Məhkəmə qərarları › İş №2(104)-261/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-261/2023

18.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-261/2023 18.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracda satılması və satış pulunun paylarına uygun bölünməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(013)-1501/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Ağdam rayonu, Evoğlu kənd yerləşən evin açıq hərracda satılması və satış pulunun paylarına uyğun olaraq aralarında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(013)-1501/2022 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) İddiaçı Cavabdeh qarşı Ağdam rayonu, Evoğlu kəndində olan fərdi yaşayış evinin açıq hərracda satılması və satış pulunun paylarının uygun olaraq aralarında bölünməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, iddia üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə Ağdam Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(013)-1501/2022 saylı qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağdam rayonu, Evoğlu kəndində yerləşən fərdi yaşayış evinin ½ (ikidə bir) pay hüququ onun, ½ pay hüququ isə cavabdehin mülkiyyətindədir. Cavabdehlə onun bu evdə birgə yaşamaqları mümkün deyil. İddia ərizəsinə əlavə etdiyi 22 fevral 2022-ci il tarixli ekspert rəyi ilə də təsdiq olunur ki, 24 kv.m evin ½ hissəsəyə bölünməsi texniki cəhətdən mümkün deyil. Ona görə də yeganə çıxış yolu əmlakın açıq hərracda satılması və satış pulunun cavabdehlə onun arasında paylarına münasib surətdə bölgüsünün aparılmasıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi obyektiv olaraq çıxarılmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış, qətnamə maddi və prosesual hüquq normaları ilə əsaslandırılmamış, qanuni və əsaslı deyildir. Belə ki, Cavabdeh ilə 02 avqust 1998-cı iidə nikaha daxil olmuşlar və Ağdam Rayon Məhkəməsinin 20 iyun 2016-cı il tarixli qətnaməsi iiə nikahları pozulmuşdur. Bundan sonra Cavabdeh əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hazırda iddiaçının açıq hərracda satılması və satış pulunun paylarına uyğun bölünməsini tələb etdiyi Ağdam rayon Evoğlu kəndində yeriəşən ümumi sahəsi 24 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsinə Gəncə Apelllyasiya Məhkəməsinin xx.xx.2017ci il tarixli 2(104)- 681/2017 saylı qətnaməsi ilə Cavabdeh payının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən kasasiya şikayəti verilmişdir və Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-7891/17 sayiı qərarı ilə kasasiya şikayəti təmin ediiməmiş, Gəncə Apeiiyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən Ağdam rayon Evoğlu kəndində yerləşən ümumi sahəsi 24 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsinə Cavabdeh payı müəyyən edilmişdir. Lakin həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə Cavabdeh payı müəyyən edilməmişdir. Cavabdeh tərəfindən ona qarşı “evin naturada bölgüsü və köçürülmə tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013)-1106/2021 saylı qərardadına əsasən Ekspertiza təyin edilmiş 28 fevral 2022-ci il tarixli 10/5022 saylı Ekspertiza rəyində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş, qeydiyyat tarixi xx.xx.2010-cu il, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatı haqqmda daşınmaz əmlakın Dövlət reyestirindən Çıxarışda göstərilən ünvan 1i ünvanında yerləşən 0,24 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin payların olduğu sahəsinin 24 kv.metr təşkil edərək bir otaqdan ibarət olmasını, evin ətrafında yeni tikililərin inşa edilməsini, o cümlədən həyətyanı torpaq sahəsində yardımçı tikliiərin olmasını, fərdi yaşayış evinin çıxarışda göstərilən sahəsi iiə faktiki vəziyyətinin uyğun olmamasını nəzərə alaraq, sözügedən mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki tikilinin inşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1.,2.2.,2.4.,2.9 bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin payına uyğun olaraq hər birinin 1/2 hissəyə bölünməsi texniki cəhətdən mümkün olmadıgı göstərilmişdir. Həmçinin sözügedən fərdi yaşayış evində o, sonradan əsaslı təmir-tikinti işləri aparmış və evin ümumi sahəsi hazırda 134 kv.m təşkil edir. Bundan başqa onun iddiaçı ilə eyni mənzildə yaşamağı mümkün deyil və bunu 6 ildən artıqdır aralarında gedən, eyni zamanda hazırda da davam edən məhkəmə çəkişmələri də sübut edir. Ağdam Rayon Məhkəməsinin 2(013)-1501/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini məhkəmə onunla əsalandırmağa çalışmışdır ki, "... Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Cavabdeh bildiriş və təklif göndərməsinə baxmayaraq heç bir cavab verilməmişdir. Eyni zamanda sözügedən evin cavabdehin mülkiyyətində olan payının ona satılmasını təklif etməyilə bağlı xx.xx.2022-ci il tarixində təkrar bildiriş göndərməyinə baxmayaraq cavabdeh tərəfindən bu günə qədər qərəzli olaraq ona heç bir cavab verilməmişdir. Buna görə də Ağdam Rayon Məhkəməsinin 2(013)-1501/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hakim tərəfindən göstərilən maddəyə istinad edilməklə iddia tələbinin rədd edilməsini qət etməsini əsassız və qanunsuz hesab edir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi məhkəmə tərəfindən iddia tələbinin rədd edilməsi barədə qətnaməsi qanunsuz və ədalətsiz olduğundan apellyasiya qaydasında ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPMin 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verib, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və iddiaçının izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(013)-1501/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında verilmiş **********29-10301 nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Ağdam rayonu, Evoğlu kəndində 0.24 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin 1/2 (ikidə bir) hissəsi İddiaçı və 1/2 (ikidə bir) hissəsi Cavabdeh xüsusi mülkiyyətidir, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 01 nömrəli reyestr kitabının 152 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2022-ci il tarixli rəyin kserosurətindən görünür ki Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2010-cu il, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən Çıxarışda göstərilən ünvan 1i ünvanında yerləşən 0,24 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin payların olduğu sahəsinin 24 kv.metr təşkil edərək bir otaqdan ibarət olmasını, evin ətrafında yeni tikililərin inşa edilməsini, o cümlədən həyatyanı torpaq sahəsində yardımçı tikliiərin olmasını, fərdi yaşayış evinin çıxarışda göstərilən sahəsi iiə faktiki vəziyyətinin uyğun olmamasını nəzərə alaraq, sözügedən mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki tikilinin inşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1.,2.2.,2.4.,2.9 bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin payına uyğun olaraq hər birinin 1/2 hissəyə bölünməsi texniki cəhətdən mümkün deyil. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında verilmiş **********29-10301 nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla Ağdam rayonu, Evoğlu kəndində 0.24 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin 1/2 (ikidə bir) hissəsi İddiaçı və 1/2 (ikidə bir) hissəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Həmin ev Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda ümumi sahəsinin 24,0 kv.m olduğu göstərilsə də, faktiki olaraq yaşayış sahəsi 59,9 kav.m, ümumi sayəsi isə 134,0 kv.m-dən ibarətdir. İddiaçı ümumi sahəsi 24,0 kv.mdən ibarət olan bir otaqlı evin bölünməsini tələb etdiyinə görə həmin evin paylara uyğun bölgüsünün mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.3-cü maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri də mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyidir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmə hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermə imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi bir başa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyildir. Bu baxımdan paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüquqununun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. X1 Məhkəməsinin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, Mülkü Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və ya satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırlması kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia ərizəsinə mübahisəli ünvandakı evin naturada iki bərabər hissəyə bölgüsünün mümkün olmamasına dair əlavə etmiş olduöu ekspertiza rəyinin kserosurəti heç də həmin evin iki bərabər hissəyə bölünməsinin mümkün olmamasını təsdiq etmir. Çünki əvvəla Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İkincisi birgə mülkiyyətdə olan evin paylara uyğun bölgüsünün mümkün olmaması tərəfin müraciəti əsasında qəbul edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qətnməsi ilə təsdiqini tapmalıdır. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Ağdam rayonu, Evoğlu kənd yerləşən evin açıq hərracda satılması və satış pulunun paylarına uyğun olaraq aralarında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, Mülki Məcəllənin 220.3-220.4cü maddələrində nəzərdə tutulmuş qaydaları ardıcıllıqla tətbiq etmədən hazırki iddia ilə məhkəməyə müraciət etdiyindən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(013)-1501/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar