Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2504/2024 13.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman оğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibаrət tərkibdə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli 2(040)-744/2024 nömrəli qərardadından İddiaçı tərəfindən vеrilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N Е T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə X1 arasında 1995-ci il buraxılışlı, mühərrik nömrəsi **********2744, BAN WDV2100371A051397, **-ES-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E230” (minik) markalı avtomobillə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş dövlət yol polisi idarəsinin Yevlax rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində bağlanmış 14 sentyabr 2022-ci il tarixli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, “Mercedes Benz E230” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobilin naturada və ya mümkün olmazsa dəyəri olan 9200 (doqquz min iki yüz) manat pulun Cavabdeh alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli 2(040)-744/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş və Kəlbəcər Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli 2(040)-744/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti MPM-nin 361-ci maddəsində nəzərdə tutulmuş forma məzmununa uyğun olmaması əsası ilə geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardaddan şikayət vermiş, lakin məhkəmə şikayətini qəbul etməmişdir ki, şikayətin mətni elektron sistemdə kiril əlifbası ilə düşmüşdür. Sadəcə elektron sistemlə bağlı yaranan texniki nasazlıqdan dolayı şikayətinin mətnində ortaya çıxan anlaşılmazlıqdan irəli gələrək apellyasiya şikayəti geri qaytarılmışdır. Kəlbəcər Rayon Məhkəməsinin 27 noyabr 2024-ci il tarixli 2(040)-744/2024 nömrəli qətnaməsi ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. “Azərbaycan Respublikasının Dövlət Dili Haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində deyilir ki, Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 361-ci maddəsində apellyasiya şikayətinin hansı forma və məzmunda verilməli olması göstərilmişdir. MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, Kəlbəcər Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli 2(040)-744/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsində nəzərdə tutulmuş forma məzmununa uyğun olmaması əsası ilə şikayəti geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Mülki prosessual qanunvericilik apellyasiya şikayətinin qaytarılmasının hüquqi əsaslarını müəyyən etmişdir ki, həmin əsaslardan biri də apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsidir (MPM maddə 363.1.1-1). Hazırkı işdən görünür ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti latın əlifbası ilə deyil də, kiril əlifbası ilə tərtib edilmişdir və şikayətin məzmunu oxunaqsızdır. İşin sadalanan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq apellyasiya şikayətini geri qaytarmışdır. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunanlara əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız hesab edilmişdir. MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 357, 363, 398.0.1 və 402.2-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli 2(040)-744/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qanuni qüvvəyə minir. Qərаrdаddаn şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2504/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2504/2024
13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver