Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2975/2023 21.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlundan və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 4Ə-135 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş xx.xx.2020-ci il tarixli, **********27-10301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-564/2022 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-564/2022 nömrəli qərardadına əsasən apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət keçdikdən sonra verildiyi üçün geri qaytarılmışdır. Cavabdeh2 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-564/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməklə, eyni zamanda prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-564/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh2 adından verilmiş ərizə baxılmamış saxlanılmış, apellyasiya şikayəti isə geri qaytarılmışdır. Bundan sonra Cavabdeh2 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)- 564/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməklə, eyni zamanda prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-564/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh2 tərəfindən verilmiş ərizə təmin olunmamışdır. Həmin qərardaddan Cavabdeh2 şikayət vermişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadı ilə şikayət qanunla müəyyən olunmuş qaydada, yəni elektron qaydada verilmədiyi üçün geri qaytarılmışdır. Bundan sonra Cavabdeh2 yenidən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadından şikayət vermişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadı ilə şikayət qanunla müəyyən edilmiş vaxtda və qanunla müəyyən olunmuş qaydada, yəni elektron qaydada verilmədiyi üçün geri qaytarılmışdır. Cavabdeh2 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadından şikayət vermişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadı ilə şikayət qanunla müəyyən edilmiş vaxtda verilmədiyi üçün geri qaytarılmışdır. Cavabdeh2 yenidən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 564/2022 nömrəli qərardadından şikayət verməklə müddətin bərpası barədə ərizə verərək qətnamədən apellyasiya şikayəti verilməsi müddətini bərpa etməklə işin apellyasiya məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadı ilə şikayət qanunla müəyyən edilmiş vaxtda verilmədiyindən, əlavə edilmiş müddətin bərpası barədə ərizə qərardaddan deyil, qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpası ilə bağlı olduğundan, eləcə də apellyasiya şikayətinin qanunla müəyyən edilmiş formasına riayət edilmədiyindən şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Bundan sonra Cavabdeh2 yenidən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadından şikayət verməklə, eyni zamanda qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadının ləğv edilməsi və qətnamədən apellyasiya şikayəti verilməsi müddətini bərpa etməklə işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Cavabdeh2 tərəfindən verilmiş ərizə təmin olunmamışdır. Həmin qərardaddan Cavabdeh2 şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadının ləğv edilərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 saylı qərardadından şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadının ləğv edilməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-564/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilərək işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1042/2022 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, Cavabdeh2 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadından verdiyi şikayət qeyri-mümkün hesab edilməli və iş həmin şikayətin geri qaytarılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyətiorqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, qərardaddan verilmiş şikayət qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilmədən “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmişdir. Ona görə də, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, Cavabdeh2 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadından verdiyi şikayət qeyri-mümkün hesab edilməli və iş həmin şikayətin geri qaytarılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363- 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadı qismən, şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Cavabdeh2 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-564/2022 nömrəli qərardadından verdiyi şikayət qeyri-mümkün hesab edilsin və iş həmin şikayətin geri qaytarılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2975/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2975/2023
21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver