Məhkəmə qərarları › İş №2(104)-328/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-328/2024

29.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-328/2024 29.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: miras əmlakdan payların müəyyən olunması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 və Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 Muşafiq oğlunun tirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı miras əmlakdan payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 2(015)-978/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə 29 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X15 arasında 06 oktyabr 1964-cü il tarixdə nikah bağlanmışdır.

2. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X14 ilə X3 birgə nikahlarından xx xxxxxx 1965-ci il tarixdə X6, xx xxxxx 1969-cu il tarixdə X16 anadan olmuşdur.

3. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə Cavabdeh1 arasında 01 mart 1994-cü il tarixdə nikah bağlanmışdır.

4. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X18 ilə Cavabdeh1 birgə nikahlarından xx xxxxxx 1996-cı il tarixdə Cavabdeh2, xx xxxxxx 1997-ci il tarixdə İddiaçı1 Sadiq qızı, 19 aprel 2007-ci il tarixdə X19 anadan olmuşdur.

5. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 26 aprel 2021-ci il tarixdə ölmüşdür.

6. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 09 yanvar 2023-cü il tarixdə ölmüşdür.

7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 may 2023-cü il tarixli ********** nömrəli çıxarışın surətindən görünür ki, Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evi X4, 0,06 ha torpaq sahəsi isə X14, İddiaçı1 və X7 ümumi birgə xüsusi mülkiyyətindədir.

8. Torpağa mülkiyyət hüququna dair JN-364 KOD5020028 nömrəli Dövlət Aktının sürətindən görünür ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 04 sentyabr 2000-ci il tarixli 05 nömrəli qərarı ilə X14, Cavabdeh1, İddiaçı1, X18 və X11 Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən 1,12 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir.

9. Azərbaycan Respublikası DİN BDYPİ Tovuz rayonu 10 saylı RQİBİ tərəfindən verilmiş 12 aprel 2011-ci il tarixli, AB 419493 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2005-ci il olan “Volkswagen Jetta” markalı ** BE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi X7 adına qeydə alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı miras əmlakdan payların müəyyən olunması tələbi ilə Ağstafa Rayon Məhkəməsində iddia qaldıraraq, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi **********98- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 05 may 2023-cü il tarixli çıxarışa əsasən X4 adına qeydə alınmış Ağstafa rayonu Dağ Kəsəmən kəndində 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 75,3 kv.m olan birgə mülkiyyətdə olan yaşayış evinin 1/2 (ikidə bir) hissəsinə İddiaçı1 payı müəyyən olunması; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi **********98-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 05 may 2023-cü il tarixli çıxarışa əsasən X4 adına qeydə alınmış Ağstafa rayonu Dağ Kəsəmən kəndində 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 75,3 kv.m olan birgə mülkiyyətdə olan yaşayış evinin qalan ½ hissəsinə, həmin evin yerləşdiyi Ağstafa rayonu Dağ Kəsəmən kəndindəki ümumi birgə mülkiyyətdə olan 0,06 ha həyətyanı torpaq sahəsinin, həmçinin Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən JN-364 KOD 50200028 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ümumi birgə mülkiyyətdə olan 1,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 26 aprel 2021-ci il tarixdə vəfat etmiş X14 və 09 yanvar 2023-cü il tarixdə vəfat etmiş X7 payına düşən hissəsinə, habelə Azərbaycan Respublikası DİN BDYPİ Tovuz rayonu 10 saylı RQİBİ tərəfindən verilmiş 12 aprel 2011-ci il tarixli, AB 419493 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən 09 yanvar 2023-cü il tarixdə vəfat etmiş X7 adına qeydə alınmış “Volkswagen Jetta” markalı ** BE *** dövlət nömrə nişanlı avtomobilə İddiaçı1 vərəsəlik payı müəyyən edilməsi; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi **********98-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 05 may 2023-cü il tarixli çıxarışa əsasən X4 adına qeydə alınmış Ağstafa rayonu Dağ Kəsəmən kəndində 0,06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 75,3 kv.m olan fərdi yaşayış evinin qalan 1/3 hissəsinə, həmin evin yerləşdiyi Ağstafa rayonu Dağ Kəsəmən kəndindəki ümumi birgə mülkiyyətdə olan 0,06 ha həyətyanı torpaq sahəsinin, həmçinin Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən JN-364 KOD 50200028 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ümumi birgə mülkiyyətdə olan 1,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 26 aprel 2021-ci il tarixdə vəfat etmiş X4 payına düşən hissəsinə Həsənova (Novruzova) Aytən Sivyaz qızının və Abdullayeva( Novruzova) Fərqanə Sivyaz qızının vərəsəlik payı müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

11. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə X14 06 oktyabr 1964-cü il tarixdə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar və birgə nikahlarından xx xxxxxx 1965-ci il tarixdə Abdullayevə (Novruzova) Fərqanə Sivyaz qızı, xx xxxxx 1969-cu il tarixdə Həsənova (Novruzova) Aytən Sivyaz qızı, 03 sentyabr 1967-ci il tarixdə isə X18 anadan olmuşlar. X14 26 aprel 2021-cı il tarixdə, X20 isə 09 yanvar 2023-cü il tarixdə ölmüşlər. X14 ilə İddiaçı1 birgə nikah dövründə, yəni 1970-cı ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsində umumi sahəsi 75,3 kvm olan fərdi yaşayış evini birgə vəsaiti hesabına inşa etdirmişılər. Lakin həmin yaşayış evi tam olaraq X4, 0,06 ha torpaq sahəsi isə X14, İddiaçı1 və X7 adına xx.xx.2023-cu tarixli **********98- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış ilə qeydə alınmışdır. Həmçinin Ağstafa rayon Aqrar İslahat Komissiyasının 04 sentyabr 2000-ci il tarixli 05 nömrəli qərarı ilə X14, Cavabdeh1, İddiaçı1, X18 və X11 Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən 1,12 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Eləcədə buraxılış ili 2005-ci il olan “Volkswagen Jetta” markalı 05BE920 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi X7 mülkiyyətində olmuş və adına qeydə alınmışdır. X14 və X5 qalmış miras əmlaklara dair vərəsəlik şəhadətnaməsinin alınması barədə Ağstafa rayon notariat ofisinə ərizə ilə müraciət etsələrdə, lakin vərəsəlik şəhadətnaməsinin verilməsindən 14 iyul 2023cü il tarixdə imtina olunmuşdur.

12. Ağstafa Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 2(015)- 978/2023 nömrəli qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia qismən təmin edilərək, X2 və X5 miras qalmış Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi **********98-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 05 may 2023-cü il tarixli çıxarışa əsasən Ağstafa rayonu Dağ Kəsəmən kəndində 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 75,3 kv.m olan birgə mülkiyyətdə olan yaşayış evinin 1/2 (ikidə bir) hissəsinə İddiaçı1, 1/2 (ikidə bir) hissəsinə Cavabdeh1 qanun üzrə vərəsəlik hüquqları tanınması; X2 və X5 miras qalmış Azərbaycan Respublikası DİN BDYPİ Tovuz rayonu 10 saylı RQİBİ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AB 419493 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2005-ci il olan “Volkswagen Jetta” markalı 05BE920 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 1/2 (ikidə bir) hissəsinə İddiaçı1, 1/2 (ikidə bir) hissəsinə Cavabdeh1 qanun üzrə vərəsəlik hüquqları tanınması; X2 və X5 miras qalmış JN-364 KOD ********* nömrəli “Torpağa mülkiyyət hüquqna dair” Dövlət Aktına əsasən Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 1,12 ha kənd təsərrüfatlı torpaq sahəsinin mərhum X8 aid hissəsinə 1/2 (ikidə bir) hissəsinə İddiaçı1, 1/2 (ikidə bir) hissəsinə Cavabdeh1 qanun üzrə vərəsəlik hüquqları tanınması; Qətnamə əmlak üzrə paylara dair İddiaçı1 və Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır; İddia tələbləri qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1, 1159.2, 1160, 1133, 1151.1, 1243.3 maddələrinə və Mülki Prosessual Məcəllənin 185, 216-220 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, birincisi məhkəmənin birgə mülkiyyət kimi qiymətləndidiyi X2 və X5 miras qalmış Ağstafa rayonu Dağ Kəsəmən kəndində 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 75,3 kv.m olan yaşayış evi X4 və X7 birgə mülkiyyəti deyil, həmin ev tam olaraq yalnız X4 adına qeydə alınmış və onun mülkiyyətində olmuşdur. Bu Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 may 2023-cü il tarixli **********98-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan açıq-aydın görünür. İddia tələbləbinin Ağstafa rayonunun Dağ Kəsəmən kəndindəki ümumi birgə mülkiyyətdə olan 0,06 ha həyətyanı torpaq sahəsinin 26 aprel 2021-ci il tarixdə vəfat etmiş X4 və 09 yanvar 2023-cü il tarixdə vəfat etmiş X7 payına düşən hissəsinə İddiaçı1, habelə həmin torpaq sahəsindən mərhum X4 payına düşən hissəsinə Həsənova (Novruzova) Aytən Sivyaz qızının və Abdullayeva (Novruzova) Fərqanə Sivyaz qızının vərəsəliyinin müəyyən edilməsindən ibarət olmasına baxmayaraq, məhkəmə iddia tələbinə həmin hissədə ümumiyyətlə münasibət bildirməmişdir. Vəsatət əsasında Şahid1 Qəfər oğlu və Şahid2 məhkəmə iclasında şahid qismində dindirlmişlər, lakin qətnamədə dindirilmiş şahidlərin ifadələri qeyd olunmamışdır. Eləcədə iddia tələbinin X4 adına qeydə alınmış, Ağstafa rayonunun Dağ Kəsəmən kəndindəki 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 75,3 kvm olan fərdi yaşayış evinin ½ hissəsinə İddiaçı1 payının müəyyən edilməsinə dair hissəsinə hüquqi qiymət verməmişdir. İddiaçılar Həsənova (Novruzova) Aytən Sivyaz qızının və Abdullayeva (Novruzova) Fərqanə Sivyaz qızının vərəsəlik payının nəyə görə və hansı əsasla müəyyən edilmədiyi də göstərməmiş və qətnamənin 4-cü səhifəsinin 9-cu abzasında qeyd olunanlar anlaşılan deyildir. Mirası faktiki qəbul edən birinci növbəli qanun üzrə vərəsələr Həsənova (Novruzova) Aytən Sivyaz qızı və Abdullayeva (Novruzova) Fərqanə Sivyaz qızına çatası pay müəyyən edilməmiş və bununla da həmin şəxslərin mülki qanunvericilikdə nəzərdə tutulan vərəsəlik hüququ məhdudlaşdırılmışdır. Halbu ki, Həsənova (Novruzova) Aytən Sivyaz qızının və Abdullayeva (Novruzova) Fərqanə Sivyaz qızının mirası faktiki qəbul etmələri məhkəmə iclasında dindirilmiş şahidlər Şahid1 Qəfər oğlu və Şahid2 ifadələri və işin digər faktiki halları ilə sübut olunmuşdur. Bundan əlavə miras toplusuna daxil olan Ağstafa rayonunun Dağ Kəsəmən kəndindəki ümumi birgə mülkiyyətdə olan 0,06 ha həyətyanı torpaq sahəsinin mərhum X14 və X7 payına düşən hissəsinə də İddiaçı1, Həsənova (Novruzova) Aytən Sivyaz qızı və Abdullayeva (Novruzova) Fərqanə Sivyaz qızının vərəsəlik payları müəyyən olunmamışdır. Ağstafa rayonunun Dağ Kəsəmən kəndində 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 75,3 kvm olan, mübahisəli fərdi yaşayış evinin mərhum X14 ilə İddiaçı1 birgə nikahları dövründə əldə olunmuş və bu iş materialları ilə öz təqdiqini tapmışdır. Həmin evə dair miras Sivyaz Məmmədovun ½ payına açılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmumuna uyğun izahatında verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 1964-cü ildə Lətifə ilə Sivyaz ailə qurmuşlar, 1970-ci ildə isə fərdi yaşayış evini inşa etdirmişlər. Ona görədə fərdi yaşayış evinin ½ hissəsinə vərəsələrin payı müəyyən olunmalıdır. Fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsi isə ümumi birgə mülkiyyətdə olduuğundan 1/3 hissəsinə dair vərəslərin payı müəyyən olunmalıdır. Kənd təsərrüfatı torpaq sahəsi isə 5 nəfərin paylı mülkiyyətinə verilmişdir. Sivyazdan və Sadiqdən hər birindən 1/5 pay miras qalmışdır və həmin paylar vərəsələr arasında bölünməlidir. Həmçinin Sadiqdən avtomobil miras qalıb və həmin avtomobilədə onun vərəsələrinin hər birinin 1/5 payı müəyyən edilməlidir. Nümayəndə1 sonda məhkəmə kolelgiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsi vərəsələr arasında payı bölərkən düzgün nəticəyə gəlmişdir. Cavabdeh1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 Muşafiq oğlu da apellyasiya şikayətini qəbul etməyərək, nümatəndəsi olduğu şəxslə eyni məzmunlu izahat vermişdir.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, eləcədə cavabdehlər Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, eləcədə məhkəmə iclasına gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası da işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

22. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

23. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

24. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

25. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

26. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

27. Maddə 1162 Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.

28. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

34. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

36. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

37. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

38. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

39. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

40. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

45. Hazırkı işin hallarından müəyyən olunur ki, X14 ilə X15 06 oktyabr 1964cü ildə nikahlarını qeyda aldıraraq evlənmişlər. Onların birgə nikahından Fərqanə, Aytən və Sadiq adlı uşaqları anadan olmuşdur. Birgə nikah dövründə tərəflər Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən 0,06 ha torpaq sahəsində fərdi yaşayış evi tikdirmişlər. Fərdi yaşayış evi Sivyaz Novruzovun adına, torpaq sahəsi isə sonuncunun, Lətifə və Sadiq Novruzovun adına qeydə alınmışdır. Eləcə də Ağstafa rayon Aqrar İslahat Komissiyasının 04 sentyabr 2000-ci il tarixli 05 nömrəli qərarı ilə X14, Cavabdeh1, İddiaçı1, X18 və X9 paylı mülkiyyətinə Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən 1,12 ha kənd təsərrüfatı təyinatlı torpaq verilmişdir. Sivyaz Novruzov 26 aprel 1921-ci il tarixdə, oğlu Sadiq Novruzov isə 09 yanvar 2023-cü il tarixdə ölmüşdür. Sivyaz Novruzovun ölümündən fərdi yaşayış evində ½ hissə, evin yerləşdiyi 0,06 ha torpaq sahəsində 1/3 hissə, kənd təsərrüfatı təyinatlı 1,12 ha torpaqda isə 1/5 hissə payı miras qalmış, X7 ölümündən sonra fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsində 1/3 hissə, kənd təsərrüfatı təyinatlı 1,12 ha torpaqda 1/5 hissə, birgə nikah dövründə əldə olunmuş “Wolkswagen Jetta” markalı ** BE *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində isə ½ hissə payı miras qalmışdır. Sivyaz Novruzovun ölümündən sonra birinci növbə vərəsəsi arvadı Lətifə Növruzova, qızları İddiaçı3 (Novruzova), İddiaçı2 (Novruzova) və oğlu Sadiq X1 ölümündən sonra isə birinci növbə vərəsələri - anası İddiaçı1, arvadı Cavabdeh1 və üç uşaqları-Səma, Lətifə və Sivyazdır.

46. Miras qalmış əmlaklarla bağlı vərəsələr arasında mübahisə olduğundan iddiaçılar hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də hazırkı mübahisələndirilən qətnaməni qəbul etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 47.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar. X17 Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Qeyd olunan qərarla Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir.

48. Daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş 05 may 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışda Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evi tam Sivyaz Novruzovun adına qeyd olunsa da, lakin işdən müəyyən olunur ki, fərdi yaşayış evi sonuncu ilə onun arvadı İddiaçı1 birgə nikahda olduqları müddətdə, onların birgə təsərrüfat fəaliyyətlərinin nəticəsində əldə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1. maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Belə olan halda fərdi yaşayış evinə İddiaçı1 ½ hissə payı müəyyən olunmalı, qalan ½ hissə isə Sivyaz Novruzovdan qalmış mirasın kütləsinə aid edilməlidir. Evin yerləşdiyi 0,06 ha torpaq sahəsi Sivyaz Novruzov və digər iki nəfərin, kənd təsərrüfatı təyinatlı 1,12 ha torpaq sahəsi isə Sivyaz Novruzov və digər dörd nəfərin ümumi paylı mülkiyyətlərinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 214.1. maddəsinə görə isə, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə paylar bərabər sayılır. Yuxarıda da qeyd olunduğu kimi fərdi yaşayış evinin yerləşdiy 0,06 ha torpaq sahəsi Sivyaz, Lətifə və Sadiq Novruzovların, 1,12 ha kənd təsərrüfatı təyinatlı torpaq isə Sivyaz, Sevinc, Lətifə, Sadiq və Məmməd Novruzovların ümumi birgə mülkiyyətlərinə verilmişdir. Göründüyü kimi Sivyaz Novruzovun payı fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsində 1/3 hissə, 1,12 ha kənd təsərrüfatı təyinatlı torpaqda isə 1/5 hissədir. Deməli fərdi yaşayış evinin və kənd təsərrüfatı təyinatlı tarpaqla bağlı mirasın kütləsinə birinci halda 1/3, ikinci halda 1/5 hissə daxildir.

49. X5 qalmış mirasın kütləsinə Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq səhəsinin 1/3, 1,12 ha kənd təsərrüfatı təyinatlı torpağın 1/5 (qeyd olunan hər iki torpağın kimlərin ümumi birgə mülkiyyətinə verilməsi yuxarıda açıqlanmışdır) “Wolkswagen Jetta” markalı ** BE *** dövlət nömrə nişanlı avtomobil Sadiq Novruzovla arvadı Cavabdeh1 birgə nikah dövründə birgə təsərrüfat fəaliyyətlərinin nəticəsində əldə edildiyi üçün mirasın kütləsinə himin avtomobilin ½ hissəsi, eləcədə atasının ölümündən sonra atasından miras qalmış fərdi yaşayış evindən qalmış ½ hissə mirasda qəbul etdiyi pay daxildir.

50. X22, istərsə də Sadiq Novruzovdan qalmış miras əmlaklardan pay alan vərəsələrin (azyaşlılara münasibətdə qanuni nümayəndə) heç biri onlara çatası paydan imtina etməmişlər.

51. X4 birinci növbə vərəsələri, arvadı X15, övladları Abdullayeva (Novruzova) Fərqanə Sivyaz qızı, Həsənova (Novruzova) Aytən Sivyaz qızı və X12r. 52.X7 isə birinci növbə vərəsələri, anası İddiaçı1, arvadı Cavabdeh1 və üç uşaqları-Səma, Lətifə və Sivyaz Novruzovlardır.

53. Mirasını qəbulundan imtina olunmadığna görə, kollegiya hesab edir ki, X22 qalmış hər üç miras əmlak, , eləcə də Sadiq Novruzovdan qalan miras (atasından qəbul etdiyi mirasdakı pay da daxil olmaqla) onların birinci növbə vərəsələri tərəfindən qəbul edilmiş sayılır.

54. Belə olan təqdirdə fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinə münasibətdə Sivyaz Novruzovdan qalan 1/3 miras payına münasibətdə onun vərəsələrinin hər birininin yəni, İddiaçı1, Abdullayeva (Novruzova) Fərqanə Sivyaz qızı, Həsənova (Novruzova) Aytən Sivyaz qızı və X7 mirasdakı payı 1/12 hissə, 1,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə hər birinin payı 1/20 hissə, fərdi yaşayış evinə münasibətdə isə hər birinin payı 1/8 hissə müəyyən olunmalıdır.

55. Sadiq Novruzovdan miras qalmış (atasından miras qalan paylar da daxil olmaqla) fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsində qalan 5/12 miras payı onun vərəsələrinin hər birinə, yəni anası İddiaçı1, arvadı Cavabdeh1 və uşaqları Cavabdeh2, Hümmətli (Novruzova) Lətifə Sadiq qızı və X13 çatası miras pay 1/12 hissədə, 1,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində miras qalan 5/20 miras paya münasibətdə vərəsələrin hər birinin payı 1/20 hissə, fərdi yaşayış evinə münasibətdə qalan (atasından qəbul etdiyi) 1/8 mmiras paya vərəsələrin hər birinin payı 1/40 hissə, “Wolkswagen Jetta” markalı ** BE *** dövlət nömrə nişanlı avtomobilə münasibətdə (açılmış 1/2 hissə mirasa) vərəsələrin hər birinin payı 1/10 hissədə müəyyən olunmalıdır.

56. Belə olan təqdirdə Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evinə münasibətdə İddiaçı1 özünün ½ payı nəzərə alınmaqla ümumi əmlakda payı 26/40 hissə, Abdullayeva (Novruzova) Fərqanə Sivyaz qızının payı 5/40 hissə, Həsənova (Novruzova) Aytən Sivyaz qızının payı 5/40 hissə, Cavabdeh1 payı 1/40 hissə, Cavabdeh2 payı 1/40 hissə, Hümmətli (Novruzova) Lətifə Sadiq qızının payı 1/40 hissə, X10 payı 1/40 hissədə müəyyən olunmalıdır.

57. Fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinə münasibətdə İddiaçı1 özün 1/3 payı nəzərə alınmaqla ümumi əmlakda payı 6/12 hissə, Abdullayeva (Novruzova) Fərqanə Sivyaz qızının payı 1/12 hissə, Həsənova (Novruzova) Aytən Sivyaz qızının payı 1/12 hissə, Cavabdeh1 payı 1/12 hissə, Cavabdeh2 payı 1/12 hissə, Hümmətli (Novruzova) Lətifə Sadiq qızının payı 1/12 hissə, X10 payı 1/12 hissə müəyyən olunmalıdır.

58. 1,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə İddiaçı1 özünün 1/5 payı nəzərə alınmaqla ümumi əmlakda payı 6/20 hissə, Abdullayeva (Novruzova) Fərqanə Sivyaz qızının pay 1/20 hissə, Həsənova (Novruzova) Aytən Sivyaz qızının payı 1/20 hissə, Cavabdeh1 özünün 1/5 payı nəzərə alınmaqla payı 5/20 hissə, Cavabdeh2 payı 1/20 hissə, Hümmətli (Novruzova) Lətifə Sadiq qızının payı 1/20 hissə, X10 payı 1/20 hissədə müəyyən olunmalıdır.

59. “Wolkswagen Jetta” markalı ** BE *** dövlət nömrə nişanlı avtomobilə münasibətdə (birgə nikah dövründə alınmış) Cavabdeh1 özün 1/2 payı nəzərə alınmaqla pay 6/10 hissə, İddiaçı1 payı 1/10 hissə, Cavabdeh2 payı 1/10 hissə, Hümmətli (Novruzova) Lətifə Sadiq qızının payı 1/10 hissə, X10 payı 1/10 hissədə müəyyən olunmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 2(015)-978/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı miras əmlakdan payların müəyyən olunması tələbinə dair iddiası təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 05 may 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunan və Ağstafa rayonu Dağ Kəsəmən kəndində 0,06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə İddiaçı1 ½ hissə payı müəyyən edilsin. Qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinə münasibətdə X4 ölümündən sonra qalmış 1/3 miras payına vərəsələrin hər birininin yəni, İddiaçı1, Abdullayeva (Novruzova) Fərqanə Sivyaz qızı, Həsənova (Novruzova) Aytən Sivyaz qızı və X7 mirasdakı payı 1/12 hissə, eləcə də miras qalmış 1,12 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qalmış 1/5 hissə miras payına münasibətdə vərəsələrin hər birinin payı 1/20 hissə, fərdi yaşayış evinə münasibətdə qalmış ½ hissə miras payına vərəsələrin hər birinin payı 1/8 hissə müəyyən olunsun. X7 ölümündən sonra miras qalmış (atasından qəbul etdiyi miras əmlakdakı pay daxil olmaqla) fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsində 5/12 paya münasibətdə vərəsələrinin hər birinin, yəni anası İddiaçı1, arvadı Cavabdeh1 və uşaqları Cavabdeh2, Hümmətli (Novruzova) Lətifə Sadiq qızı və X10 mirasdakı payı 1/12 hissə, eləcədə 1,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində (atasından qəbul etdiyi miras əmlakdakı pay daxil olmaqla) miras qalmış 5/20 paya münasibətdə vərəsələrin hər birinin payı 1/20 hissə, fərdi yaşayış evində qalmış (atasından qəbul edtiyi) 1/8 miras paya vərəsələrin hər birinin payı 1/40 hissə müəyyən edilsin. “Wolkswagen Jetta” markalı ** BE *** dövlət nömrə nişanlı avtomobilə münasibətdə qalmış ½ hissə miras paya vərəsələrin payı 1/10 hissə müəyyən olunsun. Ağstafa rayonu Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evinə münasibətdə İddiaçı1 özünün ½ payı nəzərə alınmaqla ümumi əmlakdakı payı 26/40 hissə, Abdullayeva (Novruzova) Fərqanə Sivyaz qızının payı 5/40 hissə, Həsənova (Novruzova) Aytən Sivyaz qızının payı 5/40 hissə, Cavabdeh1 payı 1/40 hissə, Cavabdeh2 payı 1/40 hissə, Hümmətli (Novruzova) Lətifə Sadiq qızının payı 1/40 hissə, X10 payı 1/40 hissədə; Fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinə münasibətdə İddiaçı1 özünün 1/3 payı nəzərə alınmaqla ümumi əmlakdakı payı 6/12 hissə, Abdullayeva (Novruzova) Fərqanə Sivyaz qızının payı 1/12 hissə, Həsənova (Novruzova) Aytən Sivyaz qızının payı 1/12 hissə, Cavabdeh1 payı 1/12 hissə, Cavabdeh2 payı 1/12 hissə, Hümmətli (Novruzova) Lətifə Sadiq qızının payı 1/12 hissə, X10 payı 1/12 hissədə; 1,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə İddiaçı1 özünün 1/5 payı nəzərə alınmaqla ümumi əmlakda onun payı 6/20 hissə, Abdullayeva (Novruzova) Fərqanə Sivyaz qızının payı 1/20 hissə, Həsənova (Novruzova) Aytən Sivyaz qızının payı 1/20 hissə, Cavabdeh1 özünün 1/5 payı nəzərə alınmaqla onun payı 5/20 hissə, Cavabdeh2 payı 1/20 hissə, Hümmətli (Novruzova) Lətifə Sadiq qızının payı 1/20 hissə, X10 payı 1/20 hissədə; “Wolkswagen Jetta” markalı ** BE *** dövlət nömrə nişanlı avtomobilə münasibətdə Cavabdeh1 özünün 1/2 payı nəzərə alınmaqla ümumi əmlakda onun payı 6/10 hissə, İddiaçı1 payı 1/10 hissə, Cavabdeh2 payı 1/10 hissə, Hümmətli (Novruzova) Lətifə Sadiq qızının payı 1/10 hissə, X10 payı 1/10 hissədə müəyyən olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar