Məhkəmə qərarları › İş №2(104)-2572/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2572/2023

14.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2572/2023 14.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X11 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2600/2023 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Gəncə şəhər 1 saylı Notariat kontoruna və q. qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Adil İsgəndərov küçəsi, 2-ci döngə 6 saylı mənzilə dair Cavabdeh tərəfindən X9 adına verilmiş xx.xx.2000-ci il tarixli, 2V-1-178 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2600/2023 saylı qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2600/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdeh Gəncə şəhər 1 saylı Notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Adil İsgəndərov küçəsi, 2-ci döngə 6 saylı mənzilə dair Cavabdeh tərəfindən X9 adına verilmiş xx.xx.2000-ci il tarixli, 2V-1-178 saylı qanun üzrə vərəsəlik şəhadətnamənin və onun əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, həmin mənzil mülkiyyət hüququ ilə onun mərhum xalası X17na məxsus olmuşdur. X17 ilə X22 arasında olan nikah Xanlar Rayon Xalq Məhkəməsinin 25 oktyabr 1988-ciil tarixli qətnaməsi ilə pozulmasına baxmayaraq, X1 Gəncə şəhəri, Kəpəz rayonu, Adil İsgəndərov küçəsi, 2-ci döngə 6 saylı mənzilə nə qanun üzrə nə də ki, vəsiyyət üzrə vərəsəlik hüququ olmayan keçmiş həyat yoldaşı X12 2020-ci ildə vərəsəlik işi açaraq, ona vərəsəlik şəhadətnaməsi vermişdir. X1 birinci növbəli vərəsələri vərəsəlik hüquqlarından imtina etdiklərinə görə, o, mərhumn ikinci növbəli vərəsəsidir. Lakin, məhkəmə AR Mülki Məcəlləsinin Vərəsəlik hüquqlarına dair normalarını düzgün tətbiq etməmiş və qeyd etmişdir ki, o, müəyyən olunmuş müddətdə miras əmlakı qəbul etməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)- 252/2023 saylı qərarı ilə birinci növbəli vərəsələrin vərəsəlik paylarından imtina edikləri müəyyən edildiyinə görə, iddiaları təmin edilməmiş və həmin vaxtdan ona məlum olmuşdur ki, Notariat kontoru onun vərəsəlik hüquqlarını pozmuşdur. Məhkəmə AR Mülki Məcəlləsinin 533 və 1163-cü maddələrinə əsasən, onun iddiasını təmin etməli idi. Cavabdeh Gəncə şəhər 1 saylı Notariat kontoruna və üçüncü şəxs X18 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Gəncə şəhər 1 saylı Notariat kontorunun nümayəndəsi və üçüncü şəxs X24 heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X24 məhkəmə kollegiyasına yazılı etiraz ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 2600/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil3 məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında, onun digər nümayəndəsi və vəkili X25 isə, məhkəmə kollegiyasının xx.xx.2023cü il tarixli iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdilər və apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2600/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2600/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına olan: Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X13 ilə X38 arasında nikah xx.xx.1963-cü il tarixdə Biləsuvar rayon Qeydiyyat şöbəsində bağlanmışdır. Nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir. xx.xx.2023-cü il tarixli ölum haqqında şəhadətnamədən görünür ki, X34 xx.xx.1999cu il tarixdə ölmüşdür. SSR, Puşkin Rayonunun VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Puşkin rayonunda anadan olmuşdur. X2 ilə X26r. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-252/2023 saylı qərarından görünür ki, iddiaçılar X14, X10 və X19 Cavabdehna qarşı (üçüncü şəxs qismində X24) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2000-ci il tarixli, 2V-1-178 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, ünvan 2 ünvana dair X9 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, miras mülkün vərəsələr arasında paylara bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə tərəfindən xətşünaslıq ekspertizasının nəticələrinə dair tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021- ci il tarixli, 4/1611 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, 2B-1-178 nömrəli notariat işinin 9-cu vərəqində X5 adından olan xx.xx.2000-ci il tarixli ərizədə “İMZA” qrafasında imza və “həsənova” yazısı Şəbişova (Həsənova) Lətifə Firudin qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 2B-1-178 nömrəli notariat işinin 10-cu vərəqində X3 adından olan 23 may 2000-ci il tarixli ərizədə “İMZA” qrafasındakı imza və “Mustafayeva” yazısı- Həsənova (Mustafayeva) Sevda Firudin qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 2B-1-178 nömrəli notariat işinin 11-ci vərəqində X4 adından olan xx.xx.2000-ci il tarixli ərizədə “İMZA” qrafasında imza və “həsənov İ.F.” yazısı X15 tərəfindən icra olunmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(044)-171/2022 saylı qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir. . Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 20 iyul 2022-ci il tarixli, 2(104)- 1713/2022 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbləri rədd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının qeyd edilən qərarı ilə, iddiaçılar X14, X15 və X19 tərəfindən verilmiş kassasiya şikayəti təmil edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-1713/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Gəncə şəhər 1 saylı notariat kontorunun xx.xx.2000-ci il tarixli 2V-1-178 saylı qanun üzrə vərəsəlik hüququ haqqınca şəhadətnaməsinə əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Adil İsgəndərov küçəsi, 2-ci döngə, 6 saylı fərdi yaşayış evi X8 adından X9 adına keçmişdir. X12 xx.xx.2000-ci il tarixli 761 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bu qeydiyyat vəsiqəsi itdiyi üçün X12 bu əmlaka (0.0561 ha torpaq sahəsində yerləşən tikili “A"-da 83.6 kvm üç yaşayış otaqları, 69.7 kvm köməkçi sahə, 42.2 kvm zirzəmi, tikili “B”-də 13.3 kvm hamam, tikili “C’’-də 15.0 kvm mətbəx, “D"-də 42.2 kvm dam, tikili T-də 96.0 kvm talvar xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. xx.xx.2000-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, X8 həyat yoldaşı X12 şəhadətnamənin verildiyi vərəsəlik əmlakı Gəncə şəhəri, Kəpəz rayonu, Adil İsgəndərov küçəsi, 2-ci döngə 6 saylı mənzildən ibarətdir. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçı xalası olduğunu bildirdiyi X6 miras qalmış əmlaka dair verilmiş vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Soyad və ata adının eyni olmasına görə iddiaçının anası ilə miras qoyanın qohum olması ağlabatan ehtimal olsa da, iddiaçı tərəfdən, həmin qohumluq əlaqələrini birbaşa təsdiqləyən hər hansı sübut, vərəsələrin dairəsi özündə əks etdirən ailə tərkibinə dair sənəd məhkəməyə təqdim olunmamışdır. İddiaçı anasının miras qoyanın ikinci dərəcə vərəsəsi olduğunu, miras qoyanın bacısı olduğu bildirilən iddiaçının anası vərəsəlik açılana qədər öldüyündən, qanun üzrə vərəsəlik əsasında ona çatası paya hüququ olduğunu bildirir. Halbuki, sübutetmə yükü daşıyan iddiaçı həmin mirası nə formal, nə də faktiki qəbul etməsini təsdiq edə bilməmişdir. İddiaçı tərəfindən notariat ofisinə qanunvericiliklə müəyyən edilmiş müddətdə müvafiq ərizə ilə müraciət edilmədiyindən mübahisəli əmlakın miras qismində formal qəbulu üçün lazımi hərəkətlər yerinə yetirilməmişdir. Bundan başqa, mübahisəli daşınmaz əmlakı iddiaçının miras qismində faktiki qəbul etməsi, yəni miras əmlakı idarə etməyə başlamağı və mirasa yiyələnməyi, miras əmlakla öz mülkiyyəti kimi rəftar etməsi hallarının təsdiqləyən hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa, digər vərəsələrin olub-olmasını və (ya) həmin vərəsələrin hər hansı səbəbdən mirasa pay əldə edə bilmədiyi üçün iddiaçının həmin əmlaka, dolayısıyla hazırkı iddianı qalmaq üçün hüququnun yaranması müəyyən olunmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, X1 xx.xx.2000-ci ildə vəfatından sonra, onun adına ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Mərhumun birincı növbə vərəsələr olan uşaqları - X15, X16, X19 öz paylarından mərhum ataları X9 xeyrinə imtina etmişlər. Ona görə də, miras evə dair X9 adına qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2000-ci il tarixli 2V-1-178 saylı şəhadətnamə verilmiş, həmçinin həmin evlə bağlı X12 xx.xx.2000-ci il tarixli 761 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Həmin qeydiyyat vəsiqəsi itdiyi üçün X12 bu əmlaka (0.0561 ha torpaq sahəsində yerləşən tikili “A"-da 83.6 kvm üç yaşayış otaqları, 69.7 kvm köməkçi sahə, 42.2 kvm zirzəmi, tikili “B”-də 13.3 kvm hamam, tikili “C’’-də 15.0 kvm mətbəx, “D"-də 42.2 kvm dam, tikili T-də 96.0 kvm talvar xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X21 mübahisəli əmlakı xx.xx.2018-ci ildə vəsiyyətnamə ilə ikinci nikahda olan həyat yoldaşı X18 vəsiyyət etmişdir. X21 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçılar X14, X10 və X19 Cavabdehna qarşı (üçüncü şəxs X24) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2000-ci il tarixli, 2V-1-178 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, ünvan 2 ünvana dair X9 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, miras mülkün vərəsələr arasında paylara bölünməsini xahiş etmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2(044)-171/2022 saylı qətnaməsi ilə iddia tələbləri rədd edilmiş, Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 20 iyul 2022-ci il tarixli, 2(104)-1713/2022 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbləri rədd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə, iddiaçılar X14, X15 və X19 tərəfindən verilmiş kassasiya şikayəti təmil edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-1713/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materialları ilə müəyyən edilir ki, yuxarıda qeyd edilən məhkəmə qərarları üzrə iddiaçıların vəkili olan Vəkil3 Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarının qəbulundan sonra, hazırkı iş üzrə ikinci növbə vərəsə hesab etdiyi İddiaçı nümayəndəsi və vəkili kimi hazırkı iddianı irəli sürmüşdür. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, X1 xx.xx.2000-ci il tarixdə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin: 73-cü maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. 77-ci maddəsinə görə, iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. 78-ci maddəsinə görə, iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Bu qaydadan istisnalar, habelə iddia müddətinin dayandırılması və iddia müddətində fasilə, SSR İttifaqı qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilir. 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 533-ci maddəsinə əsasən, birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilmiş hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. 556-cı maddəsinə əsasən, qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimi xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur.Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, əvvəla İddiaçı ikinci növbə vərəsə olması işə əlavə edilmiş sənədlərlə təsdiq edilmir. Azərbaycan Respublikası MM-nin 533-ci maddəsinə tələblərinə uyğun olaraq, hazırkı miras mübahisəsi üzrə birinci növbə vərəsələr mövcud olmuşdur ki, bu hal ikinci növbə vərəsəliyi istisna edir və bu baxımdan iddiaçı tərəf bu iş üzrə subyektiv hüquqa malik deyildir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, məhkəmə qərarları üzrə birinci növbə vərəsələrin vəkili olan Vəkil3 Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarının qəbulundan sonra, ( birinci növbə vərəsələrin eyni predmet üzrə iddiaları təmin edilmədikdən sonra) hazırkı iş üzrə ikinci növbə vərəsə hesab etdiyi İddiaçı nümayəndəsi və vəkili kimi hazırkı iddianı irəli sürmüşdür. Bundan başqa, iddiaçı hazırkı iş üzrə məhkəməyə təxminən 22 ildən sonra müraciət etmişdir ki, bu hal da, iddia müddəti baxımından iddianın rədd edilməsinə əsas verir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyən edilmşdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2600/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-386, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2600/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar