Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2820/2023 12.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İddiaçı Qanuni nümayəndə MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə qəbul edilmiş Ağdam Rayon Məhkəməsinin 2(013)- 3048/2023 saylı 02 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı Qanuni nümayəndə MMC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qanuni nümayəndə MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SM 33742 saylı xx.xx.2023-cü il tarixli müddətli alqısatqı müqavilə üzrə yaranmış 570 manat məbləğində ödənilməmiş hissə, 102.60 manat cərimə cəmi 672.60 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun iddiaçı Qanuni nümayəndə MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-3048/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qərardadı ilə qeyd olunan iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı Qanuni nümayəndə MMC-nin nümayəndəsinin məhkəməyə elektron şikayəti daxil olmuş və şikayətdə Ağdam Rayon Məhkəməsinin 2(013)-3048/2023 saylı 02 noyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsini və işin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, məhkəmənin qəbul etdiyi qərardad əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.1-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. Halbuki, Qanuni nümayəndə MMC-nin ASAN imza vasitəsilə imzalanmış və möhürlənərək göndərilmişdir. Həmçinin qeyd edilmişdir ki, cavabdehin faktiki ünvanını tapmaq mümkün deyildir. Belə ki, müqavilə bağlandığı zaman o, Bakı şəhəri Hövsan qəsəbəsi Gilavar uşaq bağçasında yaşadığını bildirmiş, lakin iddia verilən zaman həmin ünvanda yaşamadığı bəlli olmuşdur. Bu səbəbdən də iddia əriəsi MPM-in 36.1-ci maddəsinə əsasən məlum olan axırıncı yaşayış yerinə görə verilmişdir.. Ağdam Rayon Məhkəməsinin 2(013)-3048/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qərardadı ilə Ağdam Rayon Məhkəməsinin 2(013)-3048/2023 saylı 02 noyabr 2023cü il tarixli qərardadının ləğv edilməsi barədə iddiaçı Qanuni nümayəndə MMC-nin şikayəti əsassız olduğundan təmin edilməmiş, qeyd olunan şikayət ərizəsi işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxıldığı üçün tərəflər məhkəmə iclasına dəvət edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, eləcə də şikayətin dəlillərini müzakirə edərək, hesab edir ki, şikayət təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin 2(013)-3048/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddiaçının ərizəsini geri qaytararkən gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədə həmin işdə cavabdeh qismində göstərilmiş Cavabdeh poçt ünvanı 20 noyabr 2020-ci ildə işğaldan azad edilmiş, lakin hazırda mülki əhalinin yaşamadığı ünvan 2 ünvanı göstərilməmişdir. Məhkəmə kollegiyası iddiaçının dəlillərini əsassız sayaraq, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə ,bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin qeyd olunmalıdır ki, məhkəməyə müraciət etmək hüququ hər bir kəsin konstitusion hüququ olsa da, şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.2.2-ci maddəsi ilə nəzərdə tutlmuşdur ki, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 284.3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədə həmin işdə cavabdeh qismində göstərilmiş Cavabdeh poçt ünvanı 20 noyabr 2020-ci ildə işğaldan azad edilmiş, lakin hazırda mülki əhalinin yaşamadığı ünvan 2 ünvanı göstərilməmişdir. Göründüyü kimi hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Qanuni nümayəndə MMC-nin nümayəndəsi Azərbaycan Respublikası MPM-in tələblərinə əməl etməmişdir. Ona görə də, kollegiya hesab edir ki, şikayət təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin 2(013)-3048/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayəti verilə bilməz Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Qanuni nümayəndə MMC-nin nümayəndəsinin şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-3048/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2820/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2820/2023
12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver