Məhkəmə qərarları › İş №2(104)-277/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-277/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-277/2025 19.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X12 Cəmiyyətinin (bundan sonra QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alqı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-4548/2024 nömrəli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə 19 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Təbriz küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 262.6 m2 ümumi sahədən ibarət 82 saylı fərdi yaşayış evinin B tikilisində 87.7 m2 yaşayış, 83.6 m2 köməkçi sahədən və 4 yaşayış otağından ibarət hissəsi 420 m2 torpaq sahəsi hissəsi paylı mülkiyyət hüququ üzrə AccessBank QSC-nin xüsusi mülkiyyətinə verilmişdir. Onun mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********63-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

2. xx.xx.2022-ci il tarixli AN-İ №1071593 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, həmin müqavilə ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti **********63-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə ona məxsus olan Gəncə şəhəri Təbriz küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 262.6 m2 olan fərdi yaşayış evini Cavabdeh11 190000 (yüz doxsan min) manata satmışdır. Həmin müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh11 ilkin olaraq 20000 manat məbləği satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. Qalan 170000 manat məbləği isə xx.xx.2025-ci il tarixinədək, 2022-ci il dekabr ayında 30000 manat, 2023-cü ildən müqavilə müddətinin sonunadək hər üç aydan bir 13500 manat, sonuncu ödəniş isə 5000 manat olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 16-cı bəndinə əsasən müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. Dəbbə pulunun miqdarını tərəflər müəyyən edə bilərlər. Həmin müqavilənin 18-ci bəndinə əsasən bu Müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir.

3. Mədaxil qəbzlərindən görünür ki, Cavabdeh11 İddiaçı QSC-nin hesabına xx.xx.2022-ci il tarixdə 20000 manat, xx.xx.2022-ci il tarixdə 19900 manat, xx.xx.2022-ci il tarixdə 7000 manat, xx.xx.2023-cü il tarixdə 3000 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat, xx.xx.2023-cü il tarixdə 4008 manat, xx.xx.2023-cü il tarixdə 4609.20 manat, xx.xx.2023-cü il tarixdə 4008 manat, xx.xx.2023-cü il tarixdə 4008 manat, xx.xx.2024-cü il tarixdə 4008 manat, xx.xx.2024-cü il tarixdə 3006 manat, xx.xx.2024-cü il tarixdə 2004 manat ödəniş etmişdir.

4. Cavabdeh11 ünvanlanmış təklifdən görünür ki, Cavabdeh11 tərəfindən götürülmüş öhdəliklər yerinə yetirilmədiyindən, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ №1071593 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsini təklif edilmiş və 10 (on) gün müddətində rəsmi qaydada cavab verilməsi xahiş olunmuşdur.

5. xx.xx.2025-ci il tarixədək Cavabdeh11 ödənişlərinə dair bank tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Cavabdeh11 tərəfindən 84.500 manat ödənilmiş, 105.500 manat qalıq borc qalmışdır. Belə ki, qalan 170.000 manat məbləği xx.xx.2025-ci il tarixinədək, 2022-ci ilin dekabr ayında 30000 manat, 2023-cü ildən müqavilə müddətinin sonunadək hər üç aydan bir 13500 manat, sonuncu ödəniş isə 5000 manat müəyyən edilmişdir. Lakin, sonuncu tərəfindən hər üç aydan bir 4000-5000 manat civarında ödənişlər edilməklə qeyd edilən hər üç aydan bir ödənilməli olan məbləğlər tam ödənilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh11 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Gəncə şəhəri Təbriz küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 262.60 m ümumi sahədən ibarət 82 saylı fərdi yaşayış evinin İddiaçı QSC-nin paylı mülkiyyətində olan hissəsindən (tikili B-də 87.7 m, 4 yaşayış otağı, 83.6 m köməkçi sahəsi və 420 m torpaq sahəsi ilə birlikdə) Cavabdeh11, X2, Cavabdeh2, Cavabdeh11, Cavabdeh10, Cavabdeh3, Cavabdeh6, Cavabdeh8, Cavabdeh5, Cavabdeh7, Cavabdeh4, Cavabdeh9 və Cavabdeh1 yetkinlik yaşına çatmayan X3 və X4 ilə birlikdə çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və tərəflərindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Təbriz küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 262.6 m2 ümumi sahədən ibarət 82 saylı fərdi yaşayış evi X5 və İddiaçı QSC-nin paylı mülkiyyətindədir. Qeyd olunan əmlakın (tik “B”-də 87.7 m 4 yaşayış otağı, 83.6 m köməkçi sahəsi, 420 m torpaq sahəsi) hissəsi paylı mülkiyyət hüququ üzrə AccessBank QSC-yə məxsusdur və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. Cavabdeh11 ilə İddiaçı QSC arasında xx.xx.2022-ci il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin paylı mülkiyyətində olan Gəncə şəhəri Nizami rayonu Təbriz küçəsi 82 saylı evin B tikilisində 87.7 m yaşayış, 83.6 m köməkçi sahədən və 4 yaşayış otağından ibarət hissəsi 420 m torpaq sahəsi ilə birlikdə alıcı Cavabdeh11 190000 (yüz doxsan min) manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh11 ilkin olaraq 20000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh11 qalan 170000 manat məbləği xx.xx.2025-ci il tarixinədək, 2022-ci ilin dekabr ayında 30000 manat, 2023-cü ildən müqavilə müddətinin sonunadək hər üç aydan bir 13500 manat, sonuncu ödəniş isə 5000 manat olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. Lakin, alıcı tərəfindən yalnız 75500 manat ödənilmiş, qalan məbləğ isə ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.4.-cü maddəsinə əsasən “Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.” Mülki qanunvericiliyin hazırkı tələbini rəhbər tutaraq tərəflər arasında yuxarıda qeyd olunan şərtlər razılaşdırılmışdır. Cavabdeh11 nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da Cavabdeh11 nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 19-cu bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh11 xx.xx.2024-cü il tarixində müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh təklifə cavab verməmişdir. Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan müəyyən olunur ki,qeyd olunan əmlakda X2, Cavabdeh2, Cavabdeh11, Cavabdeh10, Cavabdeh3, Cavabdeh6, Cavabdeh8, Cavabdeh5, Cavabdeh7, Cavabdeh4, Cavabdeh9, Cavabdeh1 və yetkinlik yaşına çatmayan X3 ilə X4 qeydiyyatdadırlar.

8. Bundan sonra İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə elektron ərizə ünvanlayaraq bildirmişdir ki, Cavabdeh11 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin paylı mülkiyyətində olan Gəncə şəhəri,Təbriz küçəsi, 82 saylı evin B tikilisində 87.7 m2 yaşayış, 83.6 m2 köməkçi sahədən və 4 yaşayış otağından ibarət hissəsinin 420 m2 torpaq sahəsi ilə birlikdə alıcı Cavabdeh11 190000 manat (yüz doxsan min) qiymətinə satılması razılaşdırılmışdır. Cavabdeh11 ilkin olaraq 20000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmişdir. Cavabdeh11 qalan 170000 manat məbləği xx.xx.2025-ci il tarixinədək, 2022-ci ili dekabr ayında 30000 manat, 2023cü ildən müqavilə müddətinin sonunadək hər üç aydan bir 13500 manat, sonuncu ödəniş isə 5000 manat olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh11 tərəfindən müqavilə üzrə 80500 manat ödənilmiş, 109500 manat qalıq borc mövcuddur.

9. Məhkəmədə İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, sonda iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh11 məhkəmə iclası zamanı iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, sözügedən alqı-satqı müqaviləsinə əsasən 28 iyul 2025-ci il tarixədək cavabdehə 190000 (yüz doxsan min) manat ödəməlidir. Müqavilənin 5-ci bəndinə əsasən ilkin olaraq 20.000 (iyirmi min) manat, 2022-ci ilin sonunadək 30.000 (otuz min) manat, 2023-cü ildən etibarən müddət başa çatanadək ödənişləri icra etməlidir. O, müqavilə şərtlərinə maksimum dərəcədə riayət etmişdir və müəyyən gecikmələri qəsdən deyil, obyektiv səbəblərdən icra edə bilməmişdir. Belə ki, onun qazanc mənbəyi əmək fəaliyyəti ilə məşğul olduğu X7 əldə etdiyi gəlir hesabınadır. Adət-ənənələrə uyğun olaraq ilin bir neçə ayı ərzində vətəndaşlar tərəfindən Şənlik məclislərinin keçirilməməsi səbəbindən gəlir əldə edə bilmir. 2022-2024-cü il ərzində əldə edə bildiyi gəliri yalnız və yalnız borcun ödənilməsinə yönləndirmişdir. Ümumilikdə 80.545 (səksən min beş yüz qırx beş) manat borc məbləğində ödəniş etmişdir. Hal-hazırda iki aydan artıq müddətdir ki, fəaliyyət göstərdiyi obyektdə şənlik tədbirləri keçirilməmişdir. Cavabdehlərdən Cavabdeh7 onun arvadı, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh8 onun uşaqlarıdır və məhkəmə barədə məlumatlıdırlar. Digər cavabdehlər isə həmin ünvanda yaşamırlar, nə də ki, onları tanımır. O, borcundan ödənişlər etmişdir, lakin bir müddət maddi sıxıntıları yarandığından borcunu vaxtı-vaxtında ödəyə bilməmişdir. Hazırda isə borcunu ödəmək üçün başqa əmlakını satışa çıxarmışdır. İddiaçı ilə aralarında bağlanmış müqavilədə vaxtında ödənilməyən borca görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulmuşdur və iddiaçı hazırki vəziyyətdə ondan dəbbə pulu tələb edə bilər. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-4548/2024 nömrəli qətnaməsi (hakim Ədil Məmmədov) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh11nın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi (icranı gecikdirməsi) kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehin müqavilə üzrə etdiyi ödənişlər nəzərə alındıqda müəyyən olunur ki, o müqavilənin icrasından birtərəfli imtina etməmişdir və məhkəmədə verdiyi izahatından belə məna kəsb olur ki, müqavilə üzrə öhdəliklərini icra etməkdə və əmlakı əldə etməkdə maraqlıdır. Məhkəmənin qənaətincə, cavabdeh tərəfindən həmçinin müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş verməmişdir. Belə ki, cavabdehin iddiaçı qarşısındakı əsas öhdəliyi pul ödəmək öhdəliyidir ki, o (cavabdeh) həmin öhdəlik üzrə mütəmadi olaraq iddiaçı Bankın hesabına pul ödəmiş, lakin ödənişlər müqavilədə nəzərdə tutulduğundan daha az məbləğlərdə olmuşdur. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə bu hal üçün cavabdehin dəbbə pulu ödəmək barədə öhdəliyi (məsuliyyəti) nəzərdə tutulmuşdur. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 16-cı bəndinə əsasən müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. Dəbbə pulunun miqdarını tərəflər müəyyən edir.

13. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 385.1, 386.1, 389.1, 390.5, 421.1, 421.2, 421.3, 425 və 442-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1, 119.1, 216-220, 357 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı QSC apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-4548/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Gəncə Şəhər Məhkəməsi öz qətnaməsində Mülki Məcəllənin qeyd olunan maddəsinə istinad etməsinə baxmayaraq həmin maddəni qətnaməsində düzgün tətbiq etməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh11 ilkin olaraq 20000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh11 qalan 170000 manat məbləği xx.xx.2025-ci il tarixinədək, 2022-ci ili dekabr ayında 30000 manat, 2023-cü ildən müqavilə müddətinin sonunadək hər üç aydan bir 13500 manat, sonuncu ödəniş isə 5000 manat olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür. lakin cavabdeh müqavilə öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirməmiş, ödənişləri gecikdirmiş, həmçinin müqavilədə nəzərdə tutulduğundan aşağı məbləğdə ödəmişdir. Bu isə qanunvericiliyin tələblərinə görə iddiaçıya müqavilənin ləğvini tələb etmək hüququnu verir. Bank həmin müqavilə əsasında paylı mülkiyyətində olan Gəncə şəhəri Nizami rayonu Təbriz küçəsi 82 saylı evin B tikilisində 87.7 m yaşayış, 83.6 m köməkçi sahədən və 4 yaşayış otağından ibarət hissəsi 420 m torpaq sahəsi ilə birlikdə Cavabdeh11 satmaqla 190000 manat məbləğində gəlir əldə edəcəkdir. Lakin məhkəmə gecikdirilən məbləğə görə dəbbə pulu və faizlər ödənilməsi nəzərdə tutulduğundan və müqavilə müddəti bitmədiyindən İddiaçı QSC daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv olunaraq əmlakın geri alınmasını tələb etməkdə haqlı olmadığını bildirmişdir. İşin hallarından göründüyü kimi, Cavabdeh11 müqaviləni əhəmiyyətli dərəcədə pozmaqla ödənişlərini vaxtına və lazımınca icra etmədiyindən müqavilənin ləğvinə səbəb olan hallara yol vermişdir. Həmçinin Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İş materiallarını nəzər yetirdikdə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh11 müqavilənin ləğvinə dair təklif göndərilmiş və ona alqı-satqı müqailəsinin ləğv olunması təklif edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə artıq xəbərdarlıq göndərilməklə müqavilənin ləğvi istənilmiş və müqaviləyə xitam verilməklə müqavilə münasibətlərinin davam etdirilməsində maraqlı olmadığını ifadə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinin əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Lakin, bu maddəyə və yuxarıda qeyd olunan hallara baxmayaraq məhkəmə iddiaçının müqavilənin icrasına maraqlı olmadığı halda gecikdirilən məbləğə görə dəbbə pulu və faizlər ödənilməsi nəzərdə tutulduğunu və müqavilə müddətinin bitmədiyini əsas gətirərək iddiaçını bundan sonra hələ 3 ildə icra olunmayan müqavilə üzrə hərəkətlərini məhdudlaşdırmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən Bankın təklifinə yazılı və ya şifahi cavab verilməmiş, öhdəliyin yerinə yetirilməsi, borcun ödənilməsi ilə bağlı konkret dəlil irəli sürülməmişdir. İddiaçı hazırki tələbində nisyə alqısatqı müqaviləsinin ləğv edilməsini tələb etmişdir. Tərəflər arasında nisyə alqı-satqı münasibətləri olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İddiaçı tələbində cavabdehin nisyə alqısatqı üzrə öhdəliklərini yerinə yetirmədiyini iddia etməklə müqavilənin ləğv edilməsini əmlakın qaytarılmasını tələb etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

18. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.

20. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

21. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

22. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

26. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.

27. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

28. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

29. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

30. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

31. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

32. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

33. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.

34. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

35. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

36. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

37. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

38. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

39. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

40. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

41. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

42. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

43. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

44. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

52. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

53. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

54. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

55. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixi Qərarı.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı

56. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

57. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

58. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

59. Bənd 7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

Apellyasiya baxışının hədləri

60. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

61. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

63. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

65. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

66. Belə ki, işin halları ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixli AN-İ №1071593 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə, İddiaçı QSC **********63-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət üzrə ona məxsus olan Gəncə şəhəri Təbriz küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 262.6 m2 olan fərdi yaşayış evini Cavabdeh11 190000 (yüz doxsan min) manata satmışdır. Həmin müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh11 ilkin olaraq 20000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəyir. Qalan 170000 manat məbləği isə xx.xx.2025-ci il tarixinədək, 2022-ci il dekabr ayında 30000 manat, 2023-cü ildən müqavilə müddətinin sonunadək hər üç aydan bir 13500 manat, sonuncu ödəniş isə 5000 manat olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 16-cı bəndinə əsasən müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. Dəbbə pulunun miqdarını tərəflər müəyyən edə bilərlər. Həmin müqavilənin 18-ci bəndinə əsasən bu Müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir.

67. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.

68. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.

69. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.

70. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.

71. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.

72. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyi nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur.

73. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.

74. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün müqavilənin bağlanması şərtdir. Çünki məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır.

75. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

76. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

77. Mülki Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

78. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır.

79. Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

80. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

81. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

82. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, cavabdeh iddiaçıdan xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında nisyə əşya almış, lakin üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və əmlakın dəyərini tam və lazimi şəkildə ödəməmişdir. Bununla da iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur.

83. Belə ki, mədaxil qəbzlərindən görünür ki, Cavabdeh11 İddiaçı QSC-nin hesabına xx.xx.2022-ci il tarixdə 20.000 manat, xx.xx.2022-ci il tarixdə 19.900 manat, xx.xx.2022-ci il tarixdə 7.000 manat, xx.xx.2023-cü il tarixdə 3.000 manat, xx.xx.2023-cü il tarixdə 5.000 manat, xx.xx.2023-cü il tarixdə 4.008 manat, xx.xx.2023-cü il tarixdə 4.609.20 manat, xx.xx.2023-cü il tarixdə 4.008 manat, xx.xx.2023-cü il tarixdə 4008 manat, xx.xx.2024-cü il tarixdə 4008 manat, xx.xx.2024-cü il tarixdə 3006 manat, xx.xx.2024-cü il tarixdə 2004 manat ödəniş etmişdir.

84. Digər tərəfdən, Məhkəmə Kollegiyasının araşdırılması ilə müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixədək Cavabdeh11 ödənişlərinə dair bank tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Cavabdeh11 tərəfindən 84.500 manat ödənilmiş, 105.500 manat qalıq borc qalmışdır. Belə ki, qalan 170.000 manat məbləği xx.xx.2025-ci il tarixinədək, 2022-ci ilin dekabr ayında 30000 manat, 2023-cü ildən müqavilə müddətinin sonunadək hər üç aydan bir 13500 manat, sonuncu ödəniş isə 5000 manat müəyyən edilmişdir. Lakin, sonuncu tərəfindən hər üç aydan bir 4000-5000 manat civarında ödənişlər edilməklə qeyd edilən hər üç aydan bir ödənilməli olan 13.500 manat məbləğ tam ödənilməmişdir.

85. Bundan başqa, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş elektron ərizəsində qeyd etmişdir ki, Cavabdeh11 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin paylı mülkiyyətində olan Gəncə şəhəri,Təbriz küçəsi, 82 saylı evin B tikilisində 87.7 m2 yaşayış, 83.6 m2 köməkçi sahədən və 4 yaşayış otağından ibarət hissəsinin 420 m2 torpaq sahəsi ilə birlikdə alıcı Cavabdeh11 190000 manat (yüz doxsan min) qiymətinə satılması razılaşdırılmışdır. Cavabdeh11 ilkin olaraq 20000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmişdir. Cavabdeh11 qalan 170000 manat məbləği xx.xx.2025-ci il tarixinədək, 2022-ci ili dekabr ayında 30000 manat, 2023cü ildən müqavilə müddətinin sonunadək hər üç aydan bir 13500 manat, sonuncu ödəniş isə 5000 manat olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh11 tərəfindən müqavilə üzrə 80500 manat ödənilmiş, 109500 manat qalıq borc mövcuddur.

86. Göründüyü kimi, müqavilə üzrə alıcı olan Cavabdeh11 tərəfindən götürülmüş öhdəlik lazımınca icra edilməmiş və ödənişlər tam və vaxtında ödənilməmişdir.

87. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, bankın iddianın təmin edilməsi və alqı-satqı müqaviləsinin ləğvini tələb etməsi əsaslıdır.

88. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

89. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

90. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixi Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

91. Qeyd olunan maddələrin dispozisiya şərtlərinin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin birtərəfli qaydada ləğv edilməsi Mülki Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq iradə ifadəsinin qarşı tərəfə bildirilməsi yolu ilə həyata keçirilir.

92. İş materiallarına əlavə edilmiş və iddiaçının cavabdehə ünvanlandığı xx.xx.2024cü il tarixli müqavilənin ləğvinə dair təklif məktubuna nəzər salınan zaman müəyyən olunur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçı müqavilədən birtərəfli imtinaya dair iradə ifadəsini bildirmişdir.

93. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh11 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməli, Gəncə şəhəri Təbriz küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 262.60 m ümumi sahədən ibarət 82 saylı fərdi yaşayış evinin İddiaçı QSC-nin paylı mülkiyyətində olan hissəsindən (tikili B-də 87.7 m, 4 yaşayış otağı, 83.6 m köməkçi sahəsi və 420 m torpaq sahəsi ilə birlikdə) Cavabdeh11, X2, Cavabdeh2, Cavabdeh11, Cavabdeh10, Cavabdeh3, Cavabdeh6, Cavabdeh8, Cavabdeh5, Cavabdeh7, Cavabdeh4, Cavabdeh9 və Cavabdeh1 yetkinlik yaşına çatmayan X3 və X4 ilə birlikdə çıxarılmalı, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməli, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən bankın xeyrinə tutulmalıdır.

94. Eyni zamanda, X3 və X4 yetkinlik yaşına çatmadığından və Cavabdeh1 himayəsində olduğundan onlar birlikdə mübahisəli əmlakdan çıxarılmalıdırlar.

95. Belə ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə görə, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

96. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

97. Azərbaycan Respublikasının MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olubolmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

98. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

99. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

100. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

101. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

102. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

103. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

104. Baxılan işdə birinci instansiya məhkəməsi iddianı rədd edərkən qətnamədə tərəflər arasında bağlanmış müqavilədə bu hal üçün cavabdehin dəbbə pulu ödəmək barədə öhdəliyi (məsuliyyəti) nəzərdə tutulmuşdur. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 16-cı bəndinə əsasən müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununla bağlı digər tərəfə dəbbə pulu ödəməli və dəbbə pulunun miqdarını tərəflər müəyyən edilməsinə istinad etmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, müqavilə müddətinin xx.xx.2025-ci ildə bitməsi əsası ilə iddianın rədd olunması düzgün olmamışdır. Məhkəmə Kollegiyası izah edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Baxılan işə əlavə edilmiş və iddiaçının cavabdehə ünvanlandığı xx.xx.2024-cü il tarixli müqavilənin ləğvinə dair təklif məktubundan görünür ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçı müqavilədən birtərəfli imtinaya dair iradə ifadəsini bildirmişdir. Yuxarıda qeyd olunduğu kimi, xx.xx.2025-ci il tarixədək Cavabdeh11 ödənişlərinə dair bank tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Cavabdeh11 tərəfindən 84.500 manat ödənilmiş, 105.500 manat qalıq borc qalmışdır. Belə ki, qalan 170.000 manat məbləği xx.xx.2025-ci il tarixinədək, 2022-ci ilin dekabr ayında 30000 manat, 2023-cü ildən müqavilə müddətinin sonunadək hər üç aydan bir 13500 manat, sonuncu ödəniş isə 5000 manat müəyyən edilmişdir. Lakin, Cavabdeh11 tərəfindən hər üç aydan bir 4000-5000 manat civarında ödənişlər edilməklə qeyd edilən hər üç aydan bir ödənilməli olan 13.500 manat məbləğ tam ödənilməmişdir. Göründüyü kimi, müqavilə üzrə alıcı olan Cavabdeh11 tərəfindən götürülmüş öhdəlik lazımınca icra edilməmiş və ödənişlər tam və vaxtında ödənilməmişdir.

105. Məhkəmə kollegiyası qeyd olunanları ümumilikdə nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv olunaraq iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi təmin edilməlidir.

106. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən, ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh11 alınaraq iddiaçıya verilməlidir.

107. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı X12 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-4548/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. **********63-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı X12 Cəmiyyətinin paylı mülkiyyətində olan Gəncə şəhəri Təbriz küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 262.6 m2 olan fərdi yaşayış evinin Cavabdeh11 190.000 (yüz doxsan min) manata satılmasına dair xx.xx.2022-ci il tarixli AN-İ №1071593 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh11, X2, Cavabdeh2, Cavabdeh10, Cavabdeh3, Cavabdeh6, Cavabdeh8, Cavabdeh5, Cavabdeh7, Cavabdeh4, Cavabdeh9 və Cavabdeh1 yetkinlik yaşına çatmayan X3 və X4 paylı mülkiyyət hüququ üzrə İddiaçı QSC-nin xüsusi mülkiyyətində olan Gəncə şəhəri,Təbriz küçəsi, 82 saylı evin B tikilisində 87.7 m2 4 otağdan ibarət yaşayış, 83.6 m2 köməkçi sahədən və 420 m2 torpaq sahəsindən çıxarılsın və eyni anda əmlak İddiaçı X12 Cəmiyyətinə təhvil verilsin. İddianın verilməsinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh11 alınaraq İddiaçı X12 Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar