Məhkəmə qərarları › İş №2(104)-2502/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2502/2024

05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2502/2024 05.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı1 və qeyrilərinin cavabdehlər Göygöl Rayon Notariat Kontoru və qeyrilərinə qarşı mülkiyyət hüququ ilə əlaqədar mübahisələrə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-207/2022 saylı qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏNETDİ: Maraqlarına toxunan şəxs Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Göygöl Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(066)- 394/2021 nömrəli qərardadına əsasən cavabdeh X1 mülkiyyətində olan torpaq sahələrinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və qeyriləri cavcabdehlər Göygöl rayon Notariat Kontoruna, X2, Azərbaycan Respublikası DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququna dair reyestrdən çıxarışların və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair məhkəməyə müraciət etmişlər. Göygöl Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(066)-394/2021 nömrəli qərardadına əsasən cavabdeh X1 mülkiyyətində olan torpaq sahələrinin üzərinə həbs qoyulmuş və Göygöl Rayon Məhkəməsinin 2(066)-207/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Göygöl Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(066)-394/2021 nömrəli qərardadına əsasən cavabdeh X1 mülkiyyətində olan torpaq sahələrinin üzərinə həbs qoyularkən, əslində 30 avqust 2018-ci il tarixdən həmin torpaq sahələrinin mülkiyyətçisi o, olmuşdur. Ona görə də, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-207/2022 saylı qəraradadı ilə (hakim Mübariz Məmmədov) ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Maraqlı şəxs şikayət verərək, qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-207/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası tərəfindən şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, 30 avqust 2018-ci il tarixli, 4Ə-375 reystr nömrəli alqı-satqı müqaviləsindən və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinən RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********30, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi 31 avqust 2018-ci il olan Çıxarışdan məlum olur ki, Maraqlı şəxs mülkiyyətində Göygöl rayonu Qızılca kəndində yerləşən 0,7345 hektar kənt təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Maraqlı şəxs Göygöl Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(066)-394/2021 nömrəli qərardadı ilə üzərinə həbs qoyulmuş torpaq sahələrinin mülkiyyətçisinin özü olmasını bildirsə də, həmin torpaq sahələrinin eyni olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd edir ki, ərizəyə baxan birinci instansiya məhkəməsi ilk növbədə Maraqlı şəxs maraqlarına toxunan şəxs qismində ərizəsinin mümkünlüyü məsələsinə baxmalı idi. İş materialları və təqdim edilmiş sənədlər ilə onun mübahisəli torpaq sahəsinə dair hansı maraq və hüquqlarının pozulması müəyyən edilməmişdir. RX seriyalı, ******* nömrəli Çıxarış ilə X1 mülkiyyətində olan mübahisəli torpaq sahəsinin ölçüləri üst-üstə düşsə də, torpaq sahələrinin eyni olması məsələsi iş materialları ilə sübut olunmur. Belə ki, həmin torpaq sahələrinin reyestr nömrəsi və qeydiyyat nömrələri fərqlidir. Maraqlı şəxs isə həmin torpağın ona necə məxsus olması, X1 adına necə qeydə alınması ilə bağlı heç bir sübun adına necə qeydə alınması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Ərizəyə baxan birinci instasiya məhkəməsi qeyd olunan halları araşdırmalı, Maraqlı şəxs məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunub toxunmamsı məsələsini müzakirə etməli, sonra isə ərizəyə hüquqi qiymət verməli idi. xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası MPM-nin: 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 363.1-ci maddəsinə görə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə. 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. 398.0.2. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərə bilər. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını müzakirə edərək, qətnamədən verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 364.1-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayıb qanuni qərar qəbul etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-207/2022 saylı qərardadı ləğv edilməli, maraqlarına toxunan şəxs Maraqlı şəxs həbsin götürülməsi barədə ərizəsinin uyğunluğuna baxılması üçün iş Göygöl Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-207/2022 saylı qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-207/2022 saylı qərardadı ləğv edilsin. Maraqlarına toxunan şəxs Maraqlı şəxs həbsin götürülməsi barədə ərizəsinin uyğunluğuna baxılması üçün iş Göygöl Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar