Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2688/2023 29.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh4 və vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4, Tovuz Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə və DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğvi və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(062)-2023/2022 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(062)-2023/2022 nömrəli qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddia tələbinin qismən təmin edilməsi, 24 may 2022ci il tarixli bağışlama müqaviləsinin fərdi yaşayış evinə dair hissədə qismən, torpaq sahəsinin bağışlanılmasına dair hissədə isə tamamilə etibarsız hesab edilməsi, 03 iyun 2022-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın Cavabdeh4 aid hissədə ləğv edilməsi, Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən ümumi sahəsi 196,9 kv.m, yaşayış sahəsi 92 kv.m, yardımçı sahəsi 104,4 kv.m olan 3 otaqlı fərdi yaşayış evinə İddiaçı1, İddiaçı2, İddiaçı3 hər birinin 1/10 hissədə, torpaq sahəsinə aid hissədə isə İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi torpaq sahəsinin 1/18 hissəsinə paylarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 50 manatının Cavabdeh4 alınaraq İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh4 apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(062)-2023/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-514/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Muradov və A.İsgəndərova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir. İddiaçılar (Vəkil) birgə kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-2729/2023 nömrəli qətnaməsi ilə (hakimlər A.Hüseynov (məruzəçi), Ə.Nurməmmədov və Z.Babayev) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-514/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4, Tovuz Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə və DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş Çıxarışın ləğvi və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24 may 2022-ci il tarixli, 4Ə-642 reyestr nömrəli X15 ilə Cavabdeh4 arasında bağlanmış və Tovuz Regional “ASAN” Xidmət Mərkəzinin Notariat ofisində təsdiq olunmuş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin ləğv edilməsi və paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar X15 ilə X7 birgə nikahlarından anadan olmuşlar. X2 anaları Məhsəti Zeynalovanın ölümündən sonra 29 aprel 2005-ci ildə X5 ilə evlənib ailə qurmuşdur. Zeynalova Məlahət mübahisəli mülkə ərə gəlmişdir. X15 24 may 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən ümumi sahəsi 196,9 kv.m, yaşayış sahəsi 92 kv.m, yardımçı sahəsi 104,4 kv.m olan 3 otaqlı fərdi yaşayış evini arvadı Cavabdeh4 bağışlamışdır. X15 vəfat etdikdən sonra onlar atalarının yas mərasimində iştirak etmişlər. Məlahət onları mübahisəli evə buraxmadığından aralarında mübahisə yaranmışdır. Onların atalarına məxsus olmuş evdən məcburi payları vardır. Odur ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamışdır. Belə ki, mərhum X15 onur əri olmaqla bağışlama müqaviləsini öz iradə ifadəsi olaraq bağlamışdır. Bəlkə də mərhum əvvəlcədən qızlarının onu evdən qovacaqlarını düşündüyündən həmin müqaviləni bağlamışdır. İddiaçılar mübahisəli olan ata evində yaşamamışlar, uzun illərdir ölkə kənarında yaşamışlar. Atalarının vəfatından 33 gün sonra yas mərasiminə gəlmişlər. Bu zaman mübahisə salaraq onu evdən qovmağa çalışmışlar. Mərhum sağ ikən öz əmlakı barəsində sərəncam hüququnu həyata keçirib bağışlama etmişdir. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçılar nümayəndə vasitəsilə təmsil olunsalar da özləri, həmçinin cavabdehlər Tovuz Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin və DƏDRX-nin 15 saylı Ərazi İdarəsinin nümayəndləri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 və onun vəkili X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişlər ki, iddiaçıların mərhum Zahid Yolçuyevin birinci nikahından olan uşaqlarıdır. Onlar ərə getməklə Rusiya Federasiyasında ailələri ilə birlikdə yaşayırlar və uzun müddətdir ki, atasının evində yaşamırlar. Mübahisəli evdə Cavabdeh4 və oğlu yaşayır. X21 da sağlığında öz əmlakını həyat yoldaşı Məlahətə bağışlamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli tədqiq edib, iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq və kassasiya instansiyası məhkəməsinin qərarındakı göstərişləri nəzərə alaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqqında” 24 noyabr 2005-ci il tarixli Qərarının 6.2-ci bəndindəki tösiyyələrdə göstərilir ki, qətnamənin əsaslandırcı hissəsinə xüsusi diqqət verilməli, qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan çıxarışın surətindən görünür ki, Tovuz rayonu Aşağı Öysüzlü kəndində 0,1199 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 196,9 kv.m olan fərdi yaşayış evi X8 tam, torpaq sahəsi isə Cavabdeh4 və X16 ilə ümumi birgə mülkiyyətindədir. Tovuz regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 24 may 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X3 rayonu Aşağı Öysüzlü kəndində yerləşən ümumi sahəsi 196,9 kv.m, yaşayış sahəsi 92 kv.m, yardımçı sahəsi 104,4 kv.m olan 3 otaqlı fərdi yaşayış evini və 0,1199 ha torpaq sahəsininin 1/3 hissəsini arvadı Cavabdeh4 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi **********4, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışın surətindən görünür ki, Tovuz rayonu Aşağı Öysüzlü kəndində 0,1199 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 196,9 kv.m olan fərdi yaşayış evi Cavabdeh4 tam, torpaq sahəsi isə 2/3 hissədə Cavabdeh4, 1/3 hissədə isə X9 mülkiyyətindədir. İş materiallarında olan 23 iyul 2022-ci il tarixli arayışlardan görünür ki, X15 və X7 birgə nikahından xx.xx.1974-cü ildə İddiaçı2, xx.xx.1976-cı ildə İddiaçı3, xx.xx.1977-ci ildə İddiaçı1 anadan olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Tovuz rayon İcra Hakimiyyəti Tovuz rayon Dövlət Arxivinin 22 iyun 2022-ci il tarixli 121 nömrəli arayışından görünür ki, Aşağı Öysüzlü kəndi İcra Nümayəndəliyinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1996-2000-ci il tarixli 09 nömrəli təsərrüfatbaşına kitabın 849-cu şəxsi hesabında təsərrüfat X8 adınadır. İddiaçı1 X8 qızı olmaqla onun ailə üzvü kimi göstərilmiş, qeydiyyatda Aşağı Öysüzlü kəndində olması göstərilmiş və xx.xx.1977-ci ildə anadan olması qeyd edilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Tovuz rayon İcra Hakimiyyəti Tovuz rayon Dövlət Arxivinin verdiyi 22 iyun 2022-ci il tarixli 122 nömrəli arayışdan görünür ki, Aşağı Öysüzlü kəndi İcra Nümayəndəliyinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1996-2000-ci il tarixli 09 nömrəli təsərrüfatbaşına kitabın 849-cu şəxsi hesabında təsərrüfat X8 adınadır. İddiaçı3 X8 qızı olmaqla onun ailə üzvü kimi göstərilmiş, qeydiyyatda Aşağı Öysüzlü kəndində olması göstərilmiş və xx.xx.1976-cı ildə anadan olması qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Tovuz rayon İcra Hakimiyyəti Tovuz rayon Dövlət Arxivinin verdiyi 25 iyul 2022-ci il tarixli 115 nömrəli arxiv arayışdan görünür ki, Aşağı Öysüzlü kəndi İcra Nümayəndəliyinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1996- 2000-ci il tarixli 13 saylı təsərrüfatbaşına kitabın 1039-cu şəxsi hesabında təsərrüfat X10 adına olmaqla İddiaçı2 X8 qızı olmaqla onun ailə üzvü kimi göstərilmiş, Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla xx.xx.1974-cü ildə anadan olması qeyd edilmişdir. İşdə olan İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən Vəkil verilmiş etibarnamələrdən görünür ki, iddiaçılar Rusiya Federasiyasının müxtəlif şəhərlərində yaşamaqla Rusiya Federasiyasının vətəndaşlarıdır. İş materiallarında olan Tovuz rayon Qeydiyyat şöbəsinin verdiyi 23 iyul 2022-ci il tarixli çıxarışdan görünür ki, X15 ilə X5 xx.xx.2005-ci il tarixdə nikaha girərək ailə qurmuşlar. İş materiallarında olan AZ-İ seriyalı 604132 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 31 mart 2005-ci il təvəllüdlü X9 atası X15, anası Cavabdeh4dır. İş materiallarında olan AZ-İİ seriyalı 249918 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 15 iyun 2022-ci il tarixdə ölmüşdür. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X8 adına Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən ümumi sahəsi 196,9 kv.m, yaşayış sahəsi 92 kv.m, yardımçı sahəsi 104,4 kv.m olan 3 otaqlı fərdi yaşayış evi və paylı mülkiyyətdə 0,1199 ha torpaq sahəsi olmuş, o fərdi yaşayış evini və torpaq sahəsinin özünə aid olan 1/3 hissəsini arvadı Cavabdeh4 24 may 2022-ci il tarixdə bağışlamış, 15 iyun 2022-ci il tarixdə isə X15 vəfat etmişdir. Onun ölümündən sonra Cavabdeh4, X16, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ibarət birinci növbədə beş vərəsəsi qalmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, miras kütləsinə fərdi yaşayış evi və torpaq sahəsi daxildir. Məhkəmə hesab etmişdir ki, öncə fərdi yaşayış evinə vərəsələrin payları müəyyən edilməlidir. Fərdi yaşayış evi Cavabdeh4 bağışlanarkən Zahid Yolçuyevin digər vərəsələrinin həmin əmlakdan məcburi paya malik olmaları nəzərə alınmamışdır. Məcburi pay hüququ olan şəxslərdən 3 nəfəri hazırki iş üzrə iddiaçılardan ibarət olduğundan, digər iki nəfər - Cavabdeh4 və Zülfü Yolçuyev isə qanun üzrə vərəsələr olduğundan onlara qanun üzrə çatacaq payın yarısı qədər hazırki iş üzrə iddiaçılara mirasdan məcburi pay verilməlidir və iddiaçıların hər birinə evdən düşən pay 1/10 hissədə, torpaq sahəsinə aid hissədə isə İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi torpaq sahəsinin 1/18 hissəsi təşkil etməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin bağışlamaq və hədiyyəni qəbul etmək qabiliyyətini müəyyən edən 667-ci maddəsində isə bağışlamanın həyata keçirilməsi üçün zəruri olan şərtlər nəzərdə tutulmuşdur. Belə ki, Məcəllənin 667.1-ci maddəsində göstərilmişdir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Müvafiq maddədə bağışlama hüququnun konkret hansı vərəsələrin hüquqları ilə məhdudlaşdırıldığı dəqiq göstərilməsə də, Mülki Məcəllənin 667.1, 1193 və 1200-cü maddələrinin funksional əlaqəsinin, həmçinin vərəsəlik hüququnun prinsipləri ilə bağlı yuxarıda qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qanunverici bağışlama qabiliyyətinin reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırmışdır. Beləliklə, Mülki Məcəllənin 667.1-ci maddəsində bağışlama müqaviləsinin bağlanması zamanı vərəsəliklə bağlı müddəalarla mülkiyyətçi üçün müəyyən məhdudiyyətlər tətbiq edilməsi, vərəsəlik institutunun mahiyyətinin və prinsiplərinin, ailə maraqlarının qorunmasına xidmət edir və istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi pay hüququ olan şəxslərin müvafiq paya hüquqlarını təsbit edir. Qanunverici həmin maddədə bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlif motivlə sağ ikən verilmiş sərəncamlar nəticəsində məcburi pay sahibi vərəsələrinin məcburi paylarının pozulmasının qarşısının alınması məqsədini güdmüşdür. Vərəsəlik hüququ baxımından qeyd olunan normanın davamı olaraq Mülki Məcəllənin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Qeyd olunan maddə məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Qanunvericilikdə bu şəkildə məhdudlaşdırıcı müddətin müəyyən olunması əsasən bağışlama müqavilələri baxımından hüquqi etimadın təmin olunmasında tarazlığı qorumaq məqsədinə yönəlmişdir. İş materiallarından görünür ki, X8 ölümündən sonra qalmış miras əmlakın kütləsinə Tovuz rayonu Aşağı Öysüzlü kəndində 0,1199 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 196,90 kv.m təşkil edən fərdi yaşayış evi daxildir. Miras qalmış digər əmlak müəyyən edilməmişdir. İddiaçılar mirasın açıldığı vaxtdan üç ay müddətində mirasla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər və onların X2nun ölümündən sonra qalmış mirasdan məcburi pay almaq hüquqları mübahisəsizdir. Lakin bununla belə kollegiya qeyd edir ki, Mülki Məcəllənin yuxarıda istinad olunan 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir. X8 ölümündən sonra miras qalmış digər əmlak müəyyən olunmadığına görə kollegiyanın qənaətinə görə iddiaçılar Tovuz rayonu Aşağı Öysüzlü kəndində 0,1199 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 196,90 kv.m təşkil edən fərdi yaşayış evindən ibarət miras əmlakdan onlara çatacaq məcburi payın dəyərini tələb etmək hüququna malikdirlər. İddiaçılar tərəfindən isə bu kimi tələb irəli sürülməmişdir. Kollegiya məhz bu baxımdan hesab edir ki, apellyasiya şikayəti təmin edilərək qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(062)-2023/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4, Tovuz Regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə və DƏDRX-nin 15 saylı Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş Çıxarışın ləğvi və miras əmlakdan payların müəyyən edilməsinə dair iddiaları təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2688/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2688/2023
29.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver