Məhkəmə qərarları › İş №2(104)-2583/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2583/2023

15.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2583/2023 15.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsinin geri qaytarılması barədə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-3119/2023 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-301 saylı, KOD 50405018 “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında soyaında və adında yol verilən səhvin aradan qaldırırlaraq adının X2 olması faktının qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-3119/2023 saylı qərardadı ilə (hakim Ş.Məmmədova) Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Ərizəçi şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3119/2023 saylı qərardadın ləğv edilməsini və işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi və ailə üzvlərinə məxsus olan Şəmkir rayonu Dəllər Cəyir kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-301 saylı KOD 50405018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında onun adı X2 deyil, səhvən X1 qeyd edilmişdir. Yol verilən səhvin aradan qaldırılması üçün onun anası X3 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 11 saylı Ərazi İdarəsinə müraciət edərək, səhvin aradan qaldırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2021-ci il tarixlı qərarında (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair) Mülki Prosessual Məcəllədə daşınmaz əşyalarla bağlı iddiaların ərazi aidiyyəti üçün müstəsna qayda müəyyən edildiyindən, həmin iddialar daşınmaz əşyanın olduğu yerin məhkəməsinə verilməlidir. Mülkı Prosessual Məcəllənin 39-cu maddəsinə isə müəyyən kateqoriyadan olan daşınmaz əşyalarla bağlı iddia ərizələrinin daşınmaz əşyanın yerləşdiyi yerin məhkəməsinə verilməsi təsbit edilmişdir. MPM-nin tələblərindən də göründüyü kimi məhkəmə tərəfindən tətbiq edilməməli olan normativ akt tətbiq edilmişdir. Odur ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-3119/2023 saylı qərardadın ləğv edilməsini və işin məhkəmə baxışına təyın edılməsini xahiş etmişdir Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-3119/2023 saylı qərardadı ilə Ərizəçi Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)- 3119/2023 saylı qərardadının ləğv edilməsinə dair verdiyi şikayətin təmin edilməməsi, qərardaddan verilmiş şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilmədən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-3119/2023 saylı qərardadı və həmin qərardadla bağlı 04 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. İş materialı ilə müəyyən olunur ki, Ərizəçi rəsmi qeydiyyatda olduğu ünvan ünvan 1ü kimi, Ərizəçi qeydiyyat ünvanı Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşdiyindən birinci istansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikasının MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 398.0. və 398.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 398.0, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-3119/2023 saylı qərardadı və həmin qərardadla bağlı 04 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar