Məhkəmə qərarları › İş №2(104)-302/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-302/2025

25.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-302/2025 25.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X*0 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 iştirakı ilə, İddiaçı cavabdeh Goranboy rayon Notariat Ofisi və üçüncü şəxslərə qarşı vərəsəlik şəhadətnaməsinin verilmə öhdəliyi qoyulması tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 2(045)-**05/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları *. Qasım İsmayılov rayon ВВАГ şöbəsi tərəfindən verilmiş İ-ЖГ seriyalı 337084 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X*9 arasında nikah 29 noyabr *976-cı ildə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 59 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Allahverdiyeva” soyadı verilmişdir.

2. Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 358834 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə “kardiogen şok” səbəbindən ölmüşdür.

3. Goranboy rayon Notariat ofisinin xüsusi notariusu Xəqani Aslanov tərəfindən verilmiş *6 may 2024-cü il tarixli “notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə” qərarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri X4 qanun üzrə vərəsəsi olaraq yalnız özünün tanınması tələbinin təmin edilməsindən və mərhum əri X3 miras qalan əmlakdan ona tam hissədə pay verilməsindən imtina edilmişdir.

4. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Notariat işindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 ölümü ilə əlaqədar Goranboy rayon Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə miras açılmışdır.

5. İddiaçı Goranboy rayon Notariat Ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, ərindən qalan miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir.

6. Maraqlı şəxs* və X* rayon Notariat Ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, onlar anaları İddiaçı xeyrinə mirasdan imtina etmişlər.

7. Goranboy rayon Notariat Ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs2 ünvanlanmış məktubdan görünür ki, sonuncuya mirasın qəbulu ilə bağlı məsələnin həlli üçün ərizə vermək, yaxud məhkəməyə müraciət etmək təklif olunmuşdur.

8. Maraqlı şəxs2 Goranboy rayon Notariat Ofisinə ünvanlanmış *3.05.2024-cü il tarixli məktubdan görünür ki, Maraqlı şəxs2 miras əmlakın satılmasına və ya kiminsə adına keçirilmıəsinə etiraz etmişdir.

9. 28.*0.2024-cü il tarixli 2V-5** reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi İddiaçıdır və o, miras əmlakda tam hissədə pay almalıdır. Miras əmlak 07.06.20*9-cu il tarixdə X5 verilmiş 5090*3060592-*030* reyestr nömrəli, *8*90*0287 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi *2*.2 kv.m, yaşayış sahəsi 52.3 kv.m, yardımçı sahəsi 68.9 kv.m 3 otaqlı olan fərdi yaşayış evindən və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən ibarətdir. *0. 28.*0.2024-cü il tarixli 2V-5*2 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi İddiaçıdır və o, miras əmlakda tam hissədə pay almalıdır. Miras əmlak Gəncə RQİ və TBŞ tərəfindən verilmiş *8.07.20*3-cü il tarixli AB879897 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi W0L0TGF48W5275407, mühərrik nömrəsi * və buraxılış ili *998-ci il olan Opel Astra minik markalı ** BH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat **. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Goranboy Rayon Notariat Ofisinin üzərinə onun xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri X4 adına olan əmlaklara - ünvan 3 ünvanında yerləşən ev və “Opel Astra” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə dair onun özünə miras əmlaka tam hissədə pay verilməsi şərti ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. *2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.*956-cı il tarixdə Goranboy şəhərində anadan olmuşdur. O, 29 noyabr *976-cı il tarixdə X8 ilə nikah münasibətlərinə daxil olmuş və uzun illər nikah münasibətlərində olmuşlar. Onların bu nikahdan üç övladı - Maraqlı şəxs*, X6 və Maraqlı şəxs2 anadan olmuşdur. Lakin təəssüflər olsun ki, həyat yoldaşı X8 xx.xx.2023-cü il tarixdə dünyasını dəyişmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin 06 ayının *2 günündə 347 nömrə ilə qeyd edilmişdir. Bunu *6 iyun 2023-cü il tarixli, 358834 nömrəli ölüm haqqında şəhadətnamə də, təsdiq edir. Goranboy rayon Notariat Ofisində xx.xx.2023-cü il tarixdə V- *74 reyestrlə açılmış vərəsəlik işindən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 qanun üzrə birinci növbədən vərəsələr sırasından arvadı İddiaçı və üç övladı vardır. Həyat yoldaşı vəfat etdikdən sonra o və iki övladı - Maraqlı şəxs* və X6 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Goranboy Rayon Notariat Ofisinə müraciət etmişlər. Lakin, digər övladı Maraqlı şəxs2 bu işə maraq göstərməmişdir. Onların ərizələrinə əsasən Goranboy rayon Notariat Ofisinin xüsusi notariusu X2 rayon Notariat Ofisində xx.xx.2023-cü il tarixdə V-*74 reyestrlə vərəsəlik işini açmışdır. Bundan sonra mərhumun üç övladından ikisi Maraqlı şəxs* və X6 miras açıldıqdan sonra mirasdan anaları İddiaçı xeyrinə (yəni onun xeyrinə) imtina etmişlər. Bu vərəsəlik işi açıldıqdan sonra notarius hər dəfəsində vaxtı uzadaraq müraciət etməyən digər tərəfi gözlədiyini bildirmişdir. Notarius Maraqlı şəxs2 zəng etdiyini, məktub göndərdiyini bildirərək onu da çağırdığını demiş və onları da, gözlətmişdir. Onlar da, öz növbəsində Maraqlı şəxs2 zəng edərək onun gəlib öz payını götürməsini ona demişlər, lakin Maraqlı şəxs2 onlara da, verdiyi cavablardan görünmüşdür ki, o bu işə maraq göstərməyib. Bütün qeyd etdikləri vərəsəlik işinin materiallarından da, görünür. Bu qayda ilə notarius ** ay bu işi əsassız səbəblərlə yubatmışdır. Onun bu vaxt uzatmasına əsası isə bir vərəsənin müraciət etməməsi olmuşdur. Bu isə qanunsuz bir əsasdır. Müddəalarda qeyd edildiyi kimi digər vərəsəyə dəfələrlə bildiriş göndərilmiş, xəbərdarlıq edilmişdir. Lakin vərəsə bu işdə maraq göstərmədiyi üçün gəlməmişdir. Buna görə də, Mülki Məcəlləsinə əsasən vəfat etmiş X4 adın olan əmlaklara, dair onun özünə miras əmlaka tam hissədə pay verilməsi şərti ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi təmin edilməli idi. Çünki digər övladları mirasdan imtina etmişlər. Lakin cavabdeh bu məsələni gecikdirmiş və digər vərəsəni gözləməyi tələb etmişdir. Onun ilk müraciətdən ** ay keçdikdən sonra yenidən cavabdehə müraciət etmişdir. O, həyat yoldaşı X8 vəfat etdikdən sonra övladlarının ikisi onun xeyrinə mirasdan imtina etdiyinə görə *5.05.2024-cü il tarixli ərizəsi ilə xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri X4 qanun üzrə vərəsəsi olaraq tanınmağın, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin təmin edilməsini tələb etmişdir. Lakin onun bu tələbi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Goranboy Rayon Notariat Ofisi tərəfindən imtina edilmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Goranboy Rayon Notariat Ofisi notariat hərəkətlərinin aparılmasından imtina edilməsinə dair *6 may 2024-cü il tarixli Qərar qəbul edilərək onun xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri X4 qanun üzrə vərəsəsi olaraq tanınmağı tələbinin təmin edilməsindən və mərhum əri X3 miras qalan əmlakdan ona tam hissədə pay verilməsindən imtina edilmişdir. Bu Qərarın əsası olaraq tərəflər arasında mübahisə olduğu qeyd edilmişdir. Lakin onların arasında heç bir mübahisə olmamış, yalnız digər vərəsə Maraqlı şəxs2 bütün dəvət və çağırışlara rəğmən miras payın bölüşdürülməsinə gəlməmişdir. Bu isə onun vərəsəlik şəhadətnaməsi almaq hüququnu məhdudlaşdırmır. Bu məsələ Azərbaycan Respublikası Mülki Məcəlləsində də, qeyd edilib. Cavabdeh onun konstitision hüquqlarını kobud şəkildə pozmuşdur. Qeyd edir ki, onun xx.xx.2023-cü il tarixdə vəfat etmiş əri X4 adına ünvan 3 ünvanında yerləşən ev və “Opel Astra” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Digər övladları onun xeyrinə imtina etdikləri üçün bu əmlaklara dair onun özünə miras əmlaka tam hissədə pay verilməsi şərti ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi təmin edilməli idi. Həmçinin o özü ünvan 3 ünvanında yerləşən evdə yaşayır və bu evdə qeydiyyatdadır. Digər gəlməyən vərəsənin isə bu evə ümumiyyətlə aidiyyəti olmamışdır. O nə, bu evdə yaşayır, nə də, qeydiyyatdadır. *3. Goranboy Rayon Məhkəməsinin 2(045)-**05/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim T.Mustafayev) iddianın təmin edilməsi, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 adına olan əmlaklara - ünvan 3 ünvanında yerləşən ev və “Opel Astra” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı miras əmlaka tam hissədə pay verilməsi şərti ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Goranboy Rayon Notariat Ofisinin üzərinə qoyulması qət edilmişdir. *4. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı X9 mərhum X3 miras qalmış əmlaklara faktiki sahiblik və idarə etməyə başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirərək miarsı tamamilə qəbul etmişdir. Odur ki, iddiaçının tam hissədə paya uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair tələbi əsaslı hesab edilməlidir. *5. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin **57, *243, *30*, *322 və *29*-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri *6. Goranboy Rayon Məhkəməsinin 2(045)-**05/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. *7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı, anası İddiaçı Goranboy rayon Notariat ofisinə qarşı iddia qaldıraraq mərhum atası X4 adına olan əmlaklara (evə və nəqliyyat vasitəsinə) dair onun özünə miras əmlaka tam hissədə pay verilməsi şərtilə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin işə üçüncü şəxs kimi cəlb edilmişdir. Goranboy Rayon Məhkəməsinin 2(045)- **05/2024 nömrəli, 28 avqust 2024-cü il tarixli iddia təmin edilmişdir. İlk növbədə məhkəmə kollegiyasının diqqətinə çatdırmışdır ki, məhkəmə iclaslarında iştirakı təmin edilməmiş, ümumiyyətlə məhkəmənin keçirilməsindən xəbərsiz olmuşdur. Qeydiyyatda olduğu ünvana məhkəmə bildirişləri göndərilməmiş, ona məxsus mobil nömrəyə məhkəmə tərəfindən heç bir sms göndərilməmişdir. Amma çox qəribədir ki, məhkəmə qətnaməsi lazımi rəsmi formada poçt vasitəsilə **.*0.2024-cü il tarixdə rəsmi qaydada ona çatdırılmışdır. İddia ərizəsində və məhkəmə qətnaməsində onunla bağlı qeyd olunanlar, xüsusilə guya “vərəsəlik işinə maraq göstərməməyi” həiqətdən uzaq, yalan məlumatdır. xx.xx.2023-cü il tarixdə atası X7 vəfat edəndən sonra anası və qardaşları ilə vərəsəlik məsələsini danışmış, onlar onun öz miras payını almaq niyyətini bəlli bilmiş, mərhumun “il mərasimin”dən sonra sənədləşmə işlərinə başlayacaqlarına razılaşmışlar. Lakin sonradan öyrənmişdir ki, anası və kiçik qardaşı Maraqlı şəxs* ondan xəbərsiz gizlicə atasının “qırx mərasimi” gözləmədən rayondakı notariusa yaxınlaşaraq vərəsəlik işi açdırmışlar. Bununla bağlı anası və qardaşı ona heç nə bildirməmişlər. Mərhumun qanun üzrə vərəsəsi kimi ancaq xx.xx.2024-cü il tarixdə ona ünvanlanmış Goranboy rayon Notariat ofisinin xüsusi notariusu Xəqani Aslanovun məktubunu poçtdan aldıqdan sonra həmin notariusa xx.xx.2024-cü il tarixli məktub göndərərək, mərhum atasından qalan mirasın satılmasına və hər kiminsə adına keçirilməsinə etiraz etdiyini, qanuni vərəsə kimi hüquqlarının və qanunun tələblərinin rəhbər tutulmasını xahiş etmişdir. Onun həmin məktubundan sonra notarius haqlı olaraq *6.05.2024-cü il tarixdə notariat hərəkətlərindən imtina edilməsi barədə qərar qəbul etmiş və vərəsələr arasında mübahisə olduğunu göstərmişdir. Lakin iddiaçı öz maraqları naminə guya vərəsələr arasında mübahisənin olmadığını iddia edərək notariusu məhkəməyə vermiş, məhkəmə işində adı üçüncü şəxs kimi keçsə də, heç bir formada iştirakı təmin olunmamış, məhkəmə qətnaməsini aldıqdan sonra belə bir məhkəmə işinin keçirildiyini bilmişdir. Məhkəməmənin hüquqları pozulmaqla keçirilmiş, mirası qəbul müddətinin ötürülməsi səbəbi araşdırılmamış, məhkəmədə iştirakı və müddətin ötürülməsinin üzrlü hesab edilməsi barədə ərizə verməyi üçün şərait yaradılmamışdır. İddiaçının mənafeyinə uyğun qətnamə qəbul edilmiş, məhkəmə işində qəsdən iştirakı təmin edilməmişdir. Rəsmi qeydiyyatda olduğu və yaşadığı Bakı şəh., Y.Yasamal-2, 7-ci Alatava küç., ev 62, mənzil ** ünvanına heç bir məhkəmə bildirişi daxil olmamışdır. Məhkəmə ona rəsmi qaydada bildiriş göndərməmiş və ya göndərilsə belə ona bildiriş qəsdən çatdırılmamışdır. Məhkəmə qətnaməsi əsaslı hesab edilə bilməzdi. Çünki, çəkişmə prinsipi təmin edilməmiş, ən əsası iştirakı olmadan vərəsə kimi maraqlarıma toxunan qanunsuz qətnamə çıxırılmışdır. Bununla da, ədalətli məhkəmə araşdırılması hüququ pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi qanuni və əsaslı hesab edilə bilməzdi. Məhkəmə işə iştirakı olmadan baxmışdır. Halbuki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əksetdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə tərəfindən ona bildiriş göndərilməmiş, məhkəmə icraatında heç bir formada iştirakı təmin edilməmişdir. Heç bir bildiriş ona çatdırılmamışdır. Məhkəmə qətnaməsi obyektiv olmayan və həqiqəti əks etdirməyən iddiaçının mənafeyini əsas götürərək iddianı təmin etmişdir. Məhkəmə iş üzrə obyektiv araşdırma aparmamışdır. Məhkəmənin gəldiyi nəticə ilə razı deyildir. Məhkəmə tərəfindən iddia tələbinə münasibəti öyrənilmədən qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işın həqiqi halları aşkara çıxarılmamış, hakim iddianı təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir.

*8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları *9. Məhkəmə kollegiasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hamısı bir olub, onu evdən qovmağa çalışırlar. Onlar razılaşmışlar ki, atasının yas mərasimindən sonra miras barədə danışsınlar. Anasını qardaşı məcbur etmişdir. Yas mərasimində iştirak etmiş və atasının il mərasiminə qədər anasına iki dəfə baş çəkmişdir. Atası öləndən sonra onun maşınını qardaşı idarə etmişdir. Anası qırx mərasimindən sonra notariusa getməyi təklif etsə də, o, bunu düzgün hesab etməmişdir. Sonra isə anası və qardaşının getdiyini bilmişdir. Evi qardaşının adına keçirmək istəyirlər. Ev qardaşının adına keçsə, o, evi satacaqdır. O, isə ata yurdunun satılmasını istəmir. Məkhəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, o, mirasdan imtina etməmişdir. Miras qəbulu ilə bağlı notariusa ərizə verməmişdir. Varis kimi tanınmaq istəmişdir.

20. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahat verib bildirmişdir ki, 3 oğlu və o, vərəsə kimi qalmışdır. Digər oğlanları notariusda imtina vermişlər. Yas mərasimində onun kiçik oğlu maddi köməklik göstərmişdir. Yas mərasimini keçirmək üçün kredit götürmüşdür. Hazırda da, həmin krediti ödəyir. Nə Fəxri, nə dəki ortancıl oğlu yas mərasimini yola verməyə maddi cəhətdən kömək etmirlər. Kiçik oğlundan başqa krediti ödəməyə də, kömək etmirlər. Fəxri onu nəvələri ilə də, danışmağa qoymur. Fəxri mirasın, evin və maşının idarə olunmasında iştirak etməmişdir. Deyilənlərə əsasən, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. 2*. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

22. Məhkəmə kollegiyasının *8.02.2025-ci il tarixli iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 apellyasiya şikayətinə qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

23. Maddə **33. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

24. Maddə **59.*. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

25. **59.*.*. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

26. Maddə *243.*. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

27. Maddə *243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

28. Maddə *243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

29. Maddə *255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

Notariat haqqında Azərbaycan Respublikasının Qanunu:

30. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. 3*. Maddə 58. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir.

32. Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır.

33. Maddə 60. Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə 4.*. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

35. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 8*. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 384.0.*. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri 4*. MPM-in 372.*. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

42. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Hazırkı apellyasiya şikayətində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2vtərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Goranboy Rayon Məhkəməsinin 2(045)-**05/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

46. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 29 noyabr *976-cı il tarixdə X8 ilə nikah münasibətlərinə daxil olmuş və onların bu nikahdan üç övladı - Maraqlı şəxs*, X6 və Maraqlı şəxs2 anadan olmuşdur. İddiaçının əri X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İddiaçı Goranboy rayon Notariat ofisinə vəfat etmiş əri X4 qanun üzrə vərəsəsi olaraq yalnız özünün vərəsə kimi tanınmasını və mərhum ərindən miras qalan əmlaklara dair yalnız onun özünə miras əmlaka tam hissədə pay verilməsini xahiş etmişdir. Mərhumun üç övladından ikisi - Maraqlı şəxs* və X6 miras açıldıqdan sonra mirasdan anaları, yəni İddiaçı xeyrinə imtina etmişlər. Lakin digər övladı Maraqlı şəxs2 vərəsəliyə çağırılmasına baxmayaraq, mirası bölüşdürmək niyyəti barədə və ya iştirak etmək arzusu barəsində Notariat kontoruna məlumat verməmişdir. Bu səbəbdən Goranboy rayon Notariat ofisi notariat hərəkətlərinin aparılmasından imtina etmiş, iddiaçı vərəsəlik şəhadətnaməsinin verilmə öhdəliyinin notariat ofisinin üzərinə qoyulmasını tələb etmişdir.

47. Məhkəmə kollegiyası ilk növbədə apellyasiya şikayətinin çəkişmə prinsipinin pozulması barədə dəlilləri ilə bağlı qeyd edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 iş üzrə iddiaçı və cavabdeh olmamış, birinci instansiya məhkəməsi tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində *6.07.2024-cü il tarixli məhkəmə iclasında işə cəlb edilmişdir. Bundan sonra, məhkəmə bildirişi onun ünvan 6 ünvanına, daha sonra isə məhkəmə qətnaməsi onun müəyyən edilən və özünün də qeyd etdiyi Bakı şəhəri Yeni Yasamal 2, 7-ci Alatava küçəsi ev 62, mənzil ** göndərilmişdir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Notariat işinin materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 ölümü ilə əlaqədar Goranboy rayon Notariat Ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə miras açılmışdır. Həmin tarixdə mərhumun həyat yoldaşı İddiaçı ərizə verərək ərindən qalan miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, mərhumun övladları Maraqlı şəxs* və X6 anaları İddiaçı xeyrinə imtina etmişlər. Notariat orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs2 mirasın qəbulu ilə bağlı məsələnin həlli üçün ərizə vermək, yaxud məhkəməyə müraciət etmək təklif olunmuş, *3.05.2024-cü il tarixli məktubla Maraqlı şəxs2 satılmasına və ya kiminsə adına keçirilmıəsinə etiraz etmişdir. 28.*0.2024-cü il tarixli 2V-5** reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi İddiaçıdır və o, miras əmlakda tam hissədə pay almalıdır. Miras əmlak 07.06.20*9-cu il tarixdə X5 verilmiş 5090*3060592-*030* reyestr nömrəli, *8*90*0287 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi *2*.2 kv.m, yaşayış sahəsi 52.3 kv.m, yardımçı sahəsi 68.9 kv.m 3 otaqlı olan fərdi yaşayış evindən və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən ibarətdir. 28.*0.2024-cü il tarixli 2V-5*2 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi İddiaçıdır və o, miras əmlakda tam hissədə pay almalıdır. Miras əmlak Gəncə RQİ və TBŞ tərəfindən verilmiş *8.07.20*3cü il tarixli AB879897 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi W0L0TGF48W5275407, mühərrik nömrəsi * və buraxılış ili *998-ci il olan Opel Astra minik markalı ** BH *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər vərəsələrin Maraqlı şəxs2 aldadaraq miras əmlaka sahiblənməklərinə dair dəlili ilə bağlı qeyd edir ki, iddiaçı ifadəsində bildirmişdir ki, məhkəmə iclasında atasının dəfn mərasimində iştirak etmiş, mirasın qəbulu ilə bağlı atasının il mərasiminin keçməsini gözləməyə dair razılaşmaları, lakin digər vərəsələrin razılaşmanı pozaraq onun xəbəri olmadan mirasın qəbulu üçün müraciət etdiklərini göstərmişdir. İş materialları ilə müəyyən olunur ki, digər vərəsələr mirasın açılmasından * ay müddət ötməmiş notariat orqanına müraciət etmişlər. Həmçinin, iş materialları ilə o da, müəyyən olunur ki, notariat orqanı həmin müddətdə Maraqlı şəxs2 məlumatlandırmış və mirasın qəbulu ilə bağlı müraciət etməsinə şərait yaratmışdır. Göründüyü kimi, Maraqlı şəxs2 özünün də, ifadəsi ilə onun mirası nə rəsmi, nə də ki, faktiki qəbul etmədiyi müəyyən olunmuşdur.

50. Bu baxımdan kollegiya qeyd edir ki, mirasqoyan mərhum X4 adına ünvan 3 ünvanında yerləşən ev və “Opel Astra” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Digər övladları onun xeyrinə imtina etdikləri üçün bu əmlaklara dair iddiaçıya miras əmlaka tam hissədə pay verilməsi şərti ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin təmin edilməsi barədə birinci instansiya məhkəməsi haqlı və düzgün nəticəyə gəlmişdir. 5*. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi : Goranboy Rayon Məhkəməsinin 2(045)-**05/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 2(045)-**05/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar