Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2885/2023 19.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlundan və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Tükan Mehdi qızının katibliyi ilə, Cavabdeh2 QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 2 (125)-6942/2023 saylı mülki iş üzrə 16 oktyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmədə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 QSC-yə qarşı Cavabdeh2 QSC ilə aralarında olan bağlanmış xx.xx.2015-ci il tarixli, 006S**********01 nömrəli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2(125)-6942/2023 nömrəli qərardadı ilə həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı Gəncə Şəhər Məhkəməsinin 2 (125)-6942/2023 saylı mülki iş üzrə 16 oktyabr 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və iddianın icraata qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı şikayətində göstərmişdir ki, zaminlik müqaviləsinin Banka təqdim edilməsində maraqlı olan şəxs hazırki iddia tələbi üzrə Cavabdeh1dur. Belə ki, təqdim edilmiş zaminlik müqaviləsi məhz Cavabdeh1 Bank qarşısında öhdəliklərinin icrasının təmin edilməsi üçün verilmişdir. Buna görə də Bankın onu «zamin» olaraq, Cavabdeh1 verdiyi kreditin «təminatçısı» məhz onun olmağında heç bir marağı yoxdur. Zaminlik borc verənlə zamin arasında, yəni iddiaçı ilə bank arasında bağlanan müqavilə olmasına baxmayaraq, Cavabdeh2 QSC-yə getməmiş və heç bir müqaviləni imzalamamışdır. Kredit götürməkdə maraqlı olan şəxs kimi Cavabdeh1 bu işləri təşkil etməkdə öz maraqlarına, yəni saxta zaminlik müqaviləsi ilə bankdan götürülməsinə nail olmuşdur. Gəncə Şəhər Məhkəməsinin 2 (125)-6942/2023 saylı mülki iş üzrə 24 noyabr 2023cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki iş şikayətə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının 15 dekabr 2023-cü il tarixli qərardadı ilə işə şifahi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 QSC-nin nümayəndəsi X2 şikayətdə göstərilənlərə etirazını bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. İş üzrə iddiaçı və digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və cavabdehin nümayəndəsini dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2 (125)-6942/2023 saylı mülki iş üzrə 16 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razlığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 152.1.1 və 152.1.3-cü maddəsilərinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyasında işə baxılarkən müəyyən edilmişdir ki, hazırki işdə cavabdeh kimi göstərilən Cavabdeh2 QSC-nin hüquqi ünvanı ünvan 1 Cavabdeh1 qeydiyyatda olduğu ünvan isə ünvan 2rbaycan Respublikasının MPM-in 31.1-ci maddəsinə görə, aidiyyat qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. «Yaşayış yeri və olduğu yer haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir və iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 QSC-yə və Cavabdeh1 qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb, qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsinə yol verilmir. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 32, 35, 264 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2 (125)-6942/2023 saylı mülki iş üzrə 16 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2885/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2885/2023
19.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver