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru Cavabdeh onun barəsində tərtib etdiyi inzibati protokol ilə bağlı olmuşdur. Hazırki iddiasında isə iddiaçı Cavabdeh onun barəsində Təranə Zeynalovanı öldürəcəyi ilə hədələməyi barədə xx.xx.2023-cü il tarixli raportla Göygöl RPŞ-nə müraciət etməsi ilə bağlı Cavabdeh onun barəsində yaydığı işgüzar nüfuzunu ləkələyən məlumatların məhkəmə qaydasında təkzib olunmasını və ona dəymiş mənəvi zərərin ödənilməsini xahiş etmişdir. Göründüyü kimi, əvvəlki iddiası cavabdehin onun barəsində tərtib etdiyi inzibati xəta haqqında protokol, hazırki iddiası isə onun barəsində tərtib etdiyi raport ilə bağlı olmuşdur. Bu isə o deməkdir ki, iddia ərizəsini icraata götürülməsindən imtina üçün Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsində nəzərədə tutulmuş prosessual əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 153.2.2-ci maddəsinin tələbinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunsa da, apellyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında iddianın icraata qəbul edilməsi barədə qərardad çıxarmağa haqlı deyildir. Belə ki, iddianın icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsasları da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll olunmalıdır. Belə olan halda, birinci instansiya məhkəməsi cavabdehlər tərəfindən verilmiş iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinə uyğunluğunu yoxlamalı və əgər iddia ərizəsi həmin maddələrin tələblərinə cavab verirsə, bundan sonra Azərbaycan Respublikası MPM-nin 156-cı maddəsinə tələbləri baxımından icraata qəbul edilməsi məsələsini həll etməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsində müəyyən olunmuş səlahiyyətə və yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-5981/2024 saylı qərardadı tam və onunla bağlı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-5981/2024 saylı qərardadı qismən, iddiaçının şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməli və iddia ərizəsinin mümkünlüyünə baxılması üçün mülki iş Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 387, 400 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-5981/2024 saylı qərardadı tam və onunla bağlı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-5981/2024 saylı qərardadı qismən, iddiaçının şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməli və iddia ərizəsinin mümkünlüyünə baxılması üçün mülki iş Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2404/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2404/2024
05.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver