Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2439/2024 21.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Rüstəmova (Hüseynova) İlahə İbrahim qızına və X6 qarşı “miras əmlakda qanun və vəsiyyətnamə üzrə vərəsələr arasında payların müəyyən edilməsi” tələbinə dair iş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-719/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh5, Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Rüstəmova (Hüseynova) İlahə İbrahim qızına və X6 qarşı “miras əmlakda qanun və vəsiyyətnamə üzrə vərəsələr arasında payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müracit etmişdir. Samux Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-719/2024 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş və xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 miras qalmış Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsində olan payına İddiaçı vəsiyyət üzrə vərəsə, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 birinci növbə məcburi paya malik olan qanun üzrə vərəsələr müəyyən edilməsi, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsində olan payına Cavabdeh5, İddiaçı, Cavabdeh3 və Cavabdeh1 birinci növbə qanun üzrə vərəsələr müəyyən edilməsi, Samux rayonu, Əhmədbəyli kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsinin 36/140 hissəsinə İddiaçı, 28/140 hissəsinə Cavabdeh5, 28/140 hissəsinə Cavabdeh3, 8/140 hissəsinə Cavabdeh1 miras payı, 20/140 hissəsinə X4 və 20/140 hissəsinə X2 payının müəyyən edilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-719/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh5, Cavabdeh1 və Cavabdeh4 tərəfindən apellyasiya şikayəti elektron qaydada Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə verilmiş və şikayət vəkil və nümayəndə kimi Vəkil tərəfindən imzalanmışdır. Məhkəmə kollegiyası qətnamədən verilmiş apellyasiya şikayətini iş materialları ilə birgə araşdırıb hesab edir ki, apellyasiya mümkün sayılmamalı və cavabdehlər Cavabdeh5, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qaytarılması üçün iş Samux Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Samux Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-719/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti cavabdehlər Cavabdeh5, Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilmiş, sonuncuların adları elektron imzalanmış apellyasiya şikayətində apellyasiya şikayəti verən şəxs kimi şikayətdə göstərilmişdir. Lakin apellyasiya şikayəti yalnız Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi və vəkili olan Vəkil tərəfindən imzalanmışdır. Digər cavabdehlərin adları vəkil tərəfindən təqdim edilmiş orderdə qeyd edilməsinə baxmayaraq vəkilin eyni zamanda cavabdehlər Cavabdeh5, Cavabdeh1 nümayəndəsi olmasına və onların adından məhkəmə aktlarından şikayət verlməsinə dair vəkilə səlahiyyət verilməsinə dair etibarnamə şikayətə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Beləliklə şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinə dair Azərbaycan Respublikası Müılki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələblərinə uyğunluğunu yoxlamdan şikayəti apellyasiya instansiyası məhkəməsinə göndərdiyindən Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-719/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya qeyrimümkün hesab edilməli və cavabdehlər Cavabdeh5, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verilməsi üçün şikayət iş materialları ilə birgə Samux Rayon Məhkəməsinə qaytarılmalıdır. İşə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutan, məhkəmə kollegiyası qərara aldı: Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-719/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh5, Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin. Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(058)-719/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh5, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti hüquqi qiymət verilməsi üçün iş materialları ilə birlikdə Samux Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-2439/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2439/2024
21.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver