Məhkəmə qərarları › İş №2(104)-2594/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2594/2023

19.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2594/2023 19.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Tərtər Rayon Məhkəməsinin 2 (061)-729/2020 saylı iş üzrə 04 avqust 2023-cü il tarixli qərardadından cavabdeh X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon məhkəməsinin 04 avqust 2023-cü il tarixli qərardadı ilə Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Tərtər rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(061)-729/2020 saylı qətnaməsinə izah verilməsi barədə müraciətinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh X1 Tərtər Rayon Məhkəməsinin 2 (061)-729/2020 saylı iş üzrə 04 avqust 2023-cü il tarixli qərardadından verdiyi şikayəti məhkəməyə daxil olmuşdur. Cavabdeh X4 həmin qərardaddan verdiyi şikayət ərizəsində göstərmişdir ki, Tərtər rayon İcra və X6 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(061)-729/2020 saylı qətnaməsinə izah verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən qərardadın təsviri hissəsində, qeyd edilən qətnamədə 2 sıra mişar daşının və onun üzərində inşa edilmiş tikililərin sökülməsini əsas gətirərək, qətnaməyə əlavə izahın verilməsinə ehtiyacın olmamasını göstərmiş və həmin səbəblə də ərizə təmin edilməmişdir. Lakin, məhkəmə tərəfindən bir hal nəzərə alınmamışdır ki, Tərtər rayon Məhkəməsi tərəfindən elan edilmiş 17 iyul 2020-ci il tarixli, 2(061)-729/2020 saylı qətnamə icra edilmişdir. Belə ki, həyətyanı sahəni ayıran hasar söykənmiş əl damı həmin hasardan ayrılmış və toyuq damı üçün ayrıca olaraq arxa divar tikilmişdir. Divar inşa edilərkən, qərardadda qeyd edilən millər də həmçinin yeni inşa edilmiş əl damının üzərinə yerləşdirilmişdir. Məhkəmə tərəfindən qərardad elan edilərkən, qanuni qüvvəyə minmiş qətnamənin icra mərhələsi barədə heç bir araşdırma aparılmamışdır. Tərtər rayon Məhkəməsi tərəfindən elan edilmiş qətnamədə iddiaçıya məxsus olan hasardan istifadəyə son qoyulması qət edilmişdir. Hazırda qətrnamə icra edilmişdir. Qeyd etdiyi kimi, ona məxsus olan həyətyanı sahədə inşa etdiyi toyuq damı üçün ayrıca divar inşa edilmiş, damın millərinin yükü yeni inşa edilmiş divarın üzərinə qoyulmaqla, iddiaçıya aid olan hasardan ayrılmışdır. Lakin iddiaçının tələb etdiyi kimi, ona məxsus olan ərazidə, öz vəsaiti hesabına inşa etdirdiyi toyuq damının sökülməsi tələbi, birbaşa olaraq onun Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüququnun pozulmasıdır. Bu səbəbdən də ərizənin təmin edilməsi, yaranmış vəziyyəti nəzərə alaraq qətnaməyə dair həmin hissədə izah verilməsi labüddür. Göstərdiklərinə əsasən Tərtər rayon Məhkəməsi tərəfindən elan edilmiş 2(061)-729/2020 saylı, 04 avqust 2023-cü il tarixli qərardadın ləğv edilməsinə və ərizəsinin təmin edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 2 (061)-729/2020 saylı iş üzrə 28 avqust 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, məruzəçini dinləyib, şikayətin dəlillərini hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli,Tərtər Rayon Məhkəməsinin 2 (061)-729/2020 saylı iş üzrə 04 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə apellyasiya instansiyasında baxılarkən müəyyən edilmişdir ki, Tərtər Rayon Məhkəməsinin 2 (061)-729/2020 saylı mülki iş üzrə 17 iyul 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh X1 hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, iddiaçı X2 məxsus olan torpaq sahəsinə müdaxiləyə və hüquqdan sui-istifadəyə yol verilməsinin qarşısının alınması, qadağan edilmiş özbaşınalıq yolu ilə etdiyi pozuntulara son qoyulması, həyətinə mişar daşından çəpər kimi çəkdirdiyi daş hasarının üzərində hördürdüyü iki sıra mişar daşının və hasara bitişik tikdirdiyi, tikinti kimi istifadə etdiyi daş hörgülərin cavabdehin hesabına sökülməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X4 apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)- 2255/2022 saylı iş üzrə 09 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qətnamə ilə razılaşmayan cavabdeh Müsahibə Abbasova kassasiya şikayəti vermiş və onun şikayəti təmin edilməmişdir. Beləliklə də qətnamə qanuni qüvvəsini almışdır. Tərtər Rayon Məhkəməsi iş üzrə 04 avqust 2023-cü il tarixli qərardadda göstərmişdir ki, cavabdehin idiaçının həyətə mişar daşından çəpər kimi çəkdirdiyi daş hasarın üzərində hördürdüyü 2 sıra daşın və onun hasarına bitişik tikdirdiyi tikinti kimi istifadə etdiyi daş hörgülərin cavabdehin hesabına sökülməsi dedikdə, hazırda mübahisə predmeti olan taxta millərin də həmin tikintiyə aid olduğundan sökülməsi ona aid edilir. Odur ki, ayrıca olaraq taxta millərin də sökülməsinin məhkəmə qətnaməsində göstərilməsinə ehtiyac olmamışdır. Göstərilənlərə əsasən məhkəmə Tərtər rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(061)-729/2020 saylı qətnaməsinin izah verilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(061)-729/2020 saylı qətnaməsinin qət etdi hissəsi aydın və dəqiq şəkildə yazılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Tərtər Rayon Məhkəməsinin iş üzrə 04 avqust 2023-cü il tarixli qərardadı ilə qətnaməsinin izah verilməsindən imtina etməkdə haqlı olmuşdur. Belə ki, qərardad kifayət qədər əsaslandırılmışdır və Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(061)-729/2020 saylı qətnaməsinə izah verilməsinə zərurət olmadığının yenidən əsaslandırılmasına ehtiyac yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Tərtər Rayon Məhkəməsinin 2 (061)-729/2020 saylı iş üzrə 04 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 264, 396, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Cavabdeh X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 2 (061)-729/2020 saylı mülki iş üzrə 04 avqust 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı gündən qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar