Məhkəmə qərarları › İş №2(104)-262/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-262/2025

08.05.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-262/2025 08.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1697/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1697/2024 saylı qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddianın təmin edilməsi, xx.xx.2016-cı il tarixli, ********** saylı qeydiyyat nömrəli Seriya RX ******* saylı Çıxarış əsasında İddiaçı mülkiyyətində olan, Şəmkir rayonunun Əliyaqublu kəndində yerləşən 0.1456 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində inşa edilmiş tikililərin (təyinatından və xarakterindən asılı olmayaraq) Cavabdeh vəsaiti hesabına sökülməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1697/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisində qeydə alınmış 0.1456 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində inşa edilmiş tikililərin təyinatından və xarakterindən asılı olmayaraq cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisində onun adına 0.1456 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. Həmin torpaq sahəsi əvvəllər X8 tərəfindən qanunsuz olaraq zəbt edilmiş və onun iddiasına əsasən Şəmkir Rayon Məhkəməsinin 2(076)-1387/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X3 həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qətnamə icra olunan vaxt müəyyən edilmişdir ki, torpaq sahəsinin sərhədləri daxilində Cavabdeh tərəfindən qanunsuz olaraq istilikxana inşa edilmişdir. Dəfələrlə cavabdehdən ona məxsus torpaq sahəsində qanunsuz inşa etdiyi tikililərin sökməsini tələb etsə də, o, bundan imtina etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olduğundan, maddi, prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən apellyasiya qaydasında ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçının ona məxsus olmasını iddia etdiyi torpaq sahəsini o, qanunla daşınmaz əmlakın alqı-satqısına dair qanunla müəyyən edilmiş qaydada notarial bağlanan alqı-satqısına dair müqavilə əsasında əldə etmişdir. Davamı olaraq həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmış və qeydiyyata dair dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra başqa bir məhkəmə işi üzrə İddiaçı Abdulbari oğlunun cavabdehlər X2, X5, Cavabdeh və DƏDRXnin 11 saylı Şəmkir Ərazi İdarəsinə, qarşı daşınmaz əmlak barəsində “Çıxarışların ləğv edilməsi və həmin əmlak barəsində bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbləri əsasında Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)- 1752/2022 nömrəli qətnaməsinə əsasən xitam verilmiş və yuxarıda qeyd etdiyi dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Onun tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-841/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi tam ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. İddiaçının qanunsuz tikili adlandırdığı qurğular, hüquqi cəhətdən ona qanuni əsaslarla məxsus olan, yəni onun mülkiyyətində olan torpaq sahəsi üzərindədir və həmin qurğuların sökülməsi yalnız onun iradə ifadəsinə əsasən ola bilər. Bununla təsdiq edilir ki, birinci instansiya məhkəməsi tərəfindən MM-nin 152.1-ci maddəsinin tələbləri pozulubdur. İddiaçının üzərində qanunsuz tikili olmasını iddia etdiyi torpaq sahəsi onun tərəfindən notarial qaydada təsdiq edilmiş əqd əsasında əldə edilmişdir və həmin əqd qətnamə qəbul edilən tarixdə, o cümlədən də hazırda qüvvədədir, hər hansı məhkəmə tərəfindən də nə zamansa ləğv edilməmişdir. Bununla təsdiq edilir ki, qanunsuz tikili iddia edilən qurğular onun qanuni əsaslarla istifadəsində olan torpaq sahəsində olmuşdur. Tərəfindən verilən icraata dayandırılmasına dair vəsatətdən, aydın olur ki, onun mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququ var, həmçinin iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ başqa bir məhkəmədə mübahisə predmetidir. Lakin bu halların heç biri qətnamədə əksini tapmamışdır. Qətnamə formal mülahizə əsasında qəbul edilmişdir. İddiaçı tərəfin iddia ərizəsində, izahatında qeyd etdikləri məhkəmə tərəfindən yoxlanmadan, işin digər halları, sübutları ilə təsdiq edilmədən olduğu kimi sübut olaraq qəbul edilmişdir. Bununla da məhkəmə qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə yol verilmişdir. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı, cavabdeh və üçüncü şəxs DƏDKR 11 saylı Şəmkir ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən hazırki vəziyyətdə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respubilkası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, işdə olan xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli RX seriyalı ******* saylı Çıxarışın və xx.xx.2023-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsünün notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən 0,1456 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2(076)-1387/2023-cü il tarixli Şəmkir Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, xx.xx.2016-cı il tarixli, ********** saylı qeydiyyat nömrəli Seriya RX ******* saylı Çıxarış əsasında İddiaçı mülkiyyətində olan, Şəmkir rayonunun Əliyaqublu kəndində yerləşən 0.1456 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X3 çıxarılması qət edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 3-16-31/1-S170 nömrəli Şəmkir Regional Ədliyyə İdarəsi tərəfindən verilmiş, İddiaçı ünvanlanmış məktubunda göstərilir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1387/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2016-cı il tarixli, ********** saylı qeydiyyat nömrəli Seriya RX ******* saylı çıxarış əsasında İddiaçı mülkiyyətində olan, Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən 0.1456 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X4 çıxarılması qət edilmişdir. İcra sənədi xx.xx.2024-cü il tarixində Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. İcra sənədinin icrası məqsədilə icra hərəkətləri təyin edilmiş və xx.xx.2024-cü il tarixində DƏDRX-nin 11 saylı Şəmkir Ərazi idarəsinin mütəxəssisi tərəfindən aparılmış ölçü işləri zamanı sizə məxsus torpaq sahəsi ölçülərək özünüzə təhvil verilmişdir. Məlumat üçün bildirir ki, borclu Arzu Həbibov icra məmuruna verdiyi izahatında məhkəmə qərarında qeyd edilən torpaq sahəsinin onun istifadəsində olmadığını bildirmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-1727/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı Abdulbari oğlu cavabdehlər DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə, X2, X5 və Cavabdeh qarşı Çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş Seriya RX ******* saylı, xx.xx.2017ci il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və Cavabdeh adına verilmiş Seriya RX ******* saylı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmiş, Şəmkir Rayon Məhkəməsinin 2(076)-410/2022 saylı mülki iş üzrə 16 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, qətnamədən İddiaçı Abdulbari oğlu apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin 2(076)-410/2022 saylı mülki iş üzrə 16 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1752/2022 nömrəli, 01 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilmiş, X6 ilə X8 arasında bağlanmış 28 noyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi və X8 ilə Cavabdeh arasında bağlanmış 11 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş RX seriyalı ******* saylı, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və Cavabdeh adına verilmiş RX seriyalı ******* saylı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilmiş, üçüncü Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini və qətnamənin icrasında dönüş edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)- 841/2024 saylı qərarı ilə Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2022-ci il tarixli, 2(104)- 1752/2022 saylı qətnaməsi ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmış və sonda Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-1727/2024 saylı qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin 2(076)-410/2022 saylı mülki iş üzrə 16 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı Abdulbari oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin 2(076)-410/2022 saylı mülki iş üzrə 16 mart 2022ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, X6 ilə X8 arasında bağlanmış 28 noyabr 2016-cı il tarixli alqısatqı müqaviləsi və X8 ilə Cavabdeh arasında bağlanmış 11 may 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş RX seriyalı ******* saylı, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və Cavabdeh adına verilmiş RX seriyalı ******* saylı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların ləğv edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-1727/2024 saylı məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-1727/2024 saylı qətnaməsindən kassasiya şikayəti verilməmişdir və qanunvericilikdə nəzərdə tutulan şikayət vermə müddəti bitdikdən sonra xx.xx.2025-ci il tarixdə icra vərəqəsi tərtib olunaraq Şəmkir rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisində İddiaçı adına 0.1456 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. Həmin torpaq sahəsi əvvəllər X8 tərəfindən qanunsuz olaraq zəbt edilmiş və İddiaçı iddiasına əsasən Şəmkir Rayon Məhkəməsinin 2(076)-1387/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X3 həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qətnamə icra olunan vaxt müəyyən edilmişdir ki, torpaq sahəsinin sərhədləri daxilində Cavabdeh tərəfindən qanunsuz olaraq istilikxana inşa edilmişdir. İddiaçı dəfələrlə cavabdehdən ona məxsus torpaq sahəsində qanunsuz inşa etdiyi tikililərin sökməsini tələb etsə də, o, bundan imtina etmişdir. Bundan sonra İddiaçı Abdulbari oğlu cavabdehlər DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə, X2, X5 və Cavabdeh qarşı Çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş Seriya RX ******* saylı, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və Cavabdeh adına verilmiş Seriya RX ******* saylı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmiş, Şəmkir Rayon Məhkəməsinin 2(076)-410/2022 saylı mülki iş üzrə 16 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, qətnamədən İddiaçı Abdulbari oğlu apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin 2(076)-410/2022 saylı mülki iş üzrə 16 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-1727/2024 saylı qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin 2(076)-410/2022 saylı mülki iş üzrə 16 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı Abdulbari oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin 2(076)-410/2022 saylı mülki iş üzrə 16 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, X6 ilə X8 arasında bağlanmış 28 noyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi və X8 ilə Cavabdeh arasında bağlanmış 11 may 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən X3 adına verilmiş RX seriyalı ******* saylı, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və Cavabdeh adına verilmiş RX seriyalı ******* saylı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların ləğv edilməsi qət edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan Şəmkir rayonunun Əliyaqublu kəndində yerləşən 0.1456 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixli, ********** saylı qeydiyyat nömrəli Seriya RX ******* saylı Çıxarışla İddiaçı mülkiyyətində olmasını, Şəmkir rayonunun Əliyaqublu kəndində yerləşən xx.xx.2016-cı il tarixli, ********** saylı qeydiyyat nömrəli Seriya RX ******* saylı Çıxarışda göstərilən torpaq sahəsi 0.1456 ha Cavabdeh qanuni əsas olmadan istifadəsində olmasını, nəticədə iddiaçının öz mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən istifadə edə bilməməsini, bununla da onun sahiblik və istifadə hüquqlarının pozulmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2016-cı il tarixli, ********** saylı qeydiyyat nömrəli Seriya RX ******* saylı Çıxarış əsasında İddiaçı mülkiyyətində olan, Şəmkir rayonunun Əliyaqublu kəndində yerləşən 0.1456 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində inşa edilmiş tikililər Cavabdeh vəsaiti hesabına sökülməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir. Orada deyilir – “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Həmçinin İnsan hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Yuxarıda istinad olunan daxili və beynəlxalq qanunvericiliyin müddəalarından görünür ki, mülkiyyət hüququ dövət tərəfindən qorunur və ona təminat verilir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cavabdehin şikayətinin birinci dəlili ondan ibarətdir ki, iddiaçının ona məxsus olmasını iddia etdiyi torpaq sahəsini o, qanunla müəyyən edilmiş qaydada notarial qaydada bağlanan daşınmaz əmlakın alqı-satqısına dair müqavilə əsasında əldə etmişdir. Kollegiya qeyd edir ki, cavabdeh həmin torpaq sahəsini alğı-satqı müqaviləsi əsasında almış olsa da, həmin alğı-satqı müqaviləsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-1727/2024 saylı qətnaməsi ilə etibarsız hesab edilmiş, həmin alğı-satqı müqaviləsinə əsasən verilmiş daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış isə ləğv edilmişdir. Odur ki, cavabdehin qeyd etdiyi alğı-satqı müqaviləsinə istinad etməsi qanuni hesab edilə bilməz. Çünki istinad olunan alğı-satqı müqaviləsi etibarsız hesab olunmuşdur. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçının qanunsuz tikili adlandırdığı qurğular, hüquqi cəhətdən ona qanuni əsaslarla məxsus olan, yəni onun mülkiyyətində olan torpaq sahəsi üzərindədir və həmin qurğuların sökülməsi yalnız onun iradə ifadəsinə əsasən ola bilər. Kollegiya cavabdehin həmin dəlilini də əsassız sayır. Ona görə ki, cavabdehlə həmin torpaq sahəsinə görə bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab olunduğuna və həmin alğı-satqı müqaviləsinin əsasında cavabdehin adına verilmiş RX seriyalı ******* saylı, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********17 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv olunduğuna görə cavabdehin həmin torpaq sahəsindən istifadə etməsinə hüquqi əsas yoxdur. İşin hallarından göründüyü kimi cavabdehin mübahisəli ünvandakı torpaq sahəsindən istifadə etməsinin hüquqi əsası yoxdur. Odur ki, kollegiya hesab edir ki, məhkəmə iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Odur ki, kollegiya apellyasiya şikayətinin dəlillərini iddiaçının formal mülahizəsi kimi qiymətləndirir və hesab edir ki, apellyasiya şikayətinin həmin dəlilləri məhkəmənin şikayətlə mübahisələndirilən qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1697/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar