Məhkəmə qərarları › İş №2(104)-2669/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2669/2023

29.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2669/2023 29.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2, X7 və Cavabdeh1 nümayəndəsi (atası) X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 qarşı pul tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-741/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 29 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-988/2022 saylı qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı 7600 (yeddi min altı yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 95,70 manat (doxsan beş manat 70 qəpik) pul tutularaq iddiaçı X6 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2022-ci il tarixli, 2(104)- 2469/2023 nömrəli qətnamədən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(125)- 988/2022 saylı qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı 7600 (yeddi min altı yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 96 (doxsan altı) manat dövlət rüsumu alınıb iddiaçı X5 xeyrinə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7) qarşı pul tələbinə dair iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 9600 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və əlavə cavabdehin işə cəlb edilməsi barədə birinci instansiya məhkəməsinə ərizə verərək, iddia ərizəsində üçüncü şəxs qismində göstərdiyi X5 işə cavabdeh qismində cəlb edilməsini və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 7600 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 2021-ci il tarixdə Opel Astra markalı avtomobili 8800 manata almışdır. Avtomobili aldıqdan sonra həmin avtomobilə 800 manat xərc çəkmişdir. Daha sonra sözügedən avtomobili Cavabdeh2 məxsus VAZ-21015 markalı avtomobillə barter etməklə yanaşı əlavə 3000 manat pul alaraq Cavabdeh2 satmışdır. Bundan sonra isə o, VAZ-21015 markalı avtomobili Sərvan Alxanova 7600 manata satmışdır. Cavabdeh1 ona satdığı Opel Astra markalı avtomobilə dair verdiyi etibarnaməni ləğv edərək, Cavabdeh2 satdığı həmin avtomobili ondan geri almışdır. Cavabdeh2 isə ona Opel Astra markalı avtomobillə barter etməklə satdığı VAZ- 21015 markalı avtomobilə dair etibarnaməni ləğv edərək onun X1 həmin VAZ-21015 markalı avtomobili ondan geri almışdır. X7 ona qarşı pul tələbinə dair Gəncə Şəhər Məhkəməsində iddia qaldırmış və onun iddia tələbi təmin edilmişdir. Hazırda isə o, cavabdehlərə qarşı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Ona görə də tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir.

6. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-741/2023 nömrəli qətnaməsi (hakim Tərifə Kazımova) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.8 və 181.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220 və 357-361-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-741/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, işin hаllаrındаndа göründüyü kimi cаvаbdеh Cümşüdоv Sənаn Kаmаl оğlu qеyd оlunаn аvtоmоbili iddiаçı оlаrаq ona sаtmışdır. Оnun tаpşırığı əsаsındа pulun Əsəd аdlı şəхsə vеrilməsi hаzırdа pul tələbi ilə bаğlı оnа qаrşı iddiа tələbinin təmin еdilməməsinə əsаs vеrmir. Məhkəmə аrаşdırmаsı zаmаnı tərəflərindən vəsаtət vеrilərək Əsədоv Əsədin məhkəməyə gətirilməsinin təmin еdilməsi bаrədə qərаr qəbul еdilməsi bildirilməsinə bахmаyаrаq məhkəmə tərəfindən əsаssız оlаrаq vəsаtətləri təmin еdilməmişdir. İş üzrə оbyеktiv аrаşdırmа аpаrılmаsı üçün bu vəsаtətin həlli əhəmiyyət dаşıyırdı. İş üzrə Əsədоv Əsədin cаvаbdеh Sənаn Cümşüdоvun pulunu 1 аyа ödəyəcəkdir kimi ifаdə işlətməsi yаlnız Əsəd Əsədоvun izаhаtı ilə müəyyən еdilə bilərdi ki, bu hаlın аrаşdırılmаsı üçün vəsаtətlərinin təmin еdilməsi əsаslıdır. Əsədоv Əsəd hаzırdа Gəncə şəhər 2 sаylı istintаq təcridхаnаsındаdır. Çох mаrаqlı оdur ki, əgər cаvаbdеh Sənаn Cümşüdоv tаnımаdığı şəхs оlаrаq ona еtibаrnаmə vеrir lаkin, аvtоmоbilə dаir pulunu ondan аlmır. Məhkəmə iclаsı zаmаnı Sənаn Cümşüdоvun nümаyəndəsidə еtirаf еdərək bildirmişdir ki, оğlu Sənаn Cümşüdоv bundаn əvvəldə Sənаn vаsitəsi ilə аvtоmоbil sаtmışdır. Məhkəmə iclаsı zаmаnıdа məhkəməyə bildirilmişdir ki, Sənаn Cümşüdоv аvtоmоbilin pulunun Əsəd Əsədоvа оnа görə vеrilməsini bildirmişdir ki, о, аvtоmоbilin dəyərindən аrtıq pul аlmışdır və əvvəlki аvtоmоbilin pulunu dа о, Əsəddən аrtıqlаmаsı ilə аlmışdır. Məhkəmənin sаdəcə еtibаrnаmə ilə vеrilməsini fаktiki оlаrаq tərəflər аrаsındа avtоmоbilin аlınmаsı ilə bаğlı fаktiki hаlı nəzərə аlmаmışdır. Digər cаvаbdеh Mаhir Quliyеv isə özünə məхsus аvtоmоbilə dаir аldığı pulu və аvtоmоbillə bаğlı məhkəməyə hеç bir sübut təqdim еtməmişdir. İş mаtеriаllаrındа оlаn Gəncə Аpеllyаsiyа Məhkəməsinin, Azərbaycan Respublikasının Аli Məhkəməsinin və Gəncə Şəhər Məhkəməsinin qətnаmələri ilə tərəflər аrаsındа оlаn hüquq münаsibəti və fаktiki vəziyyətləri ilə bаğlı hаllаrın sübut еdilməsinə bахmаyаrаq məhkəmə həmin qətnаmələrədə münаsibət bildirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1la onun arasında “Opel Astra” markalı avtomobilə dair şifahi qaydada razılaşma olmuş, lakin alğı-satqı müqaviləsi bağlanmamışdır. Daha sonra sözügedən avtomobili Cavabdeh2 məxsus “VAZ-21015” markalı avtomobillə barter etməklə yanaşı əlavə olaraq 3000 manat pul alaraq Cavabdeh2 satmışdır. Cavabdeh1 isə “Opel Astra” markalı avtomobili ona etibarnamə əsasında vermişdir. O, Cavabdeh1 həmin avtomobilin müqabilində ödəməli olduğu pulu onların ortaq tanışı Əsəd Əsədov adlı şəxsə vermişdir. Tanışları olan Əsəd Əsədov isə həmin pulu Cavabdeh1 çatdırmalı idi. Əsədоv Əsəd hаzırdа Gəncə şəhər 2 sаylı istintаq təcridхаnаsındаdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya mhəkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianən təmin edilməsini məhkəmədən xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, o, “N” saylı hərbi hissədə hərbiçi olaraq işləyir. İddiaçı isə avtomobil alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıyır. O, 2021-ci ilin dekabr ayında maşınını satmaq qərarına gəlmiş və Gəncə şəhərində avtomobil bazarına çıxardıb satarkən Tural ilə tanış olmuşdur. Onun mülkiyyətində “VAZ-21015” markalı avtomobil olmuşdur. Həmin avtomobili İddiaçı olan “Opel Astra” markalı avtomobil ilə barter etmişlər. Belə ki, onların razılaşmalarına əsasən VAZ-21015” markalı avtomobil 7000 manat və “Opel Astra” markalı avtomobilin qiymətini isə 10.200 manat müəyyənləşdirmişlər. Onlar razılaşdıqdan sonra avtomobilləri barter etmişlər və nağd şəkildə isə 3200 manatı iddiaçıya vermişdir. O, avtomobili aldıqdan bir müddət sonra ona Ağcabədi Rayon Polis Şöbəsindən zəng edib şöbəyə dəvət etmişlər. O da məsələni aydınlaşdırmaq üçün polis şöbəsinə getmiş və məlum olmuşdur ki, orada onun adına olan baş etibarnamə ləğv edilmiş, avtomobil sahibi avtomobilini geri istədiyindən avtomobilin üzərinə həbs qoyulmuşdur. O da avtomobili sahibinə təhvil verdikdən sonra iddiaçı ilə əlaqə saxlamış və vəziyyət barədə ona məlumat vermişdir. Bundan sonra iddiaçı ona qısa müddətdə məsələni aydınlaşdıracağını bildirsə də sonradan onun zənglərinə cavab verməmişdir. O da barter etdiyi avtomobilin etibarnaməsini ləğv etdirib polisə müraciət edərək avtomobilini geri almışdır. Hazırda da avtomobilin üstündə verdiyi 3200 manat pulunu cavabdeh Turaldan ala bilmir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, Cavabdeh1 onun oğludur və hazırda oğlu Rusiya Federasiyasındadır. Onlar iddiaçı olan İddiaçı tanımırlar. Belə ki, onlar avtomobili Əsəd adlı şəxsə satmışlar. Oğlu Sənan, Əsəd adlı şəxslə aralarında olan tanışlıq münasibətlərinə əsasən onun xahişi ilə özünə məxsus avtomobilə dair İddiaçı etibarnamə vermişdir. Belə ki, Əsəd Sənana bildirmişdir ki, İddiaçı avtomobilin pulunu 1 ay ərzində ödəyəcək. Lakin, İddiaçı və Əsəd tərəfindən avtomobilin müqabilində oğlu Sənana Cümşüdova pul ödənilməmişdir. Ona görə də, Cavabdeh1 sözügedən avtomobilə dair İddiaçı verdiyi etibarnaməni ləğv etdirmişdir. apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X7 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, İddiaçı baş etibarnamə əsasında Cavabdeh2 mülkiyyətində olan “VAZ-21154” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili ona satmış, o isə bunun müqabilində cavabdehə 7600 manat pul vermişdir. Lakin, sonradan mülkiyyətçi tərəfindən etibarnamə ləğv olunmuş və avtomobil mülkiyyətçiyə geri qaytarılmışdır. Buna görə də məhhəməyə müraciət etmiş və iddia tələbi təmin edilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

15. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. O, nümayəndəsi ilə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.

17. Maddə 181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

24. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

30. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

32. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-741/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Beləliklə, işin halları ondan ibarətdir ki, Cavabdeh1 tərəfindən “Opel Astra” markalı avtomobil İddiaçı etibarnamə əsasında idarəçiliyinə verilmişdir. İddiaçı baş etibarnamə əsasında Cavabdeh2 mülkiyyətində olan “VAZ-21154” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2, bunun müqabilində sonuncu iddiaçıya 7600 manat pul vermişdir. Lakin, daha sonra “Opel Astra” markalı avtomobilin mülkiyyətçisi Cavabdeh1 iddiaçıya verdiyi etibarnaməni ləğv etdirərək, “Opel Astra” markalı avtomobili Cavabdeh2 geri almışdır. Cavabdeh2 isə belə olan halda özünə məxsus “VAZ-21015” markalı avtomobilə dair iddiaçıya verdiyi etibarnaməni ləğv etdirərək həmin avtomobili üçüncü şəxs olan Sarvan Alxanovdan geri almışdır. Hazırda iddiaçı Cavabdeh1 “Opel Astra” markalı avtomobilin müqabilində ödəməli olduğu pulu onların ortaq tanışı Əsəd adlı şəxsə verdiyini bildirmişdir. Daha sonra isə qeyd etmişdir ki, Əsəd adlı şəxs isə həmin pulu Cavabdeh1 çatdırmalı idi. Buna görə də iddiaçı cavabdehlərdən verdiyi pulu tələb edir.

35. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, nəqliyyat vasitəsi rəsmi reyestrdə qeydə alınmalı əşya olduğundan əşyanın mülkiyyətə verilməsi üçün rəsmi reyestrdə, yeni mülkiyyətçi barədə qeyd aparılmalı, bunun üçün isə əvvəlcə həmin daşınar əşyayanın alğı-satqısına dair razılığa gələn tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş formada rəsmi müqavilə bağlanmalıdır.

36. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli, 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının” Siyahısında hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələrinin rəsmi reyestrinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən aparılması müəyyən edilmişdir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması” Qaydasının 1.2-ci bəndinə əsasən Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması əqdləri Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq bağlanır.

38. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

39. Azərbaycan Respublikasının MM-in 329.1-ci maddəsinin tələbinə görə, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

40. Azərbaycan Respublikasının MM-in 337.1-ci maddəsinə əsasən, Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

41. Mülki qanunvericiliyə əsasən rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalar istisna olmaqla, digər daşınar əşyaların alqı-satqı müqaviləsinin xüsusi forması nəzərdə tutulmamışdır. Lakin, qanunvericilikdə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyaların xüsusiyyətləri və mülki dövriyyədəki yeri nəzərə alınaraq, onlara dair əqdlər üçün xüsusi qaydalar müəyyənləşdirilmişdir ki, bununla da qanunvericilik Mülki Məcəllənin məqsəd və vəzifəsindən olan (Mülki Məcəllə 1-ci maddə) mülki dövriyyənin və onun sabitliyini təmin etmək məqsədi daşımışdır.

42. Yuxarıda qeyd olunduğu kimi, avtomobil rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşya olduğundan ona dair sərəncam verilməsi haqqında müqavilə də notariat qaydasında (həmçinin xüsusi qanunvericilikdə nəzərdə tutulmuş formaya riayət etməklə) təsdiqlənməli idi. Lakin, hazırki mübahisəli hüquq münasibətlərinin iştirakçıları sözügedən avtomobillərə dair alğı-satqı müqaviləsi bağlamaq niyyətində olsalar da, aralarında müvafiq avtomobilin mübadiləsi həyata keçirilən şəxslər arasında belə bir müqavilə bağlanmamış və iddia tələbində sözügedən avtomobillər müvafiq şəxslərin sadəcə olaraq etibarnaməli idarəçiliyinə verilmiş, daha sonra isə avtomobillərin mülkiyyətçiləri tərəfindən həmin avtomobillərə dair verilmiş etibarnamələr ləğv olunduğundan avtomobillər dolayısıyla öz mülkiyyətçiləri tərəfindən geri alınmışdır.

43. İş materiallarından göründüyü kimi, İddiaçı Cavabdeh1 “Opel Astra” markalı avtomobili onun etibarnamə əsasına idarəçiliyinə verməsi, əslində aralarında həmin avtomobilin alğı-satqısına dair şifahi razılaşmaya əsasən həmin avtomobilin müqabilində Cavabdeh1 8800 manat pul verməsini bildirir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

45. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

46. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

47. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.

48. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

49. Həmçinin, iddiaçı birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatda bildirmişdir ki, “Cavabdeh1 həmin avtomobilin müqabilində ödəməli olduğu pulu onların ortaq tanışı Əsəd adlı şəxsə vermişdir, belə ki, Əsəd həmin pulu Sənana çatdırmalı idi. Bu səbəbdən də indi Cavabdeh1 pulunu tələb edir”.

50. Digər tərəfdən birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 da verdiyi izahatda bildirmişdir ki, “belə ki, Əsəd Sənana bildirmişdir ki, İddiaçı avtomobilin pulunu 1 ay ərzində ödəyəcək. Lakin, İddiaçı və Əsəd tərəfindən avtomobilin müqabilində oğlu Sənana pul ödənilməmişdir. Ona görə də, Sənan sözügedən avtomobilə dair İddiaçı verdiyi etibarnaməni ləğv etdirmişdir”.

51. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisəli avtomobilin alğı-satqısı üçün ödənilməli olan pul məbləğini birbaşa olaraq cavabdehlərə deyil, Əsəd adlı şəxsə verdiyini bildirmişdir. Həmçinin, cavabdeh izahatında qeyd olunan xüsusatı təsdiq edərək, Əsəd adlı şəxsin ona avtomobilin pulunu 1 ay ərzində ödəyəcəyini bildirmişdir.

52. Göründüyü kimi, iddiaçı iddiaya cavab verməli olmayan şəxslərə qarşı iddia tələbi qaldırmışdır. Çünki, iddia tələbində iddiaya cavab verməli olan şəxslər qismində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 göstərilsə də, iddiaçı birinci instansiya məhkəməsinin iclasında və məhkəmə kollegiyasının iclasında verdiyi izahatda pulu birbaşa olaraq Əsəd adlı şəxsə verdiyini və sonuncu da özlüyündə həmin pul məbləğini Cavabdeh1 çatdırmalı olduğunu bildirmişdir. Azərbaycan Respublikasının MPM-in 54.1-ci əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Azərbaycan Respublikasının MPM-in 54.2-ci maddəsində deyilir ki, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

53. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

54. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

57. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

58. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-741/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar