Məhkəmə qərarları › İş №2(104)-2478/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2478/2024

16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2478/2024 16.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər X1 (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-518/2023 saylı qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏNETDİ: Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası üzrə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə Muşaviq oğlu xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-2771/2023 saylı qərardadı ilə apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə (MPM) 2 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilmədiyindən MPM-in 364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Ağstafa Rayon Məhkəməsinə qaytarılmışdır. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-518/2023 saylı qərardadı ilə apellyasiya şikayəti MPM-in 363.1.1-1-ci və 361-ci maddəsinə əsasən geri qaytarılmışdır. Bundan sonra cavabdehin nümayəndəsi və vəkili Nümayəndə Muşaviq oğlu təkrarən Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(015)-518/2023 saylı qətnaməsindən yenidən apellyasiya şikayəti vermiş, həmin apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-503/2024 saylı qərardadı ilə apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilmədiyindən MPM-in 364-cü maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Ağstafa Rayon Məhkəməsinə qaytarılmışdır. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-518/2023 saylı qərardadı ilə apellyasiya şikayəti MPM-in 363.1.1-1-ci və 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyi üçün geri qaytarılmışdır. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə Muşaviq oğlu təkrarən Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(015)-518/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bundan sonra apelyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin apellyasiya şikayətinin mümkünküyü yoxlanılarkən şikayətin mülki prosessual qanunvericilikdə müəyyən edilmiş müddətdə verilmədiyi səbəbindən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1165/2024 saylı qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılması üçün mülki işlə birlikdə Ağstafa Rayon Məhkəməsinə göndərilmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-518/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş müddət verilmədiyindən və buraxılmış prosessual müddətin bərpası barədə ərizə verilmədiyindən geri qaytarılmışdır. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-518/2023 saylı qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə Muşaviq oğlu apelyasiya şikayətinin müddətinin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək buraxılmış müddəti üzürlü hesab edərək apelyasiya şikayətinin vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-518/2023 saylı qərardadı ilə, apelyasiya şikayətinin vermə müddəti Cavabdeh, qanuni nümayəndəsi və vəkili Nümayəndə Muşaviq oğluna münasibətdə bərpa olunmuşdur. Həmin qərardaddan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndəsi X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd edilən qərardadın ləğv olunmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-518/2023 saylı qərardadı ilə şikayət təmin olunmamış, Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(015)- 518/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-1940/2024 saylı qərardadı ilə şikayət təmin edilmiş, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə Muşaviq oğlu apelyasiya şikayətinin müddətinin bərpasına dair ərizəyə yenidən baxılması üçün mülki iş birlikdə Ağstafa Rayon Məhkəməsinə qaytarılmışdır. Ağstafa Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli qərardadı ilə qətnamədən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə Muşaviq oğlu tərəfindən verilmiş apellyasiya şikayəti vermə müddəti bərpa edilmişdir. Həmin qərardaddan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndəsi X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd edilən qərardadın ləğv olunmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-518/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayətə təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin 2(015)-518/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına təqdim edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti prosessual qanunvericliklə nəzərdə tutulmuş müddətdə verilmişdir. Lakin apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından məhkəmənin müvafiq qərardadlarına əsasən geri qaytarılmışdır. Cavabdehin işə yuxarı instansiyasında təkrar baxılmasına istəyi onun dəfələrlə verdiyi şikayətlərin məzmunundan aydın olur. Məhkəmə hesab etmişdir ki, şikayətin baxılması üçün anlaşılan və praktik imkandan məhrum etməklə cavabdehin ədalət mühakiməsinə çatım hüquqlarının mahiyyətini əhəmiyyətli dərəcədə pozmuş olar və bu səbəbdən cavabdeh verilmiş apellyasiya şikayəti vermə müddəti bərpa edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iş materiallarından görünür ki, “Elektron məhkəmə” informasiya sistemindən göründüyü kimi, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-518/2023 saylı qətnaməsi tərtib olunaraq xx.xx.2023-cü il tarixdə sistemə yerləşdirilmiş, hazırkı apellyasiya şikayəti isə Ağstafa Rayon Məhkəməsinə - xx.xx.2023-cü il tarixdə elektron qaydada daxil olmuşdur. Göründüyü kimi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə Muşaviq oğlu tərəfindən verilmiş apellyasiya şikayəti vaxtında verilmiş, lakin apellyasiya şikayəti düzgün tərtib olunmadığından birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin müvafiq qərardadları ilə geri qaytarılmışdır. Cavabdeh apellyasiya şikayətində olan nöqsanları aradan qaldırmaqla apellyasiya şikayəti verməklə yanaşı apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi isə cavabdehin prosessual müddətin bərpasına dair ərizəsini əsaslı olaraq təmin etmişdir. Apellyasiya şikayətinin ilk dəfə vaxtında verilməsi, daha sonra isə apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadı aldıqdan sonra nöqsanları aradan qaldıraraq yenidən şikayət verməsi onun apellyasiya şikayəti vermək niyyətinin olmasını sübut etməkdədir. Azərbaycan Respublikası Mülki Prosesessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 2(015)-518/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına təqdim edilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar