Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-323/2024 12.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) X17 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının və miras əmlakdakı payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 2(042)-854/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, mərhum X3ndan miras qalmış, Gədəbəy rayonu Arıxdam kəndində yerləşən, DƏDRX tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli elektron Çıxarış əsasında ümumi birgə mülkiyyətdə olan 0.10 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin 1/3 hissəsi hissəsindən, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron Çıxarış əsasında ümumi birgə mülkiyyətdə olan 0.3462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsi hissəsindən və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron Çıxarış əsasında ümumi birgə mülkiyyətdə olan 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsi hissəsindən ibarət miras əmlaka qanun üzrə vərəsə olaraq tam hissə vərəsəlik payının müəyyən edilməsi, həmin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsi və mərhum atası X10 miras qalmış, Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən, DƏDRX tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli elektron Çıxarış əsasında ümumi birgə mülkiyyətdə olan 0.10 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin 1/3 hissəsindən və bütövlükdə 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron Çıxarış əsasında ümumi birgə mülkiyyətdə olan 0.3462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsi hissəsindən və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron Çıxarış əsasında ümumi birgə mülkiyyətdə olan 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsindən barət miras əmlakların hər birinin ½ (ikidə bir) hissəsinə, yəni yarısına məcburi payının müəyyən edilməsi və müəyyən edilmiş məcburi payın onun tərəfindən faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 2(042)-854/2023 nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələbləri qismən təmin edilərək, İddiaçı Quran oğlu tərəfindən X3ndan miras qalmış Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən 0.10 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin 1/3 hissəsindən 1/2 hissədə, 0.3462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsindən 1/2 hissədə və 0.05 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin 1/3 hissəsindən ½ hissədə payının müəyyən edilməsi; Həmin miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi; İddiaçı tərəfindən atası X10 miras qalmış, Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən 0.3462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsindən 1/2 hissədə, 0.05 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin 1/3 hissəsindən 1/2 hissədə və 0.10 ha həyətyanı torpaq sahəsində yerləşən yaşayış evindən ibarət miras əmlakda 1\2 hissədə payının müəyyən edilməsi və həmin miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyasında icraat zamanı X13 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X19 ilə X3 1973-cü ildə evlənmişlər, 29 noyabr 1974-cü il tarixdə onlar nikah bağlamışlar. Valideynlərinin birgə nikahından o və qardaşı X13 doğulmuşdur. X3 23 fevral 2019-cu il tarixdə, atası X19 isə 03 iyul 2021-ci il tarixdə ölmüşlər. Atası və anasının sağlığında onların Gədəbəy rayonu, Arıxdam kəndində həyətyanı və pay torpaq sahələri olmuş, onlar həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikdirmişlər. O, valideynləri ilə birlikdə yaşadığına görə torpaq sahələri atasının, anasının və onun birgə mülkiyyətinə verilmişdir. Valideynlərinin ölümündən sonra torpaq sahələri və fərdi yaşayış evinə dair mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Mərhum atası X10 qalmış miras əmlaka Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən 0.10 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin 1/3 hissəsi bütövlükdə, 0.10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi, 0.3462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsi və 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsi daxildir. Mərhum X3ndan qalmış miras əmlaka isə Gədəbəy rayonu Arıxdam kəndində yerləşən 0.10 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin 1/3 hissəsi, 0.3462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsi və 0.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daxildir. Valideynlərinə o, baxıb qulluq etmişdir. Valideynləri vəfat edəndə onların bütün dəfn xərclərini o çəkmişdir. Atasının və anasının ölümündən sonra onlardan qalmış miras əmlak olan həmin fərdi yaşayış evini, evin yerləşdiyi həyətyanı torpaq sahəsini və kənd təsərrüfatı təyinatlı torpaq sahələrini faktiki olaraq o, miras kimi qəbul etmiş, miras əmlak üzərində sahiblik və istifadəni həyata keçirtmişdir. O, miras mülkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Gədəbəy rayon notariat ofisinə müraciət etmiş, lakin qızı Cavabdeh mübahisə yaratdığına görə notariat ofisi ona 27 iyul 2023-cü il tarixdə imtina məktubu verərək, ona bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsini bildirmişdir. İş materaillarında olan: Nikah haqqında şəhadətnamədən görünür ki, X19 ilə X11 29 noyabr 1974-cü il tarixdə nikah bağlamışlar. Nikah bağladıqdan sonra arvada Mahmudova soyadı verilmişdir; arayışdan görünür ki, İddiaçı xx xxxx 1975-ci il tarixdə doğulmuşdur. Atası qrafasında X19, ana qrafasında isə X18 qeyd edilmişdir; natamam orta təhsil haqqında şəhədətnamənin surətindən görünür ki, 1974-cü il təvəllüdlü X1 rayonu Arıxdam kəndində orta təhsil almışdır; arayışdan görünür ki, X18 12 mart 2019-cu il tarixdə ölmüşdür; ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 03 iyul 2021-ci il tarixdə ölmüşdür; Gədəbəy Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(042)-830/2022 saylı qətnaməsinin surətindən görünür ki, mərhum X10 miras qalmış Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən JN-245A KOD 50532018 saylı “Torpağın mülkiyyətə verilməsidə dair” Şəhadətnaməyə əsasən, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 17 saylı qərarı ilə X14, X8 və İddiaçı ümumi birgə mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 1/3 hissəsinə iddiaçı Cavabdeh vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınmış, onun qeyd olunan mirası faktiki olaraq qəbul etməsi müəyyən edilmiş və həmin torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh payı müəyyən edilmişdir. Həmin qətnamənin təsviri hissəsindən görünür ki, Gədəbəy rayonu Arıxdam kəndində yaşayan X19 tərəfindən Gədəbəy rayon notariat ofisində verilmiş reyestrdə 2V- 184 № ilə qeyd edilmiş xx.xx.2019-cu il tarixli vəsiyyətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X19 ölən günədək ona məxsus olan Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən evini, həyətyanı torpaq sahəsini, çöl torpaq sahəsini və adına nə varsa hamısını nəvəsi Cavabdeh vəsiyyət etmiş, qalan vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 26 iyul 2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli və **********82-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanındakı 0.10 ha həyətyanı torpaq sahəsinə X19, X18 və İddiaçı 1/3 hissə ümumi birgə mülkiyyət hüquqları, torpaq sahəsinin üzərində yerləşən 277.20 kv.m fərdi yaşayış evinə isə X14 tam həcmdə mülkiyyət hüququ qeydə alınmışdır; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 22 iyun 2022-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli və **********58 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu Arıqdam kəndində yerləşən 0.3462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X19, X18 və İddiaçı ümumi birgə hüquqları qeydə alınmışdır; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 22 iyun 2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli və **********83 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu Arıqdam kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinə X19, X18 və İddiaçı ümumi birgə mülkiyyət hüquqları qeydə alınmışdır; Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən nəzərə alınmamışdır ki, hazırki mülki iş üzrə iddia tələbi iki hissədən ibarətdir - torpaq sahələrinə dair mirası qəbul etməsi faktının və payın müəyyən edilməsi. Həmçinin hər iki tələb faktiki olaraq hüquqi əhəmiyyətli faktlarların müəyyən edilməsindən ibarətdir. Apellyasiya şikayəti üzrə izahatlar: 16 yanvar 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, nənəsi Dürrü Mahmudova 2019-cu ildə, babası Qurban Mahmudov isə 2021-ci ildə ölmüşdür. Sonuncu ölməmişdən əvvəl mülkiyyətində olan əmlaklara dair onun adına vəsiyyətnamə vermişdir və digər vərəsələrini miras əmlakdayı paydan məhrum etmişdir. 2019-cu ilə atası İddiaçıla mərhum babası Qurban Mahmudov arasında mübahisə başlamışdır. X2 Çin Xalq Respublikasında həbsdədir. Ancaq miras əmlak olan fərdi yaşayış evini əmisi Rövşən Mahmudov inşa etdirmişdir. 16 yanvar 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, onun mübahisəli əmlaklar üzərində öz payı vardır. X28 2019-cu ildə, atası Qurban Mahmudov isə 2021-ci ildə vəfat etmişlər. O. valideyinlərinin 1-ci növbə vərəsəsi olmaqla miras qalmış əmlaklardan onunda payı vardır. Valideyinlərinin birgə nikahlarından o və digər qardaşı Rövşən Mahmudovdur. Qardaşı Rövşən hazırda Çin Xalq Respublikasında həbsdədir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək vermiş olduğu izahatına əlavəsi olmadığını bildirmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) X22 da apellyasiya şikayətini müdafiə edərək nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hazıkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X19 ilə X11 29 noyabr 1974-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar və nikahdan sonra arvada Mahmudova soyadı verilmişdir. Onların birgə nikahlarından İddiaçı və X13 adlı iki uşaqları anadan olmuşdur. X19, X18 və İddiaçı ünvan 1 ünvanında 0.10 ha həyətyanı torpaq sahəsi, Gədəbəy rayonu Arıqdam kəndində yerləşən 0.3462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Gədəbəy rayonu Arıqdam kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsini əldə etmişlər və həmin əmlaklar onların hər birinin 1/3 hissə ümumi birgə mülkiyyətində olmuşdur. Həmçinin ünvan 1 ünvanındakı 0.10 ha həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş 277.20 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X14 adına qeydə alınmışdır. X18 12 mart 2019-cu il tarixdə ölmüşdür və ölümündən sonra onun birinci növbəli vərəsələri - əri X19, oğulları İddiaçı və X13 olmuşdur. Adları qeyd olunan vərəsələr miras qoyan Dürrü Mahmudovadan qalmış mirasın qəbulundan imtina etməmişlər. Miras qoyan Dürrü Mahmudovadan miras qalan əmlak ünvan 1 ünvanında 0.10 ha həyətyanı torpaq sahəsinin, Gədəbəy rayonu Arıqdam kəndində yerləşən 0.3462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Gədəbəy rayonu Arıqdam kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsindən ibarət olmuşdur. Bundan başqa, X19 tərəfindən Gədəbəy rayon notariat ofisində verilmiş reyestrdə 2V-184 № ilə qeyd edilmiş xx.xx.2019-cu il tarixli vəsiyyətnamə ilə sonuncu ölən günədək ona məxsus olan Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən evini, həyətyanı torpaq sahəsini, çöl torpaq sahəsini və adına nə varsa hamısını nəvəsi Cavabdeh vəsiyyət etmişdir. X19 isə 03 iyul 2021-ci il tarixdə ölmüşdür. Sonuncunun ölümündən sonra onun qanun üzrə birinci növbəli vərəsələri – oğulları İddiaçı və X13, o cümlədən vəsiyyətnamə üzrə vərəsəsi Cavabdeh olmuşdur. Adları qeyd olunan vərəsələr miras qoyan X10 qalmış mirasın qəbulundan imtina etməmişlər. Miras qoyan X10 miras qalan əmlak Gədəbəy rayonu Arıqdam kəndində yerləşən 0.3462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Gədəbəy rayonu Arıqdam kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin, ünvan 1 ünvanında 0.10 ha həyətyanı torpaq sahəsinin bir hissəsi, həmçinin sonuncu qeyd olunan torpaq sahəsinin üzərində inşa edilmiş 277.20 kv.m fərdi yaşayış evindən ibarət olmuşdur. Həmçinin müəyyən olunur ki, Gədəbəy Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(042)-830/2022 nömrəli qətnaməsi ilə Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən X14, X8 və İddiaçı ümumi birgə mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin mərhum X10 miras qalmış 1/3 hissəsinə iddiaçı Cavabdeh vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınmış, onun qeyd olunan mirası faktiki olaraq qəbul etməsi müəyyən edilmiş və həmin torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh payı müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, hİşin hallarından göründüyü kimi, iddiaçı X12 tələb etdiyi əşyaların ona məxsus əmlaklar olduğuna əsaslanaraq cavabdeh X9 tələb edir. Məhkəmə kollegiyası bununla bağlı qanunvericliyin aşağıda qeyd olunan normalarını qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsində deyilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, miras qoyanların ölməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından mübahisəyə 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2. maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1201-ci maddəsinə əsasən Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir Qeyd edilməlidir ki, vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikas Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. X16 Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Hazırkı işdə həm 23 fevral 2019-cu il tarixdə ölmüş X5, həm də 03 iyul 2021-ci il tarixdə ölmüş X10 miras qalmış əmlakın bölünməsi tələb edilir. Məhkəmə kollegiyası Dürrü Mahmudovanın mirasının digər miras qoyan Qurban Mahmudovun mirasından daha əvvəl açıldığını və sonuncunun da miras qoyan Dürrü Mahmudovanın qanun üzrə birinci növbəli vərəsəsi olmasını nəzərə alaraq qeyd edir ki, ilk növbədə miras qoyan Dürrü Mahmudovadan miras qalmış əmlak onun vərəsələri arasında bölüşdürülməlidir. İşin mübahisəsiz hallarıdır ki, miras qoyan X18 12 mart 2019-cu il tarixdə ölmüşdür və ölümündən sonra onun birinci növbəli vərəsələri - əri X19, oğulları İddiaçı və X13 olmuşdur. Adları qeyd olunan vərəsələr miras qoyan Dürrü Mahmudovadan qalmış mirasın qəbulundan imtina etməmişlər. Miras qoyan Dürrü Mahmudovadan miras qalmış əmlak ünvan 1 ünvanında 0.10 ha həyətyanı torpaq sahəsinin, Gədəbəy rayonu Arıqdam kəndində yerləşən 0.3462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Gədəbəy rayonu Arıqdam kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsi olmuşdur. Məhkəmə kollegiyası miras qoyan Dürrü Mahmudovanın miras kütləsinin həcmini və vərəsələrinin sayını nəzərə alaraq qeyd edir ki, qanun üzrə birinci növbə vərəsələr X19, İddiaçı və X6 hər birinin Dürrü Mahmudovanın miras əmlakından (1/3: 3=3/9) 3/9 hissədə vərəsəlik payları vardır. Həmin əmlaklar üzərində miras kütləsindən əlavə olaraq vərəsələr X19 və İddiaçı 1/3 hissədə mülkiyyət payının olmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, X19 və İddiaçı hər birinin ümumi əmlaklardakı payı 4/9 hissədə, digər vərəsə X6 əmlakdakı ümumi payı isə 1/9 hissədə müəyyən edilməlidir. Həmçinin məhkəmə kollegiyası miras qoyan Qurban Mahmudovun miras əmlakına münasibətdə qeyd edir ki, sonuncu tərəfindən sağlığında Gədəbəy rayon notariat ofisində verilmiş reyestrdə 2V-184 № ilə qeyd edilmiş xx.xx.2019-cu il tarixli vəsiyyətnamə ilə sonuncu ölən günədək ona məxsus olan Gədəbəy rayonu, Arıxdam kəndində yerləşən evini, həyətyanı torpaq sahəsini, çöl torpaq sahəsini və adına nə varsa hamısını nəvəsi Cavabdeh vəsiyyət etmişdir. Miras qoyan X14 ölümündən sonra onun qanun üzrə birinci növbəli vərəsələri – oğulları İddiaçı və X13, o cümlədən vəsiyyətnamə üzrə vərəsəsi Cavabdeh olmuşdur. Miras qoyan X10 miras qalan əmlak Gədəbəy rayonu Arıqdam kəndində yerləşən 0.3462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Gədəbəy rayonu Arıqdam kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi, ünvan 1 ünvanında 0.10 ha həyətyanı torpaq sahəsinin 4/9 hissəsi, həmçinin sonuncu qeyd olunan torpaq sahəsinin üzərində inşa edilmiş 277.20 kv.m fərdi yaşayış evindən ibarət olmuşdur. Məhkəmə kollegiyası diqqətəlayiq bir xüsusatı qeyd edir ki, Gədəbəy Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(042)-830/2022 nömrəli qətnaməsinə əsasən Gədəbəy rayonu Arıqdam kəndində yerləşən X14, X8 və İddiaçı ümumi birgə mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin mərhum X10 miras qalmış 1/3 hissəsinə iddiaçı Cavabdeh vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınmış, onun qeyd olunan mirası faktiki olaraq qəbul etməsi müəyyən edilmiş və həmin torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh payı müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə miras qoyan X10 miras qalmış Gədəbəy rayonu Arıqdam kəndində yerləşən 0.10 ha torpaq sahəsinin 1/3 hissəsi olan miras əmlak üzərində miras qoyanın vəsiyyətnamə üzrə vərəsəsi olan Cavabdeh tam həcmdə (miras kütləsi həddində) payı müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə miras qoyan X10 miras qalmış ünvan 1 ünvanında 0.10 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə vərəsəlik payı tam həcmdə (miras kütləsi həddində) müəyyən edildiyindən sözügedən miras əmlaka digər vərəsələrin payının müəyyən edilməsi yolverilməzdir. Bu qənaətinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, ünvan 1 ünvanında 0.10 ha həyətyanı torpaq sahəsi üzərində miras qoyan X14 tam payı cavabdeh (vəsiyyət üzrə vərəsə) Cavabdeh keçmişdir və sonuncunun qeyd olunan əmlak üzərindəki vərəsəlik payı (ümumi əmlak üzrə) 4/9 hissə təşkil edir. Həmin əmlak üzərində İddiaçı 4/9 hissə, üçüncü şəxs X6 1/9 hissə ümumi payları isə yerində saxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, miras qoyan X10 miras qalmış əmlaklar - Gədəbəy rayonu Arıqdam kəndində yerləşən 0.3462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Gədəbəy rayonu Arıqdam kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin 4/9 hissəsi, habelə ünvan 1 ünvanındakı 0.10 ha həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş 277.20 kv.m fərdi yaşayış evindən ibarət olmaqla, həmin miras qalmış əmlaklar üzərində vərəsələrin payları müəyyən olunmalıdır. Məhkəmə kollegiyası miras qoyan Qurban Mahmudovdan miras qalmış Gədəbəy rayonu Arıqdam kəndində yerləşən 0.3462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Gədəbəy rayonu Arıqdam kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi ilə bağlı qeyd edir ki, Qurban Mahmudovdan miras qalmış qeyd olunan əmlaklar üzərində payı 4/9 hissədən ibarətdir. Belə olan halda Cavabdeh miras qoyan Qurban Mahmudovun vəsiyyətnamə üzrə vərəsəsi olması nəzərə alınmaqla həmin vərəsənin miras əmlakda 4/6 hissədə, miras qoyan Qurban Mahmudovun qanun üzrə birinci növbəli vərəsələri olan İddiaçı və X6 isə hər birinin miras əmlakda 1/6 hissədə payları müəyyən edilməlidir. Həmin əmlaklar üzərində miras qoyan Qurban Mahmudovdan miras qalmış hissədən əlavə olaraq vərəsələr İddiaçı 4/9 hissədə, X6 1/9 hissədə mülkiyyət payının olmasını və vəsiyyət üzrə vərəsə olmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Gədəbəy rayonu Arıqdam kəndində yerləşən 0.3462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Gədəbəy rayonu Arıqdam kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi üzərində ümumi əmlakda İddiaçı 5/9 hissədə, digər vərəsə X6 2/9 hissədə, vəsiyyətnamə üzrə vərəsə Cavabdeh isə 2/9 hissədə payları müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, miras qoyan Qurban Mahmudovdan miras qalmış digər əmlak da ünvan 1 ünvanındakı 0.10 ha həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş 277.20 kv.m fərdi yaşayış evidir. Məhkəmə kollegiyası həmin miras əmlakın həcmini, qanun üzrə vərəsələrin iki nəfər şəxsdən ibarət olmasını və Cavabdeh miras qoyanın vəsiyyətnamə üzrə vərəsəsi olmasını nəzərə alaraq hesab edir ki, miras qoyan Qurban Mahmudovdan miras qalmış ünvan 1 ünvanındakı 0.10 ha həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş 277.20 kv.m fərdi yaşayış evi üzərində vəsiyyətnamə üzrə vərəsə Cavabdeh 5/9 hissdə, miras qoyanın qanun üzrə birinci növbəli vərəsələri olan İddiaçı və X6 isə hər birinin 2/9 hissədə payları müəyyən olunmalıdır. İşə baxan birinci instansiya məhkəməsi isə miras kütlələrinin həcmini düzgün müəyyən etməmiş, miras əmlaklarda ümumi payın hansı hissədə olmasını qətnamənin nəticə hissəsində göstərməmiş, habelə miras əmlaklar üzərində digər vərəsələrin payını müəyyən etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 2(042)-854/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Miras qoyan X5 miras qalmış ünvan 1 ünvanında 0.10 ha həyətyanı torpaq sahəsinin, Gədəbəy rayonu Arıqdam kəndində yerləşən 0.3462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Gədəbəy rayonu Arıqdam kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə onun qanun üzrə birinci növbəli vərəsələri olan mərhum əri X19, İddiaçı və üçüncü şəxs X6 hər birinin 3/9 hissədə vərəsəlik payları müəyyən edilsin. Miras qoyan X10 miras qalmış Gədəbəy rayonu Arıqdam kəndində yerləşən 0.3462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Gədəbəy rayonu Arıqdam kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinin 4/9 hissəsinə İddiaçı və üçüncü şəxs X6 hər birinin 1/6 hissədə, Cavabdeh isə 4/6 hissədə payları müəyyən edilsin. Gədəbəy rayonu Arıqdam kəndində yerləşən 0.3462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Gədəbəy rayonu Arıqdam kəndində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi üzərində ümumi əmlakda İddiaçı 5/9 hissədə, üçüncü şəxs X6 2/9 hissədə, Cavabdeh 2/9 hissədə payları müəyyən edilsin. ünvan 1 ünvanında 0.10 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı və Cavabdeh hər birinin 4/9 hissədə ümumi payı, üçüncü şəxs X6 isə 1/9 hissədə payı müəyyən edilsin. Miras qoyan X10 miras qalmış ünvan 1 ünvanındakı 0.10 ha həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş 277.20 kv.m fərdi yaşayış evi üzərində Cavabdeh 5/9 hissədə, İddiaçı və üçüncü şəxs X6 hər birinin 2/9 hissədə payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-323/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-323/2024
12.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver