Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2437/2024 16.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində notariat ofisinə və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 və onun vəkili X6 iştirakı ilə İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində notariat ofisinə və Cavabdeh2 qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın (qeydin) ləğv edilməsi və ər-arvadın ümumi əmlakındakı payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin *8 oktyabr 2*24-cü il tаrixli qətnaməsindən Cavabdeh2(bundan sonracavabdeh) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı 13 oktyabr 1988-ci ildə X5 ilə rəsmi nikah münasibətlərinə girərək ər-arvad olmuşlar və onların birgə nikahlarından hazırki iş üzrə Cavabdeh2 doğulmuşdur. X5 14 yanvar 2*23-cü ildə vəfat etmişdir. Goranboy Rayon Məhkəməsinin 23.*1.2*24-cü il tarixli, 2(*45)-136/2*24 nömrəli qətnaməsi ilə X2 miras qalmış əmlaklar üzərində İddiaçı və Cavabdeh2 miras payları 1/2 hissədə müəyyən edilmişdir. 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən 1* may 2*24-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ilə müəyyən olunur ki, X2 miras qalmış Goranboy rayonu, Balakürd kəndində yerləşən ümumi sahəsi *,16 ha torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 53,7 kv.m olan mənzil və Goranboy rayonu, Balakürd kəndində yerləşən ümumi sahəsi 199,8 kv.m olan əmlak kompleksi kimi müəssisə və həmin müəssisənin yerləşdiyi *,*9 ha torpaq sahəsinin 1/2 hissəsindən Cavabdeh2 vərəsə olaraq pay almışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu, Balakürd kəndində yerləşən, ümumi sahəsi *,16 ha torpaq sahəsinə dair 1*.*5.2*24-cü il tarixli, 2V-494 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilərək həmin əmlaka dair Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən aparılmış qeydin ləğv edilməsi; ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 53,7 kv.m olan mənzilə dair 1*.*5.2*24-cü il tarixli, 2V- 495 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilərək həmin əmlaka dair Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən aparılmış qeydin ləğv edilməsi; Goranboy rayonu, Balakürd kəndində yerləşən, ümumi sahəsi 199,8 kv.m olan əmlak kompleksi kimi müəsissə və həmin müəssisənin yerləşdiyi *,*9 ha torpaq sahəsinə dair 1*.*5.2*24-cü il tarixli 2V-496 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin əmlaka dair Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən aparılmış qeydin ləğv edilməsi, həmçinin yuxarıda adları sadalanan birgə nikah dövründə əldə edilmiş ümumi əmlaklara 1/2 hissədə iddiaçının payınin müəyyən edilməklə mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə mərhum X5 13.1*.1988-ci il il tarixdə aralarında olan nikahı qeydə aldırmış, Natiq Allahverdiyev 14.*1.2*23-cü il tarixdə Goranboy rayonu Balakürd kəndində ölmüşdür. Onlar birgə nikah dövründə alğı-satqı müqavilələri əsasında Gəncə şəhəri və Goranboy rayonu ərazisində əmlaklar əldə etmişlər. X1 iki vərəsəsi var- arvadı İddiaçı və oğlu Cavabdeh2dur. İddiaçı Goranboy Rayon Məhkəməsinə müraciət etmiş və Goranboy Rayon Məhkəməsinin 23.*1.2*24-cü il tarixli, 2(*45)-136/2*24 nömrəli qətnaməsinə əsasən 14.*1.2*23-cü il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaklar üzərində Cavabdeh2 ilə İddiaçı payı 1/2 hissədə payı müəyyən edilmişdir. Qətnamənin nəticə (qət etdi) etdi hissəsində, məhkəmə açıq-aşkar olaraq miras qalmış əmlaklardakı payları bölsə də, 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində notariat ofisinin notariusu anlaşılmayan səbəbdən, yalnız miras əmlaklara deyil, birgə nikah dövründə əldə edilmiş ümumi birgə əmlaklara da 1/2 hissədə şəhadətnamə vermişdir. Notariusun təkidi nəticəsində məhkəmənin qətnaməsinə izah verilməsi üçün ərizə ilə məhkəmənin özünə müraciət edilmiş və məhkəmə, qətnaməsinə izahvermə barədə ərizəni rədd etmişdir ki, məhkəmənin qətnaməsi açıq-aydındır. Lakin həmin *8.*5.2*24-cü il tarixli 8(*45)-68/2*24 nömrəli qərardadda da qeyd edilir ki, qətnamənin təsviri-əsaslandırma hissəsində mübahisə predmeti olan əmlakların iddiaçı ilə miras qoyanın birgə nikah dövründə əldə edilməsi və onların ümumi birgə mülkiyyətə daxil olması halı qeyd edilmişdir. Bundan başqa, Goranboy Rayon Məhkəməsinin 23.*1.2*24-cü il tarixli 2(*45)136/2*24 nömrəli qətnaməsində X2 qalan miras qalmış əmlak üzərində payları müəyyən etmişdir. Birgə nikah dövründə əldə edilmiş əmlaklara münasibətdə ona görə bölgü aparmamışdır ki, həmin hüququn ilkin həyata keçirildiyi yer notariuslardır və 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində notariat ofisinin notariusunın ilkin verdiyi *9.1*.2*23-cü il tarixli imtina məktubu da birgə nikah dövründə əldə edilmiş əmlaka dair 1/2 hissədə payın verilməsindən deyil, miras kütləsinə dair vərəsələr arasında mübahisənin olması səbəbindəndir. 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində notariat ofisinin notariusu iddiaçının hüquqlarının pozulması ilə nəticələnən şəhadətnamələr vermişdir. Belə ki, Həsənova X4 Natiq Musa oğlu ilə birgə nikah dövründə alğı-satqı müqaviləsi əsasında Goranboy rayonu, Balakürd kəndində yerləşən ümumi sahəsi *,16 ha torpaq sahəsi, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda yerləşən 14 nömrəli evin 57 saylı mənzili və Goranboy rayonu, Balakürd kəndində yerləşən ümumi sahəsi 199,8 kv.m olan əmlak kompleksi kimi müəsissə və həmin müəssisənin yerləşdiyi *,*9 ha torpaq sahəsini əldə etmişlər. Həmin əmlaklar birgə nikah dövründə əldə edildiyindən kimin adına qeydiyyata alınmasından asılı olmayaraq ər-arvadın birgə mülkiyyəti hesab olunur. 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində notariat ofisinin notariusundan birgə nikahda əldə edilmiş əmlaka dair şəhadətnamə verilməsi tələb edilsə də, o, Goranboy Rayon Məhkəməsinin sözügedən qətnaməsini əsas gətirərək şəhadətnamə verməkdən imtina etmişdir. Qətnamədə yalnız miras kütləsinin bölünməsi və icra vərəqəsinin də miras kütləsinə dair olması notariusun nəzərinə çatdırılsa da, anlaşılmayan səbəbdən ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə verməmişdir. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – Şəhər Məhkəməsi) 2(125)-3585/2*24 nömrəli iş üzrə qəbul etdiyi *8 oktyabr 2*24-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Goranboy rayonu, Balakürd kəndində yerləşən (daşınmaz əmlakın reyestr nömrəsi 5*9*13*57875-1*3*1) ümumi sahəsi *,16 hektar torpaq sahəsinə dair 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş 1*.*5.2*24-cü il tarixli (reyestr №2V-494) “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin qismən etibarsız hesab edilməsi və həmin əmlaka dair Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən aparılmış qeydiyyatın qismən ləğv edilməsi, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda yerləşən 14 nömrəli evin 57 nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi 2*2*11***238-*51*1-*93*55) mənzilinə dair 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş 1*.*5.2*24-cü il tarixli (reyestr nömrəsi 2V-495) “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin qismən etibarsız hesab edilməsi və həmin əmlaka dair Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən aparılmış qeydiyyatın qismən ləğv edilməsi, Goranboy rayonu, Balakürd kəndində yerləşən (daşınmaz əmlakın reyestr nömrəsi 5*9*13**3746-123*1) əmlak kompleksi kimi müəsissə və həmin müəssisənin yerləşdiyi *,*9 ha torpaq sahəsinə dair 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş 1*.*5.2*24-cü il tarixli (reyestr nömrəsi 2V-496) “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə qismən etibarsız hesab edilməsi və həmin əmlaka dair Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən aparılmış qeydiyyat qismən ləğv edilməsi, Goranboy rayonu, Balakürd kəndində yerləşən (daşınmaz əmlakın reyestr nömrəsi 5*9*13*57875-1*3*1) ümumi sahəsi *,16 hektar torpaq sahəsinin, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda yerləşən 14 nömrəli evin 57 nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi 2*2*11***238-*51*1-*93*55) mənzilinin və Goranboy rayonu, Balakürd kəndində yerləşən (daşınmaz əmlakın reyestr nömrəsi 5*9*13**3746-123*1) əmlak kompleksi kimi müəsissə və həmin müəssisənin yerləşdiyi *,*9 ha torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı, digər 1/2 hissəsinə X3 payının müəyyən edilməsi, İddiaçı və X3 birgə nikahı dövründə əmlaka payların müəyyən edilməsinə dair şəhadətnamənin verilməsi vəzifəsinin 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində notariat ofisinə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəhər Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, Goranboy Rayon Məhkəməsinin 23.*1.2*24-cü il tarixli 2(*45)-136/2*24 nömrəli qətnaməsi ilə Goranboy rayonu, Balakürd kəndində yerləşən *,16 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda yerləşən 14 nömrəli evin 57 nömrəli mənzilin və Goranboy rayonu, Balakürd kəndində yerləşən ümumi sahəsi 199.8 kv.m olan əmlak kompleksinin İddiaçı və X3 birgə mülkiyyətində olması müəyyən edildiyinə görə həmin halın mübahisələndirilməsinə əsas, habelə yenidən sübut edilməsinə və araşdırılmasına zərurət yoxdur. Qeyd olunan səbəbdən məhkəmə hazırki mübahisə üzrə qeyd olunan xüsusatı araşdırmamalı, yalnız X5 və İddiaçı birgə nikahı dövründə əldə olunmuş əmlaklar üzərində ər-arvadın paylı mülkiyyətini müəyyən etməlidir. Şəhər Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 1162-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1, 32.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 miras qoyan tərəfindən miras qalmış əmlaklara İddiaçı yalnız qanun üzrə vərəsə olaraq 1/2 hissə pay hüququnun olmasını onunla əsaslandırır ki, miras kütləsinə daxil olan əmlaklara mülkiyyət hüququnun qeydə alınması, birgə nikah dövrünə düşsə də, faktiki olaraq İddiaçı tərəfindən həmin əmlakların alınmasında hər hansı vəsait sərf edilməmişdir. Notariusun ilk imtinası ilə razılaşmayan İddiaçı Goranboy Rayon Məhkəməsində Cavabdeh2 qarşı məhkəmə qaydasında birgə nikah dövründə əldə edilmiş əmlakdan arvadın payı və qanun üzrə vərəsələrə miras qalmış əmlakdan düşən payların müəyyən edilməsi tələbinə dair iddia qaldırır. İddiaçı tərəf bilərəkdən 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində notariat ofisinə planlı şəkildə müraciət etmişdir. Çünki Cavabdeh2a qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlaka dair hüququnun tanınması tələbinə dair Goranboy Rayon Məhkəməsində iddia qaldırmış olsaydı, məhkəmə iddia ərizəsinin qəbulundan imtina edə və ya eyni tərəflər, eyni predmet və eyni əsas üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğunu əsas gətirərək iş üzrə icraata xitam verə bilərdi. Bu əsasa görə də, formal imtina məktubu alaraq Gəncə Şəhər Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə qətnaməsində bu məsələyə münasibət bildirilsə də, qeyd olunan yanaşma qabaqlayıcı tədbir olaraq yuxarı instansiya məhkəməsinin fikrini başqa istiqamətə yönəltməkdir. “Məhkəmə iddianın məhkəmənin icraatına qəbulu və məhkəmədə tədqiqi zamanı eyni tərəflər arasında eyni predmet barəsində eyni əsasla əvvəllər mübahisənin və belə mübahisəyə dair yekun məhkəmə aktının mövcud olub-olmamasını araşdırmış, əvvəllər tərəflər arasında fərqli əsasla mübahisəsinin olduğunu və eləcə də Goranboy Rayon Məhkəməsinin 23.*1.2*24-cü il tarixli 2(*45)-136/2*24 nömrəli qətnaməsi ilə birgə nikahda əldə olunmuş əmlakın hazırki hüquqi rejimi müəyyənləşdirilsə də həmin hüquqi rejimin dəyişdirilmədiyini, yəni əmlakın birgə mülkiyyətdən paylı mülkiyyətə keçirilmədiyini nəzərə alaraq, iddianın “ər-arvadın ümumi əmlakındakı payın müəyyən edilməsi” tələbinə dair hissədə icraata qəbulunu mümkün hesab etmişdir”. Yuxarı instansiya məhkəməsi qeyd olunan xüsusatı hər tərəfli, tam və obyektiv araşdırsa mülki iş üzrə icraata xitam verməlidir. İddiaçı Cavabdeh2 qarşı birgə nikah dövründə əldə edilmiş əmlaklara payın müəyyən edilməsi və qanun üzrə vərəsə olaraq paylarının müəyyən edilməsinə dair Goranboy Rayon Məhkəməsində iddia qaldırmışdır. Goranboy Rayon Məhkəməsinin 23.*1.2*24-cü il tarixli 2(*45)-136/2*24 saylı qətnaməsi ilə mübahisə həll edilmişdir. Halhazırda həmin qətnamə qüvvədədir və həmin qətnamə ilə müəyyən edilmiş hallar mübahisələndirilə bilməz. Çox təəssüflər olsun ki, iddiaçı tərəf məhkəmə aidiyyatını dəyişməklə eyni tərəflər, eyni predmet və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq yenidən işə mahiyyəti üzrə baxaraq yekun məhkəmə qətnaməsinin qəbul edilməsinə nail olmuşlar. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etirazını onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin mərkəzinə qoyulmuş əsas məsələ və apellyasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, Gəncə Şəhər Məhkəməsi tərəfindən eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə işə baxılmışdır. Apelyasiya şikayətini bununla əsaslandıran apellyator, məhkəmənin nəzərinə iddiaçının yalnız ilk dəfə Goranoy Rayon Məhkəməsinə müraciət etdiyi iddia ərizəsini çatdırmaqla, məhkəmə kollegiyasının fikirini səhv istiqamətə yönəldərək elə fikir formalaşdırmağa çalışmışdır ki, guya Gəncə Şəhər Məhkəməsində baxılan işlə Goranboy Rayon Məhkəməsində baxılan iş eyni iş olmuşdur. Əslində isə iddiaçı ilk dəfə Goranboy Rayon məhkəməsinə “birgə nikah dövründə əldə edilmiş payın və miras payının müəyyən edilməsi” tələbi ilə müraciət etmiş, lakin həmin iddia ərizəsi geri qaytarılmışdır(həmin idddia ərizəsi və geri qaytarma qərardadı sistemə əlavə edilmişdir.) Geri qaytarma qərardadında qeyd edilir ki, birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi ilə miras payının müəyyən edilməsi tələbinə eyni icraatda baxıla bilməz. Bundan sonra iddia tələbini dəyişən iddiaçı sonrakı iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edir və “miras qoyan X2 miras qalmış əmlaklardan qanun üzrə vərəsələrə düşən payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını” xahiş edir. Beləliklə açıq aşkar bəlli olur ki, Goranboy Rayon Məhkəməsində yalnız miras kütləsinin bölgüsü aparılmış, birgə nikah dövründə əldə edilmiş əmlak hissəsinə toxunulmamışdır. Apellyator isə yalnızca ilk iddia ərizəsindən bəhs etməklə yanlış təsəvvür yaratmaq məqsədi güdür və hadisələrə elə fon verməyə çalışır ki, guya Goranboy Rayon Məhkəməsi artıq birgə nikah dövründə əldə edilmiş əmlaka münasibət bildirmişdir. Halbuki birgə nikah dövründə əldə edilmiş əmlaka dair mübahisə ilk dəfə Gəncə Şəhər Məhkəməsində qaldırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X9 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.*.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Həştərxan şəhər Nikah sarayı tərəfindən 13 oktyabr 1988-ci il tarixdə verilmiş saylı “Nikah haqqında şəhadətnamədən” görünür ki, iş üzrə İddiaçı ilə Natiq Allahverdiyev 13.1*.1988-ci il tarixdə nikaha daxil olmuşlar. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Natiq Allahverdiyevin bir övladı var - hazırki iş üzrə Cavabdeh2. Natiq Allahverdiyev 14.*1.2*23-cü il tarixdə ölmüşdür. Goranboy Rayon Məhkəməsinin 23.*1.2*24-cü il tarixli, 2(*45)-136/2*24 nömrəli qətnaməsi ilə Goranboy rayonu, Balakürd kəndində yerləşən *,16 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda yerləşən 14 nömrəli evin 57 nömrəli mənzili, habelə Goranboy rayonu, Balakürd kəndində yerləşən ümumi sahəsi 199,8 kv.m olan əmlak kompleksi üzərində İddiaçı və Cavabdeh2 miras payları 1/2 hissədə müəyyən edilmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 11.*5.2*24-cü il tarixli (reyestrdə 2V-493 nömrəsi, 2V-494 nömrəsi və 2V-4956 nömrəsi ilə qeyd edilmiş) “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən” görünür ki, 14.*1.2*23-cü il tarixdə vəfat etmiş Natiq Allahverdiyevin vərəsələri: arvadı İddiaçı və oğlu Cavabdeh2dir. Miras əmlak Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Daşınmaz əmlakın dövlət reyestrindən” verdiyi Çıxarışlara əsasən mərhum Natiq Allahverdiyevə məxsus olmuş və Goranboy rayonu, Balakürd kəndində yerləşən *,16 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda yerləşən 14 nömrəli evin 57 nömrəli mənzili, habelə Goranboy rayonu, Balakürd kəndində yerləşən ümumi sahəsi 199.8 kv.m olan əmlak kompleksidir. Vərəsələrin hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar. Göstərilənlərə əsasən Məhkəmə tərəflər arasında mülki mübahisənin həlli ilə bağlı bildiririr ki, qanuni qüvvəsini almış Goranboy Rayon Məhkəməsinin 23.*1.2*24-cü il tarixli, 2(*45)-136/2*24 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, 14.*1.2*23-cü il tarixdə vəfat etmiş Natiq Allahverdiyevdən miras qalmış hər 3 əmlak İddiaçı və mərhum Natiq Allahverdiyevin birgə nikahı dövründə birgə vəsait hesabına əldə olunmuşdur. Hazırda apellyasiya şikayətində bu halı mübahisələndirən cavabdeh, öz dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişir. Bu halı, habelə Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, miras kütləyə daxil olan əmlaklar İddiaçı və mərhum Natiq Allahverdiyevin ümumi birgə mülkiyyəti olmaqla, həmin əmlaklar üzərində onların hər birinin 1/2 hissədə payı mövcud olmuşdur. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Goranboy rayonu, Balakürd kəndində yerləşən *,16 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda yerləşən 14 nömrəli evin 57 nömrəli mənzili, habelə Goranboy rayonu, Balakürd kəndində yerləşən ümumi sahəsi 199.8 kv.m olan əmlak kompleksi iddiaçı ilə mərhum Natiq Allahverdiyevin birgə nikahları dövründə əldə olunmuş əmlaklar olduğundan həmin əmlakların 1/2 hissəsi iddiaçının mülkiyyətini təşkil edir. Belə olan halda hər 3 daşınmaz əmlakın digər 1/2 hissəsi 2 nəfər vərəsə mərhumun arvadı İddiaçı və mərhumun övladı Cavabdeh2 arasında bölünməlidir. Lakin notarius bunu nəzərə almamış, Goranboy rayonu, Balakürd kəndində yerləşən *,16 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda yerləşən 14 nömrəli evin 57 nömrəli mənzili, habelə Goranboy rayonu, Balakürd kəndində yerləşən ümumi sahəsi 199,8 kv.m olan əmlak kompleksini tam həcmdə vərəsələr arasında bölməklə səhvə yol vermişdir. Cavabdehin apellyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Çünki, eyni məsələ üzrə artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Apelyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, Goranboy Rayon Məhkəməsinin icraatında olmuş 2(*45)-136/2*24 nömrəli iş üzrə tərəflər və mübahisə predmeti eyni olsa da, mübahisənin əsası fərqli olmuşdur. Digər tərəfdən həmin iş üzrə mübahisəni həll edən Goranboy Rayon Məhkəməsinin 23.*1.2*24-cü il tarixli qətnaməsində mərhum Natiq Allahverdiyevdən miras qalmış əmlaklardan qanun üzrə vərəsələrə düşən payı müəyyən etmişdir. Bu baxımdan Məhkəmə hesab edir ki, hazırki iddiaya Mülki Prosessual Məcəlləsinin 261.* və 261.*.2-ci maddələrinə əsasən xitam verilə bilməz. Cavabdehin apellyasiya şikayətinin dəliləri müzakirə olunan hissədə əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən 11.*5.2*24-cü il tarixdə Goranboy rayonu, Balakürd kəndində yerləşən *,16 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinə, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonda yerləşən 14 nömrəli evin 57 nömrəli mənzilə, habelə Goranboy rayonu, Balakürd kəndində yerləşən ümumi sahəsi 199,8 kv.m olan əmlak kompleksinə dair verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lər qismən etibarsız hesab edilməli və həmin əmlaklara dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər ləğv edilməli, sözügedən əmlaklara dair iddiaçı və mərhum Natiq Allavherdiyevin 1/2 hissədə payları müəyyən edilməli, bu barədə şəhadətnamənin verilməsi vəzifəsi notariat ofisinə tapşırılmalıdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.*.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 4*5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Gəncə Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş *8 oktyabr 2*24cü il tаrixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-2437/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2437/2024
16.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver