Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-306/2024 12.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (maraqlı şəxs Göygöl rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası) ərizəsi üzrə QƏTNAMƏSİ Açar sözlər: şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, ekspert rəyi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X9 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Ərizəçi, onun vəkili X5 və Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Göygöl rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)- 919/2021 nömrəli qətnaməsindən Maraqlı şəxs2 nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 12 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Xanlar rayonu Yeni Əlibayramlı kənd soveti tərəfindən verilmiş 25 oktyabr 1983-cü il tarixli, İİİ-ЖГ seriyalı, 303863 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X15 arasında Xanlar rayonu Yeni Əlibayramlı kənd sovetində 25 oktyabr 1983-cü il tarixdə 21 nömrə ilə qeydə alınmış nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə “Aslanov”, arvada “Aslanova” soyadları verilmişdir.
2. Azərb.CCP Xanlar rayon X27 kənd soveti tərəfindən verilmiş X-ЖГ seriyalı, 267137 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1984cü il tarixdə Xanlar rayonunun Əzizbəyov kəndində anadan olmuşdur, atası X15, anası isə Ərizəçidır.
3. Azərbaycan Respublikası ASAN-GƏNCƏ tərəfindən verilmiş AZE seriyalı, ******** nömrəli, xx.xx.2015-ci il tarixli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Xanlar rayonunun Əzizbəyov kəndində anadan olmuşdur və Göygöl rayon Hacıməlik qəsəbəsində qeydiyyatdadır.
4. AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 22 aprel 1984-cü il tarixdə anadan olmuşdur.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixiatriya Xəstəxanası tərəfindən verilmiş stasionar xəstənin tibbi kartasının çıxarışın surətindən görünür ki, X4 kəllə-beyin travmasında sonraki dayanıqlı ruhi pozulmalar, qıcolma tutmaları, orta debillik dərəcəsində olan ağıl zəifliyi və şəxsiyyət dəyişkənliyi ilə müalicə almışdır.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 20 nömrəli aktdan görünür ki, Xanlar rayonu Əzizbəyov küçəsi, 1984-cü il təvəllüdlü X6 rayon Hərbi Komissarlığının xx.xx.2011-ci il tarixli 4/10 saylı göndərişinə əsasən xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci ilədək X30 Dispanserində təkrar müayinə olunmuş, ona keçirmiş kəllə-beyin travmasından sonraki yaranmış dayanıqlı və təkrarlanan psixi pozulmalar, qıcolma tutmaları, orta debillik dərəcəsində olan ağıl zəifliyi və şəxsiyyət dəyişkənliyi diaqnozu qoyulmuşdur.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tovuz rayonu Qovlar şəhəri "xxxx" MMC tərəfindən verilmiş 091753 saylı xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdan (Epikrizdən) görünür ki, X7 toksiki zob diaqonozu ilə klinikaya qəbul olunmuş, xəstə kafi vəziyyətdə yaşayış yeri üzrə ambulator müşahidəyə yazılmışdır.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2021-ci il tarixli, 170 nömrəli rəyinə əsasən, 22 aprel 1984-cü il təvəllüdlü X1 kəllə-beyin travmasından sonra əmələ gələn ağıl zəifliyi, davranış pozğunluğu ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.2 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində olmaması üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab oluna bilməsi müəyyən edilmişdir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024cü il tarixli, 1017 nömrəli rəyindən görünür ki, X12 üzvi (keçirilmiş kəllə beyin travması nəticəsində yaranmış) şəxsiyyət pozuntusu, davranış pozuntuları və intellektin enməsi əlamətləri ilə formasında pisixi xəstəlik müəyyən edilir. Yoxlanılan şəxs hal-hazırda qoruyucu psixiatrik müalicəni (Amitriptilin, Qrandaksin, Finlepsin) qəbul etdiyi üçün onda aşkar edilən şəxsiyyət pozuntusu özü və ətrafdakılar üçün təhlükə əhəmiyyəti kəsb etmir. Yoxlanılan şəxsdə aşkar edilən üzvi (keçirilmiş kəllə beyin travması nəticəsində yaranmış) şəxsiyyət pozuntusu, davranış pozuntuları və intellektin enməsi əlamətləri ilə diaqnozu psixi pozuntu ilə əlaqədar o, öz hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarında deyildir. Buna görə də X16 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
10. Ərizəçi (maraqlı şəxs Göygöl rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, 22 aprel 1984-cü ildə Göygöl rayonun Hacıməlik qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, Göygöl rayonun Hacıməlik qəsəbəsində yaşayan X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əri X15 ilə 1983-cü ilin iyun ayının 12günündə də el adəti ilə toy edib nikah orqanlarında nikah qeyd edilmədən bir yerdə yaşamaqla bir təsərrüfatı idarə etmişlər. Bu nikah Göygöl (Xanlar) rayonun Yeni- Əlibayramlı kənd sovetində nikah bağlanması akt qeydi kitabında qeyd 1983-cü ildə qeyd edilmişdir. X19 ilə rəsmi nikahdan 22 aprel 1984-cü il tarixdə X10 və xx.xx.1985-ci il tarixdə X13 anadan olmuşdurlar. X10 xəstədir, yəni özünü idarə edə bilmir, öz-özünə daima danışır, bir çox hallarda öz hərəkətlərinin mənasını anlaya bilmir. X29 dəfələrlə Gəncə Ruhi-Əsəb Dispanserində kəllə-beyin travmasından yaranmış dayanıqlı və təkrarlanan psixi pozulmalar, qıcolma tutmaları, orta debillik dərəcəsində olan ağıl zəifliyi, şəxsiyyət dəyişkənliyi diaqnozu ilə müayinə və müalicə olunmuşdir. Hal-hazırda da həmin tibb müəsisəsində göstərilən xəstəliklə əlaqədar qeydiyyatdadır. X29 ruhi xəstədir, başqasının köməyinə ehtiyacı olduğundan qanunla müəyyən olunmüş hüquqlardan istifadə edə bilmir.
12. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-919/2021 nömrəli qətnaməsi ilə (hakim Qələmdar Abbasov), ərizənin qismən təmin edilməsi, 22 aprel 1984cü təvəllüdlü X3 kəllə beyin travmasında sonra əmələ gələn ağıl zəifliyi, davranış pozğunluğu ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.2 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində olmaması üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir.
13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227, 237 və 317-319-cu maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
14. Maraqlı şəxs2 nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-919/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Rauf Aslanovun fəaliyyət qabiliyyətsiz olması barədə iddia qaldırılan vaxt Göygöl Məhkəməsinin icraatında bir neçə iddia olmuşdur və həmin iddialar üzrə də Rauf Aslanov cavabdeh və iddiaçı qismində şəxsən iştirak etmişdir və məhkəmənin də bundan məlumatı olmuşdur. X25 2008-ci ildə rəsmi nikaha daxil olmaqla 15 il bir yerdə yaşamışlar və birgə nikahlarından 2008-ci ildə Şəhriyar, 2011-ci ildə Mahəddin və 2020-ci ildə Hüseyn adlı övladları doğulmuşdur. Onlar ailə kimi yaşadıqları 15 il ərzində o Rauf Aslanovun bir dəfə də olsun psixi probleminin olmasını görməmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-428/2021 saylı qətnaməsinə əsasən nikahları ləğv edilib və azyaşlı uşaqlar onun himayəsində saxlanılmaqla 18 yaşına çatana kmi uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 100 manat, cəmi 300 manat alimentin tutulması qət edilmişdir. Bundan sonra Rauf Aslanovun anası məhkəməyə müraciət edərək oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsini xahiş etmişdir. Məhkəmə isə ərizəni təmin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, o, X16 ilə 2008-ci ildə rəsmi nikaha daxil olmaqla 15 il bir yerdə yaşamışlar və birgə nikahlarından 2008-ci ildə Şəhriyar, 2011-ci ildə Mahəddin və 2020-ci ildə Hüseyn adlı uşaqları doğulmuşdur. Daha sonra baş verən narazılıqlara görə ayrılmışlar və Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-428/2021 saylı qətnaməsinə əsasən, nikahları pozulması və azyaşlı uşaqlar onun himayəsində saxlanılmaqla 18 yaşına çatana kmi uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 100 manat, cəmi 300 manat alimentin tutulması qət edilmişdir. Lakin, hazırda alimenti normal ödəmir. O Rauf Aslanovun bir dəfə də olsun ki, psixi probleminin olmasını görməmişdir. Çünki, sonuncu birgə nikah dövründə psixi problemləri olmamışdır və hazırda da sağlamdır. Fəaliyyət qabiliyəti olan şəxs kimi şəhərdə gəzir, uşaqları ilə görüşür və onların məktəblərinə gedir. Həmçinin, yaxın zamanlarda X26 Federasiyana getmişdir. Bundan sonra ərizəçi məhkəməyə müraciət edərək oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsini xahiş etmişdir. Bununla da aliment öhdəliyindən yayınmaq istəmişdir. Odur ki, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, X16 onun oğludur. Rauf Aslanov fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Çünki, etdiyi bir çox hərəkətləri başa düşmür. Onun qayğısına özü qalır və bütün tələbatlarını qarşılayır. Odur ki, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin vəkili X8 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir
20. İş üzrə maraqlı şəxs Göygöl rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
29. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
30. Maddə 305.1.3. Məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır.
31. Maddə 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır.
32. Maddə 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir
33. Maddə 319. Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər
34. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
37. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
40. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
42. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-919/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. İş materiallarından göründüyü kimi, iddiaçı oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunmasının tələb edir. Şəxsin öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olub-olmamasını bu sahədə xüsusi biliyə malik olan ekspertlər müəyyən edilə bilər.
45. Azərbaycan Respublikasının MPM-in 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məcburi qaydada məhkəməpsixiatriya ekspertizası təyin etməlidir.
46. Qanunun tələbindən göründüyü kimi şəxsin psixi qüsuru barədə işdə kifayət qədər məlumatın olması onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qərar qəbul etmək üçün deyil, müvafiq ekspertiza təyin etmək üçün əsasdır. Çünki, şəxsin psixi vəziyyəti, o cümlədən onun öz hərəkətlərinin mənasını başa düşüb-düşmədiyi və ya öz hərəkətlərinə rəhbərlik edə bilib-bilmədiyi yalnız həkim ekspert tərəfindən müəyyən edilə bilər. Yalnız ekspert rəyi ilə bu halların mövcudluğu təsdiq edildiyi halda məhkəmə şəxsi fəaliyyət qabiliyyəti olmayan hesab edə bilər.
47. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024cü il tarixli, 1017 nömrəli rəyindən görünür ki, X12 üzvi (keçirilmiş kəllə beyin travması nəticəsində yaranmış) şəxsiyyət pozuntusu, davranış pozuntuları və intellektin enməsi əlamətləri ilə formasında pisixi xəstəlik müəyyən edilir. Yoxlanılan şəxs hal-hazırda qoruyucu psixiatrik müalicəni (Amitriptilin, Qrandaksin, Finlepsin) qəbul etdiyi üçün onda aşkar edilən şəxsiyyət pozuntusu özü və ətrafdakılar üçün təhlükə əhəmiyyəti kəsb etmir. Yoxlanılan şəxsdə aşkar edilən üzvi (keçirilmiş kəllə beyin travması nəticəsində yaranmış) şəxsiyyət pozuntusu, davranış pozuntuları və intellektin enməsi əlamətləri ilə diaqnozu psixi pozuntu ilə əlaqədar o, öz hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarında deyildir. Buna görə də X16 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
48. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən ekspert rəyinə istinad edərək qeyd etmişdir ki, X16 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan hesab edilir və bu səbəbdən ərizənin təmin edilməsi qanunidir.
49. Lakin, maraqlı şəxs Nuranə X2 fəaliyyət qabiliyyəti olan şəxs olduğunu hesab bildirir. Bu halda sübutetmə yükü maraqlı şəxsin üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
51. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
52. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, maraqlı şəxs irəli sürdüyü dəlilləri təsdiq edə biləcək sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.
53. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
56. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyil.
58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Maraqlı şəxs2 nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-919/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.