Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2755/2023 23.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1975/2023 saylı qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 12630,00 manat məbləğində vəsaitin, 127,89 manat dövlət rüsumunun 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1975/2023 saylı (sədrlik edən hakim H.Məhəmmədi) qərardadı ilə iddiaçı «Paşa Sığorta” ASC-nin Cavabdeh qarşı ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı "xxxx" ASC həmin qərardaddan şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1975/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflərindən verilmiş iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və icraata götürülmüşdür. Tərəflərindən iddia ərizəsinə əlavə edilmiş sənədlər əsli düzdür möhürü ilə təsdiqlənərək, məhkəməyə poçt vasitəsilə göndərilmişdir. Bir neçə məhkəmə iclası keçirildikdən sonra məhkəmə işi baxılmamış saxlamışdır. Hesab edirlər ki, bu qanunsuz və əsassızdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1975/2023 saylı qərardadı ilə iddiaçı Paşa Sığorta ASC tərəfindən Şəmkir Rayon Məhkəməsinin 01 avqust 2023- cü il tarixli, 2(076)-1975/2023 saylı qərardadının ləğv edilməsinə dair verdiyi şikayətin təmin təmin edilməməsi, qərardaddan verilmiş şikayətin işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)- 1975/2023 saylı qərardadı tam, onunla bağlı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1975/2023 saylı qərardadı qismən, yəni iddiaçı Paşa Sığorta ASC-nin verdiyi şikayət təmin edilməməsi hissəsində ləğv edilməli, iddiaçı Paşa Sığorta ASC-nin iddia ərizəsi üzrə sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş Şəmkir Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsaslanmaqla, iddia ərizəsini baxılmamış saxlamışdır. Məhkəmə öz qərardadında göstərmişdir ki, iddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədləri məhkəməyə təqdim etmiş, lakin, iddiaçı tərəfindən tələbini təsdiq edən sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti deyil, yalnız sənədlərin kserosurəti əlavə edilmiş, həmçinin iddia ərizəsi "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi tərəfindən imzalanmış olsa da, nümayəndəyə iddia ərizəsini imzalamaq səlahiyyətinin verilməsini təsdiq edən sənəd kimi Təşkilatın İdarə heyətinin sədri Ülviyyə Cabbarova tərəfindən imzalanmış 05 yanvar 2023-cü il tarixli etibarnamənin surəti əlavə edilmiş, həmin surət isə vəzifəsi və adı göstərilməmiş şəxs tərəfindən təkrarən imzalanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, belə olan halda, məhkəmə MPM-nin 259.0.12-ci maddəsinin tələblərinə uyğun olaraq həmin nöqsanların aradan qaldırılması üçün müddət təyin etməli və işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırıldığı halda, prosessual tələblərə uyğun qərar qəbul etməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.12-ci maddəsinə görə, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Birinci instansiya məhkəməsinin hazırlıq iclasının 06 iyul 2023-cü il tarixli qərarı ilə tərəflər məhkəmə iclasına gəlmədikləri üçün, məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təxirə alınmış, lakin həmin tarixdə hazırlıq iclası keçirilmədən, başqa əsasla, yəni iddiaçı tərəfindən tələbini təsdiq edən sənədlərin əslinin və ya notarial qaydada təsdiq olunmuş surətlərinin təsdiq edilmiş surətlərinin əlavə edilməməsi əsası ilə, MPM-nin 259.0.12-ci maddəsini tətbiq etməklə, hazırkı ərizəni baxılmamış saxlamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bununla da, qanunsuz nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsində müəyyən olunmuş səlahiyyətə və yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1975/2023 saylı qərardadı tam, onunla bağlı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1975/2023 saylı qərardadı qismən, yəni iddiaçı Paşa Sığorta ASC-nin verdiyi şikayət təmin edilməməsi hissəsində ləğv edilməli, iddiaçı Paşa Sığorta ASC-nin iddia ərizəsi üzrə sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş Şəmkir Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 398, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı "xxxx" ASC -nin şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1975/2023 saylı qərardadı tam, onunla bağlı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)- 1975/2023 saylı qərardadı qismən, yəni iddiaçı "xxxx" ASC-nin verdiyi şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçı «"xxxx" ASC-nin iddia ərizəsi üzrə sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş Şəmkir Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2755/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2755/2023
23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver