Məhkəmə qərarları › İş №2(104)-254/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-254/2025

04.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-254/2025 04.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə Açar sözlər: miras əmlakda payların müəyyən edilməsi; qanun və vəsiyyət üzrə vərəsəlik; miras əmlakda məcburi pay Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı Nümayəndə (həmçinin digər iddiaçılar İddiaçı2 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi), cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X21 iştirakı ilə, İddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Qazax rayon notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin və miras payın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, həmçinin miras əmlaka paylarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli 2(023)-795/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə məhkəmə kollegiyası 04 mart 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X24 ilə X14 xx.xx.1959-cu il tarixdə nikah bağlamışlar.

2. Doğum haqqında arayışlardan görünür ki, X24 ilə X6 birgə nikahlarından X25, X15 və X16 adlı uşaqları doğulmuşdur;

3. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-132A KOD 50100088 saylı şəhadətnamənin surətindən görünür ki, Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 saylı qərarı ilə 0.29 ha həyətyanı torpaq sahəsi X24, X14 və X7 mülkiyyətinə verilmişdir;

4. “Torpağa mülkiyyət hüququna dair” JN-132A KOD 50100088 saylı Dövlət Aktının surətindən görünür ki, Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 saylı qərarı ilə 1,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X24, X14 və X7 mülkiyyətinə verilmişdir;

5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində 0,29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kv.m olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ ilə X24, X14 və X7 adına qeydə alınmışdır;

6. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində 0,0668 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə X24, X14 və X7 adına qeydə alınmışdır;

7. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə X24, X14 və X7 adına qeydə alınmışdır;

8. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində 0,3082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə X24, X14 və X7 adına qeydə alınmışdır;

9. Nikah haqqında arayışdan görünür ki, X25 ilə X22 xx.xx.1986-cı il tarixdə nikah bağlamışlar;

10. Doğum haqqında arayışlardan görünür ki, X25 ilə X11 nikahlarından xx.xx.1988ci il tarixdə İddiaçı2, xx.xx.1990-cı il tarixdə X30 adlı uşaqları doğulmuşdur;

11. Nikah haqqında şəhadətnamədən görünür ki, X15 ilə X31 xx.xx.2004-cü il tarixdə nikah bağlamışlar;

12. Doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 xx.xx.2002-ci il tarixdə doğulmuşdur, atası X15, anası Cavabdeh2dır

13. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2006-cı il tarixdə ölmüşdür;

14. Ölüm haqqında arayışdan görünür ki, X24 xx.xx.2006-cı il tarixdə ölmüşdür;

15. Ölüm haqqında arayışdan görünür ki, X25 xx.xx.2021-ci il tarixdə ölmüşdür;

16. Qazax rayon notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli vəsiyyətnamədən görünür ki, X14 ölən günədək ona məxsus bütün əmlakını, o cümlədən ünvan 1ində yerləşən həyat yoldaşından ona miras qalan fərdi yaşayış evini, həyatyanı və pay torpaq sahələrini ünvan 1ində xx.xx.2002-ci il tarixdə anadan olan və İkinci Şıxlı kəndində yaşayan hal-hazırda hərbi xidmətdə əsgər olan nəvəsi Cavabdeh3 vəsiyyət etmişdir (vəsiyyətnamə vəsiyyət edən və üç nəfər şahid tərəfindən imzalanmışdır);

17. Ölüm haqqında arayışdan görünür ki, X14 xx.xx.2022-ci il tarixdə ölmüşdür;

18. Qazax rayon notariat ofisi tərəfindən 8İ-3956 və 8İ-3957 reyestr nömrələri ilə qeydə alınmış X8 ərizələrindən görünür ki, o, xx.xx.2016-cı il tarixdə vəfat etmiş atası X12 və xx.xx.2022-ci il tarixfə vəfat etmiş anası X4 irs qalmış mirası üç ay ərzində faktiki olaraq və ya hüquqi cəhətdən qəbul etməmiş, mirasın idarə edilməsinə dair tədbirlər görməmişdir, gələcəkdə də məhkəmə qarşısında müddətin bərpası ilə əlaqədar iddia qaldırmayacaqdır;

19. Qazax rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-329 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X17 vərəsələri Nümayəndə, İddiaçı2 və İddiaçı3dır və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdır;

20. Qazax rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-195 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X18 vərəsələri Cavabdeh2 və Cavabdeh3dur və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1indəki 1.5572 ha torpaq sahəsindən miras qoyanın payına düşən, ünvan 1indəki 0.3082 ha torpaq sahəsindən miras qoyanın payına düşən, ünvan 1indəki 0.0668 ha torpaq sahəsindən miras qoyanın payına düşən hissələrdən ibarətdir;

21. Qazax rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-196 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X7 vərəsələri Cavabdeh2 və Cavabdeh3dur və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1indəki 1.5572 ha torpaq sahəsindən miras qoyanın payına düşən, ünvan 1indəki 0.3082 ha torpaq sahəsindən miras qoyanın payına düşən, ünvan 1indəki 0.0668 ha torpaq sahəsindən miras qoyanın payına düşən hissələrdən ibarətdir;

22. Qazax rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-197 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6 vərəsələri Cavabdeh2 və Cavabdeh3dur və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1indəki 1.5572 ha torpaq sahəsindən miras qoyanın payına düşən, ünvan 1indəki 0.3082 ha torpaq sahəsindən miras qoyanın payına düşən, ünvan 1indəki 0.0668 ha torpaq sahəsindən miras qoyanın payına düşən hissələrdən ibarətdir;

23. Qazax rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-117 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X18 vərəsələri Cavabdeh2 və Cavabdeh3dur. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********23 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında mülkiyyətində olan 0.29 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86.2 kv.m olan fərdi yaşayış evindən miras qoyanın payına düşən hissədən ibarətdir;

24. Qazax rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-118 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2006-cı il tarixdə vəfat etmiş X7 vərəsələri Cavabdeh2 və Cavabdeh3dur. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********23 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında mülkiyyətində olan 0.29 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86.2 kv.m olan fərdi yaşayış evindən miras qoyanın payına düşən hissədən ibarətdir;

25. Qazax rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-119 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X6 vərəsələri Cavabdeh2 və Cavabdeh3dur. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********23 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında mülkiyyətində olan 0.29 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86.2 kv.m olan fərdi yaşayış evindən miras qoyanın payına düşən hissədən ibarətdir;

26. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh2 və Cavabdeh3 adına qeydə alınmışdır;

27. Qazax rayon notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 3M-62 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli 2V-117 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2006-cı il tarixdə vəfat etmiş X12 miras qalmış miras payını, yəni ünvan 1i ünvanında mülkiyyətində olan 0,29 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86,2 kv.m olan fərdi yaşayış evindən payına düşən miras payını Cavabdeh3 bağışlamışdır;

28. Qazax rayon notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 3M-63 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli 2V-119 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 miras qalmış miras payını, yəni ünvan 1i ünvanında mülkiyyətində olan 0,29 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86,2 kv.m olan fərdi yaşayış evindən payına düşən miras payını Cavabdeh3 bağışlamışdır;

29. Qazax rayon notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 3M-64 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli 2V-118 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2006-cı il tarixdə vəfat etmiş X5 miras qalmış miras payını, yəni ünvan 1i ünvanında mülkiyyətində olan 0,29 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 86,2 kv.m olan fərdi yaşayış evindən payına düşən miras payını Cavabdeh3 bağışlamışdır;

30. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1ində 0,29 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 86,2 kv.m olan fərdi yaşayış evi 2/3 hissə ilə Cavabdeh3, 1/3 hissə ilə Cavabdeh2 adına qeydə alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

31. İddiaçılar Nümayəndə, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Qazax rayon notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayon notariat ofisindən cavabdehlərə verilmiş X18 mirasından payların müəyyən edilməsi barədə 01 mart 2023-cü il tarixli 2V-117 reyestr nömrəli və 13 aprel 2023-cü il tarixli 2V-195 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, X6 mirasından payların müəyyən edilməsi barədə 01 mart 2023-cü il tarixli 2V-119 reyestr nömrəli və 13 aprel 2023-cü il tarixli 2K/-197 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, cavabdehlər arasında Qazax rayon notariat ofisində 01 mart 2023- cü il tarixli 3M-62 və 3M-63 reyestr nömrəsi ilə bağlanmış miras payın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********23-10301 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kvadratmetr olan fərdi yaşayış evində, 1.5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində, 0.3082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində və 0.0668 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində babaları (qaynatası) X18 və nənələri (qaynatası) X6 ümimi birgə mülkiyyətdə olan payına düşən hissəsindən atalarına (ərinə) münasibətdə vərəsəlik paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

32. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********23-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ində yerləşən 0.29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kv.m olan fərdi yaşayış evi, xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********10 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ində yerləşən 1.5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********11 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ində yerləşən 0.3082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********12 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ində yerləşən 0.0668 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi babaları (qaynatası) X24, nənələri (qaynanası) X14 və X7 ümumi birgə mülkiyyəti kimi qeydiyyata alınmışdır. X24 və X14 ataları (əri) X17 ataanasıdır. 08 oktyabr 2006-cı iİ tarixdə babaları X24 vəfat etmişdir. 27 may 2022-ci il tarixdə X14 vəfat etmişdir. Ataları (əri) X25 08 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Onlar vərəsə olaraq atalarından qalan mirası həm notarial və həm də faktiki olaraq qəbul etmişlər. Babaları (qaynatası) X24 və nənələri (qaynanası) X6 mirasından onlar pay almalı olduqları halda Qazax rayon notariat ofisi tərəfindən vərəsələrin dairəsi gizlədilməklə miras payları müəyyən edilməmişdir. Qazax rayon notariat ofisi 01 mart 2023-cü il tarixdə qanunsuz olaraq fərdi yaşayış evi və həyətyanı torpaq sahəsində baba və nənəsinin ümumi birgə mülkiyyətdə olan payına dair 2V-117 və 2V-119 reyestr nömrəsi ilə və 13 aprel 2023-cü il tarixdə qanunsuz olaraq kənd təsərrüfatı təyinatlı torpaq sahələrində baba və nənələrinin ümumi birgə mülkiyyətdə olan payına dair 2V-195 və 2V-197 reyestr nömrəsi ilə cavabdehlərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Babalarının vəfatı günündən sonra atası X25 nənəsi ilə birlikdə ondan qalmış mirası idarə etməklə əmlaka sahiblənmişdir. Hətta bu miras qalmış həyətyanı torpaq sahəsinin bir qismini ataları X25 çəpərləyərək özünün mülkiyyətində olan torpaq sahəsinə qatmaqla istifadə etmişdir. Bundan başqa nənələri X14 atasından sonra vəfat etmişdir və onlar atalarının varisi olaraq nənələrindən qalmış mirası idarə etməklə sahiblənmişlər, nənələrindən miras qalmış həyətyanı torpaq sahəsinin bir qismi hələ də onların istifadəsindədir. Buna görə də baba və nənəsinin mirasından atasına düşən pay hissəsində payları müəyyən edilməlidir. Atasının vəfatından sonra bu əmlakı idarə etmişlər. Atalarının mirasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Buna baxmayaraq, cavabdehlər qanunsuz olaraq onları gizlətməklə mirasdan tək özləri pay almışlar. Qazax rayon notariat ofisi tərəfindən 01 mart 2023-cü il tarixdə qanunsuz olaraq fərdi yaşayış evində və həyətyanı torpaq sahəsində baba və nənəsinin ümumi birgə mülkiyyətində olan payına dair verilmiş 2V-117 və 2V-119 reyestr nömrəsi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və 01 mart 2023-cü il tarixli 3M- 62 və 3M-63 reyestr nömrəli miras payın bağışlanması müqavilələri əsasında ünvan 1ində yerləşən 0.29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kv.m olan fərdi yaşayış evinə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********23-10301 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışlar.

33. Qazax Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli 2(023)-795/2024 nömrəli qətnaməsi ilə (hakim Nemət Musayev) iddia təmin edilərək, Nümayəndə, İddiaçı2 və İddiaçı3 ataları X25 vasitəsilə X24 və X4 qalmış mirası qəbul etməsinin müəyyən edilməsi; Qazax rayonu Notariat Ofisində X3 qalan miras əmlaka görə tərtib olunmuş 01 mart 2023-cü il tarixli, 2V-117 reyestr nömrəli və 13 aprel 2023-cü il tarixli, 2V-195 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi; Qazax rayonu Notariat Ofisində X2 qalan miras əmlaka görə tərtib olunmuş 01 mart 2023-cü il tarixli, 2V-119 reyestr nömrəli və 13 aprel 2023-cü il tarixli, 2K/-197 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi; Qazax rayonu Notariat Ofisində Cavabdeh2 ilə Cavabdeh3 arasında 01 mart 2023-cü il tarixli 3M-62 və 3M-63 reyestr nömrəsi ilə bağlanmış miras payın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kv.metr olan fərdi yaşayış evinin Cavabdeh2 ilə Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilməsi barədə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********23-10301 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh2 ilə Cavabdeh3 ümumi birgə mülkiyyətinə verilməsi barədə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********10 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi; X3 miras qalmış xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********23-10301 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kvadratmetr olan fərdi yaşayış evinin, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********10 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********11 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,3082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, xx.xx.2023cü il tarixli, ********** qeydiyyat və **********12 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,0668 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki payının hissəsinin ½ hissəsinə X19 münasibətdə Nümayəndə, İddiaçı2 və İddiaçı3, ½ hissəsinə X9 münasibətdə isə Cavabdeh3 payının müəyyən edilməsi; X2 miras qalmış xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********23-10301 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kvadratmetr olan fərdi yaşayış evinin, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********10 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, xx.xx.2023cü il tarixli, ********** qeydiyyat və **********11 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,3082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat və **********12 reyestr nömrəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu, İkinci Şıxlı kəndində yerləşən 0,0668 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki payı hissəsinin ½ hissəsinə X19 münasibətdə İddiaçı2 və İddiaçı3, ½ hissəsinə X9 münasibətdə isə Cavabdeh3 payının müəyyən edilməsi qət edilmişdir.

34. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 1151.1, 1159.1.3, 1243.2, 1243.3 və 1246.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətlərinin dəlilləri

35. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

36. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mərhum X1 özünə məxsus bütün əmlakını Cavabdeh3 vəsiyyət etmişdir. Hazırda məcburi pay alacaq vərəsə mövcud deyildir. Ona görə də X4 qalan əmlak bütünlükdə Cavabdeh3 məxsusdur. Həmin əmlakları bütünlüklə qəbul etmişdir. Onlara məxsus əmlak heç bir halda mübahisə edilə bilməz. Məhkəmə işdə olan vəsiyyətnaməyə əhəmiyyət verməmişdir. X10 münasibətdə məcburi pay alacaq şəxslər yoxdur və bu cür payın digər vərəsələrə keçməsi mümkün deyildir. Çünki, vərəsə Alı Hüseynov miras qoyan (vəsiyyət edən) Xaleyfə Hüseynovadan qabaq vəfat etmişdir. Həm vərəsə (miras qoyan) Məmməd Hüseynovdan, həm də miras qoyan X13 Emil Məmməd oğluna pay qalmış və miras qoyan X14 isə bütünlüklə öz əmlakını ona vəsiyyət etmişdir. İddiaçılar qeyd edirlər ki, “Babalarının vəfatı günündən sonra atası X25 nənəsi ilə birlikdə ondan qalmış mirası idarə etməklə əmlaka sahiblənmişdir. Hətta bu miras qalmış həyətyanı torpaq sahəsinin bir qismini ataları X25 çəpərləyərək özünün mülkiyyətində olan torpaq sahəsinə qatmaqla istifadə etmişdir. Bundan başqa nənələri X14 atasından sonra vəfat etmişdir və onlar atalarının varisi olaraq nənələrindən qalmış mirası idarə etməklə sahiblənmişlər, nənələrindən miras qalmış həyətyanı torpaq sahəsinin bir qismi hələ də onların istifadəsindədir”. Hesab edir ki, bu tamamilə əsassızdır. Çünki, baba Hacıkərim Hüseynov vəfat edəndən sonra nənə X14 onlarla yaşamış və ona vəsiyyətnamə vermişdir. Vəsiyyətnamə bütün əmlaka münasibətdə verilmişdir. Hətta ona qalmış miras pay belə mənə məxsusdur. X25 vəfat etdiyindən onun həyat yoldaşı və övladları məcburi pay ala bilməzlər. Eyni zamanda, barəsində olan vərəsəlik işini mübahisələndirə bilməzlər. Çünki, o, vəsiyyət üzrə vərəsədir. Vəsiyyətnaməni mübahisələndirəcək ikinci bir şəxs yoxdur. Vərəsəlik işi qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilmiş və qanunvericiliyə uyğun bağışlama həyata keçirilmişdir. İddiaçılar bildirirlər ki, “babaları (qaynatası) X24 və nənələri (qaynatası) X6 ümumi birgə mülkiyyətdə olan payına düşən hissəsindən atalarına (ərinə) münasibətdə vərəsəlik payının müəyyən edilməsini istəyirlər”. Ancaq nəzərə almamışlar ki, X18 vərəsəsi kimi X14 mirası qəbul edərək onlara ötürmüşdür. Belə olan halda, onların miras əmlakda payları yoxdur və müəyyən ola bilməz. Daha sonra qeyd edirlər ki, “nənələri (qaynanası) X6 mirasından onlar pay almalı olduqları halda Qazax rayon notariat ofisi tərəfindən vərəsələrin dairəsi gizlədilməklə miras payları müəyyən edilməmişdir”. Burada artıq məcburi pay almaq üçün çağrılacaq şəxslər olmadığından notariat ofisi onları çağırmamaqla haqlı olmuşdur. Vəsiyyətnamə qüvvədədir, ləğv edilməmiş və ya mübahisələndirilməmişdir. Həyətyanı torpaq sahəsinin bir qismi hələ də onların istifadəsində olsa belə, məcburi pay sahibi olan şəxslər deyillər. Birinci instansiya məhkəməsi tərəfindən vəsiyyətnaməyə münasibət bildirilməmiş, miras əmlakda paylar düzgün müəyyən edilməmişdir. Məhkəmə özü sübutları gizlətməklə qərəzli qətnamə çıxartmışdır. Cavabdehlərin miras əmlakdan payları yoxdur. c) Apellyasiya şikayətlinə qarşı etirazın dəlilləri

37. İddiaçı Nümayəndə apellyasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, mərhum əri Alı Hüseynov öz atası və anasından qalmış mirasa sahiblənərək mirası qəbul etmiş, miras qalmış torpaq sahəsinin bir qismi də hazırda onların sahibliyindədir. Mərhum qaynanası və qaynatasının vəfatından sonra miras qalmış torpaq sahəsi ərinin istifadəsində olmuş və beləliklə, miras əmlaka yiyələnərək mirası qəbul etmişlər. Cavabdehlər isə miras əmlakda onların payını gizlətməyə çalışırlar. Odur ki, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

d) Apellyasiya instansiyası məhkəməsində icraat

38. X16 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

e) Məhkəmə icraatı iştirakçılarının izahatları

39. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, əri Məmməd Hüseynov qaynatası Hacıkərim Hüseynodan əvvəl vəfat etmişdir. Qaynatası vəfat etdikdən sonra miras qalmış evdə qaynanası, o və oğlu yaşamışlar. Lakin, son 3 ildir ki, iddiaçılar miras qalmış 0.29 ha torpaq sahəsinin 0.20 ha hissəsini zəbt etmişlər. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh2 bildirmişdir ki, iddiaçı Nümayəndə mərhum X41un arvadıdır. Qaynı öləndən sonra iddiaçı uşaqları ilə birlikdə miras qalmış torpaq sahəsini zəbt etmişlər. Əslində, üç il bundan öncə iddiaçı Nümayəndə həmin torpağı müvəqqəti istifadə üçün götürmüşdür, lakin hazırda zəbt edib, geri qaytarmır. İddiaçıların özlərinə məxsus 0.19 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evləri vardır. Çünki, mərhum qaynatası hələ sağlığında hər iki oğlu üçün ayrıca torpaq sahəsi vermişdir. X41 ailə qurduqdan sonra atasına məxsus evi tərk etmişdir. Mərhum qaynanasının vəfatından sonra miras qalmış evdə o və oğlu Emil yaşamışlar, hazırda da onlar həmin evdə yaşayırlar.

40. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mərhum əri Məmməd xx.xx.2006-cı il tarixdə, mərhum qaynatası isə 2006-cı ilin oktyabr ayında vəfat etmişdir. Miras evdə qaynata-qaynanası, əri, oğlu və özü yaşamışlar. Qaynanası, qaynatası və yoldaşı öldükdən sonra oğlu ilə birlikdə miras evdə yaşamağa davam etmişlər. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh2 bildirmişdir ki, mərhum əri ilə ailə quran zaman miras evə gəlin köçmüşdür. Həmin zaman qaynı Alı öz ailəsi ilə birlikdə qonşu sahədə yerləşən başqa evdə yaşamışdır. Ərigil ailədə iki qardaş, bir bacı olmuşlar. Əri və qaynı vəfat etmiş, lakin baldızı Azadə Hüseynova sağdır.

41. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, qaynatasından onlara 0.29 ha torpaq sahəsi miras qalmışdır. Hazırda həmin torpaq sahəsindən yalnız 0.09 ha hissəsi onların istifadəsindədir, qalan 0.20 ha hissə iddiaçılar tərəfindən zəbt edilmişdir. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh2 bildirmişdir ki, qaynatası vəfat etməmişdən əvvəl də yaşadıqları evə məxsus olan 0.29 ha torpaq sahəsindən birlikdə istifadə etmişlər. İddiaçılara məxsus 0.19 ha torpaq sahəsi ilə miras qalmış 0.29 ha torpaq qonşu sahələrdir. İddiaçılar miras qalmış 0.29 ha torpaq sahəsində əvvəlcə yonca əkmişlər, daha sonra ağaclar əkib bağ salmışlar. İddiaçılar əvvəllər də, qaynatasının və qaynanasının sağlığında, eləcə də onların vəfatından sonra miras qalmış 0.29 ha torpaq sahəsindən istifadə etmişlər, sadəcə olaraq son 3 ildir ki, onlar torpaq sahəsini çəpərləyiblər. Miras qalmış digər 0.36 ha torpaq sahəsinin də bir hissəsi iddiaçıların istifadəsindədir.

42. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, atalarının varisi olaraq babası və nənəsindən qalmış mirası idarə etməklə sahiblənmişlər, nənələrindən miras qalmış həyətyanı torpaq sahəsinin bir qismi hələ də onların istifadəsindədir. Hesab edir ki, bu tamamilə əsassızdır. Çünki, baba Hacıkərim Hüseynov vəfat edəndən sonra nənə X14 onlarla yaşamış və ona vəsiyyətnamə vermişdir. Vəsiyyətnamə bütün əmlaka münasibətdə verilmişdir. Babası Hacıkərim vəfat etməmişdən əvvəl də yaşadıqları evə məxsus olan 0.29 ha torpaq sahəsindən birlikdə istifadə etmişlər. Lakin, fərdi yaşayış evində uzun illərdir ki, iddiaçılar yaşamamışlar. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh3 bildirmişdir ki, iddiaçılara məxsus 0.19 ha torpaq sahəsi ilə miras qlamış 0.29 ha torpaq qonşu sahələrdir. İddiaçılar miras qalmış 0.29 ha torpaq sahəsində əvvəlcə yonca əkmişlər, daha sonra ağaclar əkib bağ salmışlar. İddiaçılar əvvəllər də, babasının və nənəsinin sağlığında, eləcə də onların vəfatından sonra miras qalmış 0.29 ha torpaq sahəsindən istifadə etmişlər, sadəcə olaraq son 3 ildir ki, onlar torpaq sahəsinin 0.20 ha hissəsini zəbt edərək özləri istifadə edirlər. Cavabdeh3 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

43. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Nümayəndə (həmçinin digər iddiaçılar İddiaçı2 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi) apellyasiya şikayətlərini qəbul etməyərək izahatında bildirmişdir ki, 1986-cı ildə miras qalmış evə gəlin köçmüşdür, 1996-cı ilə qədər həmin evdə qaynatasıgillə birlikdə yaşamışdır. 1996-cı ildə qaynatasıgilin həyətinə bitişik 0.19 ha torpaq sahəsi alıb orada ev inşa etdirmişlər və oraya köçmüşlər. Lakin, yeni aldıqları torpaq sahəsini qaynatasına məxsus torpaqdan hasarla ayırmamışlar və iki torpaq sahəsini ümumi həyət kimi istifadə etmişlər. Yəni, eyni vaxtda həm özlərinə məxsus 0.19 ha, həm də qaynatasına məxsus 0.29 ha torpaq sahəsini istifadə etmişlər. Onun razılığına əsasən bir ailə kimi 0.29 ha torpaq sahəsindən istifadə etmişlər. Mərhum qaynatası hələ sağlığında hərənin payına düşən torpaq yerini göstərmişdir. Cavabdeh2 isə həmin evə 2001ci ildə gəlin gəlmişdir. Lakin sonra evdə söz-söhbət olduğundan oğlu ilə birlikdə küsüb getmiş, uzun müddət sonra qayıtmışdır. Sədrlik edənin suallarına cavab olaraq iddiaçı Nümayəndə bildirmişdir ki, mərhum qaynatasının vəfatından miras qalmış evdə qaynanası, cavabdeh Könül və oğlu Emil yaşamışlar. Lakin, Könül qaynanası ilə də yola getmədiyinə görə 10 ilə yaxın qaynanasına özü baxmışdır. Digər torpaqların heç birindən istifadə etmirlər. Lakin 0.29 ha torpaq sahəsinin onlara düşən hissəsində qaynatası və qaynanasının saglığında və onların vəfatından sonra da istifadə etmişlər. Həmin torpaqda ağaclar əkmişlər, hazırkı vaxtadək oranı əkib-becərirlər. Miras qalmış 0.29 ha torpaq sahəsini özlərinə məxsus 0.19 ha torpaq sahəsi ilə çəpərlə belə ayırmamışdır. Hər iki torpaqda təsərrüfatla məşğul olurlar.

44. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, babası vəfat edən zaman onun 18 yaşı olmuşdur. Mərhum babası hələ sağlığında onlara torpaqda yerlərini göstərmişdir. Miras qalmış 0.29 ha torpaq sahəsini özlərinə məxsus 0.19 ha torpaq sahəsi ilə ayırmamışlar. Hər iki torpaq sahəsindən ümumi ailə kimi birlikdə istifadə etmişlər. Miras qalmış 0.29 ha torpaq sahəsində əvvəlcə yonca əkilmiş, daha sonra isə həmin torpaqda meyvə bağı salınmışdır.

45. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 izahatında bildirmişdir ki, hər iki tərəf mərhum qardaşlarının ailəsidir. Miras qalmış evdə doğulub böyümüş, 1987-ci ildə ali təhsil müəssisəsinə daxil olub evdən çıxmışdır, 1992-ci ildə isə ailə qurub evdən köçmüşdür. Sonra isə öz ailəsilə yaşadığından hərdən anasına baş çəkməyə gəlmişdir. Miras qalmış əmlaklardan imtina etmişdir. Hər iki tərəf ona əzizdir. Miras qalmış evdən və torpaq sahələrindən pay istəmir. Sədrlik edənin suallarına cavab olaraq Azadə Hüseynova bildirmişdir ki, mərhum anası 5 il müddətində iddiaçı Nümayəndə yanında qalmış, yalnız ona baş çəkmək üçün ora getmiş, sonra isə oraya getməmişdir. Bu səbəbdən də torpaqdan hansı qaydada istifadə edildiyindən məlumatsız olmuşdur.

46. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahatlara əlavəsi olmadığını bildirmişdir. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasıənı xahiş etmişdir.

47. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini müdafiə etdiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahatlara əlavəsi olmadığını bildirmişdir. Cavabdeh3 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

48. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Nümayəndə (həmçinin digər iddiaçılar İddiaçı2 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi) apellyasiya şikayətlərini qəbul etmədiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirmişdir. İddiaçı Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

49. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X32 işin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmiş və iş üzrə ədalətli qərar qəbul olunmasını xahiş etmişdir.

50. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

51. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

52. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

53. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

54. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

55. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

56. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

57. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

58. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.

59. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır.

60. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

61. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

62. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

63. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

65. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

66. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

67. 33. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

68. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

69. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

70. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

71. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

72. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir.

73. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X24 ilə X14 xx.xx.1959-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından X25, X15 və X16 adlı uşaqları doğulmuşdur. Bununla yanaşı müəyyən olunur ki, Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 saylı qərarı ilə 0.29 ha həyətyanı torpaq sahəsi X24, X14 və X7 mülkiyyətinə verilmişdir. Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 10 saylı qərarı ilə 1,93 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X24, X14 və X7 mülkiyyətinə verilmişdir. X20 Hüseynovanın övladları X25 xx.xx.1986-cı il tarixdə X22 ilə nikaha daxil olaraq ailə qurmuşlar. Onların da birgə nikahlarından İddiaçı2 və X30 adlı uşaqları doğulmuşdur. X20 Hüseynovanın digər övladları X15 da xx.xx.2004cü il tarixdə X31 ilə nikaha daxil olaraq ailə qurmuş, onların birgə ailə münasibətlərindən Cavabdeh3 adlı uşaqları doğulmuşdur. X20 Hüseynovanın birgə nikahlarından anadan olmuş övladları Məmməd Hüseynov xx.xx.2006-cı il tarixdə, yəni valideynlərindən əvvəl vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri – atası X24, anası X14, arvadı Cavabdeh2 və uşağı Cavabdeh3 olmuşlar. X5 miras qalan əmlak isə ünvan 1ində 0,29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kv.m olan fərdi yaşayış evi, ünvan 1indəki 0,0668 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ünvan 1indəki 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ünvan 1indəki 0,3082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində payına düşən hissə 1/3 hissə olmuşdur. Bundan əlavə, X24 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri arvadı X14, uşaqları X25 və X16, həmçinin vəfat etmiş oğlu Məmməd Hüseynovun oğlu (miras qoyanın nəvəsi) Cavabdeh3 olmuşlar. Miras qoyan X12 miras qalan əmlak isə ünvan 1ində 0,29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kv.m olan fərdi yaşayış evi, ünvan 1indəki 0,0668 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ünvan 1indəki 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ünvan 1indəki 0,3082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin payına düşən hissəsi olmuşdur. X20 Hüseynovanın birgə nikahlarından anadan olmuş övladları Alı Hüseynov xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Həmçinin müəyyən edilir ki, X14 xx.xx.2022-ci il tarixli vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan bütün əmlakını nəvəsi Cavabdeh3 vəsiyyət etmişdir. X14 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra vəsiyyət üzrə vərəsəsi (nəvəsi) Cavabdeh3 olmuşdur. Miras qoyan X6 məcburi pay hüququ olan olan vərəsəsi (ər, valideynlər və uşaqlar nəzərdə tutulur) isə yalnız qızı Azadə Hüseynova olmuşdur. X4 miras qalan əmlak isə ünvan 1ində 0,29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kv.m olan fərdi yaşayış evi, ünvan 1indəki 0,0668 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ünvan 1indəki 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ünvan 1indəki 0,3082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin payına düşən hissəsi olmuşdur.

74. İşin faktiki halları kimi həmçinin müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 notariat ofisinə müraciət edərək, miras qoyanlar X24, X14 və X5 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, notariat orqanı tərəfindən cavabdehlərə qanun üzrə vərəsəlik hüququ haqqında müvafiq şəhadətnamələr verilmişdir. Cavabdeh2 həmin vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında əldə etdiyi miras payını «miras payın bağışlanması» müqaviləsi əsasında oğlu Cavabdeh3 bağışlamış, habelə cavabdehlərin adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında miras əmlaklar cavabdehlərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

75. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış və məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmişdir. Çünki, birinci instansiya məhkəməsi tərəfindən hər iki miras qoyanın miras kütləsinin həcmi, habelə miras əmlaklar üzərində vərəsələrin payı düzgün müəyyən edilməmiş, o cümlədən miras qoyan Xaleyfə Hüseynovanın miras əmlakı üzrə vəsiyyətnamə olması nəzərə alınmamışdır. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və gəldiyi qənaətlə bağlı aşağıdakıları qeyd edir.

76. İlk növbədə qeyd edilməlidir ki, hazırkı işdə həm xx.xx.2006-cı il tarixdə vəfat etmiş X24, həm də xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakın vərəsələr arasında paylara bölünməsi tələb edilir. Məhkəmə kollegiyası miras qoyan Hacıkərim Hüseynovun mirasının digər miras qoyan Xaleyfə Hüseynovanın mirasından daha əvvəl açıldığını nəzərə alaraq hesab edir ki, ilk növbədə miras qoyan Hacıkərim Hüseynovun mirasının vərəsələr arasında paylara bölüşdürülməsi məsələsi həll edilməlidir.

77. Vərəsəlik hüquq münasibətləri vərəsəliyin açıldığı zaman yaranır. Vərəsəlik miras qoyanın ölməsi ilə, yaxud onun ölmüş elan olunması ilə açılır. Miras qoyan Hacıkərim Hüseynov xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Buna görə də baxılan iddia tələbi 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.

78. İşin mübahisəsiz hallarıdır ki, Hacıkərim Hüseynov ilə Xaleyfə Hüseynova xx.xx.1959-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından X25, X15 və X16 adlı uşaqları doğulmuşdur. X24 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri arvadı X14, uşaqları X25 və X16, həmçinin vəfat etmiş oğlu Məmməd Hüseynovun oğlu (nəvə) Cavabdeh3 olmuşlar.

78. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, mərhum Hacıkərim Hüseynovdan miras qalmış əmlaklar onun, arvadı Xaleyfə Hüseynovanın və oğlu Məmməd Hüseynovun ümumi birgə mülkiyyətində olmuşdur. Bununla belə, işin faktiki hallarından aydın olur ki, X20 Hüseynovanın birgə nikahlarından anadan olmuş övladları Məmməd Hüseynov xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri – atası X24, anası X14, arvadı Cavabdeh2 və uşağı Cavabdeh3 olmuşlar. X5 miras qalan əmlak isə ünvan 1ində 0,29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kv.m olan fərdi yaşayış evi, ünvan 1indəki 0,0668 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ünvan 1indəki 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ünvan 1indəki 0,3082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində payına düşən hissə (1/3 hissə) olmuşdur. İşin halları əsasında müəyyən edilmişdir ki, miras qoyanın qanun üzrə birinci növbəli vərəsələri - atası X24, anası X14, arvadı Cavabdeh2 və uşağı Cavabdeh3 mərhum Məmməd Hüseynovdan miras qalmış əmlaka sahiblənməklə mirası faktiki qəbul etmişlər. Bu hal işin mübahisəsiz halı kimi müəyyən edilmişdir.

79. Məhkəmə kollegiyası mərhum X20 Hüseynovanın birgə nikahlarından anadan olmuş övladları Məmməd Hüseynovun miras kütləsinin həcmini və vərəsələrinin sayını nəzərə alaraq belə qənaətə gəlir ki, qanun üzrə birinci növbəli vərəsələr - X24, X14, Cavabdeh2 və Cavabdeh3 hər birinin mərhum Məmməd Hüseynovun miras əmlakı üzərində ¼ hissə vərəsəlik payları mövcud olmuşdur.

80. Məhkəmə kollegiyası mərhum Məmməd Hüseynovun miras əmlakı olan ünvan 1ində 0,29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kv.m olan fərdi yaşayış evi, ünvan 1indəki 0,0668 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ünvan 1indəki 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ünvan 1indəki 0,3082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin birgə mülkiyyətdə olmasını və birgə mülkiyyətçi olan vərəsələrin əmlakdakı paylarını nəzərə alaraq qeyd edir ki, mərhum Məmməd Hüseynovun miras əmlakı vərəsələr arasında paylara bölüşdürüldükdən sonra X24 və X14 hər biri 2/6 hissə, digər vərəsələr Cavabdeh2 və Cavabdeh3 isə hər biri 1/6 hissə ümumi əmlakda paya sahib olmuşlar.

81. Beləliklə, yuxarıda aparılan təhlilin yekunu olaraq məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, mərhum Hacıkərim Hüseynovdan miras qalan əmlak - ünvan 1ində 0,29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kv.m olan fərdi yaşayış evi, ünvan 1indəki 0,0668 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ünvan 1indəki 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ünvan 1indəki 0,3082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/6 hissəsi olmuşdur.

82. Məhkəmə kollegiyası qeyd edir ki, vərəsəliyin açılması faktı, mirasın kütləsi və vərəsələrin dairəsi müəyyən edildikdən sonra mübahisənin həllində növbəti təhlil mirasın vərəsələr tərəfindən qəbul edilib-edilməməsinin araşdırılmasından ibarətdir.

83. Çünki, istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilərdi ki, vərəsə, mirası qəbul etmiş olsun.

84. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin- vərəsənin - iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir.

85. Bu baxımdan işin halları araşdırılarkən müəyyən olunur ki, miras qoyan Hacıkərim Hüseynovun qanun üzrə birinci növbəli vərəsələri olan - X14, X25 və mərhum vərəsə Məmməd Hüseynovun oğlu (miras qoyanın nəvəsi) Cavabdeh3 X23 ölümündən sonra mirasa sahiblənməklə miras əmlakı faktiki qəbul etmişlər. Bu hal iş üzrə tərəflərin apellyasiya baxışı zamanı verdiyi izahatla öz təsdiqini tapmış; o cümlədən, mirasın hansı vərəsə tərəfindən qəbul edilməsi ilə bağlı tərəflər arasında mübahisə olmamışdır. Belə ki, iddiaçı tərəf məhkəmə iclasında verdiyi izahatında mərhum qaynatasının vəfatından sonra miras qalmış evdə qaynanası, cavabdeh Könül və oğlu Emilin yaşadıqlarını bildirmişdir. Bununla belə, həm iddiaçı tərəfin, həm də cavabdeh tərəfin verdiyi izahatların sistemli tədqiqi nəticəsində müəyyən edilmişdir ki, mərhum Hacıkərim Hüseynovdan miras qalmış ünvan 1indəki 0.29 ha torpaq sahəsi ilə qonşu olan iddiaçılara məxsus 0.19 ha torpaq sahəsi vardır. Həmin torpaqlar hasarla bir-birindən ayrılmamışdır. Hələ mərhum Hacıkərim Hüseynov tərəfindən sağlığında oğlu Alı Hüseynov və ailəsinə 0.19 ha torpaq sahəsi verilmiş, Alı Hüseynov öz ailə üzvləri ilə birlikdə həmin torpaqda yerləşən evdə yaşamış, o cümlədən həm özlərinə məxsus 0.19 ha torpaq sahəsindən, həm də həmin torpaqla bitişik olan (miras) 0.29 ha torpaq sahəsindən istifadə etmişlər, həmin torpaqda əkinçilik fəaliyyəti ilə məşğul olmuşlar.

86. Bir sözlə, Cavabdeh3 və mərhum Xaleyfə Hüseynova miras qoyan Hacıkərim Hüseynovdan miras qalmış ünvan 1ində 0,29 ha həyətyanı torpaq sahəsinin üzərindəki ümumi sahəsi 86.20 kv.m olan fərdi yaşayış evində yaşamaqla, miras qoyanın digər vərəsəsi Alı Hüseynov isə ailə üzvləri ilə birlikdə miras qalmış 0,29 ha həyətyanı torpaq sahəsində əkinçilik fəaliyyəti ilə məşğul olmaqla, orada təsərrüfat idarə etməklə ümumi mirası faktiki qəbul etmişlər. Çünki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (MM maddə 1243.3).

87. Bundan əlavə müəyyən edilmişdir ki, miras qoyan Hacıkərim Hüseynovun qanun üzrə birinci növbəli vərəsəsi olan qızı Azadə Hüseynova mərhum atasından qalmış mirası qəbul etməmişdir. Belə ki, iş üzrə üçüncü şəxs Azadə Hüsyenova apellyasiya baxışı zamanı verdiyi izahatında 1992-ci ildə ailə qurub miras evdən köçdüyünü, sonra isə öz ailəsilə yaşadığından hərdən anasına baş çəkməyə gəldiyini, miras qalmış evdən və torpaq sahələrindən pay istəmədiyini bildirmişdir. Bundan əlavə, işə əlavə edilmiş vərəsə Azadə Hüseynovanın notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, xx.xx.2016-cı il tarixdə vəfat etmiş atası X12 irs qalmış mirası üç ay ərzində faktiki olaraq və ya hüquqi cəhətdən qəbul etmədiyini, mirasın idarə edilməsinə dair tədbirlər görmədiyini, gələcəkdə də məhkəmə qarşısında müddətin bərpası ilə əlaqədar iddia qaldırmayacağını qeyd etmişdir.

88. Bununla belə, iş materiallarına nəzər saldıqda müəyyən olunur ki,, X23 miras əmlakına dair notariat orqanı tərəfindən cavabdehlərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən miras qoyanın digər qanun üzrə vərəsələrinin olması notariusdan gizlədilmiş, notarius tərəfindən də vərəsələrin dairəsinin yoxlanılmaması nəticəsində həmin vərəsələr nəzərə alınmadan sadəcə cavabdehlərin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Ona görə də X23 miras əmlakına dair notariat orqanı tərəfindən cavabdehlərin adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməli və miras əmlaklar üzərində vərəsələr X14, X25 və Cavabdeh3 payları müəyyən edilməlidir.

89. Qeyd edilməlidir ki, notariat orqanı tərəfindən verilən vərəsəlik şəhadətnaməsi vərəsələrin miras hüquqlarını yaratmır. Qurucu mahiyyətdə olmayan və əqd sayılmayan vərəsəlik şəhadətnaməsi, vərəsələrin miras əmlaka artıq qanun əsasında yaranmış hüquqlarını təsdiqləyən (açıqlayan), eləcə də müvafiq qeydiyyatın aparılmasına əsas təşkil edən sənəddir.

90. Bu səbəbdən notariat orqanı tərəfindən verilən vərəsəlik şəhadətnaməsi (orada əks olunan pay nisbəti, vərəsələrin dairəsi və s.) ilə razılaşmayan vərəsə məhkəmədə iddia qaldıraraq özünün vərəsəlik payının müəyyən edilməsini və mülkiyyət hüququnun tanınmasını tələb etdikdə, məhkəmə, mübahisəli münasibətlərlə bağlı notariusun verdiyi şəhadətnamələrin əsaslılığını öz xidməti vəzifəsinə görə yoxlayır. Çünki mülkiyyət, o cümlədən vərəsəlik hüququnun müdafiəsinə dair tələblərə baxılarkən mübahisəli hüquq münasibətinin və ya qeydiyyatın əsasında dayanan sənədlərin (şəhadətnamələr və s.) qanuniliyi, yaxud əqdlərin (müqavilə və s.) etibarlılığı tələbdən asılı olmayaraq yoxlanılır. Bu yoxlama nəticəsində məhkəmə təsbit etdiyi hüquqi vəziyyəti nəzərə alaraq irəli sürülmüş tələbləri yekun olaraq həll edir. Əks yanaşma eyni mübahisəli münasibətlərlə bağlı lüzum olmadan çoxsaylı mülki işlərin açılmasına və prosessual hüquqlardan suiistifadə edilməsinə rəvac verməklə, mübahisəyə məhkəmədə ağlabatan müddətdə baxılması və hüquqi müəyyənlik prinsiplərinin pozulmasına səbəb olar.

91. Hazırkı işin hallarından isə aydın olur ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli 2V- 117 reyestr nömrəli X23 miras əmlakına dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mərhum Hacıkərim Hüseynovdan qalmış miras payını Qazax rayon notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 3M-62 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi əsasında Cavabdeh3 bağışlamışdır. Bundan əlavə, miras qoyan Hacıkərim Hüseynovun miras əmlakına dair notariat orqanı tərəfindən cavabdehlərin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında miras əmlak olan ünvan 1ində 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında, digər miras əmlak olan ünvan 1ində 0,29 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 86,2 kv.m olan fərdi yaşayış evi isə xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında cavabdehlər Cavabdeh3 və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmçinin, müəyyən edilir ki, X20 Hüseynovanın birgə nikahlarından anadan olmuş övladları Məmməd Hüseynovun da miras əmlakına dair notariat orqanı tərəfindən vərəsəlik şəhadətnamələri verilərək Cavabdeh3 və Cavabdeh2 mərhum Məmməd Hüseynovun vərəsələri sayılmışlar.

92. Məhkəmə kollegiyası qeyd edir ki, Qazax rayon notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 3M-62 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi miras qoyan Hacıkərim Hüseynovun miras əmlakına dair cavabdehlərin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında tərtib edilmişdir. X23 miras əmlakına dair notariat orqanı tərəfindən verilmiş vərəsəlik şəhadətnamələri etibarsız hesab edildiyindən həmin şəhadətnamələrin doğurduğu hüquqi nəticələr, yəni notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 3M-62 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi də etibarsız sayılmalıdır. Eyni zamanda, miras əmlak olan ünvan 1ində 0,29 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 86,2 kv.m olan fərdi yaşayış evinə dair xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin əmlaka dair cavabdehlərin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən törəmişdir. Miras əmlaka dair notariat orqanı tərəfindən verilmiş vərəsəlik şəhadətnamələri etibarsız hesab edildiyindən həmin şəhadətnamələr əsasında miras əmlak olan ünvan 1ində 0,29 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 86,2 kv.m olan fərdi yaşayış evinə dair xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış da ləğv edilməlidir. Eyni zamanda, X20 Hüseynovanın birgə nikahlarından anadan olmuş övladları Məmməd Hüseynovun da miras əmlakına dair notariat orqanı tərəfindən verilmiş vərəsəlik şəhadətnamələri etibarsız sayılmalıdır. Çünki, hazırkı işdə Məmməd Hüseynovun miras əmlakının vərəsələr tərəfindən qəbul edilməsi məsələsi yekun olaraq həll edilir və işin araşdırması zamanı müəyyən edilir ki, mərhum vərəsə Məmməd Hüseynovun atası X24, anası X14, arvadı Cavabdeh2 və uşağı Cavabdeh3 mərhum vərəsə Məmməd Hüseynovun mirasını qəbul etmişlər. Lakin, Məmməd Hüseynovun miras əmlakına dair notariat orqanı tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən miras qoyanın digər vərəsələrinin olması notariusdan gizlədilmiş, notarius tərəfindən də vərəsələrin dairəsinin yoxlanılmaması nəticəsində həmin vərəsələr nəzərə alınmadan sadəcə Cavabdeh2 və Cavabdeh3 adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla yanaşı, Məmməd Hüseynovun miras əmlakına dair notariat orqanı tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız sayıldığından onun doğurduğu hüquqi nəticə, yəni Qazax rayon notariat ofisi tərəfindən təsdiq edilmiş cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasındakı xx.xx.2023-cü il tarixli 3M-64 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi də prosessual qənaət prinsipi baxımından etibarsız sayılmalıdır.

93. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, hazırkı iddiada miras əmlak olan ünvan 1indəki 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair cavabdehlərin adına verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbi irəli sürülməmişdir. Ancaq, nəzərə almaq lazımdır ki, həmin çıxarışın verilməsinə əsas olan notariat orqanının vərəsəlik şəhadətnamələri etibarsız sayılmışdır. Bu hal isə sözügedən reyestr qeydinin ləğvi üçün qanuni əsasdır. Ona görə də kollegiya hesab edir ki, prosessual qənaət prinsipi baxımından hazırkı işin müstəvisində bu məsələyə də hüquqi qiymət verilməlidir. Çünki, hazırkı işdə miras qoyan Hacıkərim Hüseynovdan miras qalmış əmlakın vərəsələr arasında paylara bölünməsi məsələsi həll edilir və ünvan 1indəki 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi də X23 miras kütləsinə daxildir. Sözügedən əmlaka dair cavabdehlərin adına verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmədiyi təqdirdə, miras kütləsi olan ünvan 1indəki 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin vərəsələr arasında paylara bölüşdürülməsi mümkün olmayacaqdır. Bu hal da işə baxılması müddətinin lüzumsuz olaraq uzadılmasına, həm də eyni mübahisəli münasibətlərlə bağlı məhkəmədə çoxsaylı mülki işlərin açılmasına səbəb olacaqdır. Odur ki, ünvan 1indəki 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair cavabdehlərin adına verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi prosessual qənaət prinsipi baxımından məqsədəmüvafiqdir.

94. Məhkəmə kollegiyası miras qoyan Hacıkərim Hüseynovun miras kütləsinin həcmini və vərəsələrinin sayını nəzərə alaraq qeyd edir ki, miras əmlak olan ünvan 1ində 0,29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kv.m olan fərdi yaşayış evi, ünvan 1indəki 0,0668 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ünvan 1indəki 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ünvan 1indəki 0,3082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/6 hissəsi üzərində qanun üzrə birinci növbəli vərəsələr X14, X25 və Cavabdeh3 hər birinin 1/3 hissə payları müəyyən edilməlidir.

95. Məhkəmə kollegiyası həmçinin miras əmlak olan ünvan 1ində 0,29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kv.m olan fərdi yaşayış evi, ünvan 1indəki 0,0668 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ünvan 1indəki 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ünvan 1indəki 0,3082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olmasını və birgə mülkiyyətçi olan vərəsələrin əmlakdakı paylarını nəzərə alaraq qeyd edir ki, X23 miras əmlakı vərəsələr arasında paylara bölüşdürüldükdən sonra X6 32/72 hissə, X25 və Cavabdeh2 8/72 hissə, digər vərəsə Cavabdeh3 isə 24/72 hissə ümumi əmlakda paya sahib olmuşlar.

96. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, miras qoyan Hacıkərim Hüseynovun birinci növbəli vərəsəsi Alı Hüseynov xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhum vərəsə Alı Hüseynovun qanun üzrə birinci növbəli vərəsələri - anası X14, arvadı Nümayəndə və uşaqları İddiaçı2 və İddiaçı3 olmuşlar. Eyni zamanda, işin faktiki halları ilə müəyyən edilir ki, mərhum vərəsə Alı Hüseynovun vəfatından sonra onun qanun üzrə birinci növbəli vərəsələri olan - X14, Nümayəndə, İddiaçı2 və İddiaçı3 Alı Hüseynovun mirasına sahiblənməklə miras əmlakı faktiki qəbul etmişlər.

97. Şərh olunanlarla bağlı məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, mərhum vərəsə Alı Hüseynovun miras əmlakının onun qanun üzrə birinci növbəli vərəsələri X14, Nümayəndə, İddiaçı2 və İddiaçı3 tərəfindən qəbul edildiyi nəzərə alınaraq adları qeyd olunan vərəsələrin hər birinin Alı Hüseynovun miras əmlakında ¼ hissə payları müəyyən edilməlidir. Beləliklə də, X23 miras əmlakından qanun üzrə vərəsəsi Alı Hüseynova çatası pay sonuncunun birinci növbəli vərəsələri olan X14, Nümayəndə, İddiaçı2 və İddiaçı3 arasında bərabər paylara bölünməlidir (8/72 hissənin ¼ hissəsi).

98. Miras əmlak olan ünvan 1ində 0,29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kv.m olan fərdi yaşayış evi, ünvan 1indəki 0,0668 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ünvan 1indəki 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ünvan 1indəki 0,3082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olmasını və birgə mülkiyyətçi olan vərəsələrin əmlakdakı payları nəzərə alınaraq, X23 vərəsəsi Alı Hüsyenovun miras əmlakı vərəsələr arasında paylara bölüşdürüldükdən sonra X6 34/72 hissə, Nümayəndə, İddiaçı2 və İddiaçı3 hər biri 2/72 hissə, Cavabdeh2 8/72 hissə, Cavabdeh3 isə 24/72 hissə ümumi əmlakda paya sahib olmuşlar.

99. Məhkəmə kollegiyası digər miras qoyan X4 miras qalmış əmlakla bağlı aşağıdakıları qeyd edir.

100. İşin mübahisəsiz hallarıdır ki, X14 xx.xx.2022-ci il tarixli vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan bütün əmlakını nəvəsi Cavabdeh3 vəsiyyət etmişdir. X14 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X4 miras qalan əmlak isə ünvan 1ində 0,29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kv.m olan fərdi yaşayış evi, ünvan 1indəki 0,0668 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ünvan 1indəki 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ünvan 1indəki 0,3082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 34/72 hissəsi olmuşdur. Onun ölümündən sonra vəsiyyət üzrə vərəsəsi (nəvəsi) Cavabdeh3 olmuşdur. Miras qoyan Xaleyfə Hüseynovanın məcburi pay hüququ olan olan vərəsəsi (ər, valideynlər və uşaqlar nəzərdə tutulur) isə yalnız qızı Azadə Hüseynova olmuşdur. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə görə, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

101. Lakin, işin faktiki halları ilə vərəsə Azadə Hüseynovanın mərhum anası Xaleyfə Hüseynovadan qalmış mirası qəbul etmədiyi müəyyən edilir. Belə ki, iş üzrə üçüncü şəxs Azadə Hüsyenova apellyasiya baxışı zamanı verdiyi izahatında 1992-ci ildə ailə qurub miras evdən köçdüyünü, sonra isə öz ailəsilə yaşadığından hərdən anasına baş çəkməyə gəldiyini, miras qalmış evdən və torpaq sahələrindən pay istəmədiyini bildirmişdir. Bundan əlavə, işə əlavə edilmiş vərəsə Azadə Hüseynovanın notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, xx.xx.2016-cı il tarixdə vəfat etmiş atası X12 irs qalmış mirası üç ay ərzində faktiki olaraq və ya hüquqi cəhətdən qəbul etmədiyini, mirasın idarə edilməsinə dair tədbirlər görmədiyini, gələcəkdə də məhkəmə qarşısında müddətin bərpası ilə əlaqədar iddia qaldırmayacağını qeyd etmişdir.

102. Göründüyü kimi, mərhum Xaleyfə Hüseynovanın vəsiyyət üzrə vərəsəsi Cavabdeh3 olmuş; yeganə məcburi pay hüququ olan vərəsəsi Azadə Hüseynova isə mirası qəbul etməmiş, habelə mirasın qəbulu etmək niyyəti olmadığını bildirmişdir. Beləliklə, vəsiyyət edən Xaleyfə Hüseynovanın miras əmlakından məcburi pay ayrılmadığından onun miras əmlakı (əmlaklardakı 34/72 hissə payı) tam həcmdə vəsiyyət üzrə vərəsə Cavabdeh3 verilməlidir.

103. Bununla belə, iş materiallarına nəzər saldıqda müəyyən olunur ki, mərhum Xaleyfə Hüseynovanın miras əmlakına dair notariat orqanı tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Halbuki, Cavabdeh2 vəsiyyət edən Xaleyfə Hüseynovanın gəlinidir və Mülki Məcəllənin 1193-cü maddəsinin tələbləri baxımından, o, vəsiyyət edənin miras əmlakından məcburi pay hüququ olan vərəsə sayıla bilməz. Ona görə də mərhum Xaleyfə Hüseynovanın miras əmlakına dair notariat orqanı tərəfindən cavabdehlərin adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməlidir. Eyni zamanda, işin hallarından görünür ki, Cavabdeh2 mərhum Xaleyfə Hüseynovanın miras əmlakına dair verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mərhum Xaleyfə Hüseynovadan qalmış miras payını Qazax rayon notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 3M-63 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi əsasında Cavabdeh3 bağışlamışdır.

104. Göründüyü kimi Qazax rayon notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023cü il tarixli 3M-63 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi mərhum Xaleyfə Hüseynovanın miras əmlakına dair cavabdehlərin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında tərtib edilmişdir. Məhkəmə kollegiyası hesab dir ki, mərhum Xaleyfə Hüseynovanın miras əmlakına dair notariat orqanı tərəfindən verilmiş vərəsəlik şəhadətnamələri etibarsız hesab edildiyindən həmin şəhadətnamələrin doğurduğu hüquqi nəticələr, yəni notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 3M-63 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi də etibarsız sayılmalıdır.

105. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə kollegiyası miras əmlak olan ünvan 1ində 0,29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kv.m olan fərdi yaşayış evi, ünvan 1indəki 0,0668 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ünvan 1indəki 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ünvan 1indəki 0,3082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olmasını və birgə mülkiyyətçi olan vərəsələrin əmlakdakı paylarını nəzərə alaraq hesab edir ki, qeyd edilən miras əmlaklar üzərində ümümi əmlakda Cavabdeh3 58/72, Cavabdeh2 8/72, Nümayəndə, İddiaçı2 və İddiaçı3 isə hər birinin 2/72 hissə payları müəyyən edilməlidir.

106. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 385, 392-393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli 2(023)-795/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Qazax rayon notariat ofisi tərəfindən mərhum X18 miras əmlakına dair verilmiş xx.xx.2023-cü il tarixli 2V-117 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli 2V-195 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin. Qazax rayon notariat ofisi tərəfindən mərhum X6 miras əmlakına dair verilmiş xx.xx.2023-cü il tarixli 2V-119 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli 2V-197 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin. Qazax rayon notariat ofisi tərəfindən mərhum X7 miras əmlakına dair verilmiş xx.xx.2023-cü il tarixli 2V-118 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli 2V-196 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin. Qazax rayon notariat ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh2 ilə Cavabdeh3 arasındakı xx.xx.2023-cü il tarixli 3M-62, 3M-63 və 3M-64 reyestr nömrəli miras payın bağışlanması müqavilələri etibarsız hesab edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ünvan 1indəki 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və ünvan 1ində 0,29 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 86,2 kv.m olan fərdi yaşayış evinə dair verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilsin. Miras qoyan X12 miras qalmış ünvan 1ində 0,29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kv.m olan fərdi yaşayış evi, ünvan 1indəki 0,0668 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ünvan 1indəki 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ünvan 1indəki 0,3082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/6 hissəsi üzərində qanun üzrə birinci növbəli vərəsələr X14, X25 və Cavabdeh3 hər birinin 1/3 hissədə payları müəyyən edilsin. Miras qoyan X18 qanun üzrə birinci növbəli vərəsəsi olan mərhum X25 vəfat etdiyindən onun ünvan 1ində 0,29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kv.m olan fərdi yaşayış evi, ünvan 1indəki 0,0668 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ünvan 1indəki 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ünvan 1indəki 0,3082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində müəyyən olunan 8/72 hissədə payı bərabər paylara (¼ hissə) bölünməklə onun qanun üzrə birinci növbəli vərəsələri X14, Nümayəndə, İddiaçı2 və İddiaçı3 verilsin. Vəsiyyət edən X4 miras qalmış ünvan 1ində 0,29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kv.m olan fərdi yaşayış evi, ünvan 1indəki 0,0668 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ünvan 1indəki 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ünvan 1indəki 0,3082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 34/72 hissəsi üzərində vəsiyyət üzrə vərəsə Cavabdeh3 tam həcmdə payı müəyyən edilsin. ünvan 1indəki 0,29 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 86.20 kv.m olan fərdi yaşayış evi, ünvan 1indəki 0,0668 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, ünvan 1indəki 1,5572 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ünvan 1indəki 0,3082 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh3 58/72, Cavabdeh2 8/72, Nümayəndə, İddiaçı2 və İddiaçı3 isə hər birinin 2/72 hissə ümumi əmlakda payı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar