Məhkəmə qərarları › İş №2(104)-251/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-251/2024

18.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-251/2024 18.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Gəncə şəhəri 1 saylı Notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə Açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil Nümayəndə2 (sonuncu prosesdə iştirak etmir), Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 (sonuncu prosesdə iştirak etmirlər) iştirakları ilə , Gəncə Şəhər Məhkəməsinin 2(125)-5563/2*23 saylı mülki iş üzrə *2 oktyabr 2*23cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi vəkil Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə 18 yanvar 2*24-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İş materiallarında olan 27.1*.2*11-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 223 ünvanda *.*199 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 74.8 kv.m olan fərdi yaşayış evinin üzərində Cavabdeh3 və Cavabdeh2 paylı mülkiyyət hüququ 27.1*.2*11-ci il tarixdə 2*1*13**39*7-1*3*1 reyestr nömrəsi ilə 1511*13177 qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İşdə olan arayışdan görünür ki, Cavabdeh3 təqdim etdiyi Kirovabad şəhər KTŞ-nin 13.*6.1933-cü il tarixli 6893 saylı torpaq qeydi haqqında sənəd, Gəncə şəhər icra mandatının *1.*6.1925-ci il tarixli 29 nömrəli qərarı, Kirovabad şəhər TİB-nun 25 №-li cizgi planı mərhum X6 aid olan Gəncə şəhəri, Atatürk pr. 223 ünvanındakı tik. “A” 74.8 kv.m ümumi sahəsi, 41.6 kv.m 2 yaşayış otağı, 33.2 kv.m köməkçi sahəsi və *.*199 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evi üzərində mülkiyyət və ya digər əşya hüquqlarının vərəsəliyini qanunvericiliyə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir. İşdə olan küçə üçlüyünün arayışından görünür ki, Gəncə şəhəri, Nizami rayonu Atatürk prospekti ev 223-də yaşayan Cavabdeh3 onun babası X9 vəfat edən günə kimi Gəncə şəhəri, Nizami rayonu Atatürk prospekti ev 223 də yaşamışdır. X4 valideynləri vəfat etmişdir. X4 vəfatından sonra ailə üzvü kimi X12, X17, Nümayəndə1 Mirələsgər oğlu qalmışdır. X1 başqa ailə üzvü qalmamışdır. X12 və X17 mərhumun sağlığında ikən və halhazırda başqa-başqa ünvanlarda yaşayırlar və qeydiyyatdadırlar. Nümayəndə1 Mirələsgər oğlunun vəfatından sonra ailə üzvü kimi X13, İddiaçı, Cavabdeh3 və Cavabdeh2 qalmışdır. X13 mərhumun sağlığında ikən və hal-hazırda Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti ev 223-də qeydiyyatda olsa da, orada yaşamır. İddiaçı başqa ünvanda yaşayır və qeydiyyatdadır. Cavabdeh3 və Cavabdeh2 mərhumun sağlığında ikən və hal hazırda Gəncə şəhəri, Nizami rayonu Atatürk prospekti ev 223-də yaşayırlar və bütün təsərrüfat işlərini idarə edirlər. X1 vəfatından sonra heç bir az yaşlı və əmək qabliyyətini itirmiş ailə üzvü qalmamışdır. İşdə olan 27.*9.2*11-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, 1937-ci ilin may ayında vəfat etmiş X4 vərəsələri Cavabdeh3 və Cavabdeh2 miras əmlakdan bərabər hissələrlə pay almışlar. Miras əmlak Gəncə şəhəri, Atatürk prospekti ev 223 ünvanında *.*199 ha torpaq sahəsində yerləşən “A” yaşayış binası ümumi sahəsi 74.8 kv.m, yaşayış sahəsi 41.6 kv. M, köm. Sahə 33.2 kv.m. olan 2 otaqdan ibarətdir. İşdə olan X5 notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, X5 qaynatası X9 1937-ci ildə vəfat etmiş, vəfatından sonra adına Gəncə şəh. Atatürk pr 223 saylı ev miras qalmışdır. Həmin ərizə ilə bildirmişdir ki, həmin ünvanda pasport qeydiyyatında olsa da faktiki olaraq başqa ünvanda yaşayır, qeyd edilən vərəsəliyi qəbul etməmişdir, ona qarşı heç bir iddiası yoxdur və vərəsəliyin qəbul edilməsi üçün vərəsəlik müddətinin uzadılması haqqında məsələ ilə məhkəməyə müraciət etməyəcəkdir. İşdə olan X14 notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, X14 atası X9 1937-ci ildə vəfat etmiş, vəfatından sonra adına Gəncə şəh. Atatürk pr 223 saylı ev miras qalmışdır. Həmin ərizə ilə bildirmişdir ki, qeyd edilən vərəsəliyi qəbul etməmişdir, ona qarşı heç bir iddiası yoxdur və vərəsəliyin qəbul edilməsi üçün vərəsəlik müddətinin uzadılması haqqında məsələ ilə məhkəməyə müraciət etməyəcəkdir. İşdə olan X8 notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, X8 atası X9 1937-ci ildə vəfat etmiş, vəfatından sonra adına Gəncə şəh. Atatürk pr 223 saylı ev miras qalmışdır. Həmin ərizə ilə bildirmişdir ki, qeyd edilən vərəsəliyi qəbul etməmişdir, ona qarşı heç bir iddiası yoxdur və vərəsəliyin qəbul edilməsi üçün vərəsəlik müddətinin uzadılması haqqında məsələ ilə məhkəməyə müraciət etməyəcəkdir. İşdə olan İddiaçı notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, İddiaçı babası X9 1937-ci ildə vəfat etmiş, vəfatından sonra adına Gəncə şəh. Atatürk pr 223 saylı ev miras qalmışdır. Həmin ərizə ilə bildirmişdir ki, qeyd edilən vərəsəliyi qəbul etməmişdir, ona qarşı heç bir iddiası yoxdur və vərəsəliyin qəbul edilməsi üçün vərəsəlik müddətinin uzadılması haqqında məsələ ilə məhkəməyə müraciət etməyəcəkdir. İşdə olan Azərbaycan Sovet Sosialist Respublikası adından 1974-cü il tarixli qətnaməsi ilə, X27 X9 ilə 1921-ci ildə qeyri-rəsmi qaydada evlənmələri, 1937-ci ilin may ayına kimi ər-arvad kimi yaşamaları, X4 1937-ci ilin may ayında vəfat etməsi faktlarının təsdiq edilməsi qət edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X32 26.1*.1981-ci il tarixdə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, Nümayəndə1 Mir-Ələsgər oğlu *9.*7.1973-cü il tarixdə ölmüşdür. İşdə olan evlənmə haqqında şəhadətnamədən görünür ki, Nümayəndə1 Mir- Ələsgər oğlu və X18 *2.*2.1952-ci ildə evlənmişlər. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 xx.xx.1964-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Nümayəndə1 Mir-Ələsgər oğlu, anası X7r. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 xx.xx.1956-cı il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Nümayəndə1 Mir-Ələsgər oğlu, anası X7r. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Nümayəndə1 Mir-Ələsgər oğlu, anası X7r. İşdə olan 3 saylı Gəncə Ərazi İdarəsinin 15 may 2*23-cü il tarixli məktubundan görünür ki, Gəncə şəhər 1 saylı dövlət notariat kontorunda 31 oktyabr 1991-ci il tarixdə 19783 nömrə ilə təsdiq edilmiş yaşayış evi və ya mənzillərin alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 36 ünvanında yerləşən 34 saylı mənzil X23 adına qeydiyyata alınmış, ona *4.11.1991-ci il tarixli, 5298 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 1 saylı notariat kontorunun *5.12.1991-ci il tarixli, 2-8-1*21 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən qeyd edilən mənzil X2, ona 1*.12.1991-ci il tarixli, 5298 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 2 saylı notariat kontorunun 1*.11.1999-cu il tarixli, 3M-2-241 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən qeyd edilən mənzil X3, ona *2.*2.2***-ci il tarixli, 5298 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 2 saylı notariat kontorunun 3*.*7.2**8-cü il tarixli, 4Ə-3-318 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X16 31.*7.2**3-cü il tarixli, 5298 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 2 saylı notariat kontorunun *2.1*.2**3-cü il tarixli, 4Ə-3-385 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2* 13.1*.2**3-cü il tarixli, 5298 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 2 saylı notariat kontorunun *9.*9.2**4-cü il tarixli, 4Ə-3-387 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X11 14.*9.2**4-cü il tarixli, 5298 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 7 saylı dövlət notariat kontorunun 2*.*8.2**6-cı il tarixli, 4Ə-*2-4*4 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X28 15.*9.2**6-cı il tarixli, 2*2*11*****2- *51*1-*93**2 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 4 saylı dövlət notariat kontorunun 15.*2.2**7-ci il tarixli, 4Ə-1-75 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən X1* 27.*2.2**7-ci il tarixli, 2*2*11*****2- *51*1-*93**2 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin dövlət notariat kontorunun 14.*1.2*22-ci il tarixli, 2V-24 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən İddiaçı 31.*1.2*22-ci il tarixli, 2*2*11*****2- *51*1-*93**2 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinin dövlət notariat kontorunun *1.*2.2*22-ci il tarixli, 4Ə-251 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Nümayəndə1 22.*2.2*22-ci il tarixli, 2*2*11*****2*51*1- *93**2 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil ümumi sahəsi 39.6 kv.m, yaşayış sahəsi 17.4 kv.m olan bir yaşayış otağından ibarətdir. İşdə olan Gəncə şəhər HƏEK-in *51573 saylı 23 1*.1992-ci il tarixli arayışından görünür ki, İddiaçı uşaqlıqdan gözdən ikinci qrup əlildir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Gəncə şəhəri 1 saylı Notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 223 saylı mülkə dair Gəncə 1 saylı Notariat ofisi 27.*9.2*11-ci il tarixli 2V-1-27* saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə və onun əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlat Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına 27 oktyabr 2*11-ci il tarixli 1511*13177 nömrəli və Cavabdeh3 adına verilmiş 27 oktyabr 2*11-ci il tarixli 1511*13177 qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsini və qanun üzrə vərəsəlik əsasında bərabər paylara bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh3 və Cavabdeh2 onun doğma bacılarıdır. Cavabdehlər atasından miras qalmış Gəncə şəhəri, Nizami rayonu Atatürk prospekti, 223 saylı mülkü onu aldadaraq mirasdan imtina ərizəsinə imza etdirmək yolu ilə miras əmlakı qəbul ediblər. Həmin əmlaka paylı mülkiyyət hüququ əsasında cavabdehlər Cavabdeh3 və Cavabdeh2 adına DƏDRX-nin Gəncə Ərazi İdarəsində qeydiyyatdan keçmiş və onlara 27 oktyabr 2*11-ci il tarixli 1511*13177 qeydiyyat nömrəli Çıxarış verilmişdir. Mübahisəli mülk *,*199 ha torpaq sahəsindən, bir mərtəbəli, iki yaşayış otağı olmaqla sahəsi 28,6 kv.m yaşayış otağından, 13.* kv.m yaşayış otağından, iki örtülü eyvan olmaqla 14,6 kv.m örtülü eyvandan, 18,6 kv.m örtülü eyvandan, 12,2 kv.m mətbəxdən və 11,5 kv.m zirzəmidən ibarətdir. Hazırda həmin mübahisəli mülkdə ona sərbəst yaşamağa cavabdeh icazə vermir. Belə ki, 28,6 kv.m olan yaşayış otağından cavabdeh istifadə etməklə orada tələbə hazırlaşdırır, 14.6 kv.m olan örtülü eyvan isə cavabdehin yataq otağıdır, 18.6 kv.m olan örtülü eyvan və 12,2 kv.m olan mətbəx ümumi istifadələrindən 11,5 kv.m olan zirzəmidən ibarətdir. Qeyd olunan əmlakda atasının sağlığından uzun illərdir yaşayır və pasport qeydiyyatındadır. Bacıları arasında əmlakın naturada bölünməsi barədə mübahisə yaranan zaman ona məlum olmuşdur ki, əmlakı bacıları qanun üzrə vərəsəlik qaydasında qəbul etmişlər. O, orta məktəbi 8-ci sinifə qədər bitirmiş və ondan sonra isə peşə təhsili almışdır. Uşaqlıqdan gözdən ikinci qrup əlildir. Bu hadisə onun gözdən əlil olmağından istifadə etməklə baş vermişdir. Belə ki, Arxiv İdarəsindən alınmış notariat işinin sürətindən göründüyü kimi, ondan qanuna zidd şəkildə razılıq ərizəsi alınaraq vərəsəlik qaydasında əmlak qəbul edilmişdir. İmzaladığı ərizənin vərəsəlikdən imtina sənədi olması barədə ona məlumat verilməmişdir. Uzun illərdir mübahisəli miras əmlakda yaşadığından elə zənn etmişdir ki, o da, vərəsəlik qaydasında pay almışdır. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydalarının 22-ci bəndinə əsasən, şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun eləcə də, xüsusi notariusun köməkçisinin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs savadsız və kordursa, notarius ona sənədin mətnini oxumağa və bu barədə sənəddə qeyd yazmağa borcludur. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş kar, kor və kar-lal şəxs savadsızdırsa, notariat hərəkəti aparılarkən onu başa salmağı bacaran savadlı şəxs mütləq iştirak etməli və öz imzası ilə təsdiq etməlidir ki, əqdin, ərizənin və ya digər sənədin məzmunu əqddə, ərizədə və digər sənəddə iştirak edən kar, kor və ya kar-lal şəxsin iradəsinə uyğundur. Mülki Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. “Notariat haqqında” Qanunda qanun üzrə vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi halı vəsiyyətnamə üzrə vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən fərqləndirilmişdir. Belə ki, notarius qanun üzrə vərəsəlik şəhadətnaməsi verməzdən öncə, sübutlar tələb etmək yolu ilə şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını yoxlamalıdır. Mülki Məcəllənin 1291-ci maddəsində nəzərdə tutulan “miras şərikləri arasında mirasın bölüşdürülməsi” müddəası həmin Məcəllənin 1274-cü maddəsində verilən müddəanı-“mirası onu qəbul edən vərəsələrin hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun” bölüşdürülməsini ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Konstitusiyasının 6*-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3*7.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2*2*-ci il 16 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir.Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirasıqəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Gözdən əlil olmağından istifadə edərək mətni izah edilmədən onun vərəsəlikdən imtina ərizəsi alınmışdır. Nəticədə vərəsəlik hüquqları pozularaq payından məhrum edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5563/2*23 saylı mülki iş üzrə *2 oktyabr 2*23-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri İddiaçının nümayəndəsi vəkil Nümayəndə2 oğlu qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5563/2*23 saylı mülki iş üzrə *2 oktyabr 2*23-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iddiaçının kor olmasını, yəni bir gözünün tamamı ilə, digər gözünün isə *.*4 faiz görmə qabiliyyətli olmasını normal görmə kimi qəbul edərək, onun tərəfindən bilmədən imzalanmış mirasdan imtina barədə ərizənin ona izah olunmasına ehtiyac olmadığı qənaətinə gələrək iddianı təmin etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya məhkəməsində icraat Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə2 apellyasiya şikayətində göstərilənləri müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini və iddianı qəbul edərək, şikayətin təmin edilib, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmaına etiraz etmədiyibi bildirmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etirazını bildirərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə iddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə kollegiyasının sonuncu iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1267. Vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Maddə 1268. 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. 1268.2. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları: Bərd 22, hissə 2. əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs savadsız və kordursa, notarius ona sənədin mətnini oxumağa və bu barədə sənəddə qeyd yazmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 1*6.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 384.*. Apellyasiya instansiyası məhkəməsi: 384.*.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Maddə 372.1 - apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2 - yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6 - apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7 - apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmədə iştirak edən şəxsləri dinləyib, eləcə də apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, iddiaçı tələbinin əsası kimi Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydalarının 22-ci bəndinə istinad edərək qeyd edir ki, şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun eləcə də, xususi notariusun köməkçisinin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda, notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi özünün imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs savadsız və kordursa, notarius ona sənədin mətnini oxumağa və bu barədə sənəddə qeyd yazmağa borcludur. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş kar, kor və kar-lal şəxs savadsızdırsa, notariat hərəkəti aparılarkən onu başa salmağı bacaran savadlı şəxs mütləq iştirak etməli və öz imzası ilə təsdiq etməlidir ki, əqdin, ərizənin və ya digər sənədin məzmunu əqddə, ərizədə və digər sənəddə iştirak edən kar, kor və ya kar-lal şəxsin iradəsinə uyğundur. İş materialları ilə müəyyən olunur ki, iddiaçı uşaqlıqdan gözdən ikinci qrup əlildir. Həmçinin iddaçının özünün izahatı ilə müəyyən olunur ki, iddiaçı orta məktəbi 8-ci sinifə qədər bitirmiş və ondan sonra isə peşə təhsili almışdır. Belə ki, iddiaçı tələbinin əsası kimi Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydalarının 22- ci bəndinin ikinci hissəsində qeyd edilir ki, əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs savadsız və kordursa, notarius ona sənədin mətnini oxumağa və bu barədə sənəddə qeyd yazmağa borcludur. Göründüyü kimi qanunverici notariusun sənədin mətnini oxumağa və bu barədə sənəddə qeyd yazmağa o halda nəzərdə tutmuşdur ki, şəxs savadsız və kor olsun. İddiaçı isə gözdən əlil olsa da, ikinci qrup əlildir. Yəni görmə qabiliyyətini tam itirməmiş, kor deyildir. Digər tərəfdən iddiaçı savadsız da, deyildir. Orta məktəbdə səkkizinci sinifə qədər təhsil almış, sonra isə peşə məktəbini bitirmişdir. Odur ki, məhkəmə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İddiaçının nümayəndəsi şikayətində göstərmişdir ki, iddiaçı kordur və görmə qabiliyyəti yoxdur. Məhkəmə kollegiyası göstərir ki, şikayətin həmin dəlili əsassızdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki işin materiallarında olan Gəncə şəhər HƏEK-in *51573 saylı 23 1*.1992-ci il tarixli arayışından görünür ki, İddiaçı uşaqlıqdan gözdən ikinci qrup əlildir. Həmin sənəddən göründüyü kimi iddiaçı uşaqlıqdan gözdən ikinci qrup əlil olsa da, onun kor olması, görmə qabiliyyətli olmaması barədə dəlilləri əsassızdır. Həmçinin, iş materiallarından müəyyən edilir ki, iddiaçı savadsız da deyildir. Beləliklə, kollegiya hesab edir ki, verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsaslanan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş və haqlı olaraq iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, məhkəmə kollegiyası belə qərara gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 2(125)-5563/2*23 saylı mülki iş üzrə *2 oktyabr 2*23-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 4*2, 4*4, 4*5 və 4*6-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5563/2*23 saylı mülki iş üzrə *2 oktyabr 2*23cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar