Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-255/2025 04.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, X14, İddiaçı3, İddiaçı4 və X8 cavabdehlər X21 və Gədəbəy rayon Notariat ofisinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab olunması, vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və miras əmlakdan payların müəyyən edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X4 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı1, iddiaçıların nümayəndəsi (vəkili) Nümayəndə, cavabdeh X15 nümayəndəsi (anası) X5 iştirakı ilə, İddiaçılar İddiaçı1, X14, İddiaçı3, İddiaçı4 və X8 cavabdehlər X21 və Gədəbəy rayon Notariat ofisinə qarşı vəsiyyətnamənin etibarsız hesab olunması, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, çıxarışın ləğv olunması, miras mülkün əvvəlki vəziyyətinə qaytarılması və miras əmlaka qanun üzrə vərəsə tanınmaları tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(042)-651/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, X14, İddiaçı3, İddiaçı4 və X8 nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 04 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gədəbəy rayon Notariat X1 tərəfindən verilmiş 15 yanvar 2014-cü il tarixli, reyestrdə 2V-01-02 nömrə ilə qeyd edilmiş vəsiyyətnamədən görünür ki, X24 ölən günədək ona məxsus olan ünvan 1ində yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini nəvəsi X21 vəsiyyət etmişdir. Qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir.
2. Gədəbəy rayon Notariat Kontoru tərəfindən X25 verilmiş 31 yanvar 2018-ci il tarixli, reyestrdə 2V-52 nömrə ilə qeyd edilmiş vəsiyyətnamədən görünür ki, X25 ölən günədək ona məxsus olan ünvan 1ində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsi, çöl torpaq sahəsini və adına nə varsa hamısını nəvəsi X21 vəsiyyət etmişdir. Qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir.
3. Gədəbəy rayon Notariat Kontoru tərəfindən verilmiş 31 yanvar 2018-ci il tarixli, reyestrdə 2V-50 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2017-ci tarixdə ölmüş X9 vərəsəsi nəvəsi X35 ƏMDKnin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx/xx/2016 tarixdə X16 verilmiş **********06-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 292.1 kv/m olan tərdi yaşayış evindən və həmin evin mülkiyyətində olan 0.25 ha torpaq sahəsinin onun payına düşən hisssəsindən ibarət miras əmlakdan 1/2 hissədə pay almalıdır.
4. Gədəbəy rayon Notariat Kontoru tərəfindən verilmiş 31 yanvar 2018-ci il tarixli, reyestrdə 2V-51 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2017-ci tarixdə ölmüş X10 vərəsəsi arvadı X25 ƏMDKnin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx/xx/2016 tarixdə X16 verilmiş **********06-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 292.1 kv/m olan tərdi yaşayış evindən və həmin evin mülkiyyətində olan 0.25 ha torpaq sahəsinin onun payına düşən hisssəsindən ibarət miras əmlakdan 1/2 hissədə pay almalıdır.
5. Gədəbəy rayon İHB-nın Slavyanka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 72 saylı arayışın surətindən görünür ki, X10 adına ünvan 1ində 1988-ci ildə şəxsi vəsaiti hesabına tikilmiş ümumi sahəsi 292.1 kv.m olan yaşayış evi, tikinti altı sahəsi 47.5 kv.m olan tövlə, tikinti altı sahəsi 11.8 kv.m olan anbar, tikinti altı sahəsi 15.6 kv.m olan çardaq və 0.25 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır.
6. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2017-ci il tarixdə ölmüşdür.
7. Ölüm haqqında arayışlardan görünür ki, X25 xx.xx.2023-cü il tarixdə, X26 xx.xx.2007-ci il tarixdə ölmüşdür.
8. Nikah akt qeydləri kitabından çıxarışdan görünür ki, X27 ilə X25 nikalarını xx.xx.1963-cü il tarixdə bağlamışlar.
9. Nikah akt qeydləri kitabından çıxarışdan görünür ki, X26 və İddiaçı4 nikahlarını xx.xx.1989-cu il tarixdə bağlamışlar.
10. Doğum haqqqında şəhadətnamənin surətindən görünür ki, X35 xx.xx.1986-cı il tarixdə ünvan 1ində doğulmuşdur. Atası qrafasında X40, anası qrafasında X22 qeyd edilmişdir.
11. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1968-ci il tarixdə ünvan 1ində doğulmuşdur. Atası qrafasında X24, anası qrafasında X25 qeyd edilmişdir.
12. X22 tərəfindən xx.xx.2017-ci il tarixdə notarial qayadada verilmiş ərizədən görünür ki, o, xx.xx.2017-ci il tarixdə vəfat etmiş atası X11 ölümündən sonra nədə və harada istifadə olunmasından asılı olayaraq ona düşən miras əmlakı qəbul etməmişdir və etmək fikirində də deyildir. Gələcəkdə miras payı tələbi ilə məhkəmə orqanlarına müraciət etməyəcəkdir və bu payla əlaqədar heç bir iddia və tələbi olmayacaqdır.
13. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 291.1 kv.m sahəsi olan fərdi yaşayış evi tam pay olaraq X10 adına, 0.25 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ ilə X10 və X12 adına xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır.
14. Əmlak Məsələləri Dövlət Xitməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 291.1 kv.m sahəsi olan fərdi yaşayış evi ½ hissədə X12, ½ hissədə isə X15 adına, 0.25 ha torpaq sahəsi isə ¾ hissədə X12, ¼ hissədə isə X15 adına xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır.
15. JN-517D, KOD 50526018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 aprel 2001-ci il tarixli, 05 saylı qərarı ilə X16 və X17 ünvan 1ində 0.25 ha torpaq sahəsi verilmişdir.
16. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 22 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, ünvan 1ində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi üzərindəki fərdi yaşayış evinə dair X24 (ev - tam, torpaq sahəsi - ümumi birgə) və X12 (torpaq sahəsi - ümumi birgə) adlarına 05 fevral 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Əsas: JN-527D "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" və Slavyanka kənd inzibati ərazi dairəsi nümayəndəliyinin 22 yanvar 2016-cı il tarixli, 72 nömrəli arayışı olmuşdur. Qeyd olunun əmlakdan X10 miras payı Gədəbəy rayon notariat kontorunun 31 yanvar 2018-ci il tarixli, 2V-50 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında və 2V-51 reyestr nömrəli qanun vərəsəlik hüququ haqqında şəhadətnamələri əsasında X35 və X12 adlarına özgəninkiləşdirilmiş və onların adlarına X25 - ev 1/2 hissə, torpaq sahəsi - 3/4 hissə və X35 - ev 1/2 hissə torpaq sahəsi - 1/4 hissə olmaqla 08 fevral 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir.
17. Gədəbəy rayon Notariat ofisi tərəfindən İddiaçı1 ünvanlanmış 27 aprel 2024-cü il tarixli məktubdan görünür ki, X25 tərəfindən xx.xx.2018-cı ildə Gədəbəy notariat ofisində vəsiyyətnamə tərtib olunaraq ölən günədək ona məxsus olar miras əmlak nəvəsi X21 vəsiyyət edilmiş digər vərəsələr isə vərəsəlik hüququndan məhrum edilmişdir. Həmin vəsiyyətnamə hazırda qüvvədədir dəyişdirilməmiş və ya ləğv edilməmişdir. Miras qoyan X25 xx.xx.2023-cü ildə vəfat etmişdir. Miras əmlak qanunvericiliyə uyğun olaraq vəsiyyət edildiyindən miras qoyanın nəvəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. X12 vəsiyyətnamə üzrə vərəsəsi X23r.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
18. İddiaçılar İddiaçı1, X36, İddiaçı3, İddiaçı4 və X28 cavabdehlər X21 və Gədəbəy rayon Notariat ofisinə qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli V363 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin, şəhadətnamə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və miras əmlakdan payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, iddiaçı - Uğuzova X31 rayonu, Slavyanka kəndində ailə üzvüləri ilə birlikdə yaşayır. Mərhum əri X26 ilə 1987-ci ildə faktiki ailə qurmuşdur. Nikahlarını xx.xx.1989-cu ildə Gədəbəy rayonunun Slavyanka kənd İƏD üzrə nümayəndəliyində rəsmi qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.1988-ci il təvəllüdlü X29, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı3, xx.xx.1994-cü il təvəllüdlü X28 və xx.xx.1996-cı il təvəllüdlü X37 adında dörd uşaqları doğulmuşdur. Həyat yoldaşı X26 ilə ailə quran gün, X2na məxsus olan, Gədəbəy rayonunun Slavyanka kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Uşaqları bu evdə doğulmuşdur. Həyat yoldaşı X26 15 yanvar 2007-ci ildə vəfat etmişdir. Ondan miras olaraq qalmış əmlakı onlar - iddiaçılar qəbul edib, onlar idarə etmişlər. Digər iddiaçılar onun uşaqlarıdır. Həyat yoldaşı Binnət vəfat edəndən sonra onlar mərhum qayınatası X13 məxsus olan fərdi yaşayış evində yaşamaqla, ondan qalan miras əmlakı faktiki qəbul edib, idarə etmişlər. X2 xx.xx.2017-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra miras mülkdə onlar - iddiaçılar yaşayır, miras mülkün həyətyanı torpaq sahəsini əkib-becərir, təsərrüfatı idarə edirlər. X6 qayınanası X25 ilə 1963-cü ildə rəsmi nikah qeydə aldırmaqla ailə qurmuşdur. Onların birgə nikahından X30, X22 və X26 adında üç uşaq doğulmuşdur. Ərinin qardaşı Şahbaz və bacısı Yazgül valideynlərinin sağlığında ailə qurub təsərrüfatdan ayrılmışlar. Mərhum əri Binnət isə ailənin kiçik oğlu olduğu üçün, həmin təsərrüfatda yaşamaqda davam etmişdir. Qayınatası Mikayıl xx.xx.2017-ci ildə, qayınanası X25 isə xx.xx.2023-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra onlar - iddiaçılar həm mərhum Binnət Mikayıl oğlundan, həm Mikayıl Hümbət oğlundan, həm də Suyatel Qəşəm qızından miras qalmış əmlaka vərəsəlik əldə etmək üçün, cavabdeh Gədəbəy rayon Notariat Kontoruna müraciət etmişlər. Həmin müraciətləri bağlı olaraq sənədlər toplayarkən onlara məlum olmuşdur ki, mərhum Mikayıl Hümbət oğlunun vəfatından sonra, cavabdeh Gədəbəy rayon Notariat Kontorunun 31 yanvar 2018-ci il tarixli 2V-50 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında və 2V-51 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında cavabdeh X35 və X12 adına özgəninkiləşdirilmiş və onların adına X25-ev ½ hissə, torpaq sahəsi ¾ hissə və X35 ½ hissə ev, torpaq sahəsi ¼ hissə olmaqla 08 fevral 2018-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Eyni zamanda Suyatel Qəşəm qızı xx.xx.2023-cü ildə vəfat etmiş, vəfatından əvvəl xx.xx.2018-ci ildə Gədəbəy rayon notariat ofisində cavabdeh X15 adına vəsiyyətnamə qoymuş və həmin vəsiyyətnamə ilə özünə məxsus olan bütün əmlakını Zöhrab Rövşən oğluna vəsiyyət etmişdir. Onlar - iddiaçılar Suyatel Qəşəm qızının vəfatından sonra cavabdeh Gədəbəy rayon notarit ofisinə rəsmi qaydada müraciət edib, mərhum Binnət Mikayıl oğluna düşəcək miras payına münasibətdə qanun üzrə vərəsə tanınmalarını xahiş etmişlər. Lakin cavabdeh notarit ofisi qeyd olunan sonuncu vəsiyyətnaməni əsas tutub, onları miras əmlakdan, mərhum Binnət Mikayıl oğluna münasibətdə vərəsə tanımaqdan imtina edir. Göründüyü kimi mərhumun adından vəsiyyətnamə qeydə alınanda, mərhumun adına daşınmaz əmlak qeydə alınmamışdır. Bu səbəbdən həmin vəsiyyətnamə əsasında cavabdeh Gədəbəy rayon Notariat Kontoru tərəfindən cavabdeh Zöhrab Rövşən oğlunun adına tərtib olunmuş 2V-50 reyestr saylı vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv olunmalıdır. Həmçinin cavabdeh Gədəbəy rayon Notariat Kontorunda mərhum X12 adına tərtib olunmuş 2V-51 reyestr saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi ləğv olunmalıdır. Belə ki, mərhum Suyatel Qəşəm qızı 30 yanvar 2018-ci il tarixdə cavabdeh Gədəbəy rayon Notariat Kontoruna ərizə verərək, mərhum Mikayıl Hümbət oğlunun ondan başqa qanun üzrə vərəsəsi olmamsını göstərmişdir. Cavabdeh Gədəbəy rayon Notarit Kontoru isə vərəsələyin dairəsini tam müəyyən etməmiş və təqdim olunmuş sübutların mötəbərliyini yoxlamamışdır. Bu səbəbdən də Binnət Mikayıl oğlu qanuni əsaslarla mərhum atasından miras qalan əmlakdan məhrum olmuşdur. Belə ki, vəsiyyətnamənin qanuniliyi notarius tərəfindən yoxlanılsa idi, həmin vəsiyyətnamə əsasında vərəsəlik şəhadətnaməsi tərtib olunmasa idi, mərhum Binnət Mikayıl oğlunun qanun üzrə vərəsəsi olaraq onlar- iddiaçılar, mərhum Binnət Mikayıl oğluna çatacaq paya, digər qanun üzrə vərəsələrlə birlikdə miras əmlakdan pay ala bilərdilər.
20. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(042)-651/2024 nömrəli qətnaməsi ilə (hakim Marif Kazımov), iddianın təmin edilməməsi qət edilmişdir.
21. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 337.5, 1133.1, 1133.2, 1166, 1243.1, 1243.2, 1243.3, 1246 və 1255-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli qərarı, “B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə” 2021-ci il 12 aprel tarixli qərarları və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
22. İddiaçılar İddiaçı1, X14, İddiaçı3, İddiaçı4 və X8 nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(042)-651/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququ əldə etmək üçün ilk öncə fiziki şəxsin adına daşınmaz əmlak dövlət qeydiyyatına alınmalıdır. X34 adına vəsiyyətnamə qeydə alınanda, mərhumun adına daşınmaz əmlak qeydə alınmamışdır. Bu səbəbdən həmin vəsiyyətnamə əsasında Gədəbəy rayon Notariat Kontoru tərəfindən cavabdeh Zöhrab Uğuzovun adına tərtib edilmiş 2V-50 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv olunmalıdır. X41 adından cavabdeh Zöhrab Uğuzovun adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli 2V-01-02 reyestr nömrəli vəsiyyətnamə etibarsız hesab olunmalıdır. Çünki həmin vəsiyyətnamədə vəsiyyət edənin foto şəkili və imzası yoxdur. Bu hal isə həmin vəsiyyətnamədə vəsiyyət edənin əsl iradə ifadəsinin olmadığını sübut edir. Deməli cavabdeh tərəf mərhumun etibarından sui-istifadə etmişdir. Buna görə də həmin əqd etibarsız hesab olunmalıdır. Yuxarıda da qeyd olunduğu kimi mərhum X26 da X41 vərəsəsidir. Lakin, Gədəbəy rayon Notariat Kontoru vərəsəliyin dairəsini tam müəyyən etmədiyindən mərhum Binnət Uğuzov mərhum atasından miras qalan əmlakdan məhrum olmuşdur. Bunun nəticəsində isə biz iddiaçılar mərhum Binnət Uğuzova çatacaq paydan məhrum olduq. Göründüyü kimi X41 vəfatından sonra mərhum X42 rayon Notariat Kontoruna ərizə verərək, mərhumun ondan başqa vərəsəsi olmadığını göstərmişdir. Gədəbəy Notariat Kontoru tərəfindən təqdim olunmuş sübutlar yoxlanılmadığından burada vərəsə ancaq Suyatel Uğuzova olmuşdur. Bununla da biz iddiaçıların hüquq və qanuni mənafeləri kobudluqla pozulmuşdur. Məhkəmə isə onların qanuni mənafelərini qorumaq əvəzinə cavabdehin mövqeyini müdafiə edən qərar qəbul etmişdir. Hesab edirlər ki, məhkəmə qətnaməsi maddi hüquq normaların pozulması ilə qəbul edilmişdir. İş materiallarından X41 adına tərtib olunmuş Çıxarışdan aydın olur ki, vəsiyyət olunmuş əmlak paylı mülkiyyətdə olmuşdur və həmin paylar müəyyən olunmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X15 nümayəndəsi (anası) X22 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
28. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, şəxsi işi ilə əlaqədar notariat ofisinə getmişdir. Həmin zaman qonşusu mərhum X18 da orada görmüşdür. Mərhum ona notariat ofisində əmlakını nəvəsi X21 vəsiyyət etdiyini və buna görə də şahidin iştirakının lazım olduğunu və ondan vəsiyyət üçün şahidlik edib-edə bilməcəyini soruşmuşdur. O da razılıq verərək vəsiyyət üçün şahidlik etmişdir. Ondan başqa şahid qismində Anar adlı şəxsdə iştirak etmişdir. Orada olarkən mərhum Mikayıl Uquzov bütün əmlakını nəvəsinə bağışladığını şəxsən demişdir. Həmin vəsiyyətnaməni imzalamışlar. O və digər şahid orada könüllü iştirak etməklə imza etmişlər. X3 notariat kontorunda olmaqla öz əmlakını nəvəsi Zöhraba vəsiyyət etmişdir.
29. İş üzrə iddiaçılar X36, İddiaçı3, İddiaçı4 və X28, cavabdehlər X21 və Gədəbəy rayon Notariat ofisinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
30. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
31. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
33. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
34. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
35. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
36. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
37. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
38. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
39. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
40. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
41. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
42. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
43. Maddə 1160. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
44. Maddə 1168. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir.
45. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.
46. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın. notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.
47. Maddə 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər.
48. Maddə 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.
49. Maddə 1184. Yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrəqohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər.
50. Maddə 1188. Vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər.
51. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
52. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
53. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
54. Maddə 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.
55. Maddə 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır.
56. Maddə 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.
“Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat
57. Bənd 60. Vəsiyyətdə bir miras qoyanın sərəncamı olmalıdır.
58. Bənd 61. Vəsiyyət edənin arzusu ilə şahidlər vəsiyyətnaməni onun məzmunu ilə tanış olmadan (qapalı vəsiyyət) təsdiqləməlidirlər. Bu halda şahidlər vəsiyyətnamənin tərtibi zamanı vəsiyyət edənin yanında olmalıdırlar. Qapalı vəsiyyətnaməni təsdiqləyərkən şahidlər vəsiyyətnamənin vəsiyyət edən tərəfindən onların yanında tərtib edildiyini, lakin vəsiyyətnamənin məzmununu bilmədiklərini göstərməlidirlər.
59. Bənd 62. Əgər vəsiyyətnamə vəsiyyət edənin sözlərinə əsasən notarius tərəfindən tərtib olunursa, vəsiyyətnamədə vəsiyyət edəndən başqa, iki şahidin imza etməsinə yol verilir. Bu halda notarius ilk növbədə hər iki şahidin imzalarının həqiqiliyini, sonra isə vəsiyyətnaməni təsdiq etməlidir.
60. Bənd 63 Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər.
61. Bənd 64 Vəsiyyətnamə, tərtib edildiyi yer və vaxt göstərilməklə, yazılı şəkildə tərtib edilməli və vəsiyyət edən tərəfindən şəxsən imzalanmalıdır. Vəsiyyətnamə təsdiq olunan tarix və saat dəqiq göstərilməlidir. Vəsiyyətnamənin mətnində qeyd-şərtə və qaralamaya yol verilməməlidir. Vəsiyyət edən fiziki qüsurlarına, xəstəliyinə və ya başqa səbəblərə görə vəsiyyətnaməni şəxsən imzalaya bilmirsə, vəsiyyətnaməni onun xahişi vəiştirakı ilə digər şəxs imzalaya bilər. Bu zaman təsdiq qeydində vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarı
62. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
63. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
64. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
67. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
68. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
69. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
70. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
71. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
72. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
73. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
74. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
75. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
77. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
78. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
79. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
80. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(042)- 651/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
81. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür.
82. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.
83. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).
84. Baxılan işin mahiyyəti üzrə həlli üçün əhəmiyyətli halları bu qətnamənin 1-17-ci paraqraflarında əksini tapmışdır. Tərəflərin mirası qəbul etmələri ilə bağlı mübahisə yoxdur. Mübahisələndirilən hal, vəsiyyətnamənin etibarsız sayılmasına aid məhkəmənin gəldiyi nəticə və buna uyğun olaraq mirasın qanun üzrə vəsiyyət üzrə vərəsəlik deyil, vərəsəlik qaydası əsasında bölünməsidir.
85. Belə ki, iddiaçılar qeyd olunan vəsiyyətnamədə şahid kimi göstərilən şəxslərin vəsiyyətnamənin tərtib olunması və təsdiqlənməsi zamanı iştirak etmədiklərini, vəsiyyətnamədə olan imzaların X27 tərəfindən icra edilmədiyini bildirirlər.
86. Nəzərə alınmalıdır ki, ilkin olaraq notariat qaydada təsdiqlənmiş sənədin mötəbərliyi qəbul edilir.
87. Lakin, bu heç də vəsiyyətnamənin tərtib olunması zamanı yol verilən nöqsanlara görə onun etibarsız sayılmasını istisna etmir (Mülki Məcəllənin 1225.3-cü maddəsi). Ancaq, vəsiyyətnamədə olan imzanın şahid tərəfindən icra edilməməsi əsası ilə vəsiyyətnamənin etibarsız sayılması üçün, mötəbər sübutlar əsas ola bilər. Vəsiyyətnamənin etibarsız sayılmasını tələb edən şəxs, öz dəlillərini sübut etmə vəzifəsi daşıyır. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
88. Baxılan iş üzrə birinci instansiyası məhkəməsinə və məhkəmə kollegiyasına vəsiyyətnamənin etibarsız sayılmasına əsas verən yuxarıda qeyd olunan bu cür sübutlar təqdim olunmamışdır.
89. Ümumiyyətlə nəzərə alınmalıdır ki, vəsiyyətnamənin etibarsız sayılması tələbinin maddi hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 1225.3-cü maddəsi, bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla tərtib edilən hallarda vəsiyyətnamənin mütləq etibarsız sayılmasını tələb etmir, bu halda vəsiyyətnamənin etibarsız sayılması məhkəmənin mülahizəsinə buraxılır. Bu hal ona dəlalət edir ki, vəsiyyətnamənin etibarsız sayılması üçün, müəyyənləşdirilmiş qaydalar pozulmaqla yanaşı, vəsiyyət edənin tərtibedilən vəsiyyətnamədə əksini tapmış iradə ifadəsinin həqiqi olmasına əsaslı şübhələr yaranmış olsun.
90. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, “Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).
91. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri).
92. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021ci il 12 aprel tarixli Qərarlar).”
93. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata əsasən, Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sağ qalmış ərə (arvada) ər-arvadın ümumi əmlakında paya mülkiyyət hüququ haqqında şəhadətnamə nikah dövründə əldə edilmiş ümumi əmlakın yarısına verilir.Ər-arvadın biri öldükdə, əmlak isə ər-arvadın birgə nikah dövründə əldə edilibsə və sağ qalan ərin (arvadın) adına rəsmiləşdirilibsə (qeydə alınıbsa), ölənin mirası qəbul etmiş vərəsələrinin ərizəsi əsasında sağ qalmış ərin (arvadın) razılığı ilə ölmüş ərin (arvadın) ümumi əmlakından pay da müəyyən edilə bilər. Bu pay əmlakın 1/2 hissəsindən ibarət olmalıdır. Həmin pay müəyyənləşdiriləndən sonra qanuni vərəsələrin vərəsəlik hüququ haqqında şəhadətnamə almağa hüququ var.
94. Məhkəmə kollegiyası X3 tərəfindən verilmiş 2014-cü il tarixli vəsiyyətnamənin etibarsızlığı ilə əlaqədar iddiaçı tərəfindən gətirilmiş arqumentlərə qiymət verərək qeyd edir ki, vəsiyyətnamədə qeyd edilmiş imzanın X16 məxsus olub-olmaması halının müəyyən edilməsi üçün mübahisəli vəsiyyətnamə verilərkən şahid qismində iştirak etmiş Şahid1 məhkəmə kollegiyası tərəfindən şahid olaraq dindirilmişdir.
95. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X38 ifadəsində göstərmişdir ki, şəxsi işi ilə əlaqədar notariat ofisinə getmişdir. Həmin zaman qonşusu X3nu da orada görmüşdür. Mərhum ona notariat ofisində əmlakını nəvəsi X21 vəsiyyət etdiyini və buna görə də şahidin iştirakının lazım olduğunu və ondan vəsiyyət üçün şahidlik edib-edə bilməcəyini soruşmuşdur. O da razılıq verərək vəsiyyət üçün şahidlik etmişdir. Ondan başqa şahid qismində Anar adlı şəxsdə iştirak etmişdir. Orda olarkən mərhum Mikayıl Uğuzov bütün əmlakını nəvəsinə bağışladığını demiş və vəsiyyətnaməyə şəxsən imza etmişdir.
96. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
97. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
98. Məhkəmə kollegiyası qeyd edir ki, X3 tərəfindən verilmiş 2014-cü il tarixli vəsiyyətnamədə şahid qismində dindirilmiş Şahid1 həqiqətən də əmlakın mərhum tərəfindən nəvəsinə vəsiyyət edildiyini təsdiq etmiş və onun tərəfindən vəsiyyətnamə imzalanmaqla doğruluğunu təsdiq etmişdir.
99. Göründüyü kimi, həmin imzalar arasında ziddiyyət olması, yəni vəsiyyətnamədə qeyd edilmiş imzanın X16 məxsus olmaması barədə hər hansı şübhə müəyyən edilməmişdir. Eləcə də, bu hala şübhə yaranması üçün heç bir əsas müəyyən edilməmişdir. Həmçinin, vəsiyyətnamənin Mikayıl Uğuzovun iradə ifadəsi ziddinə verildiyi bildirilsə də, miras qoymuş şəxsin vəsiyyətnamə verərkən fəaliyyət qabiliyyətinin olmaması, öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərini idarə edə bilməməsi vəziyyətində olması halı müəyyən edilmir, yəni Mikayıl Uğuzovun iradə ifadəsi ziddinə vəsiyyətnaməni verməsi halı təsdiqini tapmır. X43 tərəfindən vəsiyyətnamə verilərkən daşınmaz əmlaklar üzərinə mülkiyyət hüquqlarının olmaması və sonuncu vəfat etdikdən sonra daşınmaz əmlakların dövlət reyestrindən qeydə alınması bildirilsə də, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Gədəbəy rayon Aqrar İslahat Komissiyasının qərarı ilə X10 və X12 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi təsərrüfatbaşına kitabda X10 adına qeydə alınmaqla sonuncunun fərdi yaşayış evinə mülkiyyət hüquqları olmuşdur. Eləcə də, mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi X24 vəfat etməmişdən əvvəl 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınmışdır.
100. Digər tərəfdən, məhkəmə kollegiyası iddiaçıların Gədəbəy rayon Notariat kontoru tərəfindən X12 adına qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğvi barədə gətirilmiş olduqları arqumentlərə qiymət verərək qeyd edir ki, mübahisəli daşınmaz əmlaklar X10 və X12 birgə nikahda olduqları dövrdə əldə edilmiş və notariat orqanı tərəfindən bu hal nəzərə alınmaqla X12 adına X7 miras qalmış əmlaklara ½ hissədə payını müəyyən edən qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. Həmçinin miras qoymuş şəxs tərəfindən X39 adına vəsiyyətnamə qoyulduğundan miras qalmış əmlakın qalan ½ hissəsinə X15 payını müəyyən edən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
101. Eyni zamanda, X25 tərəfindən X15 adına vəsiyyətnamə verərkən Suyatel Uğuzovanın daşınmaz əmlakları üzrə sərəncam vermək hüququnun olması barədə gətirilmiş arqumentlərə məhkəmə kollegiyası qiymət verərək qeyd edir ki, hazır ki iş üzrə mübahisəli daşınmaz əmlaklar – fərdi yaşayış evi ½ hissədə, torpaq sahəsi ¾ hissədə X12 adına, fərdi yaşayış evi ½ hissədə, torpaq sahəsi ¼ hissədə X15 adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X20 vəsiyyətnamə verərkən həmin əmlaklara olan hüquqları daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınmasa da, notariat orqanı tərəfindən miras əmlaklara payını müəyyən edən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamənin ləğvi üçün heç bir əsas müəyyən edilməmiş və həmin əmlaklara mülkiyyət hüquqları olmuşdur. Həmçinin miras qoyan şəxs tərəfindən vəsiyyətnamə verilməsi, daşınmaz əmlaklar barəsində sərəncam verilməsi anlamına gəlmir və vəsiyyətnamə miras qoyan şəxsin ölən günədək ona məxsus olan daşınmaz əmlakları əhatə edir.
102. Göründüyü kimi, X3 tərəfindən cavabdeh X15 adına 15 yanvar 2014-cü il tarixində verilmiş vəsiyyətnamənin etibarsız hesab olunması, həmin vəsiyyətnamə əsasında cavabdeh X15 adına cavabdeh Gədəbəy rayon Notariat Kontorunda tərtib edilmiş 31 yanvar 2018-ci il tarixli 2V-50 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, mərhum X12 adına cavabdeh Gədəbəy rayon Notariat Kontorunda tərtib edilmiş 31 yanvar 2018-ci il tarixli 2V51 reyestr saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv olunması və mərhum X25 tərəfindən Cavabdeh X15 adına 31 yanvar 2018-ci il tarixdə verilmiş vəsiyyətnamənin ləğv olunması üçün heç bir əsas müəyyən edilmir.
103. Məhkəmə Kollegiyası apellyatorların “vəsiyyətnamədə vəsiyyət edənin foto şəkillərinin olmaması” dəlili ilə bağlı qeyd edir ki, göstərilən dəlillər əsassızdır. Belə ki, vəsiyyət edən şəxsin notariusun yanında olduğu halda vəsiyyətnamə tərtib edilərkən vəsiyyətnamənin izahı, yaradacağı hüquqi nəticələri barədə izahetmə prosesinin istər fotoşəkillərin çəkilməsi, istərsə də video çəkilişə yazılmalı olması mülki qanunvericilikdə nəzərdə tutulmamışdır.
104. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçlar X3 tərəfindən verilmiş vəsiyyətnamələrin etibarsız olmasını təsdiq edən sübutları iş materiallarında mövcud deyildir.
105. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən bu hal iddiaçının üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
106. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
107. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
108. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
109. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
110. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
111. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
112. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
113. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
114. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
115. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
116. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçıların nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(042)-651/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.