Məhkəmə qərarları › İş №2(104)-2776/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2776/2023

15.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2776/2023 15.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 29 sentyabr 2*23-cü il tarixli, 2(125)-1583/2*23 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və BDYPİ-in Gəncə RQİ və TBŞ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh3 arasında BDYPİ-in Gəncə RQİ və TBŞ-də bağlanmış 12 oktyabr 2*22-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Eminbəyli küçəsi, 81 nömrəli evdə yaşayan Cavabdeh2 ilə 14 yanvar 2**7-ci ildə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Onlar birgə nikah dövründə Cavabdeh2 adına *1.*6.2*12-ci il tarixdə avtosalondan “Hyundai Accent” markalı təzə avtomobil almışlar. Nikahları 15.*2.2*2*-ci il tarixdə pozulmuş, bundan Gəncə şəhər Nizami rayon Məhkəməsində iddia qaldıraraq, birgə nikah dövründə əldə edilmiş həmin avtomobilin bölünməsini və yaxud onun 1/2 hissədə dəyərinin alınmasını xahiş etmişdir. Cavabdeh isə qarşılıqlı iddia verərək 15 avqust 2*19-cu il tarixdə "xxxx" QSC-dən götürdüyü kreditə görə ondan 12.23* (on iki min iki yüz otuz) manat pulun alınıb ona ödənilməsini xahiş etmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 29 sentyabr 2*2*-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehin qarşılıqlı iddiası rədd edilmişdir. Bundan sonra həmin mübahisəyə apelyasiya və kassasiya instansiyalarında baxılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 3*.*8.2*22-ci il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin olunmamış və həmin işin icraatı yekunlaşmış, qərar Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Cavabdeh1 31.1*.2*22-ci il tarixli məktula Gəncə şəhəri üzrə İcra İdarəsinə bildirmişdir ki, həmin avtomobil 12.1*.2*22-ci il tarixdə alqı-satqı yolu ilə başqa şəxsin adına rəsmiləşdirilmişdir. 26.12.2*22-ci il tarixli məktubla Cavabdeh1nə müraciət edərək, həmin avtomobilin alqı-satqısı ilə bağlı müqavilənin surətini almışdır. Məktubdan və müqavilənin surətindən görünür ki, yarı mülkiyyəti ona məxsus olan avtomobil 12.1*.2*22-ci il tarixli müqavilə ilə X4 adına qeydə alınmışdır. Məktubdan görünür ki, qərar icraya yönəldilənədək cavabdeh birgə nikah dövründə aldıqları, 1/2 hissə ilə onun mülkiyyətində olan həmin avtomobilin yarı dəyərinin kredit pulu ilə əvəzləşdirmə həyata keçirə bilmədiyinə görə, cinayətkar niyyətə əl ataraq 2*22-ci ilin oktyabr ayında, məhkəmə qərarına əsasən artıq yarı hissəsi onun mülkiyyətinə verilmiş həmin maşını başqa şəxsə satmışdır. Bildirir ki, həmin maşının indiki bazar dəyəri minimum 16.*** (on altı min) manat olmaqla, onun 8*** (səkkiz min) manatı ona məxsus olmuş, Cavabdeh2 həmin hərəkəti törətməklə ona 8*** (səkkiz min) manat zərər vurmuşdur. Ola bilsin ki, o, yarısı ona məxsus olan əmlakın alqı-satqısını ucuz qiymətə, yəni 7*** manata rəsmiləşdirməklə, nəticədə ona az məbləğ pul ödəmək məqsədində olmuşdur. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı iddianın predmetinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 vurulmuş zərər hesabına 8*** manat, vurulmuş maddi və mənəvi zərərə görə 5*** manat və dövlət rüsumuna görə 13* manat olmaqla, ümumilikdə 1313* manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 29 sentyabr 2*23-cü il tarixli, 2(125)-1583/2*23 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddia qismən təmin edilərək, Cavabdeh2 “Hyundai Accent” markalı, 2*-DB-9*4 qeydiyyat nömrə nişanlı avtomobilin dəyəri olan 13*** (on üç min) manat pulun yarısı 65** manat və 85 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29.*9.2*2*-ci il tarixli, 2(*44)-726/2*2* nömrəli qətnaməsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Hyundai Accent markalı, 2*- DB-9*4 qeydiyyat nömrə nişanlı avtomobilin ½ hissəsi üzərində Həsənova (Tomuyeva) Təzəgül Elfakt qızının ½ hissəsi üzərində isə Cavabdeh2 payı müəyyən edilmiş, həmin avtomobil açıq hərracda satılaraq əldə olunmuş pul vəsaitinin ½ hissəsinin Cavabdeh2, ½ hissəsinin Həsənova (Tomuyeva) Təzəgül Elfakt qızına ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 28.*1.2*22-ci il tarixli, 2(1*4)-4*4/2*22 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(*44)- 726/2*2* nömrəli mülki iş üzrə 29.*9.2*2*-ci il tarixli qətnaməsi mübahisələndirilən-ilk iddianın təmin edilmiş Hyundai Accent markalı, 2*-DB-9*4 qeydiyyat nömrə nişanlı avtomobilin açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaitinin ½ hissəsinin Cavabdeh2, ½ hissəsinin isə Həsənova (Tomuyeva) Təzəgül Elfakt qızına ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək ilk iddia tələbi həmin hissədə təmin edilməmişdir. Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 12.1*.2*22-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, Hyundai Accent markalı, 2*-DB-9*4 qeydiyyat nömrə nişanlı avtomobil Cavabdeh3 alqı-satqı qiyməti 7*** manat olmaqla satılmışdır. Cavabdeh3 ilə X2 arasında bağlanmış 18.11.2*22-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, Hyundai Accent markalı, 2*-DB-9*4 qeydiyyat nömrə nişanlı avtomobil X1 alğı-satqı qiyməti 8*** manat olmaqla satılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.*6.2*23-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsindən imtina edilməsi barədə məlumatdan görünür ki, mübahisələndirilən avtomobil ekspert baxışına təqdim edilmədiyi üçün ekspertizanın aparılmasından imtina edilmişdir. Gəncə avtoservis və ticarət müəssisəsi 9 nömrəli texniki xidmət emalatxanası tərəfindən verilmiş arayışdan görünür ki, Hyundai Accent markalı, 2*12-ci il buraxılışı olan avtomobilin bazar qiyməti 13.*** manat təşkil edir Apellyasiya şikayətinin dəlilləri: Gəncə Şəhər Məhkəməsinin 29 sentyabr 2*23-cü il tarixli, 2(125)-1583/2*23 saylı qətnaməsindən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 29 sentyabr 2*23-cü il tarixli, 2(125)-1583/2*23 saylı qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə qismən təmin edilərək, “Hyundai Accent” markalı, 2*-DB-9*4 qeydiyyat nömrə nişanlı avtomobilin satışından əldə etdiyi 7*** (yeddi min) manatın ½ hissəsi olan 35** (üç min beş yüz) manat pulun ondan alınaraq, İddiaçı verilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin həmin qətnaməsini iddianın təmin edilmiş hissəsində qanunsuz və əsassız hesab edir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı ilə 14.12.2**7-ci ildə ailə qurmuşdur. 15.*2.2*2*-ci ildə cavabdehlə aralarında olan nikah pozulmuşdur. Mübahisə predmeti olan “Hyundai Accent” markalı avtomobili 2*12-ci ildə kreditlə almışdır. İddiaçı ilə uşaqları olmadığına görə iddiaçı 2*12-2*13-cü illərdə “X7” klinikasının Sonsuzluq Mərkəzində 3 dəfə EKM (süni mayalanma) proseduru keçmişdir. Bu prosedurlar üçün 1-ci dəfə 55** manat, 2-ci dəfə 45** manat, 3-cü dəfə 5** manat ödəniş etmişdir. Həmçinin 2*17-ci ilin mart ayında “Azər- Türk Med” klinikasında süni mayalanma proseduru keçib. Bununla bağlı “Azər-Türk Med” klinikasına 23.*1.2*17-ci il tarixdə 5** manat, 22.*2.2*17-ci il tarixdə 425 manat, 22.*6.2*17-ci il tarixdə 545* manat ödəniş etmişdir. Süni mayalanma prosedurları üçün ümumilikdə 15875 manat ödəniş etmişdir. Ödəniş etdiyi pulları borc almışdır. Borcu qaytarmaq üçün 15 avqust 2*19-cu il tarixdə mən "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 36 ay müddətinə 17*** (on yeddi min) manat kredit götürmüşdür. Kredit müqaviləsi üzrə hər ay banka 682 manat ödəniş etməli idi. 2*2*-2*21-ci illərdə ölkədə pandemiya olduğundan banka hər ay ödəməli olduğu ödənişləri həyata keçirməkdə çətinlik çəkirdi. Onu da qeyd edir ki, mübahisə predmeti olan avtomobilin surət qutusu (karobka) sıradan çıxmışdı və onu da düzəltdirməyə pul lazım idi. Buna maddi imkanım yox idi. Buna görə avtomobili satmaq qərarına gəlmişdir. 2*22-ci ilin oktyabr ayında maşına alıcı çıxmış, əvvəllər tanımadığı Cavabdeh3 ilə avtomobilin qiymətini 7*** (yeddi min) manata razılaşmışlar. Belə ki, qeyd etdiyi kimi avtomobilin sürətlər qutusu xarab olmuş və onun yığılması üçün xeyli pul tələb olunurdu, eləcə də maşında vuruqlar olduğundan və rəngsaz işləri tələb olnuduğundan buna da xərc çəkilməli idi. 12.1*.2*22-ci il tarixdə Rövşənlə aralarında alqı-satqı müqaviləsi bağlamış və avtomobili Rövşənə 7*** (yeddi min) satmışdır. Sonuncu avtomobili aldıqdan sonra onu öz adına qeydiyyata aldırmışdır. Məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq qeyd edilənləri məhkəmənin diqqətinə çatdırmışdır. Lakin məhkəmə onun etirazının dəlilləri ilə əsassız olaraq razılaşmayaraq, qeyd etmişdir ki, həmin avtomobilin üzərində iddiaçının məhkəmə qaydasında 1/2 hissədə payının olduğunu bildiyi halda avtomobili satmış və qeyd edilən qanunsuz hərəkətlər nəticəsində iddiaçı öz əmlakından məhrum olmuşdur. Məhkəmənin bu mövqeyi ilərazı deyil. Belə ki, əvvəla avtomobili məcburiyyətdən, yəni borcları olduğuna görə satmışdır.İkincisi, mübahisəli avtomobilin satılması qanunsuz olmamışdır. Çünki mübahisəli avtomobili o almış, mülkiyyətində, sahibliyində və istifadəsində olmuş, avtomobili özgəninkiləşdirməyə hər hansı qadağa olmamışdır. Avtomobil üzərində iddiaçının 1/2 hissədə payının olmasını inkar etməmişdir. Lakin avtomobil naturada bölünmədiyi üçün iddiaçı avtomatik olaraq onun dəyərinin 1/2 hissəsinin mülkiyyətçisinə çevrilir. İş materiallarında 12.1*.2*22-ci il tarixli alqı-satqı müqaviləsiilə avtomobili Cavabdeh3 7*** (yeddi min) manata satmasına, sonuncunun isə həmin avtomobili 18.11.2*22-ci ildə X3 adlı şəxsə 8*** (səkkiz min) manata satmasını təsdiq edən sənədlər var. Buna baxmayaraq məhkəmə avtomobilin dəyərinin 13*** (on üç min) manat olması barədə iddiaçı tərəfin təqdim etdiyi Gəncə avtoservis və ticarət müəssisəsi 9 nömrəli texniki xidmət emalatxanası tərəfindən verilmiş arayışa əsasən avtomobilin dəyərinin 13*** (on üç min) manat olması və həmin məbləğin yarısının ondan tutularaq iddiaçıya ödənilməli olduğu qənaətinə gəlmişdir. Halbuki, həmin arayış özündə yalan məlumatları əks etdirdiyinə görə məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməzdi. Qeyd edilən arayışda olan yalan məlumatlar ondan ibarətdir ki, əvvəla, mütəxəssis avtomobilə baxış keçirmədiyi halda avtomobilə baxış keçirdiyini qeyd etmişdir. İkincisi, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən də göründüyü kimi avtomobilin ili 2*11-ci il olmasına baxmayaraq avtomobilin ili 2*12-ci il kimi göstərilmiş və 2*12-ci ilin avtomobilinin bazar qiymətinə uyğun arayış vermişdir. Məlum olduğu kimi, eyni model avtomobil istehsalçı tərəfindən növbəti ildə yenilənərək, yeni əlavələr edilərək buraxılır. Buna görə əvvəlki ilin buraxılışı olan avtomobilin qiymətiilə növbəti ilin avtomobilinin qiyməti eyni ola bilməz. Bundan başqa qətnamədə qeyd edilmiş Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(*44)-726/2*2* saylı mülki işinin materiallarında olan Gəncə Avtomotoservis və Ticarət müəssisəsi Gəncə 1 saylı Avtokomisyon mağazası tərəfindən avtomobilə baxış keçirilərək verilmiş arayışda 2*2*-ci il üçün avtomobil 1**** (on min)-1*3** (on min üç yüz) manat dəyərində qiymətləndirilmişdir. Həmin vaxtdan 3 il keçib, avtomobil 3 il istismar edilib. Bundan başqa hər il model yeniləndiyindən qiyməti xeyli düşmüşdür. Məhkəmə nümayəndəsinin arayışın yanlış məlumatlardan ibarət olması barədə məhkəmənin diqqətinə çatdırdıqlarını nəzərə almamış və arayışı vermiş mütəxəssisin məhkəməyə çağırılıb dindirilməli olması barədə nümayəndəmin verdiyi vəsatəti təmin etməmişdir. Məhkəmə nə dövlət orqanında bağlanmış müqavilədə qeyd edilənlərə etimad etməmiş, nə əvvəllər məhkəmədə baxılmış mülki işin materiallarında olan sübutu nəzərə almamış, yalnız avtomobilə dair heç bir məlumatı olmayan şəxs tərəfindən yalan məlumatlardan ibarət arayışına etimad göstərmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş arayışda göstərilən məbləği əsas götürməsini onunla əsaslandırmışdır ki, avtomobili məhkəmə-əmtəəşunaslıq ekspertizasına təqdim etməkdən yayınmışdır. Yenə də iş materiallarında olan sənədlərə istinad edərək qeyd edir ki, avtomobili Cavabdeh3 satdıqdan sonra, Cavabdeh3 da avtomobili Elnur Abdulhüseynov adlı şəxsə satmışdır. Yəni avtomobil nə mülkiyyətində, nə sahibliynmdə, nə də istifadəsində deyil. Belə olan halda avtomobili ekspertizaya necə təqdim edə bilərdi. Buna görə də apellyasiya şikayətinin təmin edilmsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu, avtomobilin dəyərinin 16*** manat olduğunu, alqı-satqı müqaviləsində qəsdən avtomobilin dəyərinin aşağı göstərildiyini bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 56*.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 56*.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 56*.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 56*.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 56*.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 4*2.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirimədən saxlanılamlıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə “Hyundai Accent” markalı, 2*-DB-9*4 qeydiyyat nömrə nişanlı avtomobilin ½ hissəsi üzərində iddiaçı Həsənova (Tomuyeva) Təzəgül Elfakt qızının, ½ hissəsi üzərində isə Cavabdeh2 payı müəyyən edilmişdir. Lakin, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra cavabdeh mübahisəli avtomobil iddiaçının razılığı olmadan 7*** manata satmışdır. İşə baxan birinci instansiya məhkəməsi haqlı olaraq avtomobilin dəyəri qismində alqı-satqı müqaviləsində qeyd olunmuş 7*** manat məbləği mötəbər hesab etməmişdir. Belə ki, cavabdeh mübahisəli atomobil üzərində iddiaçının mülkiyyət hüququnun məhkəmə qərarına əsasən müəyyən edildiyini bildiyi halda hüquqdan sui-istifadə etməklə, avtomobili iddiaçının razılığı olmadan özgəninkiləşdirmişdir ki, bununla iddiaçının avtomobilin dəyəri ilə bağlı hüquqdan suiistifadəyə yol verməklə həyata keçirdiyi həmin razılaşma etibarsız olmuşdur. Cavabdehin qeyd edilən bu razılaşmasının iddiaçı qarşısında daha az məbləğdə mülki məsuliyyət daşımaq niyyətindən irəli gəlməsi də ağlabatan olmuşdur ki, onun bu niyyəti apellyasiya instansiyası məhkəməsində də müəyyən edilmişdir. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə 2*11-ci il buraxılışlı “Hyundai Accent” markalı avtomobillərin alqısatqısına dair internet portalından fotoşəkillərini və dəyərini əks etdirən fotolar təqdim edilmişdir ki, həmin fotoşəkillərdə həmin ildəki avtomobilin ən yuxarı dəyərinin 99** manat, ən aşağı dəyərinin isə 92** manat məbləğində olması qeyd olunmuşdur. Lakin, məhkəmə kollegiyasının iclasında avtomobillərin alqı-satqısına dair “Turbo.az” internet portalına baxış keçirildikdə 2*11-ci il buraxılışlı “Hyundai Accent” markalı avtomobillərin 15***-17*** manat aralığında olması müəyyən edilmiş, iddiaçının nümayəndəsi isə həmin fotoşəkilləri haradan əldə etməsini isə izah edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab etmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 29 sentyabr 2*23-cü il tarixli, 2(125)-1583/2*23 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 29 sentyabr 2*23-cü il tarixli, 2(125)-1583/2*23 saylı qətnaməsi dəyişdirimədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 4*2, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Şəhər Məhkəməsinin 29 sentyabr 2*23-cü il tarixli, 2(125)-1583/2*23 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 29 sentyabr 2*23-cü il tarixli, 2(125)-1583/2*23 saylı qətnaməsi dəyişdirimədən saxlanılsın. Qətnamə elan olunudğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar