Məhkəmə qərarları › İş №2(104)-2942/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2942/2023

14.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2942/2023 14.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-802/2021 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya verməklə istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 7000 (yeddi min) manat kompensasiya ödəməklə mülkiyyətində olan Göygöl şəhəri, H.Əliyev prospekti 40 ünvanında yerləşən yaşyış evindən və həmin evin yerləşdiyi 0.06 həyətyanı torpaq sahəsindən istifadə hüququna xitam verilməklə qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(066)-802/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən Göygöl Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(066)-802/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Göygöl Rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2(066)-802/2021 saylı qərardadı ilə (hakim Qələmdar Abbasov) Göygöl Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(066)-802/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 həmin qərardaddan şikayət verərək, Göygöl Rayon Məhkəməsinin 04 noyabr 2023-ci il tarixli, 2(066)-802/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd edilən məhkəmə qətnaməsi bugünədək rəsmi qaydada ona təqdim edilməmişdir. Belə ki, iş materiallarında da məhkəmə qətnaməsinin ona göndərilməsi barədə hər hansı bir sübut yoxdur. Göygöl Rayon Məhkəməsinin 2(066)-802/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin mövcudluğundan isə yalnız icra mərhələsində məlumat əldə etmişdir. Göygöl Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(066)-802/2021 saylı qərardadı ilə Göygöl Rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2(066)-802/2021 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin olunmamış və şikayətə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına heç bir izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(066)-802/2021 saylı qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və yeni qərardad qəbul edilməli, Göygöl Rayon Məhkəməsinin 04 noyabr 2023-ci il tarixli, 2(066)-802/2021 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş Göygöl Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından göründüyü kimi, Göygöl Rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2(066)-802/2021 saylı qərardadı ilə Göygöl Rayon Məhkəməsinin 24 avqust 2021ci il tarixli, 2(066)-802/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmış, Cavabdeh2 isə, həmin qərardaddan şikayət verərək, Göygöl Rayon Məhkəməsinin 04 noyabr 2023-ci il tarixli, 2(066)-802/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Həmin şikayətə baxan birinci instansiya məhkəməsi isə, cavabdeh tərəfin mübahisəlıəndirdiyi Göygöl Rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2(066)- 802/2021 saylı qərardadına şikayətin dəlilləri əsasında hüquqi qiymət verməmiş və mübahisə edilməyən başqa qərardadı, yəni Göygöl Rayon Məhkəməsinin 24 avqust 2021ci il tarixli, 2(066)-802/2021 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Halbu ki, belə bir qərardad iş materiallarında mövcud deyildir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Göygöl Rayon Məhkəməsinin 04 noyabr 2023-ci il tarixli, 2(066)-802/2021 saylı qərardadından verilmiş şikayətə baxılmamışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(066)-802/2021 saylı qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və yeni qərardad qəbul edilməli, Göygöl Rayon Məhkəməsinin 04 noyabr 2023-ci il tarixli, 2(066)-802/2021 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş Göygöl Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(066)-802/2021 saylı qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin və yeni qərardad qəbul edilsin. Göygöl Rayon Məhkəməsinin 04 noyabr 2023-ci il tarixli, 2(066)-802/2021 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş Göygöl Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar