Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-3/2025 20.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), X6 və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “miras mülkə vərəsəliyin müəyyən edilməsi, miras mülkə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə ünvan 3kir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-589/2016 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları 88958 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 ilə İddiaçı1 nikahları xx.xx.1971-ci il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra ər və arvadın soyadları dəyişməmişdir. 8V-479 saylı reyestrdə qeydə alınmış vərəsəlik işinə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, Cavabdeh2 xx.xx.1972-ci il tarixdə, Məmmədova (Əsgərova) Elnurə Hacı qızı xx.xx.1974-cü il tarixdə, İddiaçı2 xx.xx.1976-cı il tarixdə, İddiaçı3 xx.xx.1978-ci il tarixdə və Məmmədova (Zeynalova) Gülnarə Hacı qızı xx.xx.1983-cü il tarixdə doğulmuşdur. Onların valideynləri kimi X11 və İddiaçı1 qeyd olunmuşdur. ünvan 3kir Rayon İcra Hakimiyyətinin “mənzilinin bağışlanmasına dair” 09 dekabr 1992-ci il tarixli 480 saylı sərancamından görünür ki, 1900-cü ildə ünvan 1 ünvanda tikilmiş, 48.0 kv.m. yaşayış sahəsi olan mənzilin satış qiymətinin 5132 manat müəyyən edilməsi barədə 27 noyabr 1992-ci il tarixli qiymətləndirmə aktı təsdiq edilmiş və mənzil kirayəçisi X8 bağışlanmışdır. 13 sentyabr 2013-cü il tarixdə ünvan 3kir rayon notariat kontorunda 2V-01-166 nömrəli reyestrdə qeydə alınmış vəsiyyətnamədən görünür ki, X11 bütün əmlakını ünvan 2 ünvanda yaşayan xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh2 vəsiyyət etmişdir. ünvan 3kir Rayon qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqlarin dövlət qeydiyyati haqqında daşınmaz əmlakin dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3kir şəhəri, Həzi Aslanov küçəsi, ev 1/1 mənzil ünvanda yerləşən bir mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 48 kv.m., yardımçı sahəsi 0 kv.m. olan ümumi sahəsi 48 kv.m. olan mənzil tam mülkiyyət hüququ ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən 05 dekabr 2014-cü il tarixdə verilmiş **********96 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Xalq Təhsili sistemində çalışan pedoqoji işçilərin sosial müdafiəsini daha da gücləndirmək tədbirləri haqqında 28 aprel 1992-ci il tarixli, 228 saylı qərarı və ünvan 3kir rayon İcra Hakimiyyətinin 09 dekabr 1992-ci il tarixli 480 saylı sərancamından çıxarışa əsasən ünvan 3kir şəhəri, Həzi Aslanov küçəsi ev 1/1, mənzil ünvanında yerləşən mənzil X9 bağışlanmışdır. Bağışlama müqaviləsi ünvan 3kir rayon 1 saylı Notariat Kontorunda 29 dekabr 1992-ci il tarixli, k-7-222 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3kir rayon Birinci Dövlət Notariat Kontorunda X2 adından tərtib edilmiş xx.xx.2013-cü il tarixli 2V-01-166 reyestr saylı vəsiyyətnamənin etibarsız hesab edilməsi, X1 qalmış mirasın iddiaçılar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, X1 miras qalmış ünvan 3kir şəhəri, Həzi Aslanov küçəsi 1 №-li ünvanda yerləşən yaşayış evinə vərəsəliyin müəyyən edilərək həmin mənzilin 1/4 hissəsinə İddiaçı1, 1/4 hissəsinə İddiaçı2, 1/4 hissəsinə İddiaçı3, 1/4 hissəsinə İddiaçı4 mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Eyni zamanda iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddianın ünvan 3kir rayon birinci dövlət notariat kontorunda X2 adından tərtib edilmiş xx.xx.2013-cü il tarixli 2V-01-166 reyestr saylı vəsiyyətnamənin etibarsız hesab edilməsi və X1 miras qalmış mirasın iddiaçılar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair hissəsini azaltmış, həmçinin X1 miras qalmış ünvan 3kir şəhəri, Həzi Aslanov küçəsi, ev 1/1, mənzil 1 ünvanında yerləşən miras yaşayış evinə vərəsəliyin müəyyən edilərək həmin miras mənzilə bütövlüklə İddiaçı1 mülkiyyətçi tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar və cavabdehlər X2 ailə üzvüləridir. İddiaçı Məmmədova (Əsgərova) Elnurə Hacı qızı‚ İddiaçı2‚ İddiaçı3‚ eləcə də Cavabdeh2 və cavabdeh Məmmədova (Zeynalova) Gülnarə Hacı qızı mərhum Nacı Məmmədovun övladları, İddiaçı1 isə arvadıdır. İddiaçı1 X3 ilə 1970-ci ildə faktiki evlənmiş, nikahlarını xx.xx.1971-ci ildə rəsmiləşdirmişlər. Onların nikahından 1972-ci ildə Cavabdeh2, 1974-cü ildə Məmmədova (Əsgərova) Elnurə Hacı qızı, 1976-cı ildə İddiaçı2, 1978-ci ildə İddiaçı3 və 1983-cü ildə Məmmədova (Zeynalova) Gülnarə Hacı qızı adlı 5 nəfər uşaqları doğulmuşdur. X11 xx.xx.2013-cü ildə vəfat etmişdir. X1 ünvan 3kir şəhəri‚ Həzi Aslanov küçəsi 1 №-li ünvanda yerləşən yaşayış evi (mənzil) miras qalmışdır. Həmin mənzil xx.xx.1992-ci il tarixli k-7-222 reyestr nömrəli bağışlama müqaviləsi əsasında ünvan 3kir rayon İcra Hakimiyyəti tərəfindən X9 bağışlanmış və xx.xx.1993-cü il tarixli 123 №-li qeydiyyat vəsiqəsi verilmişdir. Hazırda həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən RX seriyalı, ******* №-li çıxarış verilmişdir. Çıxarış əsasında həmin yaşayış evi 1990-cı ildə inşa edilməklə yaşayış sahəsi 48.0 kv.m olan 2 yaşayış otağından ibarətdir. X2 ölümündən sonra, iddiaçılar həmin yaşayış evində yaşamaqla miras əmlaka sahibliyi həyata keçirmiş‚ miras əmlakı qanunla müəyyən edilmiş müddətdə faktiki qəbul etmişlər. Bununla yanaşı, İddiaçı1 mirası rəsmi qəbul etmək üçün ünvan 3kir rayon notariat kontoruna ərizə ilə müraciət etmiş və notariat kontoru tərəfindən vərəsə kimi qəbul edilmişdir. Hazırda onlar miras mənzilə görə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyirlər. Lakin mirasla əlaqədar Cavabdeh2 və Cavabdeh3 ilə mübahisələri olduğuna görə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmirlər. Hacı Məmmədovun ölümündən sonra 6 nəfər vərəsəsi qalmışdır‚ yəni‚ 5 övladı və həyat yoldaşı. Vərəsələrdən Cavabdeh2 və Cavabdeh3 qanunla müəyyən edilmiş müddət ərzində mirası nə rəsmi, nə də faktiki qəbul etməmişlər. Eləcə də iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 əlavə ərizə ilə müraciət edərək göstərmişlər ki, vərəsələrdən yalnız İddiaçı1 mirası rəsmi qəbul etmiş‚ qanunla nəzərdə tutulmuş 3 aylıq müddətdə notariat kontoruna ərizə vermişdir. Həmçinin vərəsələrdən yalnız İddiaçı1 mirası faktiki qəbul edərək miras mülkdə yaşamışdır. Qalan vərəsələr, o cümlədən özləri də mirası qanunla nəzərdə tutulmuş müddətdə nə rəsmi‚ nə faktiki qəbul etməmişdir. Ona görə də miras mülkə bütünlüklə İddiaçı1 mülkiyyətçi tanınmasını daha ədalətli hesab etmişlər. Ona görə də iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişlər. ünvan 3kir Rayon Məhkəməsinin 21 aprel 2016-cı il tarixli, 2(076)-589/2016 saylı qətnaməsi ilə (hakim N.Ş.Paşayev) iddia tələbi təmin edilmiş İddiaçı1 X1 qalmış mirasa vərəsə tanınması, X1 miras qalmış, ünvan 3kir şəhəri, Həzi Aslanov küçəsi, ev 1/1, mənzil 1 ünvanında yerləşən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan mənzil üzərində İddiaçı1 miras payı bütövlükdə müəyyən edilməklə mülkiyyət hüququnun tanınması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X3 ilə İddiaçı1 xx.xx.1971-ci il tarixdə rəsmi nikah bağlanmaqla evlənmişlər. Onların birgə nikahlarından xx.xx.1972-ci il tarixdə Vəfa, xx.xx.1974-cü il tarixdə Elnurə, xx.xx.1976-cı il tarixdə Vüqar, xx.xx.1978-ci il tarixdə Vidadi və xx.xx.1983-cü il tarixdə Gülnarə adlı uşaqları doğulmuşdur. ünvan 3kir rayon 1 saylı Notariat Kontorunda 29 dekabr 1992-ci il tarixli, k-7-222 reyestr nömrəsi ilə qeydiyyata alınmış bağışlanma müqaviləsinə əsasən, ünvan 3kir Rayon İcra Hakimiyyəti tərəfindən ünvan 3kir şəhəri, Həzi Aslanov küçəsi, ev 1/1, mənzil ünvanında yerləşən mənzil X3na bağışlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən ünvan 3kir şəhəri, Həzi Aslanov küçəsi, ev 1/1, mənzil ünvanında yerləşən bir mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 48 kv.m., yardımçı sahəsi 0 kv.m. olan ümumi sahəsi 48 kv.m. olan mənzil tam mülkiyyət hüququ ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış və onun adına RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. X11 xx.xx.2013-cü il tarixdə ölmüş və ondan ünvan 3kir şəhəri, Həzi Aslanov küçəsi, ev 1/1, mənzil ünvanında yerləşən bir mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 48 kv.m., yardımçı sahəsi 0 kv.m. olan ümumi sahəsi 48 kv.m. olan mənzil miras qalmışdır. X1 qalmış miras əmlaka dair notariat kontorunda xx.xx.2014-cü il tarixdə 8V-479 saylı reyestrdə qeydə alınmış vərəsəlik işi açılmış, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. X2 ölümündən sonra arvadı, uşaqları, cəmi 6 nəfər birinci növbəli qanun üzrə vərəsələri qalmışdır. X3 bütün əmlakını ünvan 2 ünvanında yaşayan xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh2 vəsiyyət etməsinə dair 13 sentyabr 2013-cü il tarixdə ünvan 3kir rayon notariat kontorunda 2V-01-166 nömrəli reyestrdə qeydə alınmış vəsiyyətnamə vermişdir. Miras qoyan tərəfindən vəsiyyətnamə verilsə də, miras açıldıdan sonra vəsiyyət üzrə vərəsə, Cavabdeh2, həmçinin birinci növbəli vərəsələr, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh3 nə faktiki, nə də qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna ərizə verməklə mirası qəbul etməmişlər, lakin qanun üzrə vərəsələr dairəsinə daxil olan digər birinci növbəli vərəsə İddiaçı1 miras evdə yaşamaqla faktiki olaraq, 04 dekabr 2013-cü il tarixdə ünvan 3kir rayon notariat kontoruna 7E-12-8708 nömrəli reyestrdə qeydə alınmış ərizə verməklə isə mərhum əri X5 qalmış mirası rəsmi şəkildə qəbul etmişdir. Məhkəmə hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq ediməsi ilə bağlı qeyd etmişdir ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilsə də, vəsiyyət üzrə vərəsə mirası qəbul etməmişdir. Belə olan halda məhkəmə, vəsiyyət üzrə vərəsə Cavabdeh2 mirasın qəbul edilməsinə dair qanunla müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə əməl etməməsini, yəni mirası nə faktiki, nə də notariat kontoruna ərizə vermək yolu ilə rəsmi qəbul etməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh2 onun adına vəsiyyətnamə verildiyini bilməsinə baxmayaraq, nə qanun üzrə birinci növbəli vərəsə, nə də vəsiyyət üzrə vərəsə kimi qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək niyyətində olmamışdır. Belə ki, Cavabdeh2 qanunla müəyyən olunmuş müddət ərzində notariat kontoruna ərizə verməmiş, miras əmlakı idarə etməmiş, habelə dəfələrlə rəsmi qaydada çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməyərək susmuşdur. Məhkəmə, hesab etmişdir ki, vəsiyyət üzrə vərəsə də digər vərəsələr kimi qanunla müəyyən edilmiş qaydada və müddətdə mirası qəbul etmək üçün subyektiv vərəsəlik hüququna malikdir. Vəsiyyət üzrə vərəsə mirası vaxtında qəbul etmədiyi halda, digər qanun üzrə vərəsələr kimi mirasdan pay almaq hüququnu itirir. İşin müəyyən olunmuş hallarından görünür ki, vəsiyyət üzrə vərəsə olmuş, Cavabdeh2 X1 qalmış mirası qanunda nəzərdə tutulmuş qaydada qəbul etməmişdir. Ona görə də X1 miras qalmış əmlaklar onun vərəsələrinə qanun üzrə vərəsəlik qaydasında keçməlidir. Məhkəmə iddianın miras əmlaka vərəsəliyin müəyyən edilməsi, vərəsə tanınma və miras əmlakdan payın müəyyən edilməsi hissəsinə, vərəsələrin dairəsinin müəyyən edilməsi baxımından, qiymət verərək hesab etmişdir ki, X1 qalmış mirası, onun qanun üzrə birinci növbəli vərəsəsi olan arvadı İddiaçı1 qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə uyğun olaraq, yəni qanunla müəyyən olunmuş qaydada və müddətdə notariat kontoruna ərizə verməklə və ünvan 3kir şəhəri, Həzi Aslanov küçəsi, ev 1/1 ünvanında yerləşən mənzildən istifadə etməklə qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisəli miras əmlak qanun üzrə vərəsə olan iddiac İddiaçı1 tərəfindən qəbul edildiyindən, iddiaçı mərhum Hacı Məmmədovun vərəsəsi tanınmalıdır. Həmçinin həm iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4, həm də cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mirası qəbul etmək niyyətləri olmamışdır. İddiaçılar məhkəmə iclası zamanı və iddianın predmetinin dəyişdirilməsi haqqında ərizələrində həmin halları, yəni mübahisəli miras əmlakın vərəsələrdən yalnız İddiaçı1 tərəfindən həm faktiki, həm də notariat kontoruna qanunla müəyyən edilmiş müddət ərzində ərizə verməklə qəbul etməsini etiraf etmişlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə mirasın qəbul edilməsi müddəti ərzində mirası qəbul etməyə yönələn hərəkətləri etməmiş, qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüquqlarını həyata keçirməmiş, həmçinin gecikdirmənin səbəbinin üzrlü sayılması barədə məhkəməyə müraciət etməmişlər. Ona görə də həm iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4, həm də cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mərhum Hacı Məmmədovdan qalmış mirasdan pay almaq hüquqlarını itirmişlər. Bununla yanaşı, məhkəmə cavabdehlərin və digər iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 X1 qalmış mirası faktiki qəbul etməməsi qənaətinə gələrkən, onların ayrı-ayrı ünvanlarda yaşamalarını və miras əmlakın abadlaşmasında və qorunub saxlanmasında iştirak etməmələrini, o cümlədən qanunla müəyyən edilmiş müddət ərzində notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməmələrini nəzərə almışdır. Eləcə də məhkəmə, iddiaçılar İddiaçı2 və İddiaçı4, habelə Cavabdeh3 27 avqust 2014- cü il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı ünvan 3kir rayon notariat kontoruna ərizə ilə müraciət etməsi ilə bağlı qeyd edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı4, habelə Cavabdeh3 notariat kontuna miras açıldıqdan üç ay ərzində müraciət etməli olduqları halda, onlar miras açıldıqdan 10 ay sonra müraciət etmişlər. Bununla da həmin vərəsələr qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etmək hüquqlarını həyata keçirməmişlər, həmçinin mirasın qəbul edilməsi müddətinin uzadılması barədə məhkəməyə müraciət etməmişlər. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1151.1, 1159.1.2, 1243.2, 1243.3, 1245, 1246, 1255, 1262, 1273-1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi X10 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, X5 miras qalmış ünvan 3kir şəhəri, Həzi Aslanov küçəsi 1 saylı binanın 1 saylı mənzilinə Cavabdeh2 vəsiyyətnamə üzrə və bacısı Cavabdeh3 isə qanun üzrə vərəsə tanınmaları barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 3kir şəhəri Həzi Aslanov küçəsi 1 saylı binanın 1 saylı mənzili X3na ünvan 3kir rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1992-ci il tarixli k-7-222 reyestr nömrəli baxşeyiş müqaviləsinə əsasən bağışlanmışdır. X11 həmin mənzilə dair ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsindən RX seriyalı ******* nömrəli çıxarış almışdır. X11 ona məxsus mənzili 13 sentyabr 2013-cü il tarixli 2V-01-166 saylı reyestrdə təsdiq edilmiş vəsiyyətnamə əsasında oğlu Cavabdeh2 vəsiyyət etmişdir və həmin vəsiyyətnamədə digər vərəsələrini vərəsəlik hüququndan azad etmişdir. X11 vəsiyyətnamə verən ərəfədə tam hüquq qabiliyyətli, anlaqlı olmuşdur. Onun hüquq qabiliyyətli olmağını vəsiyyətnamədə iki nəfər şahid öz imzaları ilə təsdiq ediblər. Qətnamədə isə göstərilir ki, X11 vəsiyyətnamə verən ərəfədə xəstə olmuş, hərəkətlərini idarə edə bilməmişdir və vəsiyyətnaməni cavabdeh oğluna ona görə vermişdir ki, cavabdeh evin sənədləşməsini aparsın. Halbu ki, mənzilin sənədləri qaydasında olmuşdur. X3 16 oktyabr 2013-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra dəfn mərasiminin bütün xərclərini oğlu Cavabdeh2 öz vəsaiti hesabına həyata keçirmişdir. Onun qəbrinin lazımi şəkildə tərtib edilməsinin və düzəldilməsinin xərclərini Cavabdeh2 çəkmişdir. Qətnamədə göstərilir ki, guya Cavabdeh2 mübahisəli mənzilə etiyacı yoxdur və Gəncə şəhərində öz adına olan mülkündə yaşayır. Lakin Gəncə şəhərində olan mülk Cavabdeh2 məxsus deyil, onu həyat yoldaşının adınadır və ona atası tərəfindən baxşeyiş edilmişdir. Hazırda Cavabdeh2 Gəncədəki mülkə heç bir adidiyyatı yoxdur. Digər Cavabdeh3 ərə gedən gündən və hal hazıra kimi ailəsi ilə birlikdə ünvan 3kir şəhərində kirayədə yaşayır və başqa vərəsələr kimi də onun da və qardaşı Cavabdeh2 da həmin mübahisəli mənzildə məcburi payları vardır. Atasının vəfatından sonra cavabdeh olan Cavabdeh2 vəsiyyətnamə əsasında mirası qəbul etmək üçün ünvan 3kir rayon Notariat kontoruna müraciət etmişdir. Lakin mirasın qəbulu üçün notariat kontorunda vərəsəlik işi açılmamışdır. Belə ki, mənzil barəsində mübahisə olduğu üçün vərəsəlik işinin həll edilməsi üçün ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Cavabdeh2 mənzilin vərəsəlik işinin həlli üçün məhkəməyə müraciət etmək istədikdə ona məlum olmuşdur ki, həmin mənzil barəsində anası, qardaş və bacıları artıq məhkəmədə ona və bacısı Cavabdeh3 qızna qarşı iddia qaldırmışlar. Məhkəmə prosesi zamanı maddi hüquq normaları kobud şəkildə pozulmuşdur. Belə ki, Cavabdeh2 məhkəmənin hazırlıq prosesində iştirak etmişdir. Məhkəməyə sənədləri təqdim etmişdir. Lakin işə baxan hakin onun təqdim etdiyi sənədləri etibarsız sayaraq onun mirası qəbul etməməsi nəticəsinə gəlmiş, onun əlində miras buraxan tərəfində notariatda təsdiq edilmiş vəsiyyətnamə ola ola, onun vərəsəlik hüququnu kobud şəkildə pozaraq ədalətsiz və qərəzli qətnamə qət etmişdir. Necə ola bilər ki, Cavabdeh2 əlində vəsiyyət namə ola ola ona mənzildən pay müəyyən edilmir, lakin iddiaçı vərəsələrə mirasın qəbul edilməsinə dair qanunvericilikdə müəyyən edilmiş müddətin ötürülməsini bərpa ediilmədən mənzildən pay verilmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2016-cı il tarixli, 2(104)-2025/2016 saylı qətnaməsi ilə (hakimlər: İ.Ə.Şəfiyev (sədrlik edən və məruzəçi, L.S.Süleymanov, A.V.Bayramov) cavabdehlər X12 və Cavabdeh3 apellyasiya şikayəti təmin edilməyərək ünvan 3kir rayon Məhkəməsinin 21 aprel 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 may 2017-ci il tarixli, 2(102)-2558/2017 saylı qərarı ilə (hakimlər: Ə.M.Rüstəmov (sədrlik edən və məruzəçi), İ.K.Dəmirov, T.A.Qoldman) kassasiya şikayəti qismən təmin olunmuş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının bu iş üzrə 10 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəilə bağlı öz qərarında qeyd etmişdir ki, iş materiallarından görünür ki, X3 ilə İddiaçı1 xx.xx.1971-ci il tarixdə rəsmi nikah bağlanmaqla evlənmişdir. Onların birgə nikahlarından xx.xx.1972-ci il tarixdə Vəfa, xx.xx.1974-cü il tarixdə Elnurə, 01 fevral 1976-cı il tarixdə Vüqar, 01yanvar 1978-ci il tarixdə Vidadi və 09 mart 1983-cü il tarixdə Gülnarə adlı uşaqları doğulmuşdur. 29 dekabr 1992-ci il tarixdə X9 ünvan 3kir Rayon İcra Hakimiyyəti tərəfindən ünvan 3kir şəhəri, Həzi Aslanov küçəsi, ev 1/1 ünvanda yerləşən mənzil bağışlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən həmin mənzil tam mülkiyyət hüququ ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış və onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. X11 xx.xx.2013-cü ildə ölmüş və ondan miras əmlak kimi ünvan 3kir şəhəri, Həzi Aslanov küçəsi, ev 1/1, mənzil ünvanda yerləşən bir mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 48 kv.m., ümumi sahəsi 48 kv.m. olan mənzil miras qalmışdır. X1 qalmış miras əmlaka dair notariat kontorunda xx.xx.2014-cü il tarixdə 8V- 479 saylı reyestrdə qeydə alınmış vərəsəlik işi açılmış, lakin mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Onun birinci növbə vərəsələri kimi arvadı Güllü, uşaqları Vidadi, Vüqar, Elnurə, Vəfa və Gülnarə qalmışdır. X3 bütün əmlakını ünvan 2 ünvanında yaşayan xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh2 vəsiyyət etməsinə dair 13 sentyabr 2013-cü il tarixdə ünvan 3kir rayon notariat kontorunda 2V-01-166 nömrəli reyestrdə qeydə alınmış vəsiyyətnamə qoymuşdur. İş materiallarında olan Cavabdeh2 ünvan 3kir rayon notariat kontorunun notariusu S.H.Qurbanov tərəfindən 12 dekabr 2013-cü il tarixdə tətbiq edilmiş ünvan 3kir şəhərində tərtib etdiyi 12 dekabr 2013-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizədə 16 dekabr 2013-cü il tarixdə vəfat etmiş atası X7 ölümündən sonra nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq qalan miras əmlakı qəbul etməsini göstərmişdir. İş materiallarında olan X7 bütün əmlakını oğlu Cavabdeh2 vəsiyyət etməsi barədə qoyduğu 13 sentyabr 2013-cü il tarixli vəsiyyətnamənin də vərəsə Cavabdeh2 yuxarıda qeyd edilən atası X5 miras qalmış əmlakı qəbul etməsi barədə ərizəsinin təsdiq edən ünvan 3kir rayon notariat kontorunun notariusu S.H.Məmmədov təsdiq etmişdir. Cavabdeh2 isə apellyasiya şikayətində və işin apellyasiya baxışında verdiyi izahatında göstərmişdir ki, bütün əmlakını ona vəsiyyət etməsi barədə vəsiyyətnamə qoymuş atası Hacı Məmmədovun 16 oktyabr 2013-cü il tarixdə vəfat etdikdən sonra onun bütün dəfn mərasiminin xərclərini o, çəkmiş, həmçinin qəbrinin düzəldilməsi xərclərini də o, çəkmiş, atası Hacı Məmmədovun qoyduğu vəsiyyətnamə əsasında mirası qəbul etmək üçün notariat kontorunda vərəsəlik işi açılmamışdır. Belə ki, mənzil barəsində mübahisə olduğu üçün vərəsəlik işinin həll edilməsi üçün ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Cavabdeh2 mənzilin vərəsəlik işinin həlli üçün məhkəməyə müraciət etmək istədikdə ona məlum olmuşdur ki, həmin mənzil barəsində anası, qardaş və bacıları artıq məhkəmədə ona və bacısı Cavabdeh3 qarşı iddia qaldırmışlar. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən işin qeyd olunan halları Cavabdeh2 izahatı ilə birlikdə araşdırılmaqla, lazım gələrsə yuxarıda göstərilən vəsiyyətnaməni və Cavabdeh2 mirası qəbul etməsi barədə ərizəni təsdiq etmiş notarius S.H.Məmmədov dindirilməklə işin həqiqi halları aydınlaşdırılmamış, nəticədə maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəsiyyətnaməyə uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmə aktının əsaslılığı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 aprel 2014-cü il tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfindən işin araşdırılmış və mübahisələndirilməyən halları kimi müəyyən edilmişdir ki, X11 ilə İddiaçı1 xx.xx.1971-ci il tarixdə rəsmi nikah bağlanmaqla evlənmişdir. Onların birgə nikahlarından xx.xx.1972-ci il tarixdə Vəfa, xx.xx.1974-cü il tarixdə Elnurə, 01 fevral 1976-cı il tarixdə Vüqar, 01 yanvar 1978-ci il tarixdə Vidadi və 09 mart 1983-cü il tarixdə Gülnarə adlı uşaqları doğulmuşdur. Miras qoyan ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını oğluna- hazırkı iş üzrə Cavabdeh2 vəsiyyət etmişdir. Miras qoyandan miras qalmış və hazırkı iş üzrə mübahisə predmeti olan miras əmlak: ünvan 3kir şəhəri, Həzi Aslanov küçəsi, ev 1/1, mənzil ünvanda yerləşən bir mərtəbəli, 2 otaqlı, yaşayış sahəsi 48 kv.m., yardımçı sahəsi 0 kv.m. olan, ümumi sahəsi 48 kv.m olan mənzildir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, miras qoyan tərəfindən vəsiyyətnamə verilsə də, miras açıldıdan sonra vəsiyyət üzrə vərəsə, Cavabdeh2, həmçinin birinci növbəli vərəsələr, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh3 nə faktiki, nə də qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna ərizə verməklə mirası qəbul etməmişlər, lakin qanun üzrə vərəsələr dairəsinə daxil olan digər birinci növbəli vərəsə İddiaçı1 miras evdə yaşamaqla faktiki olaraq, 04 dekabr 2013-cü il tarixdə ünvan 3kir rayon notariat kontoruna 7E-12-8708 nömrəli reyestrdə qeydə alınmış ərizə verməklə isə mərhum əri X5 qalmış mirası rəsmi şəkildə qəbul etmişdir. Həmçinin həm iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4, həm də cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mirası qəbul etmək niyyətləri olmamışdır. İddiaçılar məhkəmə iclası zamanı və iddianın predmetinin dəyişdirilməsi haqqında ərizələrində həmin halları, yəni mübahisəli miras əmlakın vərəsələrdən yalnız İddiaçı1 tərəfindən həm faktiki, həm də notariat kontoruna qanunla müəyyən edilmiş müddət ərzində ərizə verməklə qəbul etməsini etiraf etmişlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə mirasın qəbul edilməsi müddəti ərzində mirası qəbul etməyə yönələn hərəkətləri etməmiş, qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüquqlarını həyata keçirməmiş, həmçinin gecikdirmənin səbəbinin üzrlü sayılması barədə məhkəməyə müraciət etməmişlər. Ona görə də həm iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4, həm də cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mərhum Hacı Məmmədovdan qalmış mirasdan pay almaq hüquqlarını itirmişlər. Məhkəmə birinci instansiya məhkəməsinin həmin əsaslandırması və buna dair gəldiyi nəticə ilə razılaşmır. Belə ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş vərəsəlik və mülkiyyət hüquqlarına ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”. Məhkəmə qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə bildirir ki, miras əmlak barəsində miras qoyanın vəsiyyətnaməsi olduğundan vərəsələr İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh3 miras əmlakdan məcburi pay almaq hüququ yaranmışdır. Belə ki, Mülki Məcəllə ilə şəxsin mülkiyyətinin bir hissəsi üzərində vəsiyyətnamə əsasında sərəncam vermək hüququ, həm də ailə üzvlərinin mirasdan məcburi pay almaq hüququ təmin edilmişdir. Mülki Məcəllənin 1193-cü maddəsinin tələbinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmçinin məhkəmə kollegiyasının tərəfindən 13 sentyabr 2013-cü il tarixli vəsiyyətnamədəki imzanın X9 məxsus olub-olmamasının müəyyən edilməsi üçün xx.xx.2024-cü il tarixli qərardadla ekspert rəyinin alınması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən tərtib edilmiş rəydə qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, 2V- 01-166 nömrəli notariat işində (Cavabdeh1) olan 13 sentyabr 2013-cü il tarixli vəsiyyətnamədə 1-ci "İMZA" qrafasındakı imza; həmin vəsiyyətnamənin qeydiyyatdan keşdiyi 00292 nömrəli 2V reyestr jurnalının 23-cü vərəqində "166" sıra nömrəsi qarşısında "Məmmədov Hacı." əlyazmalar qarşısında "Notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzalar" qrafasındakı imza - X11 tərəfindən icra olunmuşdur. Məhkəmə prossesual qənaət prinsipindən çıxış edərək hesab edir ki, miras qoyan X5 miras qalmış əmlaka vəsiyyətnamə üzrə vərəsə olan Cavabdeh2 7/12 payı, mirasdan məcburi pay almaq hüququ olan vərəsələr İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı1 və Cavabdeh3 hər birinin 1/12 payı müəyyən edilməlidir. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. ünvan 3kir Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(076)-589/2016 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. X5 miras qalmış ünvan 3kir şəhəri, H.Aslanov küçəsi, 1 №li ünvanda yerləşən yaşayış evinin vərəsələr İddiaçı4, İddiaçı2, Cavabdeh3, İddiaçı1, İddiaçı3 və Cavabdeh2 tərəfindən qəbul edilməsi müəyyən edilsin. X5 ünvan 3kir şəhəri, Həzi Aslanov küçəsi 1 №-li ünvanda yerləşən fərdi yaşayış evində Cavabdeh2 payı 7/12, İddiaçı4 payı 1/12, İddiaçı2 payı 1/12, İddiaçı3 payı 1/12, Cavabdeh3 payı 1/12, İddiaçı1 payı 1/12 müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci iddiaçılara və cavabdehlərə aid edilməklə 120 (yüz iyirmi) manat pul iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 və cavabdehlər Cavabdeh2, Cavabdeh3 tululub SAP (XİİS), X4, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-3/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-3/2025
20.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver